Məhkəmə qərarları › İş №2-1(112)-9042/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9042/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9042/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Mamed oğlunun Cavabdehnə qarşı «doğum haqqında akt qeydində düzəlişin edilməsi» barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Mamed oğlu cavabdeh Cəlilabad rayon Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında akt qeydində düzəlişin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı Cəlilabad şəhərində doğulmuşdur. Cəlilabad rayon Qeydiyyat (VVADQ) şöbəsinin 153 saylı 20 avqust 1954-cü il tarixli adın dəyişdirilməsi haqqında akl qeydinə əsasən iddiaçının adı “Robert”-dən "Rəşid”-ə dəyişdirilmişdir. Belə ki iddiaçı 20 may 2022-ci il tarixdə qeydiyyat şöbəsinə doğum haqqında akt qeydində adının "Robert”-dən “Rəşid”-ə dəyişdirilməsi barədə müraciət etmişdir. İddiaçı doğulduqdan sonra onun adı Robert kimi yazılsa da, 6 yaşında atası təkrar doğum haqqında şəhadətnamədə Rəşid kimi yazdırmışdır. Lakin Cəlilabad rayon Qeydiyyat şöbəsi dəyişiklik elməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilir. Cəlilabad rayon Qeydiyyat şöbəsi sözügedən müddəalarda nəzərdə tutulan istisna halların iddiaçının tələbinə uyğun tətbiq edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçının adının “Robert”-dən “Rəşid”-ə dəyişdirilməsi və bu barədə doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin Cəlilabad rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə hazırki inzibati məhkəmə icraatı üzrə cavabdeh Cəlilabad rayon Qeydiyyat şöbəsi Cavabdeh ilə əvəz edilmişdir. Cavabdeh İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə ünvanlanmış 16 noyabr 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, iddiaçının adı şəxsiyyət vəsiqəsini təsdiq edən sənəddə “Rəşid” kimi göstərildiyi halda, Cəlilabad rayon Qeydiyyat şöbəsində qeydə alınmış 20 avqust 1954-cü il tarixli 153 nömrəli doğum akt qeydində “Robert” qeyd olunduğundan ziddiyyət yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il taruxli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»a müvafiq olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyşikliklər edilməsi kifayət qədər əsaslar olduqda, ərizə verən şəxslərin seçdiyi yer üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir, əsaslar olmadıqda isə məhkəmə tərəfindən həyata keçirilir. Doğum akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət oluna bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının mümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını raşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə gprə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 00115-2852 nömrəli 22 oktyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh iddiaçının doğum haqqında akt qeydində adının qrafasına dəyişiklik edilməsi ilə bağlı 22 oktyabr 2022-ci il tarixli müraciətə baxılmış və şəxsiyyəti təsdiq edən sənəddə iddiaçının adı “Rəşid” göstərildiyi halda, Cəlilabad rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1954-cü İl tarixli 153 saylı doğum akt qeydində isə ad qrafasında “Robert” qeyd edildiyindən ziddiyyətlər yaranmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 may 2022-ci il tarixli, ******* saylı qərarına əsasən 24 iyul 1954-cü il təvəllüdlü İddiaçı Mamed oğlunun Azərbaycan Respublikasına mənsubiyyəti tanınmışdır. İş materiallarından görünür ki, İddiaçı Mamed oğluna məxsus doğum haqqında şəhadətnaməyə əsasən o, 24 iyul 1954-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il taruxli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; - vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində adının “Robert”dən “Rəşid”ə dəyişdirilməsidir o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə adının “Rəşid” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (1954-cü il təvəllüdlü) istər adının “Robert”dən “Rəşid”ə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğyunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinin, Ailə Məcəlləsinin 189-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il taruxli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın 3-cü bəndinin tələbləri bu hüquqların həyata keçirilməsini mümkün edir. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 24 iyul 1954-cü il tarixdə doğulmuş İddiaçı Mamed oğlunun doğumu haqqında tərtib edilmiş 20 avqust 1954-cü il tarixli 153 saylı akt qeydində adının “Robert”dən “Rəşid”ə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi cavabdeh Balkı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 24 iyul 1954-cü il tarixdə doğulmuş İddiaçı Mamed oğlunun doğumu haqqında tərtib edilmiş 20 avqust 1954-cü il tarixli 153 saylı akt qeydində adının “Robert”dən “Rəşid”ə dəyişdirilməsi (düzəliş edilməsi) öhdəliyi cavabdeh Balkı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar