Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9041/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İdarəsinə “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 40 saylı sərəncamı ilə mərhum atası X5 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Binəqədi qəsəbəsində yerləşən 300 kv.m torpaq sahəsinin və fərdi yaşayış evinin atasının adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması məsələsinin həllinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 836 saylı xx.xx.1994-cü il tarixli sərəncamı ilə E.T.Əliyevə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinin 300 kv.m Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 40 saylı sərəncamı ilə mərhum atası X5 fərdi yaşayış evi tikmək üçün verilmişdir. Həmin sərəncama əsasən rayon icra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən qeyd olunan torpaq sahəsində atası tərəfindən iki mərtəbəli yaşayış evi tikilmişdir. Atasına ayrılmış torpaq sahəsi və orada tikilən yaşayış evindən həmin dövrdən indiyə kimi ailəsilə birlikdə istifadə edir. İddiaçının atası həmin torpaq sahəsinə və fərdi yaşayış evinə hüququnun Dövlət qeydiyyatına alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət etməmiş və 2024cü ildə vəfat etmişdir. Ona görə də, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən həmin torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması barədə rəsmi sənəd verilməsini xahiş etmişdir. Lakin həmin İdarə tərəfindən əsassız səbəblər gətirilərək imtina edilmişdir. 7 saylı Bakı “ASAN” xidmət mərkəzinin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialından verilən cavabda X5 Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli 40 saylı sərəncamı və ona əlavə edilmiş cizgi sənədlərinin dövlət arxivinin Bakı filialında mövcudluğunu təsdiq edilmişdir. Həmin sərəncamın və ona əlavə olunan cizgi sənədlərinin təsdiq edilmiş ksero surətləri 2 vərəqədə iddiaçıya təqdim olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarına əsasən, təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 836 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqlar digər şəxs X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq sonradan X2 adına özgəninkiləşdirilmişdir. Həmçinin, qeyd olunan torpaq sahəsinin 300 kv.m hissəsinin X3 adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 40 saylı Sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin müvafiq tarixli qərardadı ilə X10 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -ünvan 1 ünvanlanmış məktubda bildirilmişdir ki, “xx.xx.2024-cü il tarixdə vəfal elmiş xx.xx.1944-c ü il təvəllüdlü X3 (FİN: 36B7MTS) vərəsələri, vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mərhum-X3 adına Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli, № 40 nömrəli sərəncamına əsasən Binəqədi rayon, Binəqədi qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300.0 kv.metr torpaq sahəsinə dair elektron çıxarışın (Forma-37) mərhumun vərəsələri: İddiaçı təqdim etməyinizi Sizdən xahiş edirik.” -Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verimiş məktubda bildirilir ki, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 836 saylı sərəncamı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamın və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surətləri məhkəməyə göndərilir. Qeyd: Sərəncama alqı-satqı aktı, naturada təhvil verilmə aktı və digər əlaqəli sənədlər əlavə edilməmişdir. Həmin məktuba əlavə edilmiş, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 836 nömrəli Sərəncamdan görünür ki, X9 fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. -Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla X11 barəsində Binəqədi RİH-in arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli, 40 saylı sərəncamı və ona əlavə edilmiş cizginin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Binəqədi RİH başçısının xx.xx.2001-ci il tarixli, 40 saylı Sərəncamından görünür ki, X9 ayrılmış 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsi X3 adına keçirilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş: -DTXK tərəfindəın X9 Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 836 nömrəli Sərəncam ilə 600 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir. -Binəqədi RİHB-nin Binəqədi qəsəbə nümayəndəliyi tərəfindən verilən xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, ünvan 4 nömrəli ev X9 məxsusdur. Ev ümumi sahəsi 600 kv.m torpaq sahəsində inşa edilib. -DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 4 nömrəli evə dair X9 verilən xx.xx.2007-ci il tarixli texniki pasportun torpaq sahəsi haqqında məlumat bölməsindən evin sənəd üzrə torpaq sahəsi 600 kv.m, faktiki isə 0,05195 ha təşkil edir. -Notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, X12 ünvan 4 ünvanda faktiki 0,05195 ha torpaq sahəsində yerləşən saylı fərdi yaşayış evini X7 bağışlamışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısnının xx.xx.2001-ci il tarixli, 40 saylı Sərəncamına istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 300 kv.m torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsini tələb edir. İddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Lakin iddiaçı istifadəsində olan həm torpaq sahəsi, həm də fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Belə ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 40 nömrəli sərəncamı xx.xx.2001-ci il tarixdə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1- dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanları xx.xx.2001-ci ilədək torpaq sahəsi ayıra bilərdi. Odur ki, iddiaçının təqdim etdiyi inzibati akt xx.xx.2001-ci il tarixdə verildiyindən müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilən sənəd kimi qəbul oluna bilməz. Halbuki, yalnız səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt hüquqmüəyyənedici sənəd hesab olunur və etibarlı sayılır. İddiaçı həm də iddia etdiyi torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədi (yerləşmə cizgisini) təqdim edə bilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi yerləşmə cizgisi X9 ayrılmış torpaq 600 kv.m torpaq sahəsinin cizgisidir. Bir halda ki, iddiaçı tərəfə yeni sərəncamla torpaq sahəsi ayrılmışdı, torpaqayırma proseduruna uyğun olaraq həmin torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd də verilməli idi. Hüquqi baxımdan vurğulanmalıdır ki, torpaq sahəsinin ayrılması prosesi qanunvericiliyə uyğun olaraq inzibati akt – sərəncam, əmr, qərar kimi hüquqmüəyyənedici sənədin qəbul edilməsi ilə başlanır, daha sonra həmin sərəncama əsasən sahənin sərhədlərinin naturada ayrılması, texniki parametrlərinin müəyyən edilməsi və yerləşmə cizgisinin hazırlanması mərhələsi həyata keçirilir. Nəzərə alınmalıdır ki, “yerləşmə cizgisi” və ya “yerləşmə sxemi” adlanan sənəd texniki sənəddir. Həmin sənəd özü-özlüyündə səlahiyyətli orqanın torpaq sahəsinin ayrılması barədə inzibati aktın daşıdığı hüquqi qüvvəyə malik deyil. Başqa sözlə desək, torpaq sahəsinin şəxsə ayrılmasını təsdiq edən əsas sənəd sərəncamdır, yerləşmə cizgisi isə yalnız həmin sərəncamın icrası üçün texniki vasitədir. Lakin iddiaçı cavabdeh inzibati orqana Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 40 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamını təqdim etsə də, qeydiyyata alınmalı torpaq sahəsinin planı və ölçüsünü (yerləşmə sxemini) təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri ilə yanaşı torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsi zəruridir. İndiki halda iddiaçı X9 xx.xx.1994-cü il tarixli sərəncamla ayrılmış 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinin onun razılığı ilə mərhum atasına ayrılması barədə Binəqədi RİHB-nin xx.xx.2001-ci il tarixli sərəncamına əsaslanmaqla başqa torpaq sahəsi üzərində hüquqlara nail olmaq istəyir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X1 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 836 nömrəli Sərəncamı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsinin 2007-ci ildə kadastr planını almış, həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evini adına sənədləşdirimiş və xx.xx.2008-ci il tarixli müqavilə ilə özgəninkiləşdirmişdir. Hazırda həmin ev X2 mülkiyyətindədir və evin yerləşdiyi həyətyanı sahə 600 kv.m təşkil etməsi iddiaçı tərəfindən də təkzib edilməmişdir. Həmçinin, torpaq sahəsinin ortofoto görüntüsünə vizual baxışla müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 300 kv.m torpaq sahəsi X6 adına 600 kv.m torpaq sahəsinə dair verilmiş kadastr planından kənarda yerləşir. Bu hal X6 adına verilmiş sərəncam əsasında öz hüququnu həyata keçirdiyini və sərəncam vermək səlahiyyətdən istifadə etdiyinə dəlalət edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ hüquqi aktlar sayılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. 3.3. Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: 3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin qərarları; 3.3.2. Azərbaycan Respublikası Prezidentinin sərəncamları; 3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; 3.3.4. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanların aktları; 3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ hesab edilən digər hüquqi aktlar. Burada xüsusi olaraq qeyd olunmalıdır ki, yerli icra hakimiyyəti başçılarının sərəncamları hüquqi təbiətinə görə qeyri-normativ hüquqi aktlar sırasına daxildir. Çünki belə sərəncamlar fərdi xarakter daşıyır, konkret şəxsə və ya konkret hadisəyə ünvanlanır, birbaşa hüquqi nəticələr yaradır və yalnız bir dəfə tətbiq edilə bilər. Məhz bu səbəbdən belə sərəncamlar qeyri-məhdud sayda şəxslərə aid edilə bilən hüquqi nəticələr doğurmur. Bu baxımdan, hazırkı məhkəmə araşdırmasında da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 836 nömrəli sərəncamının hüquqi təbiəti nəzərə alınmalıdır. Həmin sərəncam konkret şəxsə və konkret mülkiyyət münasibətinə yönəlmiş, bir dəfəlik tətbiq edilmiş və hüquqi nəticələr doğurmuşdur. Hazırda həmin sərəncamın hüquqi nəticələri qüvvədə qalır və alqı-satqı müqavilələri üzrə qeydiyyat hərəkətləri hüquqi qüvvəsini itirməmişdir. Hazırkı şərtlər daxilində isə iddiaçının tələbinin təmin edilməsi istisna olunur. İddiaçı həmçinin, torpaq sahəsi ilə yanaşı, həm də həmin torpaq sahəsində inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq sənədləri təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar (torpaq və fərdi yaşayış evinin uzun müddətdir istifadəsində olması və s.) isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas vermir. Göründüyü kimi iş üzrə toplanmış sübutlar onu deməyə əsas verir ki, iddiaçının faktiki istifadəsində olan (naturada göstərdiyi) torpaq sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı tərəfindən bu qənaətin əksini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunda göstərilmiş sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov