Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9048/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Nəsirov Azim Nəsrulla oğlu) “daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Nəsirov Azim Nəsrulla oğlu) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Nəsirov Azim Nəsrulla oğlunun adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və aparılan qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, uzun müddət əvvəl mövcud olan qeyri-yaşayış sahəsi uzun müddətdir iddiaçının istifadəsində olmuşdur. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı tarixli, 33 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, 1 mərtəbəli ümumi sahəsi 146.0 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Təxminən 2016-cı ilin may ayının 20-dən sonra vətəndaş Nəsirov Azim Nəsrulla oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binasının Nəsirov Azim Nəsrulla oğlunun tam mülkiyyətində olmasına dair DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışı və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı təqdim edərkən qeyri-yaşayış sahəsini 3 günə boşaldılmasını tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edilməsi ilə iddiaçını təhdid etmişdir. İddiaçı ona təqdim olunmuş sənədlərin surətlərini götürərək qeyri-yaşayış sahəsini boşaltmış və şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyətindən iddiaçıya bildirilmişdir ki, DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarış qanunsuzdur və çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Nəsirov Azim Nəsrulla oğlunun adına rəsmiləşdirilərkən bir inzibati orqan kimi cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hərəkəti qanunsuz hesab edilməli və aparılan qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Nəsirov Azim Nəsrulla oğlunun adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hərəkəti qanunsuz hesab edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu normanı rəhbər tutaraq Nəsirov Azim Nəsrulla oğlunun adına qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. Nəsirov Azim Nəsrulla oğlunun müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının birinci bəndində dəyişiklik edilərək həmin qeyri-yaşayış sahəsini başqa bir vətəndaş - X7 adına rəsmiləşdirilməsi nəzərə alınmamışdır. Beləliklə, cavabdeh qeydiyyat orqanı olaraq, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının ilkin redaktədə olub-olmamasını yoxlamayaraq bu qeyri-yaşayış sahəsinə ixtiyarı olmayan şəxsin adına rəsmiləşdirmişdir. Cavabdeh qeydiyyat orqanı kimi qanunvericiliyin tələblərinə uyğun olmadan A.Nəsirovun adına daşınmaz əmlak üzərində hüquqları qeydiyyata almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 328 nömrəli, 05.10.2007-ci il tarixli sərəncamı, 30.09.2014-cü il tarixli 7 nömrəli tikinti obyektinin istismarına icazə sənədi və yerli icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında müvafiq qeyri-yaşayış binasına dair Nəsirov Azim Nəsrulla oğlunın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ********** qeydiyyat nömrəli 17.05.2016-cı il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun Nəsirov Azim Nəsrulla oğlunun adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə əsaslanaraq qanuni həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, Nəsirov X6 rayon İcra Hakimiyyətinə 13 sentyabr 2007-ci tarixli, 01-04/261 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.10.2007-ci il tarixli, 18/03- 8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyon onun adına rəsmilişdirilmışdır. Nəsirov X6 rayon İcra Hakimiyyətinə 15 sentyabr 2012-ci tarixli, N-232 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində onun adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X7 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu müraciət əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı verilmiş və həmin sərəncamın birinci bəndinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamın 2-ci bəndində dəyişiklik edilərək: - “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X7 adına rəsmiləşdirilsin” qeyd olunmuşdur. Beləliklə, 24 sentyabr 2012-ci tarixdən Nəsirov Azim Nəsrulla oğlunun bu qeyri-yaşayış sahəsi ilə bağlı hüquqları X1. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamı ilə Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci il tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Vətəndaşlar A.Nəsirov və A.Əsgərov tərəfindən qanunsuzluğun güman ediləcəyi nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 22.04.2016-ci il tarixdə göndərilmişdir, lakın sənədlər 29.04.2016-cı il tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Nəsirov Azim Nəsrulla oğlunun adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı Nəsirov Azim Nəsrulla oğlu 13 iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavadehin 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamış, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 22 avqust 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Daha sonra Nəsirov Azim Nəsrulla oğlu 11.07.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası 21 oktyabr 2020-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin hər iki qərarı qanuni qüvvəyə minmişdir və Nəsimi RİH başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab olunması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. Nəsirov Azim Nəsrulla oğlunun adına qeyd olunan ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi Nəsirov Azim Nəsrulla oğlunun adına verilmiş Nəsimi rayon İcra Hakimiyyətinin 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamı ləğv edildikdən sonra həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər üçüncü şəxs Nəsirov Azim Nəsrulla oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28.07.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına dair verilmiş RX seriyalı ******* nömrəli, 17.05.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, 16.07.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 26.02.2016-cı il tarixli 33 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164.85 kv.m olan qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan sxemin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 26.02.2016-cı il tarixli 33 saylı sərəncamına əsasən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin sxemi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış 26.05.2016-cı il tarixli 18/03-8/1741 saylı məktubda qeyd edilir: Sizin, 12.05.2016-cı il tarixli, 1-9/348 saylı razılıq məktubunuzu nəzərə alaraq, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsindəki 644-cü məhəllədə yerləşən istirahət parkının ərazisində vət. İddiaçı istifadəsində olan mövcud qeyri-yaşayış obyektinə dair təqdim olunmuş memarlıqplanlaşdırmasının eskiz həlli ("xxxx" MMC-nin işi, memar O.O.Məmmədov) razılaşdırılır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada aparılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 07.09.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) Nəsirov Azim Nəsrulla oğlunun adına 17.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.10.2007-ci il tarixli 18/03-8/5974 saylı məktubunun və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinin əsas götürülməsi, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazəsindəki vət.A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 22.11.2021-ci il tarixli məktubda qeyd olunur: Nəsirov X6 rayon İcra Hakimiyyətinə 13 sentyabr 2007-ci tarixli, 01-04/261 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.10.2007-ci il tarixli, 18/03- 8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyon onun adına rəsmilişdirilmışdır. Nəsirov X6 rayon İcra Hakimiyyətinə 15 sentyabr 2012-ci tarixli, N-232 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində onun adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X7 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu müraciət əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı verilmiş və həmin sərəncamın birinci bəndinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamın 2-ci bəndində dəyişiklik edilərək: - “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X7 adına rəsmiləşdirilsin” qeyd olunmuşdur. Beləliklə, 24 sentyabr 2012-ci tarixdən Nəsirov Azim Nəsrulla oğlunun bu qeyri-yaşayış sahəsi ilə bağlı hüquqları X1. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamı ilə Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci il tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Vətəndaşlar A.Nəsirov və A.Əsgərov tərəfindən qanunsuzluğun güman ediləcəyi nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 22.04.2016-ci il tarixdə göndərilmişdir, lakın sənədlər 29.04.2016-cı il tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Nəsirov Azim Nəsrulla oğlunun adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı Nəsirov Azim Nəsrulla oğlu 13 iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 11.01.2016-cı il tarixli 01 nömrəli inzibati aktının ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 04.10.2016-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavadehin 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(81)-182/2017 saylı iş) 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2-1(103)-893/17 saylı iş) 20 aprel 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (2-1(102)-1568/2017 saylı iş) 22 avqust 2017-ci il tarixli qərarla iddiaçının kassasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı Nəsirov Azim Nəsrulla oğlu 11.07.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(81)-3451/2018 saylı iş) 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2-1(103)-475/19 saylı iş) 19 fevral 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (2-1(102)-2092/2019 saylı iş) 21 iyun 2019-cu il tarixli qərarlı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-475/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1925/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (2-1(102)- 1553/2020 saylı iş) 21 oktyabr 2020-ci il tarixli qərarla iddiaçının kassasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncam qüvvədən düşmüş hesab olunur və bu hal məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı 31.01.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlunun cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11.01.2016-cı il tarixli 01 №-li Sərəncamının qismən, yəni Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-893/2017 saylı 20.04.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı 31.01.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1568/2017 saylı 22.08.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-893/2017 saylı 20.04.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3451/2018 saylı 26.10.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlunun cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 11.01.2016-cı il tarixli 01 saylı sərəncamının qismən - Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19.02.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlu tərəfindən verilmiş arpellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2092/2019 saylı 21.06.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19.02.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1925/2019 saylı 22.11.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2018-ci il tarixli, 2-1(81)-3451/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1553/2020 saylı 21.10.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlunun kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.11.2019-cu il tarixli 2-1(103)- 1925/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 24.12.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.10.2007-ci il tarixli, 18/03-8/5974 saylı məktubu və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinin əsas götürülməsi, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki vət.A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03.10.2007-ci il tarixli, 18/03-8/5974 saylı razılıq məktubuna əsasən Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən mövcud pavilyon Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə vətəndaş Nəsirov Azim Nəsrulla oğlunun adına rəsmiləşdirilmişdir. Vətəndaş A.N.Nəsirov ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun vətəndaş X7 adına sənədləşdirilməsini xahiş etmişdir. Vətəndaş A.Ə.Əsgərov özü də ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən ünvanda yerləşən pavilyonun onun adına sənədləşdirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X7 adına rəsmiləşdirilsin”. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində mövcud pavilyon Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamı ilə Nəsirov Azim Nəsrulla oğlunun adına rəsmiləşdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının 24.09.2012-ci il tarixli, 246 saylı sərəncamı ilə pavilyon X7 adına keçirilmişdir. Mövcud pavilyonun rəsmiləşdirilməsini nəzərdə tutan sərəncam və ona əsas olan sənədlərlə bağlı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13cü maddəsinə uyğun olaraq dövlət şəhərsalma nəzarəti qaydasında yerində araşdırılarkən sərəncamla nəzərdə tutulmuş tikintiyə icazə icraatı və tikinti obyektinə dair tələblər qaydasında müvafiq sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmiş və bununla əlaqədar akt tərtib olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı və 24.09.2012-ci il tarixli 246 saylı sərəncamlarının etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m olan qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyonun Nəsirov Azim Nəsrulla oğlunun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bundan sonra A.N.Nəsirov ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun X7 adına sənədləşdirilməsini xahiş etmişdir, eyni zamanda A.Ə.Əsgərov özü də ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən ünvanda yerləşən pavilyonun onun adına sənədləşdirilməsini xahiş etmişdir və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X7 adına rəsmiləşdirilsin”. Daha sonra mövcud pavilyonun rəsmiləşdirilməsini nəzərdə tutan sərəncam və ona əsas olan sənədlərlə bağlı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13-cü maddəsinə uyğun olaraq dövlət şəhərsalma nəzarəti qaydasında yerində araşdırılarkən sərəncamla nəzərdə tutulmuş tikintiyə icazə icraatı və tikinti obyektinə dair tələblər qaydasında müvafiq sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmiş, bununla əlaqədar akt tərtib olunmuş və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007ci il tarixli 328 saylı və 24.09.2012-ci il tarixli 246 saylı sərəncamları etibarsız hesab edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.05.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına Nəsirov Azim Nəsrulla oğlunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Halbuki hələ Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək qeyd olunan ünvanda yerləşən istirahət parkının ərazisindəki pavilyonun Nəsirov Azim Nəsrulla oğlunun adına rəsmiləşdirilməsi hissəsi dəyişdirilərək həmin pavilyonun digər şəxsin - X7 adına rəsmiləşdirilməsi qərara alınmışdır, eyni zamanda Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamına əsasən isə Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli 328 saylı və 24.09.2012-ci il tarixli 246 saylı sərəncamları etibarsız hesab edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Nəsirov Azim Nəsrulla oğluna aid olmayan sərəncama əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparmışdır, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat 17.05.2016-cı ildə aparılsa da, qeydiyyatın aparılması üçün cavabdehin hüquqmüəyyənedici sənəd kimi əsaslandığı sərəncam 11.01.2016-cı il tarixdə etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Nəsirov Azim Nəsrulla oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində hazırda mübahisələndirilən qeydiyyat aparılarkən Nəsirov Azim Nəsrulla oğlu tərəfindən təqdim edilən sənədlər tam tədqiq olunmamış, sərəncamın kimə aid olması, sərəncamın hazırda qüvvədə olub-olmaması, ləğv və ya etibarsız hesab edilib-edilməməsi aydınlaşdırılmamış, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyi müəyyən edilməmiş, zəruri sənədlər əldə edilməmiş, maraqlı şəxslərin iştirakı təmin edilməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı Nəsirov Azim Nəsrulla oğlu cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11.01.2016-cı il tarixli 01 №-li Sərəncamının qismən, yəni Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı 31.01.2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-893/2017 saylı 20.04.2017-ci il tarixli qərarı ilə Nəsirov Azim Nəsrulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1568/2017 saylı 22.08.2017-ci il tarixli qərarı ilə Nəsirov Azim Nəsrulla oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-893/2017 saylı 20.04.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Nəsirov Azim Nəsrulla oğlu cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 11.01.2016-cı il tarixli 01 saylı sərəncamının qismən - Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3451/2018 saylı 26.10.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1925/2019 saylı 22.11.2019-cu il tarixli qərarı ilə Nəsirov Azim Nəsrulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1553/2020 saylı 21.10.2020-ci il tarixli qərarı ilə Nəsirov Azim Nəsrulla oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.11.2019-cu il tarixli 2-1(103)-1925/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 11.01.2016-cı il tarixli 01 saylı sərəncamı qismən - Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində Nəsirov Azim Nəsrulla oğlu tərəfindən mübahisələndirilsə də, qeyd olunan iddia tələbləri rədd edilmiş və bununla əlaqədar məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Beləliklə, qeyd olunan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına Nəsirov Azim Nəsrulla oğlunun tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17.05.2016-cı il) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına Nəsirov Azim Nəsrulla oğlunun tam xüsusi mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-9048/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9048/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver