Məhkəmə qərarları › İş №2-1(112)-9032/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9032/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9032/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100,00 manat, Dövlət Sosial Müdafiə Fonduna 200,00 manat və İcbari Tibbi Sığorta Fonduna 100,00 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti, 57 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd “SHARP” markalı kondisioner, Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 1 ədəd “SONY” markalı monitor, Çin istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd video reqistrator olmaqla, ümumilikdə 400 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan dövlət büdcəsinə 1007,35 manat, Dövlət Sosial Müdafiə Fonduna 1530,24 manat və İcbari Tibbi Sığorta Fonduna 229,75 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd “SHARP" markalı kondisioner, Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 1 ədəd “SONY” markalı monitor, Çin istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd video reqistrator olmaqla, ümumilikdə 400 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********4, **********1 və **********3 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100,00 manat, Dövlət Sosial Müdafiə Fonduna 200,00 manat və İcbari Tibbi Sığorta Fonduna 100,00 manat ödənilməmiş borcu qalmışdır. **********4 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə ümumilikdə 1530,24 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1254,01 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 276,23 manat, inzibati cərimə üzrə 0,00 manat manat borcu var. **********0 saylı xx.xx.2022-ci il tarixli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə ümumilikdə 229,77 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 181,54 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 48,23 manat, inzibati cərimə üzrə 0,00 manat manat borcu var. **********0 saylı xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ümumilikdə 1007,35 manat, o cümlədən: vergilər üzrə 804,64, maliyyə sanksiyaları 0,00 manat, faizlər 202,71 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0,00 manat borcu var. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********1 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********4 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********3 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********1 saylı xx.xx.2023-cü il tarixli il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********1 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti, 57 ünvanında yerləşən təsərrüfat subyektində Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 1 ədəd “SONY” markalı monitor olmaqla ümumilikdə 200 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********3 saylı xx.xx.2023-cü il tarixli il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********3 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti, 57 ünvanında yerləşən təsərrüfat subyektində Çin istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd video reqistrator olmaqla ümumilikdə 100 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********4 saylı xx.xx.2023-cü il tarixli il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********4 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən böyük dövlət vergi müfəttişi X3 və baş dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti, 57 ünvanında yerləşən təsərrüfat subyektində Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd “SHARP” markalı kondisioner olmaqla ümumilikdə 100 manat məbləğində əmlakı siyahıya alınmışdır. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında xx.xx.2023-cü il tarixli akta əsasən siyahıya alınmış əmlak məsul saxlanmaya verilmək üçün Cavabdeh təhvil verilmişdir. Əmlakı məsul saxlanmaya təhvil almış şəxs siyahıya alınmış əmlak barəsində sərəncam vermək hüququndan məhrum edildiyi, həmin əmlaka sahiblik və ondan istifadə edilməsinin yalnız vergi orqanının nəzarəti ilə həyata keçirilə biləcəyi, habelə bu əmlaka dair onun bağladığı əqdlərin etibarsız hesab ediləcəyi və siyahıya alınmış əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********266000 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********544500 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaların 2.2.29-cu bəndinə əsasən siyahıya alınmış əmlakların qiymətləndirilməsi üçün aşağıdakı mənbələrdən (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir:

1. vergi orqanında mövcud olan bazar qiymətləri məlumatları;

2. kütləvi informasiya vasitələri, o cümlədən internet məlumatları (virtual marketlər və s.);

3. reklam mənbələrinin məlumatları;

4. vergi ödəyicisinin uçot sənədlərində qeyd edilən qiymətlər;

5. eyni xüsusiyyəti malların satışı üzrə analoji vergi ödəyicilərində olan məlumatlar;

6. əldə edilmiş elektron qaimə-faktura, alış aktları, yük gömrük bəyannaməsi məlumatları;

7. hüquqi şəxsin nizamnamə kapitalına qoyulmuş əmlakın qiymətləndirilməsinə dair auditor rəyi;

8. sığortalanan daşınar əmlakların dəyəri barədə sığorta təşkilatlarından əldə olunmuş məlumatları

9. mənbəyi bəlli olan digər məlumatlar. Siyahıya alınmış əmlakların yuxarıda qeyd olunan mənbələrə əsasən qiymətləndirilməsində çətinlik yarandığı təqdirdə, Protokolda əmlakın qiyməti üçün nəzərdə tutulan yerlər boş buraxılır. Həmin Qaydaların 11.1-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 gün müddətində vergi orqanı tərəfindən siyahıya alınmış əmlakların məsul saxlamaya qoyulmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi vəziyyəti yerində yoxlanıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirici dəvət olunur. Vergi orqanı ilə qiymətləndirmə təşkilatı arasında bağlanmış müqaviləyə əsasən əmlak 15 gün ərzində qiymətləndirilməli və onun nəticələrinə dair hesabat sifarişi göndərən vergi orqanına təqdim edilməlidir. Qiymətləndirmənin 15 gün ərzində başa çatdırılmasını mümkünsüz edən çətinliklər meydana çıxdıqda müddət əlavə 15 gün uzadıla bilər. Qiymətləndirmə təşkilatı tərəfindən daşınar əmlaklardan fərqli olaraq daşınmaz əmlak və nəqliyyat vasitələri ilə bağlı qiymətləndirmə həyata keçirildikdən sonra hər bir belə əmlak üzrə ayrıca qiymətləndirmə rəyi (hesabatı) hazırlanıb göndərilməlidir. Qiymətləndirmə predmetinə onun real bazar dəyərinə uyğun qiymət qoymaq, qiymətin süni şəkildə artırılmasına, yaxud azaldılmasına yönəlmiş hərəkətlərə, habelə digər qanunazidd hallara yol verməməlidir. Daxil olmuş rəydə qiymətləndirmə predmetinə onun real bazar dəyərindən aşkar surətdə və tənasübsüz şəkildə aşağı, yaxud yuxarı olan qiymət qoyulması mötəbər mənbələr vasitəsilə müəyyən edilərsə, əməkdaş dərhal qiymətləndirmə təşkilatına bu barədə məlumat verməli və rəyin müəyyən edilmiş qaydada və müddətdə tərtib edilib göndərilməsini tələb etməlidir. Göründüyü kimi, məhkəmə qərarlarına əsasən borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakın satılması zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən siyahıya alınma prosesində protokola əlavə edilən siyahıda qeyd olunan əmlaklara aid qiymət deyil, qiymətləndirmə təşkilatı tərəfindən hər bir əmlak üzrə qiymətləndirmə həyata keçirildikdən sonra verdiyi rəy əsas götürülür. xx.xx.2023-cü il tarixə fiziki şəxs Cavabdeh (VÖEN: **********) vergilər üzrə vərəqədə 1046,94 manat, sığorta haqları üzrə vərəqədə 2101,64 manat və icbari tibbi sığorta üzrə vərəqədə 316,63 manat borcu mövcuddur. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********585200 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-ci il tarixli **********1 saylı qərar üzrə sosial sığorta ödənişinə 1530,24 manat, **********3 saylı qərar üzrə icbari tibbi sığorta ödənişinə 229,75 manat, **********4 saylı qərar üzrə vergi ödənişinə 1007,35 manat, xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsində isə İcbari tibbi sığorta üzrə 410,01 manat, Sosial sığorta üzrə 2632,32, Vergi üzrə 1054,98 manat borcu mövcuddur. Həmçinin vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barədə xx.xx.2023-ci il tarixli əmlakın siyahıya alınması barədə tərtib edilmiş protokollar, aktlar, qərarlar və xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. Əmlakın siyahıya alınması zamanı əmlakların qiymətləndirilməsi vergi ödəyicisinin ifadələrinə əsasən müəyyən edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar qəbul etmiş və cavabdehə məxsus, iddia ərizəsinə qoşma siyahıda göstərilmiş daşınar əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə borc dövlət büdcəsinə ödənilmədiyi halda məhkəməyə və ya icra qurumlarına müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzib olunmaz haldır. Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırki mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və onun vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100,00 manat, Dövlət Sosial Müdafiə Fonduna 200,00 manat və İcbari Tibbi Sığorta Fonduna 100,00 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Qara Qarayev prospekti, 57 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd “SHARP” markalı kondisioner, Yaponiya istehsalı olan 1 vahidinin qiyməti 200 manat olan 1 ədəd “SONY” markalı monitor, Çin istehsalı olan 1 vahidinin qiyməti 100 manat olan 1 ədəd video reqistrator olmaqla, ümumilikdə 400 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkəsində satılsın. Daşınar əmlakın satışı həyata keçirilərkən cavabdehin cari dövrdə dövlət büdcəsinə ödənilməli olan borc məbləği nəzərə alınsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar