Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9081/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında tikilən kooperativ binada 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" mənzil tikinti kooperativi arasında bağlanan 30 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilin və payın vətəndaş X2 adından İddiaçı adına keçirilmişdir. 30 dekabr 2016-cı il tarixli 08/16 saylı protokola əsasən, X2 öz ərizəsinə əsasən MTK üzvlüyündən çıxarılması, Vaqif MTK-ya məxsus olan Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzil və payın İddiaçı adına keçirilməsi qərara alınmışdır. İddaçı tərəfindən 23 fevral 2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmasına baxmayaraq, tələbi icra olunmamış və ərizəsinə cavab verilməmişdir. Göstərilən səbəblərdən hal-hazırda Bakı şəhəri, Vaqif prospekti, ev 9A ünvanında tikilən kooperativ binasında 1-ci girişin 12-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, məhəllə 989 ünvanında inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 86 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bu barədə vətəndaşa **********30 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 242.7 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın 18 avqust 2022-ci il tarixli Maliyyə Arayışında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə, Vaqif pr.-ti 9 A ünvanda tikilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın İ giriş, yaşayışın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 211,6 kv.m. olan, 5 otaqlı, 19 saylı mənzilin tam dəyərindən İddiaçı "xxxx" MTK-ya heç bir borcu yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022 il tarixli "xxxx" MTK–nın üzvlərinin ümumi yığıncağının 30 dekabr 2016-cı il tarixli Protokolundan Çıxarışa əsasən vətəndaş İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və MTK-nın ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binasının İ giriş, yaşayışın 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 211,6 kv.m. olan, 5 otaqlı, 19 saylı mənzilin ona verilməsi təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 dekabr 2016-cı il tarixli, 08/16 nömrəli "xxxx" Mənzil-Tikinti Kooperativinin İdarə X4 ilə X3 Yığıncağın Protokoluna əsasən vətəndaş X2 öz ərizəsinə əsasən MTK üzvlüyündən çıxarılması, "xxxx" MTK-ya məxsus olan və ünvan 6 ünvanda yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsində, 5 otaqlı, 19 saylı mənzil və pay İddiaçı adına keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı ilə "xxxx" MTK arasında 30 dekabr 2016-cı il tarixli Əlavə-qaydalarla bağlı müqavilə imzalanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********02 nömrəli məktubu ilə göndərilmiş ünvan 7 ünvanında yerləşən 19 saylı mənzilin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə 5, faktiki 5, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 5, faktiki 5, yaşayış sahəsi faktiki 142.5 kv.m, köməkçi sahə faktiki 100.2 kv.m, ümumi sahə faktiki 242.7 kv.mdir. Layihə təqdim edilmədiyindən mənzilin mövcud vəziyəti eskiz olub. Mənzil 10 mərtəbəli (1-ci mərtəbə və 2-ci mərtəbə-antresol q/yaşayış) binanın mansard mərtəbəsində yerləşir. Ümumi say tərkibinə daxildir. 1-ci mərtəbə və antresol (2-ci mərtəbə) qeyri-yaşayış, 2-10 mərtəbə 2 qapıdan 18 mənzil, 2 blok x 2 = 36 + hər blok mansard. 1 mənzil + 2 = 38 mənzil. Binanın layihəsi arxivdə yoxdur. MTK təqdim edən layihə akta əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 sentyabr 2023-cü il tarixli, 3-35-1/2-2375/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının tikintisinə dair Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 86 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı ilə ünvan 8 ünvanda 10+mansarda mərtəbəli, 2 girişli (antresollu 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) yaşayış binasının istismara qəbul edilməsi qərara alınmışdır. Aktda obyektin göstəriciləri: mənzillərin sayı 38, qeyri yaşayış sahəsi 907,2 kv.m, zirzəmi sahəsi 453,7 kv.m, mərtəbənin sayı 10+mansard, girişlərin sayı 2 olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, məhəllə 989 ünvanında inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti başçısının 86 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, "xxxx" MTK–nın üzvlərinin ümumi yığıncağının 30 dekabr 2016-cı il tarixli Protokolundan çıxarışa əsasən X2 ərizəsinə əsasən sonuncu MTK üzvlüyündən çıxarılmış, ona məxsus olan "xxxx" MTK-nın tikdiyi ünvan 6 ünvanda yerləşən binanın 1-ci giriş, 12-ci mərtəbəsində, 5 otaqlı, 19 saylı mənzilə olan pay İddiaçı adına keçirilmişdir. İddiaçı 30 dekabr 2016-cı il tarixdən MTK-nın üzvüdür və ona həmin əmlakın dəyəridən "xxxx" MTK-ya borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. İddiaçı sözügedən protokol, maliyyə arayışını əsas götürərək qeyd edilən əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddia olunan mənzilin mansard mərtəbəsində yerləşməklə həmin mərtəbənin isə yaşayış təyinatlı olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı mənzilin yerləşdiyi mansard hissənin yaşayış sahəsi kimi istifadə edildiyini nəzərə alaraq 19 saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina əsasları ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın (Dövlət Tikinti norması (AzDTN 1.6-1)) 6.1-ci bəndinə görə tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən istismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi, təsdiq olunmuş layihə və müqavilə sanədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitargigiyeniya və təhlükəsizlik texnikası tələblərinə uyğun hər cür fəaliyyət (yaşayış, iş, istirahət və s.) şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Eyni Məcəllənin 12.3-cü maddəsinə görə sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Eyni Məcəllənin 13.1-ci maddəsinə görə yaşayış sahələrinə aşağıdakılar aiddir: -13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; -13.1.2. mənzil, mənzilin hissəsi; -13.1.3. otaq; -13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Eyni Məcəllənin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi qanunvericilik yaşama üçün nəzərdə tutulmuş yaşayış sahəsinin müvafiq təsnifatını vermiş və bu təsnifata mənzili daxil etsə də, texniki mərtəbələrdə, binanın mansardında yerləşən sahələri mənzil və ya onun hissəsi kimi nəzərdə tutmamışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının mənzil kimi iddia etdiyi daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989 məhəllə, ev 9A ünvanında yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşir. Bina Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 86 saylı sərəncamı ilə 10 mərtəbə +mansard hissə, 2 girişli antresollu 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla mənzillərin sayı 38, qeyri yaşayış sahəsi 907,2 kv.m, zirzəmi sahəsi 453,7 kv.m olaraq istismara qəbul olunmuşdur. Sözügedən yaşayış binasının təqdim edilmiş razılaşdırılmış layihə və istismara qəbul aktındakı texniki göstəricilərdən müəyyən olunur ki, hazırkı iş üzrə iddia edilən 5 otaqlı mənzil binanın mənzillərinin olduğu mərtəbədə-2-10 mərtəbələrində yerləşmir. Daşınmaz əmlakın binanın mansard hissəsində yerləşdiyi mübahisəsizdir. Həmin mərtəbə Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən yaşayış təyinatlı olan mərtəbə deyil, binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi mərtəbəyə-texniki mərtəbəyə uyğundur. Əks halda həmin mərtəbə 11-ci mərtəbədə deyil, mənzillərin yerləşdiyi 2-10 mərtəbə sırasında yerləşməli idi. Başqa sözlə, Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq hazırkı mübahisələndirilən əmlakın yerləşdiyi mərtəbə yaşayış sahələrinin yerləşdiyi mərtəbə olmadığından, texniki mərtəbə olduğundan yaşayış təyinatlı (mənzil) əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Qeyd edilən normadan çıxış etdikdə də hesab olunur ki, mübahisəli binanın istismara qəbul aktında yalnız 1-ci mərtəbə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğundan, 2-10-cu mərtəbələri yaşayış mənzillərinin yerləşdiyi mərtəbələr olduğundan, 11-ci mərtəbənin isə mansard hissə kimi qeyd edilməklə qeyri yaşayış sahəsi kimi layihələndirilmədiyindən həmin hissə həm də qeyri-yaşayış sahəsi təyinatında əmlak hüququ ilə qeydiyyata alına bilməz. Başqa sözlə, adıçəkilən istismara qəbul aktında sözügedən binanın 10-cu mərtəbənin üst hissəsində-11-ci (mansard hissə) mərtəbəsində hər hansı yaşayış mənzilinin və qeyri-yaşayış sahəsinin mövcudluğuna dair qeydlər edilməmişdir. Halbuki, sahənin yaşayış sahəsi kimi qəbul olunması yalnız həmin sahənin mənzil kimi istifadəsinə əsas olan sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməsinə dair səlahiyyətli orqanın müvafiq sənədi təqdim etdiyi halda mümkündür. Hazırkı iş üzrə adıçəkilən binanın istismara qəbul edilməsi haqqında dövlət komissiyasının aktında mansard hissənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istismara qəbul olunması nəzərdə tutulmamışdır. Belə olan halda cavabdehin iddia olunan mansard hissədə yerləşən sahə üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9081/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9081/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver