Məhkəmə qərarları › İş №2-1(112)-9014/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9014/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9014/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinə və Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150 AZN istifadə olunmamış qəbzlər üzrə, 80 AZN və 58 AZN ona dəymiş maddi ziyana və 712 AZN mənəvi ziyana ümumilikdə 1000 AZN məbləğində dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2023-cü il tarixli ABŞ Copart hərracından əldə etdiyi Toyota markalı nəqliyyat vasitəsini gömrük rəsmiləşdirilməsindən sonra DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinə təqdim etmişdir. Bu barədə o, nəqiyyat vasitəni qeyydiyyata almaqla texniki passport və nömrə nişanı almalı idi. Sözügedən əməliyyata görə ondan qeyri-rəsmi məbləğdə ödəniş tələb edildiyindən müvəqqəti qeydiyyatla tranzit nömrə almaq qərarına gəlmişdir. Tranzit nömrə üçün də nə qədər istəsə də, nağdsiz və ya bank ödənişi ilə ödənişə imkan vermədilər və əllərində olan sənədlərinə xüsusi işarə qoydular. İddiaçı polisləri mümkün qədər yola gətirməyə çalışsada vətəndaşların arasında tanımadığı bir nəfər mülki geyimdə onunla kobud danışmağa başladı və sanki orada olan vətəndaşın işini ləngitdiyi iradı ilə onu provokasiyaya çəkib asaişi pozmağa vadar edirdi. Psixoloji basqı altında onu ötürdülər tranzit nömrələri verən Anar Əliyev kimi özünü təqdim edən işçinin yanına və o, heç bir əxlaqi normalara riayət etməyərək danışdı. Əlavə problemlərə düşməmək üçün iddiaçı 110 AZN-dan 50 manat nağd şəkildə verərək tranzit nömrə alıb, İdarəni tərk etdi. Yeni aldığı Toyota markalı avtomobilə 10 il istifadəsində olan Mercedes markalı avtomobili özgəninkiləşdirib Mercedesdə olan nömrəni Toyotaya daşımaq istəyirdi. Buna görə DİN BDYPİ-yə yazılı mürciət etmişdir və 21 oktyabr 2023-cü il tarixli N3- 13-16/2-B-141442 saylı almışdır. X1 haqqında qanunun 29 maddəsinin İİİ hissəsi buna imkan verdiyi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. 3.Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh olaraq yalnız Azərbaycan Respublikası DİN Baş X3 İdarəsini göstərmiş, 150 AZN istifadə olunmamış qəbzlər üzrə vəsaiti ona geri qaytarmadıqlarına görə dəymiş maddi ziyana və 650 AZN mənəvi ziyana ümumilikdə 800 AZN məbləğində dəymiş ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 2-1(112)-9014/2024 saylı 18 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Aşağıda göstərilən mədaxil qəbzlərindən görünür ki: - ********** nömrəli mədaxil qəbzinə əsasən 20 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC; -********** nömrəli mədaxil qəbzinə əsasən 30 manat məbləğ "xxxx" ASC vasitəsilə dövlət rüsumu ödənilmişdir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

9. İddiaçının cavabdehə ünvanlanmış 28 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubu əsasında iddiaçının nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün ödədiyi dövlət rüsumlarını əks etdirən **********, ********** və ********** nömrəli mədaxil qəbzləri təqdim olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Kompensasiyanın ödənilməsi haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun son müraciətinə rəsmi cavab verilməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış sənədləri birgə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: - 18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə: 18.65.1.1. avtonəqliyyat vasitələri üçün - 30 manat; - 18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə: 18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün -20 manat.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: - 1.1. Bu Qaydalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq hazırlanmışdır və düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydalarını müəyyən edir. - 3.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. - 4.1. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.

19. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X2 nəzarəti qaydaları barədə” Təlimatın: - 2. Dövlət texniki baxışının keçirilməsinin məqsədləri 2.1. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək; 2.2. Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək; 2.3. Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati xətaların qarşısını almaq; 2.4. Qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə: müvafiq kateqoriyalı (аltkateqoriyalı) və etibarlılıq müddətli sürücülük vəsiqəsinin, qeydiyyat şəhadətnaməsinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının və ödənilməsi barədə sənədin olmasına, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsinə nəzarəti təmin etmək. - 3.2. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 3.2.1. texniki baxışın keçirilməsi üçün İnternet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi; 3.2.2. texniki baxışın iş vaxtı ərzində fasiləsiz olaraq keçirilməsi; 3.2.3. texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə, xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi; 3.2.4. dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi; 3.2.4-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; 3.2.5. növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, avtonəqliyyat vasitəsinin texniki baxışı, avtomobilin texniki vəziyyətinin yoxlanılması və yol hərəkəti təhlükəsizliyinə uyğunluğunun qiymətləndirilməsi prosesidir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin müddəaları texniki baxış keçirilməsi üçün zəruri olan sənədlərin əhatə dairəsini müəyyən etmişdir ki, bunlardan biri də dövlət rüsumunun ödənilməsi barədə qəbzdir. Qeyd olunur ki, texniki baxış zamanı dövlət rüsumunun ödənilməsi imperativ şəkildə nəzərdə tutulur. Rüsumun məbləği isə avtomobilin növü, mühərrik növü və digər xüsusiyyətlərindən asılı olaraq dəyişir.

21. Hazırki iddiada məhz iddiaçının avtonəqliyyat vasitəsinin texniki baxış keçirilməsi üçün artıq ödənilmiş dövlət rüsumunun qaytarılması, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə əlaqəli olmuşdur.

22. Məhkəmə diqqətə çatdırır ki, həqiqətən də məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, texniki baxışın həyata keçirilməsi üçün iddiaçı tərəfindən qanunla müəyyən olunmuş həddə dövlət rüsumu ödənilmiş və müvafiq qəbzlər ilə rəsmiləşdirilmişdir. Lakin, iddiaçı dövlət rüsumunu təkrarən ödəmişdir ki, bu hal dövlət rüsumunun həm "xxxx" ASC, həm də "xxxx" ASC vasitəsilə cavabdehə ödənilməsini təsdiq edən qəbzlər ilə müəyyən olunur.

23. Göründüyü kimi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsinin texniki baxışı üçün artıq məbləğdə dövlət rüsumlarının ödənildiyi təkzib olunmazdır.

24. Hətta, cavabdehin özü də məhkəmə icraatı zamanı sorğuya cavab məktubu ilə iddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə ödənilən dövlət rüsumlarını əks etdirən qəbzləri təqdim etmişdir ki, bu da "xxxx" ASC vasitəsilə ödənilən məbləğin cavabdehin hesabında olduğunun göstəricisidir.

25. Məhkəmə hesab edir ki, texniki baxış üçün "xxxx" ASC vasitəsilə ödənilən dövlət rüsumu dövlət büdcəsinə deyil də, məhz cavabdehin hesabında olduğundan, hazırki iş üzrə Azərbaycan Respublikası DİN Baş X3 İdarəsi cavabdehlik daşımıqla yanaşı həmin məbləğin qaytarılmasını təmin etməlidir.

26. İddiaçının tələbinin digər bir hissəsi ilə tələb olunan maddi, mənəvi ziyan isə təmin olunmamalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

28. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

29. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. 30.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

31. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir

32. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir

33. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Məhkəmə araşdırılması zamanı isə iddiaçı tərəfindən artıq ödənilmiş 150 manat dövlət rüsumunun qaytarılması mərhələsində onun vəziyyətinin ağırlaşmasına, mənfi psixoloji vəziyyətinin yaranmasına səbəb olan hər hansı hal müəyyən olunmamış, iddiaçıda bu halı təsdiq edən hər hansı obyektiv arqument təqdim edə bilməmişdir.

35. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi yalnız 150 manat vəsaitin qaytarılması hissəsində təmin olunmalı, digər hissədə isə təmin olunmamalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

38. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. 150 manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılmasi öhdəliyi cavabdeh Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar