Məhkəmə qərarları › İş №2-1(112)-9083/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9083/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9083/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs: X1) qarşı “qeydiyyatdan çıxarma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə və qeyriləri cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs: X1) qarşı “qeydiyyatdan çıxarma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı və digər iddiaçıların nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək fərdi yaşayış evinə münasibətdə yeganə mülkiyyətçi olduğu nəzərə alınaraq iddiaçı qismində yalnız Nümayəndə tanınması, digər iddiaçıların əsl iddiaçı kimi Nümayəndə ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs xeyli vaxtdır ki, qeydiyyatda olduğu ünvanda yaşamır və faktiki olaraq formal qeydiyyatdadır. Əsassız olaraq pasport qeydiyyatından çıxmaqdan imtina edir. Qeyd olunan hal onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Lakin hazırkı iş üzrə işin faktiki hallarının təhlili nəticəsində üçüncü şəxsin istifadə hüququna malik olduğu müəyyən edilmiş, istifadə hüququna xitam verilməsi barədə hər hansı sənəd və ya sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanuni və əsaslı olaraq iddiaçının müraciətinin təminindən imtina edilmişdir. Belə ki, iş materiallarında olan 15.07.2019-cu il tarixli Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qətnaməsindən də görünür ki, həmin iş üzrə və hazırkı iş üzrə iddiaçı Nümayəndə, həmin iş üzrə cavabdeh, hazırkı iş üzrə üçüncü şəxs X3 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Tərəflər arasında mülki hüquq münasibətləri 2010-cu ildə yaranıb. Belə ki, cavabdeh 29.10.2010-cu ildə iddiaçının oğlu ilə ailə quraraq, mübahisəli evə gəlin köçüb, evə dair mülkiyyət hüququ isə 2012-ci il tarixdə yaranıb. Cavabdeh 2010-cu ildən 2017-ci ilə qədər mübahisəli evdə yaşayıb, həmin nikahdan bir uşaqları olub. Cavabdeh X4 mühabisəli evdə 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2017-ci ildə tərəflər arasında münasibətlər korlanmış, onların arasında münaqişələr yaşanmış, bunun səbəbi olaraq cavabdeh 2017-ci ilin mayın 5-i evdən getmişdir. Göstərilən hallar tərəflərin hər ikisi tərəfindən məhkəmə iclasında təsdiq olunmuşlar. Belə olan halda hazırki iddia tələbinin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi deyil, həmin Məcəllənin 68-ci və 70-ci maddələri çıxış edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı 2010-cu ildə mübahisəli ev xüsusi mülkiyyətdə olmamışdır. Belə olan halda tərəflər arasında 2010-cu ildə yaranmış mülki hüquq münasibətlərinə mübahisəli evə mülkiyyət münasibətlərindən irəli gələn deyil, sosial kirayə müqaviləsindən irəli gələn normalar tətbiq olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçının ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququqa malik olduğu qənaətinə gəlmək olar. Cavabdehin uzun müddətdən sonra mübahisəli evə qeydiyyata düşməsi onun bu hüquqlarının mübahisəli olması üçün əsas deyildir. Həmçinin, qətnamədə qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən olur ki, iddiaçının ailə üzvü olan cavabdeh ailə münaqişəsi səbəbindən mübahisəli evi tərk etmişdir. Göstərilən hal tərəflərin hər ikisinin məhkəmə iclasında verdikləri ifaləri ilə təsdiq olunur. Belə olan halda, cavabdehin üzürlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən edildiyindən, hazırki iddia tələbi təmin oluna bilməz. Cavabdeh X2 mübahisəli evdən istifadə hüququnun olduğu nəzərə alınaraq, ancaq müvafiq kompensasiyanın verilməsi ilə bağlı sonuncunun mübahisəli evdə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırıla bilər. Göründüyü kimi məhkəmə həmin yaşayış sahəsinə hazırkı iş üzrə üçüncü şəxsin istifadə hüququnun mövcud olduğunu müəyyən etmiş, həmin hüquqa xitam verilməsi barədə iddianı rədd etmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, məhkəmə qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmış, daha sonra verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən də apellyasiya şikayəti müddət keçdikdən verilməsi əsası ilə geri qaytarılmışdır. Göründüyü kimi istifadə hüququnun müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi hal-hazırda qüvvədədir. Həmin qərar icrası tələb olunmayan qərar hesab edildiyindən qərarın icra vəziyyəti ilə bağlı əlavə araşdırmanın aparılmasına da məhkəmə zərurət müəyyən etmir. Məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, istifadə hüququnun mövcudluğunun əsasında duran hal məhkəmə aktıdır ki, həmin məhkəmə aktının məcburiliyi Azərbaycan Respublikasının Konstitusiyasının və Mülki Prosessual Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci və İİci hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3- cü maddələrə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Göründüyü kimi inzibati orqan Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından heç birini, o cümlədən yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmadığını nəzərə almış, əsaslı olaraq müraciətin təminindən imtina etmişdir. İş materiallarında olan Reyestr Xidmətinin məktubunda qeyd edilən üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun qeydiyyata alınmamasına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada qeyd olunan istifadə hüququ ailə hüququ əsasında yaranmış istifadə hüququ hesab edilir ki, həmin hüququn mülki münasibətlərdən irəli gələn istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqəsi yoxdur. Ailə hüququndan irəli gələn istifadə hüququ yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Oxşar münasibətlə bağlı məsələləri tənzimləyən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 16 dekabr tarixli qərarının məzmunundan da yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün hüququn dövlət qeydiyyatına alınması zərurəti müəyyən edilməmişdir. Belə ki, hazırkı iş üzrə yarananan istifadə hüququ əşya hüququ olmayıb, ailə münasibətləri zəminində yaranmış və xitam verilməmiş hüquq hesab edilir. Eyni zamanda üçüncü şəxsin adıçəkilən yaşayış sahəsində yaşaması barədə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş məktuba da münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, məhkəmə qətnaməsi əsasında üçüncü şəxsin istifadə hüququ mövcud olduğundan şəxsin orada yaşayıbyaşaması, yaşamama səbəblərinin nədən ibarət olması da hazırkı mübahisə baxımından əhəmiyyət daşımır. Belə ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnu reallaşdırılması səbəblərinin üzrlü və üzrsüz səbəblərlə əlaqədar olaraq onun istifadə hüququna kompensasiya ödənilməklə və ya kompensasiya ödənilmədən xitam verilməsi ilə bağlı iddialar mülki məhkəmə mübahisəsinin predmeti olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin halların nəzərə alınması məhkəmə hesab edir ki, inzibati orqanın imtinasının qanunsuzluğuna təsir etməyən hal kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar