Məhkəmə qərarları › İş №2-1(112)-9054/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9054/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9054/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təsdiqlənməyən 12 il 2 ay 08 gün əmək stajının nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Qanununa əsasən yeni hesablanmış əmək pensiyasına müvafiq olaraq əlavələrin pensiya təyin olunduğu dövrdən bu günə kimi yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuş və hal-hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. 1977-ci ildən əmək fəliyyətinə başlamış və həmin ildən başlayaraq 2021-ci ilin fevral ayının 01 tarixinə kimi müxtəlif dövlət və özəl müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. 09 fevral 2019-cu il tarixdə pensiya yaşına çatdığına görə əmək pensiyası almaq üçün pensiya təyin edən müvafiq dövlət qurumuna müraciət etmişdir. 09 fevral 2019-cu il tarixdə ona “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınaraq, 182,48 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən ona pensiya təyin olunarkən müxtəlif dövrləri əhatə edən 12 il 02 ay 08 gün əmək stajı nəzərə alınmadan yaşa görə pensiya təyin edilmişdir. Ona görə də, o, pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Cavabdeh dövlət orqanı tərəfindən xahişi təmin edilməyərək bu barədə ona 26 aprel 2022-ci il tarixli, **********3 saylı məktubla məlumat verilmişdir. Müraciəti ilə əlaqədar məktubda bildirilmişdir ki, əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək qeyd olunmuş “Xüsusitəmirtikinti” Trestinin, həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək qeyd olunmuş “Qaradağ” X3 faktiki və arxiv sənədlərinin saxlandığı ünvanı müəyyən etmək mümkün olmamış, ona görə də, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməmişdir. Qəbul olunmuş qərardan narazı qaldığı təqdirdə, qərardan məhkəməyə şikayət verə bilər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Onun qeyd olunan müəssisələrdə əmək stajı nəzərə alınmaqla yenidən pensiya hesablanmalıdır. Bildirir ki, o, 1972-1977-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik institunda əyani təhsil almış, təhsilini başa vurduqdan sonra 1977-ci ildə əmək fəaliyyətinə başlamış, 31 oktyabr 1977-ci il tarixdən 16 may 1978-ci il tarixədək "xxxx" Sənaye Müəssisələri İdarəsinin Tamet-gipsolit istehsalı sexində usta - 7 ay 17 gün, 16 may 1978ci il tarixdən 03 mart 1981 -ci il tarixədək “Başkolxozlararasıtikinti “3 nömrəli tikinti trsestinin Pirsaat tikinti idarəsində tikinti ustası - 2 il 10 ay 18 gün, 13 mart 1981-ci il tarixdən 01 mart 1989-cu il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 7 saylı Trestində lahiyə-smeta şöbəsində mühəndis, sonra isə həmin Trestin 72 saylı Tikinti idarəsində tikinti ustası, iş icraçısı əvəzi, Trestin 4 saylı sahəsində iş icraçısı və böyük iş icraçısı, baş mühəndis əvəzi - 7 il 11 ay 19 gün, 01 mart 1989-cu il tarixdən 05 fevral 1990-cı il tarixədək 7 saylı Trestin 76 nömrəli Tikinti idarəsində baş mühəndis -1 il 05 gün, 05 fevral 1990-cı il tarixdən 25 iyun 1990-cı il tarixədək “Bakı şəhər tikinti trestinin” 22 saylı tikinti idarəsində 1 saylı tikinti sahəsinin rəisi - 4 ay 20 gün, 26 iyun 1990-cı il tarixdən 27 yanvar 1993-cü il tarixədək Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Tikinti materialları istehsalı sahəsində baş usta, müdir - 2 il 6 ay 02 gün, 27 yanvar 1993-cü il tarixdən 17 fevral 1996-cı il tarixədək Qaradağ rayon İcra Hakimiyyətinin nəzdində yeni yaradılmış “Xüsusitəmirtikinti Trestinin” Tikinti materialları Kombinatının rəisi - 3 il 01 ay 20 gün, 17 fevral 1996-cı il tarixdən 25 mart 1997-ci il tarixədək Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Tikinti materialları Kombinatının rəisi - 1 il 01 ay 07 gün, 21 aprel 1997-ci il tarixdən 30 mart 1999-cu il tarixədək Qaradağ rayon İcra Hakimiyyətinin nəzdində “Xüsusitəmirtikinti Trestinin” Tikinti materiallarının İstehsalı Sahəsində rəis - 2 il 01 ay 09 gün, 31 mart 1999-cu il tarixdən 10 aprel 2000-ci il tarixədək Gülbaxt Tikinti Materialları Kombinatında direktor - 1 il 1 ay 10 gün, 10 aprel 2000-ci il tarixdən 18 noyabr 2003-cü il tarixədək Qaradağ Tir və X2 əvvəlcə direktor, sonra isə Açıq Səhmdar Cəmiyyətə çevrilmiş X8 ATSC-də sədr müavini - 3 il 8 ay 08 gün, 02 fevral 2004cü il tarixdən 19 yanvar 2006-cı il tarixədək Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Tikinti X1 rəisi vəzifəsində - 1 il 11 ay 17 gün işləmişdir. Beləliklə, 01 yanvar 2006-cı il tarixədək 5 il ali təhsil müddəti də, daxil olmaqla cəmi 33 il 06 ay 02 gün əmək stajı olmuş, bundan cavabdeh tərəfindən nəzərə alınmayan 10 il 10 ay 24 gün əmək stajı çıxılsa, yerdə 22 il 07 ay 08 gün əmək stajı qalır ( bunun 5 ili ali təhsil müddəti, 17 il 07 ay 08 gün sırf əmək stajidır), lakin hesablamalardan göründüyü kimi, cavabdeh tərəfindən pensiya hesablanarkən 22 il 07 ay 08 gün əvəzinə ali təhsil müddəti də, daxil olmaqla pensiyanın hesablanması zamanı onun cəmi 21 il 3 ay stajı nəzərə alınmışdır, aparılmış bu hesablamalardan sonra əlavə olaraq məlum olur ki, cavabdeh tərəfindən nəinki imtina məktubunda göstərilmiş staj, hətta təsdiqlənməyən stajdan əlavə (22 il 07 ay 08 gün-21 il 3 ay = 1 il 04 ay 08 gün) 1 il 04 ay 08 gün staj da ilkin pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Beləliklə, son nəticədə məlum olur ki, ilkin pensya təyinatı zamanı cavabdeh tərəfindən nəzərə alınmayan cəmi əmək stajı 1 il 04 ay 08 gün+10 il 10 ay 24 gün - cəmi 12 il 2 ay 08 gün təşkil edir. Həmçinin məlumat üçün bildirir ki, 01 yanvar 2006cı il tarixdən sonra pensiya hüququ yaranan müddətədək müxtəlif işlərdə, o cümlədən 21 yanvar 2006-cı il tarixədən 01 fevral 2017-ci il tarixədək “Günel” EİM-də əmtəəşünas, 02 fevral 2017-ci il tarixədən 01 fevral 2021-ci il tarixədək "xxxx" MMC-də direktor vəzifələrində işləmişdir. Qeyd olunan müəssisələrdə əmək fəaliyyətinin bütün dövrləri əmək kitabçasında rəsmi qeydə alınmaqla səlahiyyətli vəzifəli şəxslərin imzaları və həmin müəssisələrə məxsus möhürlə təsdiq olunmuşdur. Hər bir iş dövrü barədə əmək kitabçasında rəsmi qeydiyyat aparılmış, iş illəri barədə aparılmış rəsmi qeydiyyatlardan göründüyü kimi 01 yanvar 2006-cı tarixə kimi əyani qaydada ali təhsil müddəti də, daxil olmaqla onun 33 il 06 ay 02 gün əmək stajı olduğu halda, ona yaşa görə pensiya təyin olunarkən faktiki sığorta stajının yalnız 21 il 3 ayı nəzərə alınmış, cavabdeh tərəfindən qalan əmək stajının nəzərə alınmamasını tamamilə qanunsuz hesab edir. Bildirir ki, əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, eyni zamanda xx.xx.1997ci il tarixdən xx.xx.1999-cu il tarixədək müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuş Tikinti materialları istehsalı sahəsi (kombinat) ayrı-ayrı vaxtlarda gah Qaradağ rayon İcra Hakimiyyətinin nəzdində yeni yaradılmış “Xüsusitəmirtikinti” Trestinin tabeçiliyində olmuş, gah da, həmin icra hakimiyyətinin nəzdində olan Qaradağ rayon Kommunal Müəssisləri İdarəsinin tabeçiliyinə verilmişdir. Həmçinin əmək stajının hesablanmadığı dövrü əhatə edən 10 aprel 2000-ci il tarixdən 18 noyabr 2003-cü il tarixədək direktor və sədr müavini işlədiyi Qaradağ Tir və X7 həmin dövrdə Əmlak Nazirliyinin tabeliyində olmuşdur. Göründüyü Kimi, əmək stajı hesablanmayan müəssisələrin hər ikisi hal-hazırda da fəaliyyətini davam etdirən Qaradağ rayon icra hakimiyyətinin və hazırda adı dəyişmiş Əmlak Məsələləri Dövlət Xidmətinin tabeçiliyində olmuşdur və ona görə də, həmin dövrü əhatə edən sənədlərin qeyd olunan təşkilatlardan məhkəmə qaydasında sorğu edilməsi mübahisənin həlli üçün vacib əhəmiyyət kəsb edir. Ona görə də, hesab edir ki, həmin dövrləri əhatə edən sənədlərin işə götürən tərəfindən arxivə təhvil verilib-verilməməsinə görə o, heç bir məsuliyyət daşımır, əgər həmin dövrlərin sənədləri arxivə təhvil verilməyibsə, həmin müəssisələrdəki əmək fəaliyyəti şahidlər vasitəsi ilə müəyyən edilə bilər. Hal-hazırda həmin müəssisələr mövcud deyildir, fəaliyyət göstərmir, ona görə də, həmin dövrü əhatə edən sənədlərin saxlandığı ünvanın yaxud arxivin müəyyən edilməsi üçün araşdırma aparılması “İnzibati icraat haqqında” Qanuna əsasən cavabdeh təşkilatın vəzifə və funksiyasına daxildir, bu məsələni cavabdeh araşdırıb müəyyən etməli idi. Həmçinin hesab edir ki, yaşa görə pensiya təyin olunarkən faktiki əmək stajının tam nəzərə alınmaması əmək pensiyasının məbləğinin və sonrakı artımların düzgün hesablanmamasına səbəb olmuşdur, ona görə də, cavabdeh tərəfindən təsdiqlənməyən əmək stajının nəzərə alınmaqla yenidən pensiya hesablanması barədə qərar qəbul olunarsa, sonrakı artımların da, yeni hesablanmış pensiya məbləğinə mütənasib hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 08 aprel 2022-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensyiyasının yenidən hesablanmasını xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktub ilə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, eyni zamanda xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisələrdə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin yoxlanılması mümkün olmaması səbəbindən həmin dövlərin sosial sığorta stajına əlavə edilərək ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə məüyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığotaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqdar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiya məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiya məqsədilə vətəndaşa aylıq pul ödənişidir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta tajı 25 il hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu Maddəyə əsasən yenidən hesablandıqda sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da, göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Cavabdeh inzibati orqan tərəfindən araşdırma zamanı iddidaçının əmək kitabçasının surətində qeyd olunmuş “Xüsusitəmirtikinti” Trestinin xx.xx.1993-cü il tarixdən xx.xx.1996-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən edilmişdir. Eyni zamanda əmək kitabçasının surətində qeyd olunmuş “X8” ASC-nin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********9 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 4/1354 nömrəli məktubla bildirilmişdir ki, “Xüsusitəmirtikinti” Trestinin və “X8” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********5 nömrəli sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubla bildirilmişdir ki, “Xüsusitəmirtikinti” Tresti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********251200 nömrəli məktubla bildirilmişdir ki, “Xüsusitəmirtikinti” Tresti xx.xx.1994-cü il tarixdə KOL-1530 nömrə ilə və fəailiyyəti aktiv olan “X8” ASC (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104-P50-39823 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. İddiaçı barəsində xx.xx.2022-ci il **********1 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2022-ci M tarixli 7-3697/17 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı 1993-1999-cu illərdə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində olan “Xüsusitəmirtikinti” Trestinin və 2000-2006-cı illərdə işlədiyi “X8” ASC-nin Sənədləri BŞİH-nin arxivində saxlanılmır. İddiaçı barəsində xx.xx.2022-ci il **********3 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini tərəfindən xx.xx.2022-ci il tarixli 2/301 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində olan “Xüsusitəmirtikinti” Trestinin və “X8” ASC-nin sənədləri hər bes ildən bir Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı səhər filialına təhvil verildiyindən Azərbaycan Respublikası Bakı Səhəri Qaradağ Rayon İcra Hakimiyyətində heç bir sənədlər saxlanılmamışdır. Göründüyü kimi, İddiaçı işlədiyini iddia etdiyi “Xüsusitəmirtikinti” Tresti və “X8” ASC-nin barəsində, eyni zamanda onların faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətində, həmçinin Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində heç bir məlumat əldə edilməmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2000-ci il tarixdən “X8” ASC-də işlədiyini iddia etsə də, fəailiyyəti aktiv olan “X8” ASC (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104- P50-39823 nömrə ilə qeydiyyatdan keçmişdir. Bununla da, inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmamasının yoxlanılması mümkün olmadığından xx.xx.1993-cü il tarixdən xx.xx.1996-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən, xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı, xx.xx.2006-cı ii tarixdən pensiya hüququnun yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8254,08 manat (2019-cu il üzrə) pensiya kapitalına əsasən yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 182,48 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunması ilə əlaqədar İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2019cu il tarixdən 200 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən isə 259.78 manata çatdırılmışdır. Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar onun yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək 5350.75 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021ci il tarixdən 303.07 manat müəyyən edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Xüsusitəmirtikinti” Trestində, “Qaradağ üzvlük materialları” kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması, yeni hesablanmış əmək pensiyası məbləğinin müvafiq olaraq əvvəlki illərin pensiya təyin olunduğu dövrdən bugünə kimi yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan Г-İ seriyalı, 037006 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1977-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda Sənaye və Mülki Tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1977-ci il tarixli qərarı ilə ona inşaat mühəndisi ixtisası verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 26 aprel 2022-ci il tarixli, **********3 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq sizə xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 180,16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar pensiyası xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8254,08 manat (2019-cu il üzrə) pensiya kapitalına əsasən yenidən hesablanmış və xx.xx.2019-cu il tarixindən 182,48 manat müəyyən edilmişdir. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunması ilə əlaqədar pensiyası xx.xx.2019-cu il tarixindən 200 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,20 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata çatdırılmışdır. Qanunun 37.3.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 5350,75 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 303,07 manat müəyyən edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 21 il 3 ay olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçası surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı əmək kitabçasında xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək qeyd olunmuş “Xüsusitəmirtikinti” Trestinin, həmçinin xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək qeyd olunmuş “Qaradağ” X3 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməyib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1972-1977-ci il tarixədək təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək, 16.051978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək müxtəlif peşələrdə, xx.xx.1990-cı ildə Qaradağ rayonu KMİİ-si 22 nömrəli tikinti idarəsindən köçürülmə yolu ilə Tikinti materialları istehsalı sahəsinə baş usta vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə sahənin rəisi vəzifəsinə köçürülmüş, xx.xx.1992-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının 278 nömrəli, xx.xx.1992-ci il və Qaradağ rayon İcra Hakimiyyəti başçısının 321 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən KMİİ-si MKTB ilə əvəz edilmiş və Tikinti materiallarının istehsalı sahəsinə müdir təyin edilmiş, xx.xx.1993-cü il tarixdə Rayon “Xüsusitəmirtikinti” Trestinin yaranması və Tikinti materialları sahəsinin həmin trestinin tərkibinə verilməsi ilə əlaqədar həmin trestin sərəncamına verilmiş, xx.xx.1993-cü il tarixdən Tikinti Materialları Kombinatı rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 83 saylı sərəncamına əsasən “Xüsusitəmirtikinti” tresti və onun Tikinti Materialları Kombinatı İdarəsinin ləğv olunması ilə əlaqədar olaraq işdən azad edilərək Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamına göndərilmiş, xx.xx.1996-cı il tarixdə Qaradağ rayon MKTB-yə köçürülmə yolu ilə Tikinti Materialları Kombinatının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-cii l tarixli, 207 saylı sərəncamına əsasən “Xüsusitəmirtikinti” Trestrinin yaradılması ilə əlaqədar həmin trestin sərəncamına göndərilmiş, xx.xx.1997-ci il tarixdə Qaradağ rayon İcra Hakimiyyəti nəzdində “Xüsusitəmirtikinti” İdarəsi Trestinin “Tikinti Materiallarının İstehsalı Sahəsinə rəis vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmiş, xx.xx.1999-cu il tarixdə Gülbaxt Tikinti Materialları Kombinatının direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2000-ci il tarixdə Qaradağ Tir və X6 direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə “X8” ATSC-nin sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə tutuğu vəzifədən azad edilmiş, xx.xx.2006-cı il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2006-cı il tarixdə “Günel” EİM-nə Əmtəəşünas vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07 iyul 2022-ci il tarixli, **********7 nömrəli məktubdan görünür ki, 10 iyun 2022-ci il tarixli məhkəmə sərəncamına əsasən İddiaçı iddia tələbinə dair inzibati orqan tərəfindən aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri 13 vərəqdən ibarət qoşmada təqdim edilmişdir. İşdə olan Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 83 nömrəli sərəncamından görünür ki, Qaradağ rayon İcra Hakimiyyətinin tabeliyində olan “Xüsusitəmirtikinti” tresti və onun struktur tərkib hissəsi olan 1,2,3 saylı Xüsusitəmirtikinti İdarələri, istehsalat texnoloji komplektləşdirmə idarəsi tikinti materialları kombinatı və yol təmir-tikinti idarəsi ləğv edilmiş, ləğv edilmiş trest və onun struktur tərkib hissələrinin bazasında Qaradağ rayon İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat birliyinin tabeliyinə verilməklə aşağıdakı xüsusitəmirtikinti idarələri və tikinti materiallarının tistehsalı kombinatı yaradılmışdır. İşdə olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 282 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilə kimi, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə kimi, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi Tikinti Materialların İstehsalı sahəsinin müdiri vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********257400 nömrəli cavab məktubundan müəyyən edilir ki, dövlət reyestrində “Xüsusitəmirtikinti” Trestinin xx.xx.1994-cü il tarixdə KOL-1530 nömrə ilə və fəaliyyəti aktiv olan “X8” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə 0104-P- 39823 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halhazıradək “Xüsusitəmirtikinti” Tresti adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********16 nömrəli cavab məktubundan müəyyən edilir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 166 nömrəli sərəncamı ilə keçmiş “Azərtikintimaterialsənaye” X9 Tir və X3 bazasında “X8 yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002-ci ildə tam başa çatdırılmışdır. Səhmdar Cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Müraciətdə qeyd edilən digər müəssisə ilə bağlı (“Xüsusitəmirtikinti” tresti) heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4/1713 nömrəli cavab məktubundan görünür ki, “Xüsusitəmirtikinti” Trestinin və “X8” Kombinatının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim edilmiş 7-4491/17 nömrəli, 16 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, sorğuda göstərilən vətəndaş İddiaçı 1993-1996-cı illərdə işlədiyi Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, 1997-1999-cu illərdə işlədiyi “Xüsusitəmirtikinti” Trestinin, 2000-2006-cı illərdə işlədiyi “X8” kombinatının sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 16 avqust 2022-ci il tarixli, 10/193 nömrəli məktubla təqdim edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 1-125/2001 saylı qərarının surətindən müəyyən edilmişdir ki, “Cinayət işi icraatın materialları üzrə icraata xitam verilməsi barədə” məhkəmə hazırlıq iclasının qərarına əsasən Qaradağ Tir və X2 direktor vəzifəsində işləyən zaman İddiaçı sair şəxsi niyyətlə, vəzifə səlahiyyətlərindən sui-istifadə edib “Ruslan” KMnin mişar daşı istehsalı üçün istifadəyə vermiş 1.5 ha torpaq sahəsini xx.xx.2001-ci il tarixdə "xxxx" Firmasında "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq icarəyə verilmiş, nəticədə yerin təkindən istifadə üçün xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən "xxxx" Firması tərəfindən həmin sahədən 4 950 000 manat məbləğində əhəng daşı kütləsi kəsib çıxarmışdır ki, bununla da, yerin təkinin istifadəsi olan “Ruslan KM”-nin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur. İddiaçı “Avropa Şurasının 50 illiyi münasibəti ilə Aministiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 10 dekabr 1999-cu il tarixli Qərarının 1-ci fəslinin 1-ci hissəsinin 1-cü bəndinə əsasən barəsində olan cinayət işinə xitam verilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 19 avqust 2022-ci il tarixli, **********34 nömrəli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azərtikintimaterialsənaye” X9 Tır və X3 bazasında keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2001-ci il tarixli, 166 nömrəli sərəncamı ilə “X8” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2002-ci il tarixində səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilmişdir ki, keçmiş Dövlət Əmlak Nazirliyinin 10 aprel 2000-ci il tarixli, RK-302 nömrəli əmri ilə İddiaçı ləğv edilmiş “Azərtikintimaterialsənaye” X9 Tir və X7na direktor təyin edilmiş və keçmiş İqtisdi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 16 avqust 2001-ci il tarixli, RK-04 nömrəli əmri ilə “X8” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinə yeni sədr təyin olunması ilə əlaqədar işdən azad olunmuşdur. Həmin məktuba qoşma şəklində əlavə olunmuş RK-302 nömrəli, xx.xx.2000-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 10 aprel 2000-ci il tarixdən keçmiş “Azərtikintimaterialsənaye” X12 Tir və X3 direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Qaradağ rayon İcra Hakimiyyəti başçısının 207 nömrəli, xx.xx.1997-ci il tarixli, “Qaradağ rayon İcra Hakimiyyətinin “Xüsusitəmirtikinti” trestinin yenidən yaradılmasına dair” sərəncamının surətindən görünür ki, Qaradağ rayon İcra Hakimiyyətinin strukturunda əvvəllər fəaliyyət göstərmiş “Xüsusitəmirtikinti” tresti yenidən yaradılmış, tresin rəisi vəzifəsinə X5 təyin edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş 22 sentyabr 2022-ci il tarixli, BA-06044-2022 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə 17.022.1996-cı il tarixli, 83 saylı sərəncamının təsdiq edilmiş ksero surəti 2 (iki) vərəqdən ibarət məhkəməyə göndərilmiş, digər tərəfdən Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 207 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Əlavə olaraq, Qaradağ rayon İH-nin şəxsi heyət üzrə arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hahkimiyyəti başçısı tərəfindən 1/330 nömrəli, xx.xx.2022-c i il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısının 21 aprel 1997-ci il tarixli 44 nömrəli “Xüsusitəmirtikinti” trestinin tikinti materiallarının istehsalı sahəsinin rəisi vəzifəsinə təyin edilməsi və Qaradağ rayon İcra Hakimiyyəti başçısının 06 aprel 1999-cu il tarixli, 21 nömrəli “Xüsusi təmirtikinti” trestinin tikinti X1 rəisi vəzifəsindən başqa işə keçməsi ilə əlaqədar 01 aprel 1999-cu il tarixindən tutudğu vəzifəsindən azad edilməsi ilə bağlı ərizə və əmrlərinin surəti, eyni zamanda Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əmrdən çıxarışları təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya məxsus pensiya işinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə” 26 aprel 2022-ci il tarixli, **********3 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından müəyyən edilir ki, idiaçıya xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 180.16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 5350,75 manat pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2021-ci i ltarixindən 303.07 manat müəyyən edilmişdir. Hazırki mübahisənin predmetini iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1999cu il tarixədək “Xüsusitəmirtikinti” Trestinin, həmçinin xx.xx.2000-ci il tarixindən xx.xx.2006cı il tarixinədək qeyd olunmuş “X8” kombinatının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın müəyyən edilməməsi səbəbindən, həmin dövrlərin əmək stajı kimi təsdiqlənməməsi təşkil edir. Məhkəmə ilk öncə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin böyük hissəsinin iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının 27.01.993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2000-ci il tarixdən, xx.xx.2006-cı il tarixədək iş stajının əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən məhkəmə mübahisəli dövrlərdə iddiaçının işlədiyi Trest və Kombinatının fəaliyyətini araşdırılması məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular göndərilmiş və daxil olmuş sorğulara cavab məktublarına əsasən müəyyən edilmişdir ki, dövlət reyestrində “Xüsusitəmirtikinti” Trestinin xx.xx.1994-cü il tarixdə KOL-1530 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat, İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısının 21 aprel 1997-ci il tarixli, 44 nömrəli “Xüsusitəmirtikinti” Trestrinin tikinti materiallarının istehsalı sahəsinin rəisi vəzifəsinə təyin edilməsi və Qaradağ rayon İcra Hakimiyyəti başçısının 06 aprel 1999-cu il tarixli, 21 nömrəli “Xüsusitəmirtikinti” trestinin tikinti X1 rəisi vəzifəsindən başqa işə keçməsi ilə əlaqədar 01 aprel 1999-cu il tarixindən tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə və əmrlərinin surəti, eyni zamanda Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli sərəncamı və Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əmrdən çıxarışları mövcuddur. Eləcə də, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi İİ Dövlət Proqamı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 166 nömrəli sərəncamı ilə keçmiş “Azərtikintimaterialsənaye” X9 Tir və X3 bazasında “X8” ASC-nin yaradılması və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsinin xx.xx.2002-ci il tarixdə tam başa çatdırılması, səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Beləliklə, iddiaçının sözügedən dövrlərdə qanuni əsaslarla həmin müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı da, işin digər halları ilə bir daha öz təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, sözügedən dövrlər mübahisəsiz iddiaçının sığorta stajına daxil edilməklə onun əmək pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Xüsusitəmirtikinti” Trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Qaradağ üzvlük materialları” kombinatında işlədiyi dövrün əmək stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının pensiya təyin olunduğu tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar