Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-905/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (hüquq məsləhətçisi, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi barədə göstərilən məhdudiyyətin götürülməsinin cavabdehin öhdəsinə qoyulması, ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı, 22 may 2020-ci il tarixli qərardadına əsasən iddia tələbi iddiaçıya vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi hissəsində mümkün hesab edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hüquqi yardım göstərən vəkil X6 tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair məlumatların verilməsi barədə sorğusuna xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab verilmişdir. Verilmiş cavabda Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə dair 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin 2-(81)-2410/2011 saylı qətnaməsinə və Ali Məhkəmənin 2(102)- 931/08 saylı bildirişinə əsasən məhdudiyyətin mövcud olması göstərilmişdir. İddiaçı ünvan 3 ünvanda mərhum X1 yaşadığı hissəsinin uçulub dağılması və mövcud olmaması səbəbindən müvafiq olaraq texniki pasporta dəyişiklik edilməsinin öhdəyə qoyulmasına dair 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Bununla bağlı hakim Ş.Məmmədova tərəfindən 2(81)-2410/2011 saylı, xx.xx.2011-ci il tarixli sərəncam verilərək Ərazi İdarəsinə göndərilmişdir və cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə iddia ərizəsinə etiraz verilmişdir. İşə baxılarkən iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-323/2012 saylı, 14 mart 2012-ci il tarixli qərardadı ilə iddianın geri qaytarılması barədə ərizəsi təmin edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Yəni bu işə baxılarkən hər hansı bir qətnamə çıxarılmamış, həmçinin işə baxıldığı vaxt fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulması barədə qərardad çıxarılmamışdır. Yəni fərdi yaşayış evinin üzərinə həbs qoyulmamış, hər hansı bir hərəkətin aparılması qadağan edilməmişdir. Ali Məhkəmənin 2(102)-931/2008 saylı, 18 aprel 2008-ci il tarixli qərarı ilə qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Həmçinin Ali Məhkəmədə işə baxılarkən qanunvericlikdə əmlak üzərinə məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır və məhdudiyyət barədə bildirişin də mövcud olması mümkünsüzdür. Cavabdeh tərəfindən əvvəl inzibati məhkəmənin guya çıxarmış olduğu “qətnamə” olmasını qeyd etmiş, iddiaçının israrlı etirazlarından sonra artıq həmin “qətnamə” bildiriş kimi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində mirasın qəbulu müddətinin uzadılmasına dair iş üzrə çıxarılmış qətnamədə də məhdudiyyətin mövcud olması barədə qeyd edilənlər öz əksini tapmışdır (2(006)-2784/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə). İddiaçı ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək məhdudiyyətin götürülməsini xahiş etmiş, lakin heç bir tədbir görülməmişdir və xx.xx.2019-cu il tarixli cavabda ona əvvəllər bu barədə cavablar verilməsi göstərilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad edilmişdir. Heç bir tədbir görməməklə cavabdeh hərəkətsizliyə yol vermişdir. Halbuki qeyd aparılmaqla məhdudiyyət qoyulması fərqli məsələlərdir və verilmiş bütün cavablarda sorğuya verilmiş cavabda əmlak üzərində məhdudiyyət olması göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Qanunun mənasına görə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeyd aparılması göstərilmişdir, bu qeyd özündə əmlak üzərinə məhdudiyyət qoyulmasını ehtiva etmir. Qeyd edilənlərdən də aydın olur ki, cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq məhdudiyyət olmasını qeyd etməklə iddiaçının əmlakla bağlı hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, məhdudiyyət qoyulmadığı halda məhdudiyyətin göstərilməsi vətəndaşın əmlak hüquqlarının həyata keçirilməsinin qarşısının alınması üçün məqsədli xarakter daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış **********47 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair məlumatın verilməsi barədə 28 noyabr 2018-ci il tarixli, 237 saylı sorğuya baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evi tarixsiz olaraq Bala X2 və X7 adlarına ilkin qeydiyyatdan keçmişdir və hazırda adlarındadır. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2410/2011 saylı qətnaməsinə və Ali Məhkəmənin 2(102)-931/08 saylı bildirişlərinə əsasən məhdudiyyət mövcuddur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********25 saylı, xx.xx.2019cu il tarixli məktubdan görünür ki, iddiaçının xx/xx/2018-ci il tarixli cavab məktubunda qeyd olunan məhdudlaşdırma barədə məlumatın aydınlaşdırılması haqqında xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 110 saylı evlə əlaqədar məhkəmədə mübahisə olması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2410/2011 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2784/19 saylı bildirişləri əsasında müvafiq əmlaka dair “Daşınmaz əmlakın dövlət reeystri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhdudiyyətlə əlaqədar dövlət reyestrində qeydlər aparılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********37 saylı, xx.xx.2019cu il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, ünvan 4 ünvanı ilə bağlı 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2784/19 saylı bildirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxıla bilər. Məhkəmə araşdrıması dövründə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evi üzərində məhdudiyyətin qoyulmasının əsasları və buna əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********99 saylı məktubla bildirilmişdir ki, ünvan 4 ünvanı ilə bağlı 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə İddiaçı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə **********25 saylı, xx.xx.2019-cu il tarixli və **********37 saylı, xx.xx.2019-cu il tarixli məktublar ünvanlanmışdır. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən ünvan 4 ünvanı ilə bağlı 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/19 saylı bildirişləri ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad olunaraq məhdudiyyətlə əlaqədar olaraq qeydlər aparılmışdır. İddiaçı tərəfindən məhdudiyyətin aradan qaldırılması barədə müraciətinə həmin məhkəmə mübahisələri üzrə yekun məhkəmə qərarları təqdim olunacağı təqdirdə mümkün olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhdudiyyətin qoyulması barədə hərəkətləri qanuni olmamışdır və buna baxmayaraq iddiaçının çoxsaylı müraciəti nəzərə alınmadan məhdudiyyətin aradan qaldırılmasından imtina edilməsi barədə hərəkətləri əsassızdır. Belə ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad edərək daşınmaz əmlak üzərinə məhdudiyyətin qoyulmasını göstərmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göründüyü kimi daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Hazırki iş materialları ilə cavabdeh tərəfindən məhdudiyyət barədə qeydlərin məhkəmənin arayışı əsasında deyil, sadəcə məhkəmə mübahisəsinin olması barədə bildirişlər əsasında aparıldığı müəyyən edilmişdir. İş üzrə zərurət yarandığından ərizəçi İddiaçı ərizəsinə dair 1MK-2163/2007 saylı mülki iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-931/2008 saylı, 18 aprel 2008-ci il tarixli qərarının müvafiq qaydada təsdiq edilmiş surəti Bakı Apelyasiya Məhkəməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və həmin qətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surəti Bakı şəhəri Nəsimi Ryaon Məhkəməsindən sorğu əsasında əldə edilmişdir. Həmin sorğulara cavab olaraq əldə edilmiş qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-931/2008 saylı, 18 aprel 2008-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsi MİÜMK-nın 19 dekabr 2007-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar əsasında müəyyən edilənlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2006-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ölüm faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi təmin edilərək X7 1938-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi, Bala X4 və X8 məxsus Bakı şəhəri, R.Rza küçəsindəki 110 saylı evə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin evin mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 19 dekabr 2007-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi İ.Dəmirov, hakimlər T.Qoldman, İ.İsmayılov, İş № 1MK- 2163/2007) Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2006-cı il tarixli qətnaməsi ləğv edilərək ərizənin baxılmamış saxlanılması, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2006-cı il tarixli qətnaməsinin icrasında geriyə dönüş edilməsinin Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Sorğu əsasında əldə edilmiş qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisinə qarşı “ölümün qeyd edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı ulu nənəsi X7 ölüm faktı müəyyən edilmiş və ünvan 6 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş 2(006)-2784/2019 saylı, 21 avqust 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında icra sənədi üzrə icraata başlanılmışdır. Sorğuya əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 05/Q-1991/75 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə bağlı qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 90 saylı ölmü haqqında akt qeydi tərtib edilərək icra olunmuşdur. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-323/2012 saylı inzibati iş materialları Bakı İnzibati Məhkəməsinin arxivindən tələb edilərək, həmin iş materiallarında olan sənədlərin surəti çıxarılaraq hazırki iş materiallarına əlavə edilmişdir. Həmin inzibati iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-323/2012 saylı, 14 mart 2012-ci il tarixli qərardadından görünür ki, İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardadın surəti xx.xx.2012-ci il tarixli, 2(81)-323/12 saylı müşayiət məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən ünvan 4 ünvanı ilə bağlı məhdudiyyətin qoyulmasına əsas olmuş 1 saylı ünvan 5an Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/19 saylı işləri üzrə yekun məhkəmə qərarları qəbul edilmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi üzərindən məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi üzərindən məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-905/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-905/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver