Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9032/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hazırkı deputatın pensiyanın təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 iyun 2015-ci il tarixdə təyin olunmuş əmək pensiyasını hazırkı deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə dövlət qulluğu vəzifəsində çalışdığım illərin yenidən hesablayıb 08 iyun 2015-ci ildən yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 08 iyun 2015-ci il tarixdə mənə yaşa görə pensiya təyin olunarkən pensiyası düzgün hesablanmamışdır. Belə ki, o, əmək fəaliyyətinə 01 Fevral 1969-cu il tarixdə başlayıb. Əmək fəaliyyəti dövründə əvvəllər teleqrafist vəzifəsində başlayaraq 10 fevral 1981-ci il tarixə qədər bir çox sahələrdə çalışıb. 10 fevral 1981-ci il tarixdə Naxçıvan şəhər X2 Komitəsində təlimatçı vəzifəsində, sonra Naxçıvan şəhər X6 Komitəsində birinci katibin köməkçisi, Naxçıvan şəhər Komunist Patriyasında maliyyə şöbəsinin müavini vəzifəsində işləyib. 20 iyul 1984-cü il tarixdə Naxçıvan MR-nın Ədliyyə Naziri vəzifəsinə təyin olunub. 02 aprel 1990-cı il tarixdə həmin vəzifədən azad olunub. Altı ilə yaxın Naxçıvan MR-nın Ədliyyə naziri işləyib. 1985-90-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı seçilib. 13 noyabr 1991-ci il tarixdə Naxçıvan MR-nın Ali Məclisinin qərarı ilə Naxçıvan MR-nın Baş Nazirinin müavini vəzifəsinə təyin olunub. 12 oktyabr 1992-ci il tarixdə səhətimlə bağlı ərizəmə əsasən vəzifəsindən azad olunub. Əmək pensiyası hesablanarkən 17 ilə yaxın dövlət qulluğunda işlədiyi və 1985-90-cı il tarixdə Naxçıvan MSSR-nın on birinci çağrış üzrə deputatı olmağı nəzərə alınmayıb. Buna görə də ona pensiya təyin olunarkən düzgün hesablanmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına 26 mart 2022-ci il tarixdə müraciət edib. Həmin şöbə **********7 saylı 12 may 2022-ci il tarixli cavab məktubu ilə onun pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də hesab edir ki, onun iş fəaliyyətilə bağ pensiyası düzgün hesablanmayıb. Hesab edir ki, aparılmış hesablama qərəzlidir və onun sosial təminat hüququnu pozur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. 2015-ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən sabiq deputatlar hazırda fəaliyyətdə olan deputatın əmək haqqının əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxan qulluq stajı olan şəxs dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdannda, 10 ildən yuxan qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məblğinin 5 faizi miqdannda əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdanndan çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlannda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əmək-haqqmm 45 faizi miqdarında 5 ildən yuxarı qulluq stagına hər il üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir.
3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının yenidən hesablanması haqqında müraciətə cavab olaraq bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Xətai rayon şöbəsi tərəfindən 8 iyun 2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Müraciətinizə və təqdim etdiyiniz sənədlərə əsasən əmək pensiyanız 764,46 manatdan 909,25 manata artırılıb və xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 5114,88 manat fərq məbləğinin həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada cari aydan etibarən hissə-hissə (hər ay 142,08 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir.
4. İddiaçının pensiya işindən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla iddiaçının ərizəsi əsasında 764, 46 manat pensiya məbləği yenidən hesablanaraq 909,25 manat müəyyən edilmişdir.
5. İddiaçı 1990-cı ildə Naxçıvan MR Ali Məclisinin deputatı olduğu dövr nəzərə alınmaqla hazırkı deputatın əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir.
6. Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən bildirilmişdir ki, İddiaçı on birinci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputatlığa namizədlərərə verilmiş seçici tapşırıqları /Seçkiqabağı yığıncaqların protokolundakı çıxarışda/ Babək rayonu üzrə adının olması, 1990-cı il tarixdə Naxçıvan MSSR Ali Soveti deputatlarının adlı siyahısında adının olması sənədlərdə göstərilmişdir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İddianın növü və mümkünlüyü
9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
11. İddiaçı xx.xx.1952-ci il təvəllüdür və sabiq dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmişdir.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına sabiq deputatlar şamil edilməmiş, 20.1.1-ci maddədə isə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
13. Naxçıvan MSSR Ali Sovetinin üzvü kimi fəaliyyət göstərdiyi müddətə münasibətdə məhkəmə qeyd edir ki: -30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. xx.xx.1995-ci il tarixdə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasının 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. -İddiaçı Milli Məclisinin üzvü kimi yuxarıda qeyd olunan yolla seçilməmiş, xx.xx.1991-ci il tarixdə qəbul olunmuş (xx.xx.1992-ci il, xx.xx.1992-ci il 289 №, xx.xx.1993-cü il №627 əlavə və dəyişikliklərlə) “Azərbaycan Respublikası Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən təyin edilmişdir. X3 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikasının Milli Məclisi yaradılmışdır. X3 2-ci maddəsində (bütün dəyişikliklər və əlavələr nəzərə alınmaqla) Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası xalq deputatlarının 51 nəfərindən ibarət tərkibdə təşkil edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1978-ci il tarixdə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına əsasən bütün xalq deputatlarının gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilməsi nəzərdə tutulsa da, keçid dövrü üçün yaradılmış Milli Məclisin üzvləri Ali Sovetin 450 deputatının yalnız 51 nəfərindən ibarət tərkibdə təyin edilmiş, yəni həmin 51 nəfər xalq tərəfindən yenidən Milli Məclisin üzvü kimi seçilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikasının ilk Qanunu xx.xx.1995-ci il tarixində qəbul edilmişdir. -Həmin Qanunun 9-cu maddəsinə əsasən Milli Məclis tərəfindən majoritar seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi üçün Azərbaycan Respublikasının ərazisininin 100 seçki dairəsinə bölünməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 85-ci maddəsinə əsasən isə həmin səlahiyyətlərin yeni Milli Məclis seçilənədək Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən “Azərbaycan Respublikası Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən keçid dövründə Azərbaycan Respublikası Ali sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilmişdir. Göründüyü kimi, keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri Milli Məclisə verilmiş olsa da, artıq yeni qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunda majoritar seçki əsasında seçilməli olan Milli Məclisin səlahiyyətləri Məclis seçilənədək keçid dövrünün Milli Məclisinə deyil, Azərbaycan Respublikası Ali Sovetinin özünə verilmişdir. Yəni 1991-1995ci illər ərzində fəaliyyət göstərən Milli Məclis məhz keçid dövrü üçün yaradılmış müvəqqəti və keçid dövrünün bitməsi ilə əlaqədar funksiyalarına xitam verilmiş bir qurum idi. - Odur ki, iddiaçının hazırki deputatın əmək pensiyasına uyğun olaraq pensiyasının yenidən hesablanması hüququ yoxdur. -1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"na əsasən həyata keçirilir. Adı çəkilən Siyahıda Milli Məclisin, eləcə də Naxçıvan MSSR üzvü də nəzərdə tutulmamışdır; - Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Naxçıvan MSSR üzvü kimi fəaliyyət göstərdiyi qeyd edilən dövrün dövlət qulluğu stajına daxil edilməsi həmin fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrində xidmət göstərməsindən asılıdır. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının müvafiq səhifəsinə əsasən iddiaçı xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin üzvü kimi təyin olunmamışdan öncə, yəni xx.xx.1991-ci ildə tutduğu vəzifəsindən azad olmuşdur.
14. Beləliklə, məhkəmə müəyyən edir ki, sabiq deputat kimi əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
15. X7 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir.
16. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X1rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin).
17. Məhkəmə həm də nəzərə alır ki, iddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə pensiya alır, əmək pensiyasından hər hansı məbləğdə tutulma həyata keçirilməmişdir. Odur ki, məhkəmə iddiaçının əlverişsiz vəziyyətdə olduğu qənaətində deyil.
18. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva