Məhkəmə qərarları › İş №2-1(112)-9021/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9021/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9021/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti xx.xx.2026-cı ilədək müəyyən edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin sonradan iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci ildə ona təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-7-4/3-1-92632/2023 №-li qərarının ona aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə X9 xx.xx.2021-ci il tarixli, 2768003AAC1L saylı göndərişi əsasında baxılmış və “səbəbi: Ümumi Xəstəlik; X1 İx X7 Xəstəlikləri=>İ20- İ25-X6=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8-X3; Diaqnozun Mətni: X3, Üix.X5 İİİ f/s, tez-tez proqressivləşən-qeyri-stabil gedişli durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s, inspirator tip təngnəfəslik, gecə apnoesi ilə növbələnən taxipnoe əlamətləri ilə SİNUS düyünün zəifliyi sindromu, Bradikardiya ilə Sinus düyününün zəifliyi sindromu, tez-tez baş verən X12 tipli bayılmalarla. Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, təkrari transmural miokad infarktlarından (xx.xx.2009 və xx.xx.2014) sonrakı kardio skleroz. (durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəsətəlik (-Yİ), Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə Hipertenziv Ensefalopatiya, Dissirkulaytor Ensefalopatiya, xroniki beyin qan dövranı pozğunluğu, plimorf sefalgik, vestibulo, ataktik, psevdo bulbar sindromlarla; Meyar: 2.2 İkinci dərəcəli əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq 2 dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ120-İ25)” səbəbi ilə 5 illik müddətinə əlillik dərəcəsi verilmişdir. Lakin Agentliyin idarə heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18648/2023 saylı qərarı ilə 19 nəfərin barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı araşdırılmış və adları qeyd edilən şəxslərə dair göndərişlərin etibarsız hesab edilməsi qərara alınmışdır. İddiaçının adı göndərişəri etibarsız hesab edilənlərin siyahsında qeyd edildiyindən xx.xx.2023-cü il tarixdə əlillik altsistemində İddiaçı aid qiymətləndirmə ləğv edilmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-16174/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: Bakı Qaradağ Tibb Mərkəzi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2768003AAC1L, göndəriş tarixi xx.xx.2021-ci il) xx.xx.2012-ci il tarixdən Bakı Qaradağ Tibb Mərkəzində qeydiyyatdadır. Əsas diaqnoz: İ20.8 X3, ÜİX. X5 İİİ f/s, tez-tez proqressivləşən, qeyri-stabil gedişli. Yanaşı xəstəliklər: İ25.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Təkrari transmural miokard infarktlarında ( xx.xx.2009 və xx.xx.2014) sonrakı kardioskleroz. İ11.0 (Durğunluq) üərk çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Hipoertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə. İ67.4 Hipertenziv ensefalopatiya, dissirkulaytor ensefalopatiya, xroniki beyin qan dövranı pozğunluğu, polimorfsefalgik, vestibulo, ataksik, psevdobulbar sindromlarla. Ağırlaşma: İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s, inspirator tip təngnəfəslik, gecə apnoesi ilə növbələnən taxipnoe əlamətləri ilə. İ49.5. Sinus düyününün zəifliyi sindromu, tez-tez baş verən X12 tipli bayılmalarla. İddiaçı dair X10 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 İx X7 Xəstəlikləri=>İ20-İ25-X6=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8-X3; Diaqnozun Mətni: X3, Üix.X5 İİİ f/s, tez-tez proqressivləşən-qeyri-stabil gedişli durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s, inspirator tip təngnəfəslik, gecə apnoesi ilə növbələnən taxipnoe əlamətləri ilə SİNUS düyünün zəifliyi sindromu, Bradikardiya ilə Sinus düyününün zəifliyi sindromu, tez-tez baş verən X12 tipli bayılmalarla. Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, təkrari transmural miokad infarktlarından (xx.xx.2009 və xx.xx.2014) sonrakı kardio skleroz. (durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəsətəlik (-Yİ), Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə Hipertenziv Ensefalopatiya, Dissirkulaytor Ensefalopatiya, xroniki beyin qan dövranı pozğunluğu, plimorf sefalgik, vestibulo, ataktik, psevdo bulbar sindromlarla; Meyar: 2.2 İkinci dərəcəli əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq 2 dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ120-İ25)” səbəbi ilə.” diaqnozu ilə qiymətləndirilmiş və (meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranı davamlı olaraq İİ dərəcə çatışmazlığı (İ01-09, İ11.0-İ13.2, İ20-İ25) ümumi xəstəlik ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xxxxxxx0008 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -İddiaçı dair X10 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 İx X7 Xəstəlikləri=>İ20-İ25-X6=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8-X3; Diaqnozun Mətni: X3, Üix.X5 İİİ f/s, tez-tez proqressivləşən-qeyri-stabil gedişli durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlığı İİİ f/s, inspirator tip təngnəfəslik, gecə apnoesi ilə növbələnən taxipnoe əlamətləri ilə SİNUS düyünün zəifliyi sindromu, Bradikardiya ilə Sinus düyününün zəifliyi sindromu, tez-tez baş verən X12 tipli bayılmalarla. Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, təkrari transmural miokad infarktlarından (xx.xx.2009 və xx.xx.2014) sonrakı kardio skleroz. (durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəsətəlik (-Yİ), Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV dərəcə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə Hipertenziv Ensefalopatiya, Dissirkulaytor Ensefalopatiya, xroniki beyin qan dövranı pozğunluğu, plimorf sefalgik, vestibulo, ataktik, psevdo bulbar sindromlarla; Meyar: 2.2 İkinci dərəcəli əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq 2 dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ120-İ25)” səbəbi ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnozun təsdiqini tapmadı barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindənimtina edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 1-92632/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının 6-cı bəndindən görünür ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) dair tibb müəssisəsinin 2768003AAC1L №-li göndərişi DTSREA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmiş “əlilliyin və sağlamlı imkanları məhdudluğunun müəyyən olunması Meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Əlilik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Ə- 25266/2023 №-li, xx.xx.2023-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqi tapmadığından Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Lakin iş materiallarından görünür ki, iddiaçının əlillik qiymətləndirilməsinin yenidən yolanılması üçün ona müxtəlif tarixlərdə əyani müayinəyə cəlb olunma barədə bildirişlər göndərilmiş, həmin bildirişlər iddiaçının ünvanına çatmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərarqəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İş materiallarından görünür ki, məhkəmənin “təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq cavabdeh qurum əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında”Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə,qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsini rəhbər tutaraq hesab edir ki, cavabdeh qurum iddiaçıya əlilliyin təyin edilməsi barədə inzibati aktın qanunsuz olduğunu hesab etsə belə, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi. Əks təqdirdə, yəni əlilliyin təyin edilməsinə dair aktın ləğv olunmasını şərtləndirən, inzibati araşdırma tələb olunan hallar cavabdehə məlum olduğu vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 67.12- ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradır. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının əlilliyinin ləğv olunmasına dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-92632/2023 №-li qərarı İddiaçı aid hissədə ləğv olunmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-1-92632/2023 №-li qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar