Məhkəmə qərarları › İş №2-1(112)-904/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-904/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-904/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilən 2709003AADPJ №-li göndərişə verilmiş imtinanın əsassız hesab edilməsi və əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, bel nahiyəsində ağrılardan, ağrıların aşağı ətraflara vurmasından, aşağı ətraflarda zəiflikdən, hərəkət məhdudluğundan, sidik saxlamamaqdan, əsəbilik, halsızlıqdan əziyyət çəkir. Bununla bağlı olaraq sol pəncəsində parez yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq X8 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə 2709003AADPJ №-li göndəriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən ona xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması bildirilmişdir. Göründüyü kimi Agentlik tərəfindən onun sol pəncəsində olan parezin əlillik verilməməsinə əsas olmaması bildirilməmiş və hər hansı əsaslandırma qeyd edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsi ilə bağlı qərar qəbuletmə öhdəliyi icra edilməmişdir. Belə ki, Komissiya tərəfindən ona nə əlillik təyin edilməmiş, nə də ona qəti olaraq imtina verilməsi əsaslandırılaraq müvafiq qərar qəbul edilməmişdir. xx.xx.2022ci il tarixli cavabdan narazı qaldığına görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2 nevroloji və psixatrik xəstəliklər istiqaməti üzrə xx.xx.2022-ci il tarixdə qəbulda iştirak etmişəm və qəbulun nəticəsinə dair rəsmi cavab verilməsi üçün yazılı ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ərizəsinə xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla imtina cavabı verilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən qəbulda iştirak etmiş və yenə də əlavə müayinə və müalicəyə ehtiyac olduğu bildirilmişdir. Yekun olaraq təkrar müayinə ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi yazılı müraciət Agentliyin xx.xx.2023-cü il tarixi ilə cavablandırılmış və ona rədd cavabı verilmişdir. Qeyd olunan məktub ona xx.xx.2022-ci il tarixdə poçtla çatdırılmışdır. Onun əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsi üçün Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə daxil edilən 2709003AADPJ №-li göndərişdə göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-cı il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.3-cü hissəsinin (üçüncü dərəcəli əlillik verilməsi) 2.3.3.bəndinə əsasən “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” 2022-ci il 13 may tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Əsasnamənin 6.5.1, 6.5.1.1-ci bəndinə uygun gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cü il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən X6 şəxsə göndəriş verməsi barədə qəbul etdiyi qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X3na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə göndəriş tərtib edilir. Göstərilən 2709003AADPJ №-li göndəriş tam şəkildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cü il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uygun olaraq tərtib edilmişdir. Onun fakitiki olaraq əziyyət çəkdiyi xəstəliklər Qaydaların tələbinə görə ona əlillik dərəcəsini verməyə imkan verir. Bu baxımdan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsi ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsindən yayınması ilə bağlı xx.xx.2022- ci il tarixli cavab tamamilə əsassız olmaqla formal xarakter daşıyır. TSEK-in xx.xx.2022-ci il tarixli cavabında qeyd olunur ki, əlavə müayinə və müalicəyə ehtiyacın olduğu məsləhət görülür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 8 saylı Şəhər Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəb: Ümumi xəstəlik X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 - Digər rubrikalarda təsnif olunmay... Diaqnozun mətni: L5 fəqərəsinin sol tərəfli hemilaminektomiyası, L5-S1 nahiyyəsindən bağın çıxarılması. Bel fəqərələrinin osteoxondrozu. Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından s/v. Tromboflebit Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3.20" səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. 8 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəb: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M90* - Digər rubrikalarda təsnif oluna... Diaqnozun mətni: Bel fəqərələrinin osteoxondrozu. Lyumbal polidiskoz. L5 fəqərəsinin soldan hemilaminektomiyası. L5-S1 nahiyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından s/v. Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından s/v (2008) Meyar: 22.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.3.20” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X8nin 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi ilə “Səbəb: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros... Diaqnozun mətni: L5 fəqərəsinin soldan hemilaminoektomiyasından s\v. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın Çıxarılmasından s\v Diskogen bel oma radikuliti. Meyar. 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixli elektron təyinatla Səbəbi: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros... Diaqnozun mətni: L5 fəqərəsinin soldan hemilaminoektomiyasından s\v. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından s\v.Diskogen bel oma radikuliti. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətraflann nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X8nin 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-cı ıl tarixli göndərişi ilə X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G99* - Sinir sisteminin digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə digər pozğunluqları => G99.8* - Digər... Diaqnozun mətni: Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminoektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998). Davamlı kökcük-ağrı sindromu. Sol pəncənin parezi Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Çanaq orqanlarının funksiyasının pozulması. Ağırlaşma G54 Sinir köklərinin və kələflərinin davamlı kökcük-ağrı sindromu Ağırlaşma G83.1 Aşağı ətrafların pəncənin Parezi Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmalarım imtina verilmişdir. Xəstəyə əlavə (EMQ) ixtisaslı müayinə qərarı verildi.” səbəbi ilə imtina verilmişdir. Bakı X8nin 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi ilə X3: Xİİİ Sinif - Sümük-əzələ birləşdirici sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros... Diaqnozun mətni: Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminoektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998). Davamlı kökcük-ağrı sindromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müayinə və müalicəyə ehtiyacın olması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı İrəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqandan tərəfindən verilmiş imtina xx.xx.2021-ci il tarixində olmuşdur, lakin iddiaçı məhkəməyə 1 il 1 aydan sonra müraciət etmişdir, (yəni mart 2023-cü il.) Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununa əsasən Maddə 73. İnzibati şikayətin verilməsi müddəti: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı İrəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəma tərəflərin bildirməsindən asili olmayaraq özünün xidməti vəzifəsinə göra yoxlamalıdır.” Göründüyü kimi İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə xx.xx.2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə tərəfindən təkrarən iddianın mümkünlüyünün araşdırılmasına zərurət yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş 6 saylı qoşmada Agentliyin xx.xx.2023-cü il tarixli məktubu və ona çatdırılması vaxtını təsdiq edən zərf əlavə edilmiş və ilk məhkəmə iclasında bu sübutlara qiymət verilərək iddia mümkün hesab edilmiş və işin mahiyyəti üzrə araşdırılmasına başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq X8 publik hüquqi şəxs 1 nömrəli Poliklinika şöbəsi tərəfindən onun əlilliyimin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə 2709003AADPJ №-li göndəriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən ona xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması bildirilmişdir. Göründüyü kimi Agentlik tərəfindən onun sol pəncəsində olan parezin əlillik verilməməsinə əsas olmaması bildirilməmiş və hər hansı əsaslandırma qeyd edilməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən ona əlillik dərəcəsinin verilməsi ilə bağlı qərar qəbul etmə öhdəliyi icra edilməmişdir. Belə ki, Komissiya tərəfindən ona nə əlillik təyin edilmiş, nə də ona qəti olaraq imtina verilməsi əsaslandırılaraq müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən edilməsi” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin əldə edilməsi ilə bağlı qərar sadə səs çoxluğu ilə qəbul edilir. Eyni zamanda həmin Qaydalara olan əlavədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Dövlət Tibbi-Sosial Ekspertiza və X4- sosial ekspertiza komissiyası Qərarının forması təsdiq edilmiş. Qaydalara əlavə edilmiş həmin Qərar formasının 4.9-cu bəndində qeyd olunmuşdur ki, “Bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər”. Qaydaları təhlil etdikdə aydın olur ki, TSEK Əlilliyin qiymətləndirilməsinin yekun nəticəsi olaraq “İnzibati icraat haqqında” ARQ-nun tələblərinə cavab verən inzibati akt, yəni qərar qəbul etməlidir. Halbuki indiyədək belə bir qərarla tanış olmamış və sadəcə elektron hökumət portalından 1 cümlədən ibarət imtina ilə bağlı məlumat almışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli cavabdan narazı qaldığına görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2 nevroloji və psixatrik xəstəliklər istiqaməti üzrə xx.xx.2022-ci il tarixdə qəbulda iştirak etmiş və qəbulun nəticəsinə dair rəsmi cavab verilməsi üçün yazılı ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ərizəsinə xx.xx.2022-ci il tarixli **********3 saylı məktubla imtina cavabı verilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən qəbulda iştirak etmiş və yenə də əlavə müayinə və müalicəyə ehtiyac olduğu bildirilmişdir. Təkrar müayinə zamanı yenə də əlilliyin müəyyən edilməsindən imtina edilsə də bu dəfə də əsaslandırılmış qərar qəbul edilməmiş və elektron hökumət portalına məlumat yerləşdirməklə kifayətlənmişlər. Məhkəmə elektron hökumət potrtalında olan məlumatı əsassız olaraq qərar kimi qəbul etsə belə, heç bir müdafiə mexanizmi göstərilmədiyindən İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən iddia müddətini ötürmüş hesab edilə bilmər. Yekun olaraq təkrar müayinənin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi yazılı müraciət Agentliyin xx.xx.2023-cü il tarixi ilə cavablandırılmış və ona rədd cavabı verilmiş və yenə də qərar göndərilməmişdir. Qeyd olunan məktub ona xx.xx.2023-cü il tarixdə poçtla çatdırılmışdır. Yenə də məhkəmədən qeyd olunan sübutla tanış olmasını və iddianı mümkün hesab edərək mahiyyəti üzrə araşdırmanı yekunlaşdırmasını xahiş edir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavabına əsasən İddiaçı “Əlavə müalicəyə ehtiyacın olması, əlavə müayinə və müalicə məsləhət görülür” diaqnozu müəyyən edilmişdir. X8 publik hüquqi şəxsin 1 nömrəli poliklinika şöbəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (2709003AADPJ saylı xx.xx.2022-ci il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2009-cu il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1998-ci ildir (xroniki). Əsas diaqnoz: M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilamınoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998).Davamlı kökcük-ağrı sinromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Ağırlaşmalar: G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası G54 Sinir köklərinin və kələflərinin zədələnmələri Davamlı kökcük-ağrı sindromu R26 Hərəkətin və yerişin pozulmaları Hərəki Jünlsiyanın pozulması. Yerişin çətinləşməsi M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskoqen beloma radikulopatiyası Yanaşı xəstəliklər: M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu M48.0 Spinal stenoz, L3-L4, L5-S1 fəqərəarası onurğa kanalın stenozu D26 Uşaqlığın digər xoşxassəli yenitörəmələri, Uşaqlığın fibromioması, sol yumurtalığın polikistozu görə uşaqlığın artırmaları ilə birlikdə ekstripasiyasından sonrakı vəziyyət (2008). M17 Qonartroz (diz oynağının artrozu), hər iki diz oynaqlarının artrozu, hərəki funksiyanın pozulması ilə İ11 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5 fəqərəsinin soldan hemilaminoektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998) H52.0 Hipermetropiya, OU-Hipermetropiya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-B-1639/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2709003AADPJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualı yaranacağı təqdirdə “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya ərazi TSEKlərinə müraciət edə bilər. Ərazi TSEK-lərin ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış **********3 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırıİmiş sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti “Bakı X8nin 1 nömrəli Şəhər Poliklinikası”nın göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: Əlavə müayinə və müalicəyə ehtiyacın olması məsləhət görülür) barədə qərar verilmişdir. İxtisaslaşmış dövlət səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda əlillik vəziyyəti qiymətləndirilərək müvafiq qərar veriləcəkdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X8” publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 238 saylı xx.xx.2023-cü il tarixli məktub ilə TQS seriyalı 2709003AADPJ nömrəli “Forma 88” arayışının doldurulmasına əsas olmuş sənədlərin surətləri təqdim edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilamınoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998). Davamlı kökcük-ağrı sindromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. G83.1 Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası” diaqnozu ilə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, əlavə müayinə və müalicə məsləhət görülür” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdə müayinə edilərək “L5 fəqərəsinin soldan hemilamınoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılması. Bel fəqərələrinin osteoxondrozu. Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından sonrakı vəziyyət. Tromboflebit” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (ilkin) əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə müayinə edilərək “Bel fəqərələrinin osteoxondrozu. Lyumbal polidiskoz. L5 fəqərəsinin soldan hemilaminektomiyası. L5-S1 nahiyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət. Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından sonrakı vəziyyət (2008)” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (təkrar) əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə müayinə edilərək “Bel fəqərələrinin osteoxondrozu. Lyumbal polidiskoz. L5 fəqərəsinin soldan hemilaminektomiyası. L5-S1 nahiyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət. Uşaqlığın artımlarla birlikdə ekstripasiyasından sonrakı vəziyyət (2008)” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (təkrar) əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə müayinə edilərək “L5 fəqərəsinin soldan hemilaminektomiyasından sonrakı vəziyyət. L5- S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət. Diskogen bel oma radikuliti” diaqnozu ilə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (təkrar) əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək “Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilaminoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998).Davamlı kökcük-ağrı sinromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Çanaq orqanlarının funksiyasının pozulması. G54 Sinir köklərinin və kələflərinin zədələnmələri Davamlı kökcük-ağrı sindromu. G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə əlavə (EMQ) ixtisaslı müayinə qərarı verildi” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilaminoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998).Davamlı kökcük-ağrı sinromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Çanaq orqanlarının funksiyasının pozulması. G54 Sinir köklərinin və kələflərinin zədələnmələri Davamlı kökcük-ağrı sindromu. G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası” diaqnozu ilə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, əlavə müayinə və müalicə məsləhət görülür” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilaminoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998).Davamlı kökcük-ağrı sinromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Çanaq orqanlarının funksiyasının pozulması. G54 Sinir köklərinin və kələflərinin zədələnmələri Davamlı kökcük-ağrı sindromu. G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası” diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0006 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı “Əlavə müayinəyə ehtiyacın olması” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” 3-17-4/2-31089/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 2709003AADPJ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının oktyabr 2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Əlilik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək L5 fəqərəsinin sol tərəfli hemilaminektomiyası, L5-S1 nahiyəsindən bağın çıxarılması, bel fəqərələrinin osteoxondrozu, uşaqlığın artmaları ilə birlikdə ekstirpasiyasından sonrakı vəziyyət, tromboflebit diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik, xx.xx.2014 - xx.xx.2015-ci il tarixlərində ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik (həmən diaqnoz ilə), xx.xx.2015 - xx.xx.2016-cı il tarixlərində L5 fəqərəsinin soldan hemilanektomiyasından sonrakı vəziyyət, L5-S1 səviyəsində qalınlaşma, sarı bağın çıxarılmasından sonrakı vəziyyət, diskogen bel-oma radikuliti diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyinatı aparılmışdır. xx.xx.2016-cı il tarixindən xx.xx.2021- ci il tarixinədək beş illik sistem uzanması almışdır. Əlillik müddəti bitdikdən sonra xx.xx.2021ci il tarixində tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurma (səbəb: əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə əlavə (EMQ) ixtisaslı müayinə qərarı verildi) səbəbi ilə tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022ci il tarixli göndəriş isə əlavə müalicə (səbəb: əlavə müayinə və müalicəyə ehtiyacının olması məsləhət görülür) səbəbindən geri qaytarılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsas şikavatlaıjbel nahiyəsində ağrılar, ağrıların aşağı ətraflara yayılması, hərəkət məhdudluğundan olmuş nevroloji statusunda aşağı ətraflarda əzələ tonusu normal izlənilmiş, D=S, proksimal və distal əzələ qruplarında əzələ gücü 5/5 bal kimi qiymətləndirilmiş, diz və axil refleksləri canlı cağrılmış, əzələ atrofiyası və hipotrofiyası qeyd edilməmişdir. Təqdim etdiyi xx.xx.2009 - xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasından 547 nömrəli stasionar tibbi kartının çıxarışına əsasən diaqnoz “Bel fəqərələrinin osteoxondrozu, lyumbal polidiskoz, iki tərəfli kəskin kökcük-ağrı sindromu, L5-S1 səviyyədə qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət, kəskin kökcük ağrıları”; xx.xx.2021-ci il tarixli EGE Hospital - bel-oma nahiyəsinin MRT müayinə nəticəsi “Açıqlığı sola baxan az dərəcəli skolioz, bel lordozu düzləşməsi, fəqərə cisimlərində yer-yer tip 2 degenerasiyalar, L2 fəqərə cismində 9 mm ölçüsündə hemangioma ilə uyumlu görünüm, L1-2 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan öndən epidural məsafəni sıxan diffuz annulyar qabarma, L2-3 intervfertebral diskdə sağ fəqərəarası dəliyi qismən daraldan diffuz annulyarqabarma fonunda sağ paramedian protruziya (3 mm-ə qədər), L3-4 intervertebral diskdə diffuz annulyar qabarma fonunda öndən epidural məsafəni sıxan sağ paramedian protruziya (4 mm), spinal stenoz; L4-5 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan öndən epidural məsafəni sıxan diffuz annulyar qabarma, L5-S1 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan osteofitin bərabər göstərildiyi diffuz annulyar qabarma fonunda arxa məsrkəzi protruziya (3 mm-ə qədər)” kimi qeyd edilmişdir. Əlillik təyinatının əsas xəstəliyin, əlillik təyinatına əsas verən ağırlaşmalarına görə aparıldığı nəzərə alınaraq, vətəndaşda əsas diaqnoz (rəsmiləşdirilmiş göndərişdə) M96.1 - Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998), davamlı kökcük-ağrı sindromu” kimi qeyd edildiyindən; obyektiv müayinədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində əlilliyin təyinatına əsas verən ağırlaşma kimi qeyd edilmiş G83.1- “ Aşağı ətrafların monoplegiyası. Sol pəncənin hemiparezi” və M62.5 “Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası” diaqnozu təqdim edilmiş ENMQ müayinəsi və DTSERA-da həkimnevroloqun obyektiv müyinəsində təsdiqini tapmamış. R26 “Hərəkət funksiyasının pozulıması, yerişinin çətinləşməsi” - ağrıya bağlı olmuş, lakin ağrının olması əlillik təyinatına əsas verməmişdir. Həmçinin yanaşı xəstəlik olaraq qeyd edilmiş “ M17 Hər iki diz oynağının artrozu” na əlillik təyinatı nəzərdə tutulmamış, qonartroza görə xx.xx.2023cü il tarixində keçirdiyi əməliyyatdan sonrakı vəziyyət də ( hər iki ayaq kiçik sümüyünün tunelizasiyası və konizasiyası) əlillik təyinatına əsas verməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm 01.07,2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 3-17-4/3- 1-94134/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1964cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Əlilik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixədək L5 fəqərəsinin sol tərəfli hemilaminektomiyası, L5-S1 nahiyəsindən bağın çıxarılması, bel fəqərələrinin osteoxondrozu, uşaqlığın artmaları ilə birlikdə ekstirpasiyasından sonrakı vəziyyət, tromboflebit diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik, xx.xx.2014 - xx.xx.2015-ci il tarixlərdə ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik (həmən diaqnoz ilə), xx.xx.2015 - xx.xx.2016-cı il tarixlərdə L5 fəqərəsinin soldan hemilanektomiyasından sonrakı vəziyyət, L5-S1 səviyəsində qalınlaşma, sarı bağın çıxarılmasından sonrakı vəziyyət, diskogen bel-oma radikuliti diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyinatı aparılmışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş illik sistem uzanması almışdır. Əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurma (səbəb: əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə əlavə (EMQ) ixtisaslı müayinə qərarı verildi) səbəbi ilə tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli göndəriş isə əlavə müalicə (səbəb: əlavə muayinə və müalicəyə ehtiyacının olması məsləhət görülür) səbəbindən geri qaytarılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsas şikayətləri bel nahiyəsində ağrılar, ağrıların aşağı ətraflara yayılması, hərəkət məhdudluğundan olmuş, nevroloji statusunda aşağı ətraflarda əzələ tonusu normal izlənilmiş, D=S, proksimal və distal əzələ qruplarında əzələ gücü 5/5 bal kimi qiymətləndirilmiş, diz və Axil refleksləri canlı cağrılmış, əzələ atrofiyası və hipotrofiyası qeyd edilməmişdir. Təqdim etdiyi xx.xx.2009 - xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq Xəstəxanasından 547 nömrəli stasionar tibbi kartının çıxarışına əsasən diaqnoz “Bel fəqərələrinin osteoxondrozu, lyumbal polidiskoz, iki tərəfli kəskin kökcük-ağrı sindromu, L5-S1 səviyyədə qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət, kəskin kökcük ağrıları”; xx.xx.2021-ci il tarixli EGE Hospital - bel-oma nahiyəsinin MRT müayinə naticəsi “Açıqlığı sola baxan az dərəcəli skolioz, bel lordozu düzləşməsi, fəqərə cisimlərində yer-yer tip 2 degenerasiyalar, L2 fəqərə cismində 9 mm ölçüsündə hemangioma ilə uyumlu görünüm, L1-2 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan öndən epidural məsafəni sıxan diffuz annulyar qabarma, L2-3 intervfertebral diskdə sağ fəqərəarası dəliyi qismən daraldan diffuz annulyarqabarma fonunda sağ paramedian protruziya (3mm-ə qədər), L3-4 intervertebral diskdə diffuz annulyar qabarma fonunda öndən epidural məsafəni sıxan sağ paramedian protruziya (4mm), spinal stenoz; L4-5 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan öndən epidural məsafəni sıxan diffuz annulyar qabarma, L5-S1 intervertebral diskdə hər iki fəqərəarası dəliyi daraldan osteofitin bərabər göstərildiyi diffuz annulyar qabarma fonunda arxa məsrkəzi protruziya (3 mm-ə qədər)” kimi qeyd edilmişdir. Əlillik təyinatının əsas xəstəliyin, əlillik təyinatına əsas verən ağırlaşmalarİna görə aparıldığı nəzərə alınaraq vətəndaşda əsas diaqnoz (rəsmiləşdirilmiş göndərişdə) M96.1 - Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasındansonrakı vəziyyət (1998), davamlı kökcük-ağrı sindromu” kimi qeyd edildiyindən; obyektiv müayinədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində əlilliyin təyinatına əsas verən ağırlaşma kimi qeyd edilmiş G83.1 - “Aşağı ətrafların monoplegiyası. Sol pəncənin hemiparezi” və M62.5 “Sol aşağı ətrafın azələlərinin hipotrofiyası” diaqnozu təqdim edilmiş ENMQ müayinəsi və DTSERA-da həkimnevroloqun obyektiv müyinəsində təsdiqini tapmamış. R26 “Hərəkət funksiyasının pozulıması, yerişinin çətinləşməsi” - ağrıya bağlı olmuş, lakin ağrının olması əlillik təyinatına əsas verməmişdir. Həmçinin yanaşı xəstəlik olaraq qeyd edilmiş “M17 Hər iki diz oynağının artrozu”na əlillik təyinatı nəzərdə tutulmamış, qonartroza görə xx.xx.2023-cü il tarixdə keçirdiyi əməliyyatdan sonrakı vəziyyət də (hər iki ayaq kiçik sümüyünün tunelizasiyası və konizasiyası) əlillik təyinatına əsas verməmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddiaçı (FİN:xxxxxxx) - “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 462/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, göndərişdə qeyd edilən “Digər rubrikalarda təsnif olunmayan postlami-nektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998) Davamlı kökcük-ağrı sindromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofıyası. Hərəki funksiyanın pozulması. Ağırlaşma: G83.1-Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sol aşağı ətraf əzələlərinin hipotrofıyası” diaqnozdakı xəstəliklərdən əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya 2709003AADPJ saylı tibbi göndəriş əsasında xx.xx.2022-ci il tarixli qiymətləndirmənin nəticəsi, yəni əlilliyin təyin edilməsindən imtina barədə sms bildiriş göndərilməmiş, eləcə də xx.xx.2023-cü il tarixdən əvvəlki tarixdə iddiaçıya imtina ilə bağlı cavab verilməsi barədə məlumat müəyyən edilmir. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı X8nin 1 nömrəli Şəhər Polikliniasının 2709003AADPJ saylı xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, əlavə müayinə və müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyinindən imtina edilmiş, nəticə iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Nəticənin iddiaçıya daha əvvəl təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yəni qeyd edilən müddət ərzində iddiaçının əlilliyin qiymətləndirilməsinin nəticəsi ilə bağlı müraciətləri olmuş, iddiaçının 2709003AADPJ saylı tibbi göndəriş əsasında qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. X8 publik hüquqi şəxsin 1 nömrəli poliklinika şöbəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (2709003AADPJ saylı xx.xx.2022-ci il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2009-cu il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1998-ci ildir (xroniki). Əsas diaqnoz: M96.1 Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom L5 fəqərəsinin soldan hemilamınoektomiyası. L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998).Davamlı kökcük-ağrı sinromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofiyası. Hərəki funksiyasının pozulması. Ağırlaşmalar: G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi Sol aşağı ətrafın əzələlərinin hipotrofiyası G54 Sinir köklərinin və kələflərinin zədələnmələri Davamlı kökcük-ağrı sindromu R26 Hərəkətin və yerişin pozulmaları Hərəki Jünlsiyanın pozulması. Yerişin çətinləşməsi M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Diskoqen beloma radikulopatiyası Yanaşı xəstəliklər: M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu M48.0 Spinal stenoz, L3-L4, L5-S1 fəqərəarası onurğa kanalın stenozu D26 Uşaqlığın digər xoşxassəli yenitörəmələri, Uşaqlığın fibromioması, sol yumurtalığın polikistozu görə uşaqlığın artırmaları ilə birlikdə ekstripasiyasından sonrakı vəziyyət (2008). M17 Qonartroz (diz oynağının artrozu), hər iki diz oynaqlarının artrozu, hərəki funksiyanın pozulması ilə İ11 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5 fəqərəsinin soldan hemilaminoektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998) H52.0 Hipermetropiya, OU-Hipermetropiya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçı müayinə edilərək əlavə müalicəyə ehtiyacın olması, əlavə müayinə və müalicə məsləhət görülməsi əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən iddiaçı TSEK tərəfindən əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə 2709003AADPJ saylı xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında müayinə edilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçıya ilkin olaraq ikinci dərəcə əlillik xx.xx.2009-cu il tarixdə 1 il müddətinə təyin edilmişdir, təkrar əlilliklər xx.xx.2014, xx.xx.2015-ci illərdə hər birində müvafiq olaraq 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə 5 illik müddətə (xx.xx.2021-ci ilədək) təkrar ümumi əsasla ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş 462/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, iddiaçının göndərişdə qeyd edilən “Digər rubrikalarda təsnif olunmayan postlami-nektomik sindrom, L5 fəqərəsinin soldan hemilaminektomiyası, L5-S1 səviyyəsində qalınlaşmış sarı bağın çıxarılmasından sonrakı vəziyyət (1998) Davamlı kökcük-ağrı sindromu. Sol pəncənin parezi. Sol aşağı ətraf əzələlərinin hipotrofıyası. Hərəki funksiyanın pozulması. Ağırlaşma: G83.1-Aşağı ətrafların monoplegiyası. Sol pəncənin parezi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sol aşağı ətraf əzələlərinin hipotrofıyası” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: … 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə (xx.xx.2022) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.2.3, G83.1 Aşağı ətrafların monoplegiyası Sol pəncənin parezi) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar