Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9053/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı (X6 üçüncü şəxs qismində cəlb edilməklə) “qərarın və s. sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, 14 nömrəli binanın qarşısındakı 45 kv.m.-lik ticarət obyektinin yerləşdiyi 5x10 kv.m. ölçüdə torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə” xx.xx.2005-ci il tarixli 195 nömrəli qərarın ləğv edilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının (bundan sonra- Səbail RİHB) müavininin xx.xx.2018-ci il tarixli 3/10-Z-22-091 saylı məktubu ilə hüquqlarını müdafiə etdiyi İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Məktəbli küçəsi 14 saylı binanın qarşısında yerləşən mövcud təsərrüfat otağından qeyri-yaşayış obyekti kimi istifadə etməsinə icazə verilmişdir. İddiaçı istifadəsinə və sahibliyinə verilmiş adıçəkilən qeyri-yaşayış obyektinin peykdən çəkilmiş şəkli MKTDnin 3 saylı XTMKTB-nin 144 saylı MKİS-nin rəhbərliyi tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş, adıçəkilən qeyri-yaşayış obyektinin onun istifadəsinə və sahibliyinə verilməsi həmin qurumun rəhbərliyi tərəfindən imzalanıb möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 223/23 saylı arayışda da əksini tapmışdır. Bundan başqa, İddiaçı sifarişi əsasında 2018-ci ildə "xxxx" MMC tərəfindən göstərilən qeyri-yaşayış obyektinin “Memarlıqplanlaşdırma həlli'’ hazırlanıb möhürlə təsdiq edilmiş, onunla “Azəriqaz" İstehsalat Birliyi arasında qaz sayğacı ilə təchiz etməyə dair xx.xx.2019-cu il tarixli 02264 saylı müqavilə bağlanmış, daha sonra, qeyri-yaşayış sahəsinin (Təndir) qazlaşdırılmasına dair ‘TERRA İGNİS” MMC tərəfindən 2019-cu ildə ‘Texniki icra sənədləri" tərtib edilmiş, qeyri-yaşayış sahəsinə dair (Təndir) xx.xx.2019-cu il tarixli "Bina daxili (sex daxili) qaz kəmərinin istismara qəbulu aktı” və xx.xx.2019-cu il tarixli "Qaz kəmərinin istismara qəbulu aktı" tərtib edilib imzalanmış, “Xarici qaz xəttinin tikinti pasportu" və “Daxili qaz xəttinin tikinti pasportu" tərtib edilib möhürlə təsdiq edilmişdir. Bunlardan əlavə, həmin qeyri-yaşayış sahəsinin (Təndir) qazlaşdırılmasına dair "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixdə “İşçi layihə” və “Texniki şərt” işlənib hazırlanmışdır. Bütün bunlara baxmayaraq, Bakı İnzibati Məhkəməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli e-2-1(112)-7160/2025 nömrəli məhkəmə bildirişində İddiaçı xx.xx.2025-ci il tarixə saat 12:10-a təyin edilmiş məhkəmə iclasında üçüncü şəxs qismində iştirak etməsinin zəruriliyi göstərilmişdir. Məlum olmuşdur ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinə (bundan sonra-FHN-nin TTNDA) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs İddiaçı müraciəti əsasında FHN-nin TTNDA tərəfindən başlanmış sənədləşmənin icrasının dayandırılması və ona məxsus Bakı şəhəri, Səbail rayonu. Badamdar qəsəbəsi, Məktəbli küçəsi 14 nömrəli binanın qarşısında yerləşən 45 kv.m.- lik ticarət obyektinin istismarına dair mövcud sənədlərin icraata qəbul edilərək, portala yerləşdirilməsi və qanuna müvafiq rəy verilməsi vəzifəsinin cavabdehə məcbur edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, 14 nömrəli binanın qarşısındakı 45 kv.m.-lik ticarət obyektinin yerləşdiyi 5x10 kv. metr ölçüdə torpaq sahəsinin Badamdar bələdiyyəsi tərəfindən iddiaçı X1 ilə bağlı dörd sənəd: “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə" xx.xx.2005-ci il tarixli 195 nömrəli qərarın, “Torpaqların alqısatqısma dair akt”, “Torpaq sahəsinin cizgisi "nin və pulun ödənilməsinə dair xx.xx.2005-ci il tarixli 328521 nömrəli kassa mədaxil orderinin qəbzinin kserosurətləri əlavə edilmişdir. Bildirir ki, İddiaçı hüquq və qanuni mənafelərinə toxunan yuxarıda adıçəkilən ünvandakı ticarət obyektinin yerləşdiyi 5x10 kv.m. ölçüdə torpaq sahəsinin cavabdeh Badamdar bələdiyyəsi tərəfindən 2005-ci ildə X7ma satılması ilə bağlı dörd sənədin mövcudluğu yalnız ünvanına Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-7160/2025 nömrəli məhkəmə bildirişi daxil olandan sonra məlum olmuşdur. Hesab edir ki, yuxarıda adıçəkilən ünvandakı ticarət obyektinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun X7ma satılmasına dair cavabdeh Badamdar bələdiyyəsinin qərarının və onunla bağlı tərtib edilmiş digər sənədlərinin qanuniliyi və əsaslılığı ilə əlaqədar məsələlər mülki, torpaq və bələdiyyə qanunvericiliyinin mülkiyyət hüququnun həyata keçirilməsinin əsaslarını və qaydalarını tənzimləyən müvafiq normalarının tələbləri baxımından təhlil etdilməlidir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı (müddətin ötürülməsi barədə) məsələlər iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi müddətin ötürülmədiyini bildirərək iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs iddia tələbinə etiraz edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı tələbdən görünür ki, iddiaçı, üçüncü şəxs X2 adına Səbail bələdiyyəsi ərazisindən torpaq sahəsinin ayrılmasına dair cavabdehin Qərarının ləğv edilməsini xahiş edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən Qərar qəbul edilən vaxt İPM qüvvədə olmamış, həmin vaxt qüvvədə olan Mülki Prosessual Məcəllədə inzibati orqanların hərəkətlərinin və qərarlarının mübahisələndirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə etdiyi Qərar 2005-ci ildə qəbul edilmişdir. Həmin Qərarın qəbul edilməsindən 20 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1678/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “...kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, “X11”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1764/2022 nömrəli; “X11”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1283/2023 nömrəli; “X11”- Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2073/2023 nömrəli; “X11”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2107/2023 nömrəli; “X10 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi - Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2250/2023 nömrəli; “X11”- Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023 nömrəli: qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur”. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi qərardan ən geci 2025-ci ilin fevral ayında məlumatlı olmuşdur. Belə ki, ilk növbədə bu halı iddiaçı iddia ərizəzində özü qeyd edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-7160/2025 nömrəli məhkəmə bildirişi daxil olandan sonra qərardan məlumatlı olduğunu bildirmişdir. Bundan başqa Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-7160/2025 nömrəli iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçı vəkili vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Badamdar Bələdiyyəsinə müraciət etmiş, Bələdiyyədən xx.xx.2005-ci il tarixli, 195 № li qərarının mövcud olub-olmamasını sorğu etmiş, sorğusuna bələdiyyə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, iddiaçı həmin məktubu üçüncü şəxs qismində cəlb edildiyi həmin məhkəmə icraatnda məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı ən geci xx.xx.2025-ci il tarixdə hazırda mübahisələndirdiyi qərardan məlumatlı olduğu halda, məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət eərək iddia müddətini ötürmüşdür. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi Qərarın qanunsuz hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9053/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9053/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver