Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9055/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X15 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: masajçı, 11 saylı Uşaq poliklinikasında işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X22, X35, X8, X5, X10, X31, X23, X18, X16, X36 və X11 üçüncü şəxs qismində işə cəlb olunmaqla “X12, X24, X2, X1, X3, X19, X13, X9, X6, X25, X4 və onların ailə üzvləri olan, yetkinlik yaşına çatmamış şəxslər X20, X26, X7, X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Məmiş Abbasov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” bаrədə iddia tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “X12, X24, X2, X1, X3, X19, X13, X9, X6, X25, X4 və onların ailə üzvləri olan, yetkinlik yaşına çatmamış şəxslər X20, X26, X7, X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Məmiş Abbasov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Məmiş Abbasov küçəsində 0,035 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99,4 kv.m. ümumi yaşayış sahəsindən ibarət olan 17 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13.06.2018-ci il tarixli, seriya RX №1310344 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan daşınmaz əmlaklara, torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının əmələ gəlməsi və dövlət qeydiyyatına alınmasına əsas, vərəsəlik hüququ haqqında verilmiş Vərəsəlik Şəhadətnaməsi olmuşdur. Dövlət qeydiyyatına alındığı andan yaranmış mülkiyyət hüququ iddiaçı ona mənsub olan əmlaklara öz istədiyi kimi sahib olmaq, onlardan istifadə etmək və onlara dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı mülkiyyətində olan əmlaka dair səlahiyyətlərini həyata keçirən zaman onun tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edilmiş və 26.07.2021-ci il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli Arayışa əsasən özünün, ailə üzvlərinin və heç tanınmadığı, hazırki iddia ərizəsi üzrə üçüncü şəxslərin və onlardan bəzilərinin ailə üzvlərinin ona məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmaları aşkar edilmişdir. Qeyd olunduğu kimi, göstərilən üçüncü şəxslərin və onlardan bəzilərinin ailə üzvlərinin kim olmaları, hansı qaydada və nə zaman qeydiyyata alınmaları və hazırda harada yaşamaları iddiaçıya və onun ailə üzvlərinə məlum deyil. Arayışda qeyd olunan 24 nəfər şəxsdən 9 nəfər iddiaçının ailə üzvləridir və onların qeydiyyatda olmaları barədə iddiaçının heç bir etirazı və mübahisəsi yoxdur. Lakin digər 11 nəfər üçüncü şəxs olmaqla, 15 nəfərin kimlər olması, orada bir gün belə yaşamadıqları, həmçinin hansı qaydada və hansı tarixdə qeydiyyata alınmaları barədə heç bir məlumat və iddiaçı tərəfindən üzərinə götürmüş olduğu öhdəliyi yoxdur. Fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyəti ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirildiyinin mümkün olmasını nəzərə olaraq, tərəflər arasında belə bir razılaşma mövcud olmayıb və hazırda yoxdur. Yuxarıda adları göstərilən şəxslərdən iddiaçının ailə üzvləri olmayan 15 nəfər şəxslərin həmin ünvanda qeydiyyatdan çıxarılması barədə cavabdehə edilmiş müraciətə 31.12.2020-ci il tarixli 059- 46993B saylı məktubla yaşayış yeri üzrə qeydiyyatdan çıxartmanın yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilmişdir. Üçüncü şəxslərin və onlardan bəzilərinin ailə üzvlərinin formal olaraq mülkiyyətçisi olduğu fərdi yaşayış evində qeydiyyatda olmaları iddiaçının əmlakına istədiyi kimi sərəncam vermək səlahiyyətlərini məhdudlaşdırılır və əlavə olaraq həmin evə kommunal xərclərin artması üçün zəmin yaradır. Buna görə də mülkiyyət hüquqlarının qanunla müəyyən olunan formada və azad bir şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə, üçüncü şəxslərin iddiaçıya tam mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evinə dair istifadə hüquqlarının qanunla müəyyən olunmuş qaydada olmamasını xüsusi ilə vurğulayaraq, onların qeydiyyatdan çıxarılmaları barədə Qətnamə qəbul edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmiş, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə 13.06.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X22, X35, X8, X5, X10, X31, X23, X18, X16, X36, X11 və yetkinlik yaşına çatmamış X32, X37, X17, X27 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Binəqədi rayon Polis İdarəsinin 31.12.2020-ci il tarixli məktubuna əsasən, iddiaçıya bildirilmişdir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X22, X35, X8, X5, X10, X31, X23, X18, X16, X36, X11 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri X32, X37, X17, X14 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməyiniz xahiş olunur.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Üçüncü şəxslər qeydiyyatda olduğu evdə yaşamırlar. İddiaçı qeyd edilən şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etsə də onun müraciəti təmin edilməmişdir, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarına uyğun araşdırma apararaq, məhkəmə müəyyən etmişdir ki, 3-cü şəxslər iddiaçıya məxsus ünvan 4 ünvanında yaşamırlar, iddiaçının ailə üzvləri deyil, onların həmin evdə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X12, X24, X2, X1, X3, X19, X13, X9, X6, X25, X4 və onların ailə üzvləri olan, yetkinlik yaşına çatmamış şəxslər X20, X26, X7, X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Məmiş Abbasov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı Sair qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Məmiş Abbasov küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən X12, X24, X2, X1, X3, X19, X13, X9, X6, X25, X4 və onların ailə üzvləri olan, yetkinlik yaşına çatmamış şəxslər X20, X26, X7, X14 qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-9055/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9055/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver