Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9061/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “iddiaçının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I.Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı məhkəmədə iddia qaldıraraq iddiaçının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə ilkin olaraq Kəlbəcər rayonundan daxil olmuş, 2-ci əməliyyat geriyə qayıdaraq Beyləqan rayonunda birləşib Füzuli rayonu istiqamətində olmuşdur. 052-nin hamısı Füzuli rayonuna daxil olaraq döyüşlərdə iştirak etmişdir. İddiaçıda onlardan biri idi. İddiaçı dəfələrlə cavabdeh inzibati orqana müraciət edərək, Füzuli rayonunun işğaldan azad edilməsi barədə medal ilə təltif edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət keçməsi 192 №-li, xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə təsdiq edilir. N saylı hərbi hissə komandirinin xx.xx.2006-cı il tarixli 247 №-li əmrilə Bakı şəhəri Nəsimi RHK-dan gəlmiş çağırışçıların siyahısında “əsgər” hərbi rütbəsi verilməklə 02 oktyabr 2006-cı il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə tədris bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin xx.xx.2008-ci il tarixli 148 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 84 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq 08 aprel 2008-ci il tarixdən hərbi qeydiyyata alınmaq üçün Nəsimi RHK-ya göndərilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 288 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Bakı şəhəri Nəsimi RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, hərbi hissə komandirinin sərəncamında saxlanılmışdır. Daxili işlər nazirinin müavinidaxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 6 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli N №-li əmrilə hərbi hissə komandirinin sərəncamından azad edilib, xüsusi təyinatlı dəstədə 1-ci xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2011-ci il tarixli 27 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 231 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2011-ci il tarixli 27 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 237 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə xüsusi təyinatlı dəstənin 3-cü xüsusi həmlə qrupunda 1-ci yarımqrup komandiri vəzifəsinə təyin edilmişdir. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 55 ş/h nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəlyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində iştirak etmiş və döyüş tapşırıqlarını yerinə yetirərkən partlayış nəticəsində “partlayış travması, ikitərəfli posttravmatik koxlear nevrit, İİİ-İV dərəcə neyrosensor ağıreşitmə. Pıçıltı nitqi AD/AS=0m. Sağ əlin qayıqvari sümüyün köhnəlmiş sınığı, qayıqvari-aypara sümük bağı cırılması. Milbilək oynağının və barmaqların rigid bükücü-açıcı kontrakturası. Əlin funksiyası mülayim dərəcədə pozulması” diaqnozu ilə xəsarət almışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “iddiaçının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması” tələbinə dair iddiası əsassız və Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin tələblərinə zidd olduğundan təmin olunmamalıdır.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilənlərin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə, məhkəmə iclаsındа iştirаk еdən tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi rədd еdilməlidir.
İş materiallarında olan:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Müdafiə Nazirliyi Şəxsi heyətlə Baş idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət keçdiyi üçün təltif olunması Müdafiə Nazirliyinin Təltif komissiyasının səlahiyyətləri xaricindədir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi xidmətlər ölkə rəhbərliyi tərəfindən yüksək qiymətmətləndirilməklə, dövlət mükafatları ilə təltif edilmişdir. Eyni zamanda, Vətən müharibəsi iştirakçılarına müvafiq köməkliyinin göstərilməsi daim Daxili Qoşunlar komandanlığının diqqət mərkəzindədir. İddiaçı əlavə olaraq məhkəməyə, ona məxsus AO ******* nömrəli hərbi biletinin surətini, ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı, 035791 nömrəli veteran vəsiqəsinin surətini, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, ********** nömrəli məlumatını, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 16 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının surətini, travma haqqında arayışın surətini, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli, 3171 nömrəli arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********122 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışı, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 75 nömrəli arayışını təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı barəsində məlumatlar və 192 nömrəli, xx.xx.2023-cü il tarixli Arxiv arayışı təqdim edilmişdir. Məhkəmə iddiaçı və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı ehtiyyatda olan hərbi qulluqçudur (gizir), Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət keçmişdir, xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində iştirak etmiş və döyüş tapşırıqlarını yerinə yetirərkən partlayış nəticəsində xəsarət almışdır. “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması üçün cavabdeh inzibati orqan müraciət etmiş, lakin cavabdeh tərəfindən iddaçının müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İV. Məhkəmənin mövqeyi
6. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 109–cu maddəsinə əsasən(Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətləri) Azərbaycan Respublikasının Prezidenti :23. dövlət təltifləri ilə təltif edir;
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; -2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; - 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.
8. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
2. Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin: “Füzulinin azad olunmasına görə” medalı;
3. Orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
9. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən:
1.2. 2-ci maddəyə “Qızıl Ulduz” medalı;” hissəsindən əvvəl “X3” medalı;” hissəsi və “İgidliyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin: “Füzulinin azad olunmasına görə” medalı;
10. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunun ilə təsdiq edilmiş “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməyə əsasən
-1. Təltif edilən şəxslər “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. - 2. Təltif edən orqan “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. -3. Taxılma qaydası “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Xocavəndin azad olunmasına görə” medalından sonra taxılır. İşin faktiki hallarına əsasən, iddiaçı sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində iştirak etmiş, müharibə zamanı Füzuli rayonunda gedən döyüşlərdə də iştirak etmişdir. Hazırda iddiaçının iddia tələbi “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilikdə "təltif"in ümumi hüquqi anlayışı verilməmişdir. Azərbaycan dilinin izahlı lüğətinə əsasən təltif - yaxşı xidmətə və ya bir işdə fərqlənməyə görə orden, medal, fəxri ad, keçici bayraq, qiymətli şey və s. vermə mənası daşıyır. Təltif edilməsinin qaydalarına görə, təltif etmək hüququ olan səlahiyyətli orqan(şəxs) tərəfindən təltif etmək haqqında qəbul edilmiş qərar əsasında müvafiq şəxs təltif edilir. Mövcud qanunvericiliyin təhlili belə qənaətə gəlmək əsas verir ki, təltif etmə təltif edən şəxsin diskresion səlahiyyətidir. Bununla bağlı hər hansı öhdəlik və ya vəzifənin inzibati orqanın üzərinə qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “iddiaçının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması barədə iddiası təmin edilməməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 68, 69, 85ci mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа