Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9092/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçının övladlarının doğum haqqında şəhadətnaməsində atanın milliyyətinin azərbaycanlıdan almana dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək qızı (X9) doğulması haqqında 08 sentyabr 2008-ci il tarixli akt qeydi №2528 və oğlu (X4) doğulması haqqında 06 sentyabr 2013-cü il tarixli akt qeydi №2523 atanın milliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi öhdəliyinin cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, özünə və uşaqlarına məxsus X2 qeydinə dair sənədlərdə düzəliş edilərək, qızı X9 doğulması haqqında 08.09.2008-ci il tarixli 2528 nömrəli akt qeydində atanın milliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi, oğlu X4 doğulması haqqında 06.09.2013-cü il tarixli 2523 nömrəli akt qeydində atanın milliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsini xahiş etmiş və qeyd etmişdir ki, onun əcdadları alman olmuşdur və alman əcdadları əcnəbilərin Rusiyaya köçürülməsi haqqında çağırışa əsasən (İİ Yekaterianın 4 dekabr 1762-ci il tarixli və 22 iyul 1763-cü il tarixli manifestləri) XİX əsrin ortalarında alman torpaqlarından Rusiya İmperiyasına köçmüşlər. Xarkov şəhərinin yaxınlığında yerli əhali ilə assimliyasiya etmədən alman cəmiyyətində yaşamışlar. Onun ana tərəfdən nənəsi Haan (qızlıq soyadı Moris) Liliya Avqustovna 23 may 1922-ci ildə Ukraynada Nastelevka kəndində anadan olmuşdur, təmiz almandır. Onun valideynləri : atası Avqust Moris milliyyətcə almandır, anası Eleonora Moris milliyyətcə almandır. 05 avqust 1950-ci ildə anası X13 doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atasının milliyyəti azərbaycanlı, anasının alman göstərilmişdir.
3. Bakı şəhər Yasamal rayon Qeydiyyat İdarəsi tərəfindən ona 27.07.2021-ci il tarixli imtina məktubu verilmişdir.
4. Məhkənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.07.2021-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin “X2 X11”nın təsdiq edilməsi haqqında Qərarın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aıtın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qedyiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə o həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlat qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının X2 arxivində, Naxçıvan Muxtar Respublikasının X2 arxivində saxlanmadıqda, uşağın doğum haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin “milliyyəti” qrafasında “məlumat təqdim edilməyib” sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt ata və ya ana, ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyyətlərdən biri göstərilir. Uşağın doğum haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır. Bundan başqa cavabdeh orqan bilirdirib ki, iddiaçıya məxsus Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.10.1974-cü il tarixli, doğum haqqında akt qeydləri kitabında 2430 nömrə ilə qeyd edilmiş şəhadətnamədə və onun uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə milliyətinin alman olaraq qeyd edilməsi qeydiyyat orqanının imkanı xaricindədir.
6. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Nazirlər kabinetinin “X2 X11”nın təsdiq edilməsi haqqında Qərarına əsasən: 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının X2 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia öhdəliyin icrasına dair iddiadır.
13. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
14. İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx xxxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X3 (milliyyəti azərbaycanlı), anası X1 (milliyyəti azərbaycanlı).
15. X7 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, 04 avqust 2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı (milliyyəti azərbaycanlı), anası X8 (milliyyəti tatar).
16. X4 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, 18 iyul 2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı (milliyyəti azərbaycanlı), anası X8 (milliyyəti tatar).
17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş anasının doğumu haqqında arayışdan müəyyən edilir ki, X15 25.08.1950-ci ildə anadan olmuşdur, atası X14 (milliyyəti azərbaycanlı), anası X12 (milliyyəti alman). Uşağın soyadı “Haan”dan “Mamedova”ya dəyişdirilmişdir.
18. X18 (iddiaçının nənəsidir) haqqında olan reabilitasiya haqqında arayışa əsasən, 1941-ci ildə repressiyaya məruz qalmış şəxs kimi reabilitasiya olunmuşdur.
IV. Məhkəmənin mövqeyi
19. X23 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X23 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
20. İlk növbədə qeyd edilməlidir ki, X23 Məhkəməsinin presedent hüququna əsasən, şəxsi həyat fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir; Ailənin mənşəyi barədə məlumat əldə etməsi şəxsi həyatı əhatə edir.
21. Odur ki, məhkəmə şəxsin ailənin mənşəyi barədə məlumat əldə etməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X23 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə varmı? - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
22. X23 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil;
- Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X5rşı).
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında müəyyən edilir. Qeyd edilən tələbə uyğun olaraq iddiaçının uşaqları X16 və X4 doğum haqqında şəhadətnamələrində ataları olaraq iddiaçının milliyyəti iddiaçının özünün şəxsiyyətini təsdiq edən sənədə və doğum haqqında şəhadətnaməsinə uyğun olaraq yazılmışdır. Odur ki, belə olan təqdirdə, məhkəmə inzibati orqanın imtinası nəticəsində iddiaçının və uşaqlarının şəxsi həyatına müdaxilənin olduğunu müəyyən etmir. İddiaçının uşaqları X16 və X4 doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
25. Məhkəmə cavabdeh qurumun hazırki imtinasının qanunsuz olması qənaətinə gəlməsi üçün hər hansı əsas görmür. Lakin məhkəmə hesab edir ki, iddiaçı arzuladığı nəticəyə nail olmaq üçün hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi qaydasında ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər.
26. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva