Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9039/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Ermənistan, Basarkeçər rayonunda dünyaya gəlmişdir. İddiaçı doğum haqqında Şəhadətnaməsini itirdiyinə görə 1 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan rəsmi imtina verilərək məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Gələcəkdə onun və övladlarının bu səbəbdən əlavə əziyyət çəkməmələri üçün Məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.5.3-cü bəndinə əsasən doğum faktı, vaxtı və yeri təsdiq edilməlidir. Doğum haqqında həkim arayışı olmadıqda doğum faktı məhkəmə tərəfindən müəyyən olunur. Müvafiq qaydaların 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş qeydin bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktı məhkəmə tərəfindən müəyyən edilir.
3. İddiaçı tərəfindən iddia tələbi xx.xx.1960-cı il təvəllüdlü İddiaçı barəsində doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
4. Cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalan"-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Bildirilmişdir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
5. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
II. İddianın növü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Nikahın bağlanması haqqında şəhadəatnaməyə əsasən 1914-cü il təvəllüdlü X3 (iddiaçının atasıdır) ilə 1934-cü il təvəllüdlü X6 (iddiaçının anasıdır) arasında nikah xx.xx.1962-ci ildə Daşkənd kənd soveti, Basarkeçər rayonunda qeydiyyata alınmışdır.
10. 23.01.1973-cü il təvəllüdlü X1 (iddiaçının qardaşıdır) doğum haqqında şəhadətnaməsinə əsasən atası X4 (milliyyəti azərbaycanlı), anası X5r (milliyyəti azərbaycanlı). Doğum yeri: Daşkən kəndi, Vardenis rayonu.
11. 05.09.1967-ci il təvəllüdlü X2 (iddiaçının bacısıdır) doğum haqqında şəhadətnaməsinə əsasən atası X4 (milliyyəti azərbaycanlı), anası X5r (milliyyəti azərbaycanlı). Doğum yeri: Daşkən kəndi, Basarkeçər rayonu.
12. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, xx.xx.1960-cı il təvəllüdlüdür. Doğuludu yer Basarkeçər rayonudur.
IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
13. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
15. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır.
16. İddia mümkündür.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
19. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir (bax: İİİ. Məhkəmə tərəfindən təqdim edilən sübutlar). Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı barədə doğum haqqında akt qeydi bərpa edilməlidir.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı barəsində doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva