Məhkəmə qərarları › İş №2-1(112)-9083/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9083/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9083/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 2/6 hissəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7ci Əhmədli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi paylı mülkiyyətdədir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 2/6 hissəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Lakin həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılmasına digər payçılar tərəfindən şərait yaradılmamışdır. Bundan əlavə arxiv texniki pasportunda hüquq sahibinin adı “Salex”, təqdim edilmiş sənədlərdə isə “Sali” kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılmasına digər payçılar tərəfindən şərait yaradılmamışdır. Bundan əlavə, arxiv texniki pasportunda hüquq sahibinin adı “Salex”, təqdim edilmiş sənədlərdə isə “Sali” kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin bildirilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi **********87-10301 reyestr nömrəsi ilə paylı mülkiyyət olmaqla X9 (2/6 hissə), İddiaçı (2/6 hissə), X6(1/6 hissə), X5 (1/6 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iclasa gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasna gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 91.20 olan fərdi yaşayış evin 2/6 hissəsinə dair mülkiyyət hüququ 12 oktyabr 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Çıxarışda digər hüquq sahibləri kimi X10 (2/6 hissəsinə), X5 (1/6 hissəsi) və X7 (1/6 hissəsinə) adları göstərilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli **********84 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılmasına digər payçılar tərəfindən şərait yaradılmamışdır. Bundan əlavə arxiv texniki pasportunda hüquq sahibinin adı “Salex” təqdim edilmiş sənədlərdə isə “Sali” kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir.

10. Məhkəmə araşdırılması zamanı göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, orqan tərəfindən sorğuya cavab məktubuna sözügedən əmlaka dair müvafiq sənədlər əlavə edilmişdir. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-1306/2006 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 4 saylı miras ev üzərində vərəsələr X9 payı 2/8 hissə, X3 payı 1/8 hissə, X6 payı 1/8 hissə, İddiaçı payı 2/8 hissə, X1 2/8 hissədə müəyyən edilməsi; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 4 saylı miras ev üzərində vərəsələr X9 2/8 hissə, X3 payına 1/8 hissə, X6 payının 1/8 hissə, İddiaçı payının 2/8 hissə, X1 payının 2/8 hissə olmasına dair onlara qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması; Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsi, 4 saylı miras evin yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi, cavabdehlər X4 hasara aldığı uzunu 6.5 metr, eni 3.20 metr ölçüdə torpaq sahəsi onun istifadəsinə, X8 hasara aldığı uzunu 10 metr, eni 3.20 metr ölçüdə torpaq sahəsi onun istifadəsinə, X9 yaşadığı otağın qarşısında eni 6 metr, 7-ci Əhmədli küçəsində kimi uzunluğu 16 metr olan torpaq sahəsi onun istifadəsinə, qalan torpaq sahəsi isə cavabdehlər X1 və İddiaçı istifadələrinə verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-7 küçəsində istifadədə olan 0.02578 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 47.6 kv.m yaşayış, 73.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X9 2/8, X6 1/8, İddiaçı 2/8, X4 1/8, X2 2/8 adlarına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 3010 nömrəli vərəqində qeydiyyata alınmışdır

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia təmin olunmamalıdır.

17. Belə ki, işin faktiki hallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi **********87-10301 reyestr nömrəsi ilə paylı mülkiyyət olmaqla X9 (2/6 hissə), İddiaçı (2/6 hissə), X6(1/6 hissə), X5 (1/6 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə hazırda torpaq sahəsinin real bölgüsünün aparılmasını və müvafiq çıxarışın verilməsini xahiş edir ki, həmin ünvanda yerləşən digər payçılar ilə razılaşdırılmış bölgü sxemi və ya məhkəmə qərarı olmadan iddiaçının tələbinin təmin olunması mümkün deyildir.

18. Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir.

20. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddianı verməklə, həmin çıxarış və torpaq sahəsinin ölçüsü müəyyən edilən texniki pasport əsasında həm həmin torpaq sahəsinin ona aid hissədə payının müəyyən edilməsinə və həmin payın real koordinatları nəzərə alınmaqla çıxarış verilməsini istəyir. Halbuki evə paylı mülkiyyətə malik şəxslərdən torpaq sahəsinin hansı ölçü və koordinat üzrə iddiaçıya, hansı ölçü və koordinat üzrə digər payçılara məxsus olması barədə daşınmaz əmlakın sxematik bölgüsünü təsdiq edən sənəd təqdim edilməmişdir.

22. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsində cavabdehin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Əsasnamənin tələbləri də nəzərə alındıqda müəyyən olunur ki, tərəflərin iradə ifadəsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi onun səlahiyyətlərindən kənar hərəkətdir. Belə ki, fərdi yaşayış evinə paylı mülkiyyətə malik olan şəxslərdən hansının hansı ölçüdə torpaq sahəsinə faktiki istifadəçisi olması və həmin sahənin koordinatlarının dəqiq olaraq hara olması paylı mülkiyyətçilər sxematik bölgünün tərtibatında iştirak etmədikdə cavabdehin səlahiyyəti hesab edilmir. Göründüyü kimi evin paylı mülkiyyətçilərin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ və mülkiyyət hüququ tanındıqdan sonra payları, o cümlədən həmin payın naturada yeri bölgü sxem və ya məhkəmə qətnaməsi əsasında müəyyən edilmədən səlahiyyəti mövcud mülkiyyət hüququnu qeydə almaq olan cavabdehdən həmin məsələni özünün həll edilməsinin gözlənilməsi inzibati icraatın məqsəd və prinsipləri ilə uyğunluq təşkil etmir.

23. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı iddianın təmin ediləcəyi və koordinatlar müəyyən edilmədən fərdi yaşayış evinə və torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair sənəd veriləcəyi təqdirdə həmin əmlakın özgəninkiləşdirilməsi zamanı ehtimal olunan mülki mübahisənin yaranacağı ehtimalı aşkardır. Belə ki, koordinatlar müəyyən edilmədən alqı-satqı və bağışlama və digər xarakterli əqdlər nəticəsində əmlakı əldə edən şəxslərin də əmlakının nə olması məlum deyil. Yeni mülkiyyətçilər üçün torpaq sahəsinin konkret olaraq harada yerləşməsi, fərdi yaşayış evinin hansı hissəsindən istifadə ilə bağlı hallar məhkəmənin iddianı təmin etməsi ilə bağlı gələ biləcəyi səhv nəticənin məhkəmə hesab edir ki, hüquqi nəticəsindən başqa bir şey deyil.

24. Hazırkı iş üzrə isə iddiaçı bölgü sxem və məhkəmə qərarı olmadan naturada mövcud olan vəziyyət nəzərə alınmaqla torpaq sahəsinin real bölgüsünü müəyyən edilərək qeydiyyatın aparılmasını və çıxarışın verilməsini iddia edir. Lakin, nəzərə alınmalıdır ki, burada naturada ayrılma və paya uyğun torpaq sahəsi də daxil olmaqla əmlakla ilə bağlı məhkəmə qərarı dedikdə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə nəzərdə tutulmur. Belə ki, inzibati məhkəmə inzibati orqanların hərəkət və hərəkətsizliyinə baxan və qanunsuz və əsassız hərəkət və ya hərəkətsiz müəyyən edildiyi təqdirdə buna uyğun olaraq iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti olan məhkəmə qismində çıxış edir. Hazırkı vəziyyətdə isə iddiaçı bölgü sxem olmadan torpaq sahəsinin naturada ayrılmalı olmasını inzibati orqandan istəyir, halbuki inzibati orqanın belə bir səlahiyyəti mövcud deyil, belə bir səlahiyyəti yoxdursa deməli imtina tam qanuni və əsaslıdır. Məhkəmə də bu səbəbdəndir ki, inzibati orqanın ziyanına qərar qəbul etməli deyil. Çünki hüquqmüəyyənedici sənəd mövcud olmuş olsa belə şəxslərin (hər payçı) torpaq sahəsinə ehtimal olunan mülkiyyət hüququnun olması, özü-özlüyündə həmin torpaq sahəsinin hansı ölçü, hansı koordinat üzrə iddiaçıya və digər payçılara məxsus olmasını cavabdeh müəyyən edə bilməz. Başqa sözlə mülkiyyət sənədinə malik olsa belə iddiaçı torpaq sahəsinin ona aid hissəsini mənim torpaq sahəmdir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Çünki cavabdehin bölgü sxem olmadan, yəni iddiaçı və payçılar arasında razılıq olmadan və ya mülki məhkəmənin naturada payın və həmin payın yerinin müəyyən ilə bağlı qərarı olmadan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkət etməsi qanunsuz və əsassız olar. Bu səbəbdəndir ki, bölgü sxem tərtib edilmədən və ya mülki icraat qaydasında torpaq sahəsinə istifadə ilə bağlı koordinatlar dəqiq müəyyən edilmədən inzibati məhkəmə cavabdehin hərəkətsizliyində qanunsuzluq müəyyən edə bilməz və bu səbəbdən də iddianı əsaslı hesab edə bilməz.

25. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirərək real olan halı müəyyən etsə belə bu cavabdeh inzibati orqanın səlahiyyətlərini icra etməməsi anlamına gəlmir və həmin formada araşdırma, mahiyyət etibarı ilə mülki məhkəmənin səlahiyyətlərini mənimsəmə qismində çıxış edəcəkdir. Təbii haldır ki, istər məhkəmə, istər inzibati orqan onda olan mövcud resurslar əsasında iddiaçı və digər payçıların faktiki istifadəsində olan torpaq sahəsinin yerini, ölçülərini müəyyən edə bilər. Lakin həmin məlumatların mövcud olması, həmin məlumatlar əsasında işin mahiyyətini həll etmək anlamına gəlmir

26. Beləliklə iddiaçı və digər payçılar hazırkı vəziyyətdə ya daşınmaz əmlakın sxematik bölgüsünü aparmaqla kimin hansı ölçüdə hansı koordinatlar daxilində hissədə istifadəçi olduğunu bölgü sxemin tərtib edilməsi yolu ilə təsdiq etməli və ya payın naturada müəyyən edilməsi barədə iddia verərək işin faktiki və hüquqi halları əsasında məhkəmə qərarı payı naturada müəyyən etməli, bundan sonra isə inzibati orqana mülkiyyət hüququnu təsdiq edən sənəd (hazırki halda ayrıca çıxarışın verilməsi) verilməsi ilə bağlı müraciət etməlidirlər. Lakin iddiaçı bölgü sxem tərtib edilmədən və ya məhkəmə qərarı olmadan mülkiyyət huququnu qeydiyyata almağa yalnız səlahiyyəti olan orqandan torpağ sahəsinin onun faktiki istifadəsində olan hissəsinin ölçülərini və koordinatlarını müəyyən etməklə bağlı müraciət etmişdir.

27. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməsin.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar