Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9042/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzili İddiaçı atası hərbiçi podpolkovnik X11 10 may 1960-cı ildə dövlət tərəfindən xidməti yaşayış sahəsi kimi verilmişdir. X13 23 sentyabr 1980-ci ildə rəhmətə getmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzili Bakı qarnizonu rəisinin xx.xx.2006-cı il tarixli qərarına əsasən İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi polkovnik M.Hacalıyevin və şöbənin rəisi polkovnik-leytenant A.Xasıyevin ünvan 1 ünvanladığı məktubda qeyd olunmuşdur ki, “ Bakı qarnizonu rəsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən, Bakı şəhəri “Qızıl Şərq”, hərbi şəhərcik, ev 10, sahəsi 54,70 kv.m olan 3-otaqlı 12 saylı mənzilin şəxsi maliyyə hesab vərəqəsi İddiaçı adına keçirilsin.” ünvan 3 ünvanında yerləşən 12 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti mənzillər siyahısından çıxarılması və həmin mənzilə dair vətəndaş İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanılması barədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Elşad Həsənovun 10 mart 2023-cü il tarixli 111 nömrəli Sərəncamı verilmişdir. İddiaçı və onun ailə üzvləri oğlu - X2, qızı X7 və nəvəsi X3 Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzildə 3-otaqlı (54,7 kv.m) ümumi sahəsi 68,3 m2 olan yaşayış sahəsində qeydiyyatdadırlar. Yaşayış sahələrinin özəlləşdirilməsi Azəbaycan Respublikasının “Mənzil fondunun özəlləşdrilməsi haqqında” Qanunu ilə tənzimlənir. İddiaçı özəlləşdirmə hüququ olan Azərbaycan Respublikasının vətəndaşı olaraq, eləcə də, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağladığına görə istəyir ki, yaşadığı mənzil qanunvericiliyə uyğun olaraq özəlləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 12 oktyabr 2023-cü il tarixdə rəsmi ərizə ilə müraciət edərək yaşayış evinə reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqanın 03 noyabr 2023-cü il tarixli, **********73 saylı cavabı ilə imtina edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 111 saylı sərəncamı xx.xx.2023-cü il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı “ünvan 4 ünvanında yerləşən 12 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********73 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 10 saylı evin 12 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 111 saylı sərəncamı xx.xx.2023-cü il tarixində verilmişdir. Bundan əlavə təqdim olunan order müvafiq icra hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın sənəd üzrə yaşayış sahəsi 12 kv.m qeyd edilsə də, faktiki olaraq yaşayış sahəsinin 56.6 kv.m, ümumi sahəsinin isə 77.5 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanan xx.xx.2023-cü il tarixli, 672 nömrəli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə vətəndaş İddiaçı müraciət edərək Müdafiə Nazirliyinin mənzil fonduna aid olan ünvan 6 ünvanda yaşadığı qapalı hərbi şəhərciyə aid olmayan mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsi və xidməti yaşayış sahəsindən çıxarılması barədə sərəncam verilməsi üçün müraciət etmişdir. Mənzil X11 Bakı rayon Mənzil-İstismar hissəsi tərəfindən 10 may 1960-cı il tarixində 551 nömrəli xidməti order əsasında verilmişdir. Mənzilin əsas kirayədarı X8 ölümü ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə ll-JQ № 288826, 23 sentyabr 1980-cı il). Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1980-cı il tarixli 138 nömrəli məktubuna əsasən sözügedən mənzilin maliyyə hesab vərəqəsi həyat yoldaşı X4 adına keçirilmişdir. X9 ölümü ilə əlaqədar olaraq mənzildən qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə İV-JQ № 315048, 26 yanvar 1991-ci il). Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1991-ci il tarixli 342 nömrəli məktubuna əsasən sözügedən mənzilin maliyyə hesab vərəqəsi V.S.Androşkinanın oğlu X5 adına keçirilmişdir. X5 ölümü ilə əlaqədar olaraq mənzildən qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə AZ-İ № 171557, 01 fevral 2006-cı il). Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin 28 noyabr 2006-cı il tarixli 2489/5 nömrəli məktubuna əsasən mənzilin maliyyə hasab vərəqəsi V.İ.Androşkinin həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Hal-hazırda İddiaçı mərhum qaynatası X11 verilmiş ünvan 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli,118 №-li qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi “Qaydasının 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli İcra hakimiyyəti orqanın vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri xidmətinə müraciət olunmuşdur. Vətəndaş İddiaçı yaşadığı mənzilin xüsusi təyinatlı fondundan çıxarılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən etiraz edilməmişdir. Yuxarıda qeyd olunanları və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6, 4.9.8. və 6.8-ci bəndlərini rəhbər tutaraq Yasamal rayonunun inzibati ərazi vahidində yerləşən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10, 12 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasına və İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi xahiş edilmişdir.
6. Bakı rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 551 nömrəli xidməti Orderə əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10, 12 saylı mənzil X11 ayrılmışdır.
7. İİ-JQ 288826 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X13 xx.xx.1980-ci il tarixdə ölmüşdür.
8. Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1981-cı il tarixli 138 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10, 12 saylı mənzilin maliyyə hesab vərəqəsi X4 adına keçirilmişdir.
9. İV-JQ 315048 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən Androşkina Semyonovna xx.xx.1991-ci il tarixdə ölmüşdür.
10. Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1991-ci il tarixli 342 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10, 12 saylı mənzilin maliyyə hesab vərəqəsi X5 adına keçirilmişdir.
11. AZ-İ 171557 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür.
12. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin xx.xx.2006-cı il tarixli 2489/5 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10, 12 saylı mənzilin maliyyə hasab vərəqəsi V.İ.Androşkinin həyat yoldaşı İddiaçı adına keçirilmişdir.
13. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-23/2- 41/2023 nömrəli məktubuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq Müdafiə Nazirliyinin sərəncamında olan xidməti mənzil fondundan səmərəli istifadənin təmin edilməsi şərtilə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz edilmir.
14. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 111 nömrəli Sərəncamına əsasən qərara alınmışdır:
1. Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10 ünvanında yerləşən 12 nömrəli mənzil xidməti mənzillər siyahısında çıxarılsın.
2. Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10 ünvanında yerləşən 12 nömrəli mənzilə dair vətəndaş İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanılsın.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 7 ünvanında yerləşən 12 nömrəli mənzilin gələcəkdə vətəndaş İddiaçı adına qeydiyyata alınması xahiş edilsin.
15. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü), X2 (xx.xx.1980-ci il təvəllüdlü), X6 (xx.xx.2005-ci il təvəllüdlü) və X7 (xx.xx.1978-ci il təvəllüdlü) ünvan 8 ünvanında qeydiyyatdadır.
16. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, **********378 nömrəli Ərizəyə əsasən X2 ünvan 8 ünvanında yerləşən mənzilin istənilən şəxsin adına özəlləşdirilməsinə, sənədləşdirilməsinə və adına çıxarış alınmasına heç bir etiraz etmir.
17. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********333 nömrəli Ərizəyə əsasən X6 ünvan 10 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.
18. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********332 nömrəli Ərizəyə əsasən X7 ünvan 10 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.
19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ünvan 4 ünvanında yerləşən digər mənzillər üzərində başqa şəxslərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışlar iş materiallarına əlavə olunmuşdur.
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
22. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
27. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
28. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
29. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
34. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, iddia tələbinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev, 12 saylı mənzil Bakı rayon Mənzil- İstismar hissəsi tərəfindən 10 may 1960-cı il tarixində 551 nömrəli xidməti order əsasında X11 verilmişdir. Mənzilin kirayədarı X8 ölümü ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə ll-JQ № 288826, 23 sentyabr 1980-cı il). Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1980-cı il tarixli 138 nömrəli məktubuna əsasən sözügedən mənzilin maliyyə hesab vərəqəsi X8 arvadı X4 adına keçirilmişdir. X9 ölümü ilə əlaqədar olaraq mənzildən qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə İV-JQ № 315048, 26 yanvar 1991-ci il). Abşeron rayon Mənzil-İstismar hissəsinin xx.xx.1991-ci il tarixli 342 nömrəli məktubuna əsasən sözügedən mənzilin maliyyə hesab vərəqəsi V.S.Androşkinanın oğlu X5 adına keçirilmişdir. X12 ölümü ilə əlaqədar olaraq mənzildən qeydiyyatdan çıxarılmışdır (ölüm haqqında şəhadətnamə AZ-İ № 171557, 01 fevral 2006-cı il). Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinin 28 noyabr 2006-cı il tarixli 2489/5 nömrəli məktubuna əsasən həmin mənzilin maliyyə hasab vərəqəsi V.İ.Androşkinin həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 111 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10 ünvanında yerləşən 12 nömrəli mənzil xidməti mənzillər siyahısında çıxarılması; Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq h/ş, ev 10 ünvanında yerləşən 12 nömrəli mənzilə dair vətəndaş İddiaçı ilə daimi kirayə müqaviləsi bağlanılması qərara alınmışdır.
35. Məhkəmə qeyd edir ki, mənzil vaxtilə xidməti mənzil olmuş (xüsusi təyinatlı mənzil fonduna aid edilmiş), lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndnin tələblərinə uyğun olaraq Müdafiə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin razılıq və rəylərinə əsasən Yasaman rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 111 nömrəli sərəncamı ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılmış və iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması qərara alınmışdır.
36. Mənzilin sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən orderdə mənzilin sahəsi 12 kv.m. olaraq göstərilsə də, iş materiallarından görünür ki, mənzil üç otaqlı olmaqla ən azı 1981-ci ildən bəri yaşayış sahəsi 54,70 kv.m.-dir və aidiyyəti orqanlar arasında aparılan bütün yazışmalarda mənzilin yaşayış sahəsi 54,70 kv.m olaraq göstərilir və yuxarı inzibati orqan tərəfindən xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq (rəy) da həmin qeyd edilən texniki göstəriciləri olan mənzilə aiddir.
37. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
38. Məhkəmə iddiaçının ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, iş materiallarına əlavə olunmuş ərizələrə əsasən mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmir.
39. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq iddiaçıya əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və ailə üzvlərinin istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıya verilmişdir.
40. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən mənzillə eyni binada yerləşən digər mənzillər üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qedyiyyata alınmışdır. Belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftar (hüquqlarının qeydiyyatından imtina) bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.
41. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
42. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
43. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 12 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva