Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9061/2021 29.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Tərtər şəhərində qeydiyyatdadır, Tərtər rayon Mərkəzi Xəstəxanasında işləyir), cavabdehin nümayəndəsi X1 (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumilikdə 01.01.2006-cı ilədək 14 il 7 ay 2 gün stajın 7 il 3 ay 2 günü xüsusi (güzəştli) şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 52 yaşın tamam olduğu 26.11.2015-ci ilədək isə 22 il 1 ay 27 gün ümumi, 14 il 10 ay 25 gün xüsusi (güzəştli) şərtlərlə iş stajının iddiaçıya sığorta stajı kimi hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumilikdə 01.01.2006-cı ilədək 14 il 7 ay 2 gün stajın 7 il 3 ay 2 günü xüsusi (güzəştli) şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 52 yaşın tamam olduğu 26.11.2015-ci ilədək isə 22 il 1 ay 27 gün ümumi, 14 il 10 ay 25 gün xüsusi (güzəştli) şərtlərlə iş stajının iddiaçıya sığorta stajı kimi hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü ildə anadan olmuşdur. 01.09.1979-cu ildən 31.12.1982-ci ilədək (3 il 4 ay) peşə təhsili almışdır. 1983- 1987-ci illər ərzində (4 il) Tərtər rayonun “Bakı Fəhləsi” adına kolxozda üzvlük əsasında kolxozçu işləmişdir. 01.11.1988-ci ildən 01.08.1989-cu ilədək (9 ay) Bakı Komvol Kombinatında boyaq-bəzək istehsalatının quru sexində 2-ci dərəcəli quruducu aqreqatında quruducu, 01.08.1989-cu ildən 05.10.1990-cu ilədək (1 il 2 ay 4 gün) yaş sexdə 2-ci dərəcə ilə bişirici, 20.08.1991-ci ildən 19.11.1991-ci ilədək (2 ay 29 gün) əyrici sexində əyrici şagird, 19.11.1991-ci ildən 18.12.1996-cı ilədək (5 il 29 gün) əyrici sexində 4-cü dərəcəli əyrici vəzifələrində işləmişdir. 01.05.2008-ci ildən hal-hazıradək isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu (İnfeksion) Xəstəliklər Şöbəsində xadimə işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürənlər tərəfindən verilmiş 12.02.2021-ci il tarixli, 367 nömrəli və 12.04.2021-ci il tarixli, 10 nömrəli güzəştli arayışlarda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürənlər tərəfindən verilmiş güzəştli arayışlarda olan qeydlərə əsasən iddiaçı 01.01.2006-cı ilədək 14 il 07 ay 02 gün ümumni, 07 il 03 ay 02 gün güzəştli şərtlərlə iş stajına, pensiya hüququ yarandığı 52 yaşının tamam olduğu 26.11.2015-ci ilədək isə 22 il 01 ay 27 gün ümumi, 14 il 10 ay 25 gün güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçalarında, arxiv arayışlarında, eləcə də işəgötürən tərəfindən verilmiş 12.02.2021-ci il tarixli, 367 nömrəli və 12.04.2021ci il tarixli, 10 nömrəli güzəştli arayışlarında, texniki peşə təhsil müddəti isə arayış və diplomunda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçalarında göstərilən əmək fəaliyyəti əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi portalından çıxarımış bildirişlərlə təsdiq edilir. İddiaçı pensiya hüququndan istifadə edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya 01.07.2021-ci il tarixli, **********8 nömrəli məktubla imtina cavabı verilmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17398,42 manat təşkil edir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı İddiaçı məhkəmə iclаsındа ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Hüseynova məhkəmə iclasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün pensiya kapitalının çatmadığını bildirmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi qismən əsaslı, qismən əsassızdır. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 610539 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Mirbəşir 96 nömrəli kənd orta texniki peşə məktəbinə daxil olmuş və 31 dekabr 1983-cü ildə dərzi peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 nömrəli, 12.04.2021-ci il tarixli güzətşli arayışına əsasən, İddiaçı 01.11.1988-ci il tarixindən 05.10.1990-cı il tarixinədək Bakı-Komvol Kombinatında işləmişdir. Yenidən 20.08.1991-ci il tarixindən 18.12.1996-cı il tarixinədək Bakı-Komvol Kombinatında işləmişdir. 01.11.1988-ci ildə boyaq-bəzək istehsalatının quru sexinə 2-ci dərəcə ilə quruducu aqreqatına quruducu qəbul edilmiş, 01.08.1989-cu ildə yaş sexə 2-ci dərəcə ilə bişirici keçirilmiş, 05.10.1990-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 20.08.1991-ci ildə əyrici sexinə əyirici şagirdi qəbul edilmiş, 19.11.1991-ci ildə əyiriciyə 4-cü dərəcə verilmiş, 18.12.1996-cı ildə Azərbaycan Respublikasının ƏQMnin 37 maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. 26.Yüngül sənaye. Səh 181. Bişiricilər. Səh 197. Qurutma aparatçıları.32 Toxuculuq istehsalatı səh 200. Əyiricilər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı-Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin 18 fevral 2021-ci il tarixli, 33 nömrəli arxiv arayışına əsasən, İddiaçı sabiq “B.Fəhləsi” adına kolxozun əmək haqqı kitablarına baxarkən işləmiy və qazancı aşağıdakı göstərilən qaydada müəyyən olunur: 1983-cü il adam günü faktiki 121, minimum 160, əmək haqqı 586; 1985-ci il adam günü faktiki 161, minimum 150, əmək haqqı 1154; 1986-cı il adam günü faktiki 171, minimum 160, əmək haqqı 872; 1987-ci ildə adam günü faktiki 157, minimum 160, əmək haqqı 899. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 saylı, 15.02.2021-ci il tarixli arayışına əsasən, İddiaçı 01 sentyabr 1979-cu ildə Mirbəşir 96 nömrəli kənd orta texniki peşə məktəbinə daxil olmuş və 31 dekabr 1982-ci ildə “Dərzi” (kişi, qadın və uşaq üst geyimləri üzrə biçimi bacarmaqla) peşəsi üzrə tam kursu bitirmişdir. 12 aprel 2021-ci il tarixli müraciətdən görünür ki, iddiaçı cavabdeh orqana ona 26.11.2015-ci ildən güzəştli şərtlərlə ya.a görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının 01.07.2021-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17398,42 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının 26.07.2021-ci il tarixli, **********6 nömrəli arayışına əsasən, iddiaçı DSMF publik hüquqi şəxsin 5 saylı regional ərazi filialından heç bir növə görə pensiya, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 1707 nömrəli, 27.07.2021-ci il tarixli arayışa əsasən, İddiaçı 01.05.2008-ci il tarixli 53 saylı əmrlə Tərtər RMX-nın yoluxucu xəstəliklər şöbəsində xadimə təyin edilmiş və o, hal-hazıradək tam iş günü ərzində zərərli iş şəraitində işləyir. İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na daxil edilmişdir. Kod: 22600000 – 1754b bilavasitə xəstələrə xidmət edən işçilər. Kod: 2260000a İnfeksion kabinet xadimə. SSN **********208 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. 0090835 nömrəli əmək kitabçasına əsasən, iddiaçı 01.11.1988-ci ildə boyaq-bəzək istehsalatının quru sexinə 2-ci dərəcə ilə quruducu aqreqatına quruducu qəbul edilmiş, 01.08.1989-cu ildə yaş sexə 2-ci dərəcə ilə bişirici keçirilmiş, 05.10.1990-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 20.08.1991-ci ildə əyrici sexinə əyirici şagirdi qəbul edilmiş, 19.11.1991-ci ildə əyiriciyə 4-cü dərəcə verilmiş, 18.12.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 37 maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 0141857 nömrəli əmək kitabçasına əsasən, iddiaçı 01.05.2008-ci ildə Tərtər Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə xadimə təyin edilmiş, hal-hazırda həmin vəzifədə işləyir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsaasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, .incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunan qadınlar 52 yaşına çatdıqda , azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şətaitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arayışı, Milli Arxiv İdarəsi Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin arayışı, Təhsil Nazirliyinin arayışı və əmək kitabçaları ilə təsdiq edilir. İş üzrə mübahisələndirilməyən hallar ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranması üçün onun ümumi və güzəştli stajı mövcuddur və işlədiyi peşələrin adının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda olmasıdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Məhkəmə cavabdehin bu mövqeyi ilə də razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında ” Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının pensiya hüququ 26.11.2015-ci il tarixdə yaranmışdır. Həmin vaxt qüvvədə olan qanun normasında güzəştli pensiyanın təyin edilməsi üçün şəxsin “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensisının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi” kimi şərt nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ- hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə məhkəmə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissəsində iddiasını əsaslı hesab edir. Məhkəmə iddianın digər hissəsi ilə- iddiaçının güzəştıi şərtlrlərlə əmək pensiyasının hüququ yarandığı 26 noyabr 2015-ci ildən təyin edilərək ödənilməsi tələbi ilə bağlı aşagıdakıları bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 52 yaşı 26 noyabr 2015-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 23.04.2021-ci ildə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi qeyd edilən qanun normasına görə iddiaçının almaq hüququ olduğu pensiya iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilərək ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğu üçün İddiaçı pensiya təyin edən orqana müraciət etdiyi 23 aprel 2021-ci ildən üç il əvvəlki tarixdən,yəni 23 aprel 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi təmin edilməli, iddia qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 23.04.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-9061/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9061/2021
29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver