Məhkəmə qərarları › İş №2-1(112)-9039/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9039/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9039/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra vərəqəsinin tərtib edilməsi və qətnamənin icra şöbəsinə göndərilməsi tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra vərəqəsinin tərtib edilməsi və qətnamənin icra şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı X1 Bakı Şəhəri Cavabdehnə və Xəzər Rayon İcra Şöbəsinə müraciət edərək Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra vərəqəsinin tərtib edilməsini və qətnamənin icraya göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Cavabdeh və İcra Şöbəsi 6 fevral 1991-ci il tarixli qətnaməsinin icrası üçün heç bir tədbir görməmişdir. İddiaçı ərizə ilə Bakı Şəhəri Cavabdehnə 6 fevral 1991-ci il tarixli qətnamənin icrası ilə əlaqədar müraciət etmiş, lakin, Bakı Şəhəri Cavabdeh 5 sentyabr 2024-сü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Bakı Şəhəri Cavabdeh 5 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadını onunla əsaslandırmışdır ki, Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin predmetini təşkil edən daşınmaz əmlak özgəninkiləşdirilmiş və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 358-ci maddəsinə əsasən məhkəmə qətnaməsi (qərarı) qüvvəyə mindiyi gündən 3 il ərizində icra edilməli idi. Hesab edir ki, Bakı Şəhəri Cavabdeh qərardadı əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Bakı Şəhəri Cavabdeh 5 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadında prosessual hüquq normaları üzrə qüvvədən düşmüş məcəlləyə istinad etməsi qeyri-qanunidir, maddi norma üzrə həmin dövr qüvvədə olan qanunvericiliyə istinad edilə bilər. Bundan əlavə olaraq qeyd etmək istəyirlər ki, maddi normanı təşkil edən, 1991-ci il tarixdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 85-ci maddəsinə əsasən qeyri-əmlak tələbləri üzrə iddia müddətləri tətbiq edilmir və Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin mülki hüquq vəzifə və öhdəlik yaradan hissələri qeyri-əmlak hüquqlarını ehtiva edir. Bakı Şəhəri Cavabdeh Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi tərtib edib, qətnaməni icraya yönəltməlidir və bu Bakı Şəhər Cavabdeh inzibati vəzifəsi, öhdəliyidir. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 6 fevral 1991-ci il tarixli qətnaməsinin icra olunmasa, qətnamənin əsasını təşkil edən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə əsas olan alqı-satqı müqaviləsi, digər mülki müqavilələr, şəhadətnamələr, əmlak barədə çıxarışlar etibarsız sayılması üçün məhkəməyə müraciət etmək qeyri-mümkün olacaqdır. Bakı Şəhər Cavabdeh prosessual qanunvericilik əsasında yaranan öhdəliklərini icra etməsə İddiaçının mülkiyyət hüququları bərpaedilməz şəkildə pozulacaqdır. Xüsusi ilə qeyd etmək istəyir ki, məhkəmə qətnaməsinə nəzarət Məhkəmələrə həvalə edilmişdir. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması baxımından analoji iş üzrə Ali Məhkəmənin 2-1(102)- 2301/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli qərarında (Sədrlik edən N.İ.Rəsulbəyova) göstərilmişdir ki, "icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından, hərəkət və hərəkətsizliklərindən şikayətlərə də, məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir." (AR Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)- 2301/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli Qərarı (Sədrlik edən N.İ.Rəsulbəyova). Lakin, bu iş üzrə Cavabdeh icra vərəqəsi tərtib etmədiyindən və qətnamənin icra edilməsi üçün icra şöbəsinə göndərmədiyindən, həmin mübahisə inzibati hüquq sahəsində yaranan mübahisədir və inzibati Məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə mümkünlük iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia ərizəsindən müəyyən olunur ki, hazırki mübahisənin əsasını Bakı Şəhəri Cavabdeh tərəfindən 6 fevral 1991-ci il tarixli qətnamənin icrası ilə əlaqədar icra vərəqəsinin verilməsi ilə əlaqədar olaraq həmin orqanın üzərinə vəzifə qoyulması təşkil edir. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti, həmin orqanların inzibati idarəçilik sahəsi üzrə gördüyü tədbirlərə aid deyildir. Məhkəmə orqanlarının ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyəti daxilində olan hərəkət və ya hərəkətsizliyinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. İddia tələbində göstərilən hallar üzrə Bakı Şəhəri Cavabdeh inzibati hüququn subyekti kimi çıxış etmir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Cavabdeh 5 sentyabr 2024-cü il tarixli, 8(003)-219/2024 nömrəli qərardadından müəyyən edilir ki, Bakı şəhər məhkəməsinin İ instansiya mülki işlər üzrə məhkəmə kollegiyasının 3- 28/1 saylı, 06 fevral 1991-ci il tarixli qərarının icraya yönəldilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə rədd edilmiş, iddiaçı tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təmin edilməyərək, Bakı Şəhəri Cavabdeh 05 sentyabr 2024-cü tarixli, 8(003)-219/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Şəhəri Cavabdeh və Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq müvafiq məhkəmə aktları qəbul edilmişdir. İddiaçının Bakı Şəhəri Cavabdeh üzərinə qərarın icraya yönəldilməsi barədə öhdəlik qoyulmasına dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qarşı 2-1(102)-28/2021 saylı işi, iddiaçı X1 cavabdeh Tovuz Rayon Məhkəməsinə qarşı 2-1(102)-625/2023 saylı işi) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, belə mübahisələr üzrə məhkəmələr inzibati icraatda tərəf qismində cəlb edilə bilməzlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-cimaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar