Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-904/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 15 yanvar 2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. Hərbi biletin və əmək kitabçasının surətindən görünür ki, 15 noyabr 1980-ci il tarixdən 30 oktyabr 1982-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 15 noyabr 1983-cü il tarixdən 08 iyul 1985-ci il tarixinə kimi Spitak “Liftqayırma” zavodunda əmək fəaliyyətinə başlayaraq çalışmış, 02 oktyabr 1985-ci il tarixdən 28 avqust 1989-cu il tarixinədək “Bakı Dərin Özüllər Zavodu”nda elektrod çeşidləyicisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 13 iyun 1988-ci il tarixdən 29 dekabr 1990-ci il tarixinə kimi həmin zavodda elektrod istehsalı üyüdücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 02 yanvar 1991 -ci il tarixdən 30 iyun 2003-cü il tarixinədək “Şelflayihətikinti” İstehsalat Birliyində (Bakı Dərin Özüllər Zavodu) üyüdücü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 01 iyul 2003-cü il tarixdən 21 noyabr 2003-cü il tarixinədək həmin təşkilatda elektrod istehsalı üzrə qarışdırıcı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində, 16 noyabr 2003-cü il tarixdən 31 oktyabr 2004-cü il tarixinədək “X1” şirkətində fəhlə vəzifəsində, 01 noyabr 2004-cü il tarixdən 12 fevral 2007-ci il tarixinədək “Caspian Ofşore fabrikators” şirkətində fəhlə vəzifəsində, 01 mart 2007-ci il tarixindən 12 fevral 2008-ci il tarixinədək Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda qaynaq çubuqları (elektrod) briketləyicisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 7.25 bənd a) vəzifəsində işləmiş bundan sonra həmin zavodda müxtəlif vəzifələrdə işləyərək 29 avqust 2017-ci il tarixinə kimi əmək fəaliyyətini davam etdirmişdir. Beləliklə, 29 avqust 2017-ci il tarixinə kimi ümumi iş stajı 37 il 8 ay 4 gün təşkil etmiş, həmin staj illərindən 19 il 4 ay 12 gün müddətini hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşma çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla da, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də, 60 yaşına çatdığı 15 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Göstərilənləri nəzərə alaraq, ona hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinin tələblərinə müvafiq olaraq 60 yaşı tamam olduğu 15 yanvar 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavavdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İ.M.X9 19.01,2022-ci il tarixli ərizə ilə müraciət edərək, 50 yaşının tamam olduğu 15 yanvar 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filiala daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, cavabdeh inzibati orqan tərəfindən verilən imtina əsaslı və qanuni olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, :eşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.İddiaçının Mərkəzi filiala təqdim etdiyi 15 noyabr 1983-cü ii tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən də, hesab edirlər ki, İddiaçı "güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi" barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən o, 15 noyabr 1980-ci ildən 30 oktyabr 1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ПТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən müəyyən edilmişdir ki, xx.xx.1983-cü il tarixdən, xx.xx.19985-ci il tarixədək Spitak “Liftqayırma” zavodunda çalışmış, Bakı Stasionar Dərinlik Özülləri zavodunun 20 nömrəli sexinə xx.xx.1985-ci il tarixindən 3-cü dərəcəli çeşidləyici peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən 20 nömrəli sexə 3-cü dərəcəli üyüdücü (drobilşik) peşəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdən 4-cü dərəcəli üyüdücü peşəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdən “Qaynaq” X5 köçürmə yolu ilə işdən azad edilmiş, “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin “Qaynaq” X5 xx.xx.1991-ci il tarixdən 4-cü dərəcəli üyüdücü peşəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdən 5ci dərəcəli üyüdücü dərəcəsi verilmişdir. xx.xx.2003-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2003-cü il tarixdə X2 TNK 3-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2004-cü il tarixdə “X8” MMC-yə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə 3-cü dərəcəli fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci iltarixdə işdən azad edilmiş, xx.xx.2007-ci il tarixdə H.Əliyev adına Bakı Dərin Özüllər X6 İstehsalı sexinə 3-cü dərəcəli briketləyici peşəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən 3-cü dərəcəli əridici peşəsinə keçirilmiş, xx.xx.2008-ci iltarixdən 5-ci dərəcəli örtük komponentlərinin xırdalayıcı peşəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdən qaynaq çubuqları istehsalı sahəsinə örtük komponentlərinin xırdalayıcı peşəsinə keçirlmiş, xx.xx.2013-cü il tarixdən işdən azad edilmiş, xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-də örtük komponentlərinin xırdalayıcısı peşəsinə işə qəbul edilmiş xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2015-ci il tarixdə "xxxx" Birgə Müəssisəsinə qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci iltarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Heydər Əliyv adına Bakı Dərin Özülləri Zavodu tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli arayışa əsasən İddiaçı Bakı Stasionar Dərinlik özülləri zavodunun 20 №-li sexinə xx.xx.1985-ci il tarixindən 3-cü dərəcəli çeşidləyici peşəsinə işə qəbul edilib. (Əsas: xx.xx.1985-ci il tarixli 164/K saylı əmr). xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinə qədər 20 №-li sexdə üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.1991 -ci il tarixindən xx.xx.2003-cü il tarixinə qədər “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin “Qaynaq” X4 üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi H.Əliyev adına Bakı Dərin Özüllər X6 istehsalı sexində briketləyici peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır. xx.xx.2008-ci il tarixindən xx.xx.2013-cü il tarixinə qədər Qaynaq çubuqları istehsalı sahəsinə örtük komponentlərinin xırdalayıcı peşəsində, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2022-ci il tarixli, **********6 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 15 noyabr 1983-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a- 11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760). Həmçinin, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələrinin funksiyaları ilə eynilik təşkil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” xx.xx.2007-ci il tarixli, 12 saylı qərarın ilə təsdiq olunmuş siyahısında qeyd olunan sahə və peşələrin mövcudluğu barədə mötəbər sübut növü kimi müvafiq sahə üzrə mütəxəssis rəyinin alınmasını işin düzgün həlli üçün daha çox əhəmiyyəti olacağını məhkəmənin diqqətinə çatdırmaq istəyilər. Vəzifə təlimatları sorğuya cavab məktubun əlavə edilmişdir. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək, qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası iddia növünün tələb olunan xüsusi mümkünlük şərti iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir ki, hazırki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən 15 fevral 2022-ci il tarixli, **********6 nömrəli məktubla imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüddür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 2 ay 27 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda bildirilmişdir ki, İddiaçı işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürtülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a- 18705) və elektrodçu (kod:2070200A-19760). Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, iddiaçının ümumi iş stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı qeyd edir ki, iddiaçının ümumi iş stajının 25 ildən artıq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halı işin mübahisəsiz halıdır. Sözügedən halları təkzib edəcək hər hansı bir sübut, dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.1962-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-904/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-904/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver