Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9018/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baki İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli **********168500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə “ qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli **********168500 nömrəli qərar ləğv olunduğundan, yəni iddia predmeti artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.Belə ki, sözügedən qərar xx.xx.2024-cü il tarixli **********108800 nömrəli Qərarla ləğv edilmiş, hesablanmış məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılmışdır (yeni qərar və şəxsi hesab vərəqəsi vəsatətə əlavə edilir). Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərar ləğv olunmuşdur və hazırda qüvvədə deyildir. Belə olan halda, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Qeyd olunanlara əsasən cavabdeh iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatəti müdafiə edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilərək xx.xx.2024-cü il tarixli **********168500 nömrəli qərar ləğv olunduğundan və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçının nail olmaq istədiyi hüquqi marağı (xx.xx.2024-cü il tarixli **********168500 nömrəli qərarın ləğv olunması) cavabdeh inzibati orqan tərəfindən məhkəmə araşdırması zamanı təmin edilmiş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə barədə iddia tələbinə dair 2-1(112)- 9018/2024 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9018/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9018/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver