Məhkəmə qərarları › İş №2-1(112)-9095/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9095/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9095/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüquqlarının qeydiyyatının aparılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək ona məxsus olan fərdi torpaq sahəinə çıxarış almaqda köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə əslı olmayan iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 05 noyabr 1998-ci il tarixli, 1993 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə faktiki istifadə etdiyi 600 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9095/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 İddiaçı xx.xx.2022-ci il tarixdə ölməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-cı maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüquqlarının qeydiyyatının aparılması tələbinə dair inzibati iş üzrə icraata iddiaçı öldüyündən xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar