Məhkəmə qərarları › İş №2-1(112)-9098/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9098/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9098/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və X4 qarşı «mənzildən qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi RPİ-yə və X4 qarşı X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, cavabdeh X5 iddiaçının keçmiş kürəkəni və Bakı şəhərində işlə təmin olunması məqsədilə qeydiyyata alınmasını istəmiş və bununla bağlı iddiaçıya müraciət etmişdir. İddiaçı onun mövcud vəziyyətini nəzərə alaraq, mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 16 ünvanında yerləşən 156 nömrəli mənzilə formal olaraq qeydiyyata alınmasına razılıq vermişdir. Əyyub Hüseynov müəyyən vaxtdan sonra başqa ünvana qeydiyyata düşəcəyini və bu ünvandan qeydiyyatdan çıxacağını bildirmişdir. Lakin onların qohumluq münasibətləri məhkəmə qaydasında pozulduğundan, əlaqələri kəsilmişdir. İddiaçı buna görə də X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə Bakı şəhəri Binəqədi RPİ-yə müraciət etsə də, həmin inzibati orqan onun müraciətini təmin etməmişdir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2.2, 33.1-ci maddələrinə, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsini rəhbər tutaraq, məhkəmədən X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehlər isə gəlməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizısində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər, mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İş materiallarından görünür ki, RX seriyalı ******* nömrəli (5 may 2014-cü il qeydiyyat tarixli) çıxarışa əsasən ünvan 6, mənzil 156 daşınmaz əmlakın dövlət reyestrində X1 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi RPİ-yə 8 iyun 2021-ci il tarixli ərizə ilə müraciət edərək, Əyyub Hüseynovun Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 2-ci blokunun 156 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İddiaçı ünvanlanmış 29 iyun 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - RPİ-yə ünvanlanmış müraciətə baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X3 Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, 16 saylı evin 2-ci blokunun 156 saylı mənzili ümnvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyaata keçirilir. Odur ki, məhkəməyə müraciət edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, iddiaçının X3 qeydiyyatdan çıxarılmasını xahiş etdiyi ünvan 6 ünvanında yerləşən 156 nömrəli mənzil dazşınmaz əmlakın dövlət reyestrində hazırkı İddiaçı deyil, X1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, mülki qanunvericilik normalarının tələblərinə görə həmin mənzil üzərində sərəncam hüququ da X2 məxsusdur. Odur ki, İddiaçı hazırlı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yaranmır. Həmçinin nəzərə alınmaılıdır ki, X1 inzibati icraat dövründə müvafiq səlahiyyətlərin nümayəndəsi qismində İddiaçı tapşırması (həvalə etməsi) barədə etibarnamə olmadığından, məhkəmə bu halı formal xəta kimi qiymətləndirməklə onun aradan qaldırılması istiqamətində iddaçının dəyişdirilməsinin tövsiyyə olunmasını məqsədəuyğun saymamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi RPİ tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar