Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9075/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Dövlət Yol İdarəsinə qarşı “yüklülüyə dair qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvədə saxladığı Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (011)-544/2015 saylı qətnaməsi əsasında xx.xx.2015-ci il tarixli “İcra vərəqəsində ' qət etdi’’ hissəsini-"X4 Rover" markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 adına təkrar qeydiyyata alınaraq nəqliyyat vasitəsinə ** BU *** dövlət qeydiyyat nişanlarının təhkim edilməsi və avtomobilin "xxxx" ASC-nin Xaçmaz filialına girova qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi QİŞ-də aparılmış qeydiyyat ləğv edilməsi, "X4 Rover" markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına qeydiyyata alınması və "xxxx" ASC-nin inşaatçılar filialında 2013-018İM saylı, 29 aprel 2013-cü il tarixli ipoteka müqaviləsi əsasında girov qoyuimasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi QİŞ- də aparılmış qeyd bərpa edilsin” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin üzərinə yerinə yetirilməsi öhdəliyin tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iş üzrə İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinin tələbinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllədə hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normalarına uyğun olaraq baxılmalıdır. Göstərilənlərə əsasən, habelə iddiaçının müraciətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Dövlət Yol İdarəsinə qarşı “yüklülüyə dair qeydiyyatın ləğvi” tələbinə dair tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Baş Dövlət Yol İdarəsinə qarşı “yüklülüyə dair qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9075/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9075/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver