Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9073/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “inzibati tənbeh vermə haqqında cərimənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 00800/0012 saylı, 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında cərimənin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin noyabr ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinə dəvət edilmiş, ona məlum olmuşdur ki, 5949 manat məbləğində cərimə edilmişdir. Təyin edilmiş cərimənin ləğv edilməsi üçün Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsinə müraciət etmiş, lakin cavabdeh onun inzibati məsuliyyətdən azad edilməyindən imtina edərək müraciətini rədd etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən daxil olmuş yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının vətəndaşı İddiaçı barəsində araşdırma aparılmış 00800- 0219/21 nömrəli inzibati xəta haqqında iş üzrə material əldə edilərək öyrənilmiş və nəticədə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı tərəfindən beynəlxalq poçt göndərişi ilə İsrail Respublikasına göndərilən poçt bağlamasına 29 oktyabr 2021-ci il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı, bağlamanın içərisində olan bir cüt qadın ayaqqabısının daban hissəsindən gömrük nəzarətindən gizlədilmiş şəkildə ümumilikdə 11898 manat dəyərində və xalis çəkisi 97,88 qram təşkil edən müxtəlif adda və sayda zərgərlik məmulatları aşkar olunduğu üçün, barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında 00800-0219/21 nömrəli iş üzrə inzibati araşdırma başlanmışdır. Vətəndaş İddiaçı fiziki qüsurlü olduğu nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsinin tələbinə uyğun olaraq inzibati araşdırmaya vəkil, həmçinin surdo tərcüməçi cəlb edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində hüquqpozma predmetlərinin dəyəri 50000 (əlli min) manatdan az olduğu üçün, vətəndaş İddiaçı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri mövcud olduğu nəzərə alınmaqla şəxsin həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb olunması, hüquqpozma predmetləri olan zərgərlik məmulatlarının isə vətəndaş İddiaçı qaytarılması ilə bağlı 00800/0012 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və aldığına dair müvafiq hissədə imza etdirilməklə qərarın surəti həmin Məcəllənin 117-ci maddəsinin tələblərinə müvafiq olaraq şəxsə təqdim edilmişdir. Lakin vətəndaş İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində müəyyən olunmuş müddət ərzində sözügedən inzibati tənbeh vermə haqqında qərarı icra etmədiyi üçün, eyni zamanda, verilmiş sorğular nəticəsində şəxsin yaşa görə əmək pensiyaçısı kimi qeydiyyata alındığı müəyyən edilərək inzibati tənbeh vermə haqqında qərar həmin Məcəllənin 150.5-ci maddəsinə uyğun olaraq icra olunması üçün pensiya təyin edən orqana, yəni Azərbaycan Respubikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialında icra sənədinə əsasən yönəldilən tutma qeydə alınmışdır. Həmçinin bildirilir ki, xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinə daxil olmuş, vətəndaş İddiaçı adından onun vəkili və nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 9 saylı Vəkil bürosunun vəkili Vəkil Samir oğlu tərəfindən 9/1034-19 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunaraq lal və kar olması səbəbindən tətbiq olunmuş cərimənin ləğv olunması xahiş olunsa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunan şikayət vermə müddətinin bitməsi, həmçinin İddiaçı lal və kar olması səbəbindən inzibati məsuliyyətdən azad olma əsası ilə bağlı Məcəllənin 145-ci maddəsində hər hansı bir qeydiyyatın olmaması səbəbindən müraciətə baxılmasının mümkün olmadığı müəyyən edilməklə bu barədə vətəndaş İddiaçı və onun vəkilinə xx.xx.2023-cü il tarixdə 3-33/2- 004360/2023 nömrəli məktubla məlumat verilmişdir. Bildirilir ki, vətəndaş İddiaçı iddia tələbinə cavab olaraq hazırki mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük idarəsi əvəzinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərilmişdir. Belə ki, vətəndaş İddiaçı iddia tələbi 00800/0012 nömrəli 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında cərimənin ləğv edilməsi tələbinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması ilə bağlı olsa da, sözügedən inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında qəbul olunduğu üçün, iddia ərizəsində cavabdeh sırasında Dövlət Gömrük Komitəsi deyil, yalnız 00800/0012 nömrəli 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan aidiyyəti ixtisaslaşdırılmış gömrük orqanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi olmalıdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-nın 21.1.2.1-ci yarımbəndində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati orqan kimi nəzərdə tutulmuşdur. Həmçinin iddia ərizəsinə etirazlarını bildirirlər. Törədilmiş pozuntuda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlaməti mövcuddur. Qeyd olunanları, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Qanununun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli qərarının, tələblərini rəhbər tutaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya və nümayəndəsinə hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilərək inzibati xəta haqqında qərarın mübahisələndirilməsi üçün şikayətlə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin iddiaçı iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinə inzibati məhkəmədə baxılmasına yol verilmədiyindən və buna dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) iddiaçı və vəkili qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/0012 saylı, 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi – 5949 (beş min doqquz yüz qırx doqquz) manat miqdarda cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı onun barəsində qəbul edilmiş 00800/0012 saylı, 25 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında cərimənin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını xahiş edir. Beləliklə də iddiaçının hazırki iddianın qaldırılmasında hüquqi maragı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi ilə baglıdır. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. Bəhs olunanlara əsasən, inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından və bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati xəta haqqında qərardan aidiyyəti ümumi məhkəməyə şikayətlə müraciət etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9073/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9073/2023
29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver