Məhkəmə qərarları › İş №2-1(112)-9061/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9061/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9061/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödəmənin ondan tutulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin qərarının ləğv edilməsi və məndən hal-hazıradək tutulmuş məbləğin ona ödənilməsi barədə qərar qəbul edilməsini, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmənin ondan tutulması barədə qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifəli şəxsinin əməlində Azərbaycan Resöublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin tərkib əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildən ona əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına kimi o hər ay 688,04 manat pensiya alsa da 2025-ci ilin yanvar ayından ona ödənilən pensiya məbləği qanunsuz olaraq 136,44 manat azaldılraq 551,60 manat olmuşdur. Bununla əlaqədar o, 3 saylı DOST Mərkəzinə ərizə ilə müraciət edərək pensiya məbləğinin bərpa edilməsini xahiş etmişdir. 04 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin direktor müavini Anar Mirzəyevin imzası ilə ona cavab məktubu təqdim edilmişdir. Həmin məktubda göstərilmişdir ki, onlar tərəfindən aparılmış xidməti araşdırma zamanı xx.xx.2009-cu il tarixdən işləməyən əmək pensiyaçı kategoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hisssində qeydə alınmış pensiya kapitalının düzgün müəyyən edilməmiş,xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Həmçinin, sözügedən məktubda “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilmə hüququnun olması bildirilmişdir. Beləliklə sözügedən məktubdan da göründüyü kimi, inzibati orqan ona ödənilən pensiya məbləğin azadılması barədə qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-9061/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.1999-cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 27 il 3 ay 28 gün sığorta stajına uyğun olaraq 1997-1999-cu illər üzrə orta aylıq əməkhaqqının 82 faizi, xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixindən işdən çıxdığı tarixədək 2276,77 manat (2009-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 415,81 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 496,04 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 551,60 manata, xx.xx.2025-ci il tarixindən 596,28 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği düzgün müəyyən edilməmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiyanın məbləğində xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Beləliklə, İddiaçınun əmək pensiyasının yenidən hesablanması barədə qərar qanuni və əsaslı olmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ‘‘əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv olunması və pensiyasının əvvəlki qaydada ödənilməsini xahiş etmişdir, həmin tarixli qərardadla iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-119742/2025 nömrəli məktubu ilə təqdim olunmuş pensiya işi və inzibati icraat materiallarından görünür ki: -Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1999-cu il tarixli 4/166 nömrəli qərarına əsasən İddiaçı 3 uşaq anası kimi xx.xx.1999-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli İnventar nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən DSMF Xətai rayon Şöbəsinin qərarına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırki pensiya məbləği 688.04 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 551.60 manat müəyyən edilmişdir. Yenidən hesablamanın əsası: xx.xx.2009-cu il tarixində işdən azad olmaya görə pensiyanın yenidən hesablanması zamanı vətəndaşın fərdi şəxsi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı düzgün müəyyən edilmədiyi üçün “Əmək pensiyaları haqqında” AR Qanununnun 39.1-ci maddəsi tətbiq edilməklə 4393.32 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. -Pensiya təyinatı alt sistemindən görünür ki, iddiaçıya xx.xx.2024-cü ildə 688.04 manat, xx.xx.2025-ci ildən hər ay 596.28 manat pensiya məbləği ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən sizə xx.xx.1999- cu il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanızın ödənişi davam etdirilir. Pensiya işi qovluğunuzda olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 27 il 3 ay 28 gün sığorta stajınıza uyğun olaraq 1997- 1999-cu illər üzrə orta aylıq əməkhaqqınızın 82 faizi, xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2006-cı il tarixindən işdən çıxdığınız tarixədək 2276,77 manat (2009-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq 01.01,2022-ci il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvələ) 415,81 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 496,04 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 551,60 manata, xx.xx.2025-ci il tarixindən 596,28 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyinizlə əlaqədar əmək pensiyanız yenidən hesablanarkən fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği düzgün müəyyən edilməmişdir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində 01.01,2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaçının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktdan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, ididaçıya xx.xx.1999-cu il tarixdə üç uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1999-cu il tarixə stajı 27 il 03 ay olmaqla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən tələb olunan staj 16 il (60%), Qanunun 17-ci maddəsinə əsasən tələb olunan iş stajından artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər artırılaraq (27- 16)x2=22%+60%=82% olaraq hesablanmışdır. Eyni zamanda Qanunun 71-ci maddəsinə əsasən orta aylıq əmək haqqı vətəndaşın müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin sonuncu 24 ayına əsasən xx.xx.1997-xx.xx.1999-cu illər üzrə 113,68 manat təşkil etmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının pensiyasının xx.xx.2009-cu ildə işdən azad edilərkən yenidən hesablama zamanı sığorta hissəsi düzgün müəyyən edilməmişdir. Belə ki, pensiya işində olan pensiyaçının uçot vərəqində 11-ci sətrdə pensiyanın yığım hissəsi 21 manat olduğu halda sonrakı tarixlərdə bu məbləğin 2.27, 2.30 və s. göstərilməsi, 12-ci sətrdə pensiyanın xx.xx.2011-ci il tarixə baza hissəsi 85 manat, sığorta hissə 98.35 manat, yığım hissə 2.27 manat olduğu halda əmək pensiyasının ümumi məbləği əsassız olaraq 271.94 manat, xx.xx.2013-cü il tarixə baza hissə 100 manat, sığorta hissə 99.73 manat, yığım hissə 2.30 manat olduğu halda ümumi pensiya məbləği əsassız olaraq 303.93 manat qeyd edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2022-xx.xx.2024-cü il üzrə 4393,32 manat artıq ödənilmiş məbləğ müəyyən edilmiş və nəticədə iddiaçının pensiya məbləği azaldılmışdır. Əvvəla qeyd edilməlidir ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdehin pensiyanın yenidən hesablanması üçün əsas götürdüyü işdənçıxma ilə əlaqədar iddiaçının pensiyasının sığorta hisəssinin düzgün müəyyən etməli olduğu vaxtdan üzərindən 16 il keçdikdən sonra aşkar edərək pensiyanı işdənçıxmaya görə 0-dan yenidən hesablanmasına əsas vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh qurumun yalnız formal olaraq iddiaçını quruma dəvət etməsi inzibati icraatın xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın qəbul edilməsi üçün yetərli əsas ola bilməzdi. Belə ki, hazırki işdə iddiaçının 2009-cu ildə işdən azad olunması ilə bağlı pensiyasının yenidən hesablanarkən cavabdehin özü tərəfindən müstəqil şəkildə hesablamalar aparılmaqla qəbul edilmişdir, həmin qərarla iddiaçının pensiyası yenidən hesablanarkən düzgün hesablanmamaya iddiaçının təqsiri üzündən yol verilməmişdir. Oxşar işlər üzrə formalaşan məhkəmə təcrübəsinə görə vaxtilə inzibati orqanın səhv hesablamalarına görə təqsirlilik iddiaçıların məsuliyyət sferasına aid edilmir. Məhkəmə onu da qeyd edir ki, həmin səhv hesablamalar inzibati orqana məhz 2009-cu ildə, yəni elə hesablamaların aparıldığı dövrdə məlum olmuş, bu halların sonradan məlum olması faktı da iş üzrə sübuta yetirilmir. Belə ki, xx.xx.2006-cı ildən fərdi uçot yarandığı vaxtdan etibarən cavabdehin sistem üzərindən iddiaçının işdənçıxması, yığılmış pensiya kapitalı barədə məlumatı olsa da uçot vərəqinə 2009-cu ildə əl ilə hesablanmış və daxil edilmiş məbləğin sonradan hər il uçot vərəqinə işləyərkən, hətta sonuncu dəfə xx.xx.2016-cı ildə daxil edərkən keçirdiyi yenidən hesablamalar zamanı bu faktı müəyyən etməli olduğu halda aşkar etməmiş, nəticədə 14 il sonra iddiaçının məsuliyyətinə aid olmayan hal üzrə pensiyanın yenidən hesablamasını həyata keçirmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə xüsusən o halı nəzərə alır ki, inzibati orqanlar üçün pensiyanın yenidən hesablamanı bildiyi vaxtdan önəmlisi lazımı diqqət və səriştəlilik göstərməklə qeyd edilən faktı bilməli olduğu vaxtın və şəraitin öyrənilməsi zəruridir. Bu hal İİQ-la inzibati orqan üçün nəzərədə tutulmuş (13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.); (24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.) müddəa və prinsiplərindən irəli gəlir. Odur ki, bundan öncəki hesablamalar zamanı (hətta pensiya işi DSMF rayon şöbəsindən SÖMT-ə təhvil verildikdən sonrakı) cavabdeh pensiyanın yenidən hesablamanı həyata keçirmək imkanı olduğu halda bunu etməmiş, iddiaçının pensiya təyin edən orqanın praktikasına etimad hüququ yaranmış, yenidən hesablama iddiaçının qanunsuz hərəkətlərinə əsaslanmamışdır. “İnzibati icraat haqqında” Qanunun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni əvvəlki pensiya hesablanması qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv olunması və İddiaçı pensiyasının əvvəlki qaydada ödənilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli inventar nömrəli qərarı ləğv edilsin. İddiaçınun pensiya məbləğinin əvvəlki qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar