Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-91/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis), cavabdehin nümayəndəsi X10 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Vişnyovka-2 massivində yerləşən (Bakı şəhəri, X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş) 0,12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(005)- 3309/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri X17 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı Bağ-Tikinti Kooperativi tərəfindən X11 adına verilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)- 4049/2009 saylı qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderə əsasən Bakı şəhəri, Vişnyovka -2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdehə həvalə edilmişdir.Cavabdeh qətnamə üzrə üzərinə qoyulan öhdəliyi qismən icra edərək iddiaçıya məxsus Sabunçu rayonu, Vişnyovka -2 massivində yerləşən və 0,12 ha torpaq sahəsi olan 3 saylı bağ torpaq sahəsinin planını iddiaçıya təqdim etmişdir.Bu baxımdan iddiaçı xx.xx.2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka - 2 massivində yerləşən və 0.12 ha torpaq sahəsi olan 3 saylı bağ sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə rəsmi müraciət etsə də müraciəti təmin edilməmişdir.İmtinanın səbəbi kimi göndərdiyi sənədlərin əsli olmaması və bir də iddiaçıya aid olmayan 250/4 nömrəli bağ sahəsinin başqa bir şəxs tərəfindən özəlləşdirilməsi göstərilmişdir.Cavabdehin məktubunu alandan sonra yenidən sənədlərin əsllərini qoşaraq cavabdehə müraciət etsə də cavabdeh tərəfindən iddiaçıya yenidən imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 3 saylı bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)-3309/2010 saylı icra vərəqəsi ilə Bakı şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu i tarixli, 1/12 saylı qərarına əsasən Bakı şəhər X17 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X11 adına verilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)-4049/09 saylı qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka -2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdehə həvalə edilmişdir.Həmin qətnamənin icrası məqsədilə icra məmurlarının və cavabdehin mütəxəssislərinin iştirakı ilə əraziyə yenidən baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş, ərazi naturada müəyyən edildikdən sonra sərhədləri iddiaçıya göstərilmiş və yerində götürülmüş ölçülər kameral şəraitdə elektron kadastr xəritə üzərində dəqiqləşdirilərək müvafiq plan və döngə nöqtələrinin koordinatları tərtib edilərək iddiaçıya təqdim edilmişdir.Lakin qeyd edilən məhkəmə aktı və icra vərəqəsi ilə həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Sabunçu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə onun cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək X2 zəbt edilmiş Bakı şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən X6 və İstismarı Birliyinin 54 saylı Bağ Tikinti Kooperativi tərəfindən X11 adına verilmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka -2 bağ massivində yerləşən torpaq sahəsindən çıxarılması, həmin sahədə aparılmış özbaşına tikilinin X2 öz hesabına sökülməsi, ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmaqla İddiaçı təhvil verilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir, qeyd edilən qətnamədən verilən kassasiya şikayəti də təmin edilməmişdir.Bundan sonra X8 müvafiq bağ sahəsinə çıxarış verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-3024/2016 nömrəli qərarı ilə X4 cavabdehə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivində yerləşən və 0,12 ha torpaq sahəsi olan 250/4 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış,verilən kassasiya şikayəti də təmin edilməmişdir.Qeyd edilən qərar cavabdeh tərəfindən icra olunaraq müvafiq bağ sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə X4 adına reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir.X8 müvafiq bağ sahəsini xx.xx.2017-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 və xx.xx.2017-ci ildə X5 adına daşınmaz əmlakın dövlət reyestrində bununla bağlı müvafiq qeydiyyat aparılaraq həmin şəxsin adına reyestrdən çıxarış verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Yeqanlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 №li bağtikinti kooperativinin orderinə əsasən 20 may 1989-cu ildə X13 “Vişnyovka-2” massivində bağ sahəsi ayrılmışdır, ailə tərkibi kimi İddiaçı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli arxiv çıxarışına əsasən Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 1/12 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən X16 Vişnyovka-İİ massivində 54 nömrəli Bağ-Tikinti kooperativinin üzvü olmuşdur Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli imtina məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir, əsas kimi o göstərilmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)-3309/2010 saylı icra vərəqəsi ilə Bakı şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu i tarixli, 1/12 saylı qərarına əsasən Bakı şəhər X17 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X11 adına verilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(005)-4049/09 saylı qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdehə həvalə edilmişdir.Həmin qətnamənin icrası məqsədilə icra məmurlarının və cavabdehin mütəxəssislərinin iştirakı ilə əraziyə yenidən baxış keçirilmiş, torpaq sahəsinin koordinatları götürülmüş, ərazi naturada müəyyən edildikdən sonra sərhədləri iddiaçıya göstərilmiş və yerində götürülmüş ölçülər kameral şəraitdə elektron kadastr xəritə üzərində dəqiqləşdirilərək müvafiq plan və döngə nöqtələrinin koordinatları tərtib edilərək iddiaçıya təqdim edilmişdir.Lakin qeyd edilən məhkəmə aktı və icra vərəqəsi ilə həmin torpaq sahəsinə dair reyestrdən və plan ölçünün verilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Sabunçu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə onun cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilərək X2 zəbt edilmiş Bakı şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən X6 və İstismarı Birliyinin 54 saylı Bağ Tikinti Kooperativi tərəfindən X11 adına verilmiş Bakı şəhəri,Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka -2 bağ massivində yerləşən torpaq sahəsindən çıxarılması, həmin sahədə aparılmış özbaşına tikilinin X2 öz hesabına sökülməsi, ərazinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılmaqla İddiaçı təhvil verilməsi qət edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir, qeyd edilən qətnamədən verilən kassasiya şikayəti də təmin edilməmişdir.Bundan sonra X8 müvafiq bağ sahəsinə çıxarış verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(82)-3024/2016 nömrəli qərarı ilə X4 cavabdehə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivində yerləşən və 0,12 ha torpaq sahəsi olan 250/4 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış,verilən kassasiya şikayəti də təmin edilməmişdir.Qeyd edilən qərar cavabdeh tərəfindən icra olunaraq müvafiq bağ sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə X4 adına reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3309/2010 nömrəli iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarxli, 1/12 saylı qərarına əsasən Bakı şəhəri X17 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı Bağ Tikinti Kooperativi tərəfindən X11 adına verilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 dekabr 2009-cu il tarixli, 2(005)-4049/2009 saylı qətnaməsi ilə İddiaçı adına keçirilmiş hesab edilmiş orderlə Bakı şəhəri, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması,dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd edilən qətnamə xx.xx.2010-cu ildə qüvvəyə minmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3309/2010 nömrəli, xx.xx.2013-cü il tarixli qərardadına (qətnaməyə izah verilməsi haqqında) əsasən izah edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)-3309/2010 nömrəli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasında:”İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” dedikdə “İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri Vişnyovka-2 bağ massivində yerləşən sıra sayının 3(üç) və ölçüsünün 0,12ha olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” nəzərdə tutulur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4049/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı kooperativi tərəfindən Vişnyovka -2 bağ massivində yerləşən bağ sahəsinə dair X9 adına verilmiş 20 may 1989-cu il tarixli orderin İddiaçı adına verilmiş hesab edilməsi qət edilmişdir.Həmin qətnamə xx.xx.2010-cu ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı”na əsasən Nərimanov rayonu məhkəməsinin 2(005)-3309/2010 nömrəli qətnaməsi icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka İİ qəsəbəsində yerləşən sahəsi 1200 kv metr olan 3 saylı bağ sahəsinin planı iddiaçının adına tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 massivində yerləşən 54 nömrəli BTK-nın 3 saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat mövcud deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Sabunçu rayonu Vişnyovka -2 massivində yerləşən 54 nömrəli BTK-nın 3 saylı bağ sahəsinə dair çıxarış vətəndaş tərəfindən götürülməmişdir, həmin məktuba torpaq sahəsinin planlı və torpaq sahəsinin kadastr göstəriciləri adlı iki sənəd əlavə edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının atası X14 Bakı şəhəri İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı kooperativinin üzvü olmuşdur və ona Vişnyovka -2 bağ massivində yerləşən bağ sahəsinə dair order verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-4049/2009 nömrəli, xx.xx.2009cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin X6 və İstismrı Birliyinin 54 saylı kooperativi tərəfindən Vişnyovka -2 bağ massivində yerləşən bağ sahəsinə dair X9 adına verilmiş 20 may 1989-cu il tarixli orderin İddiaçı adına verilmiş hesab edilməsi qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-3309/2010 nömrəli iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən Bakı şəhəri X17 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı Bağ Tikinti kooperativi tərəfindən X11 adına verilmiş orderlə Bakı şəhəri, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması,dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3309/2010 nömrəli, xx.xx.2013-cü il tarixli qərardadına (qətnaməyə izah verilməsi haqqında) əsasən izah edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(005)- 3309/2010 nömrəli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasında:”İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnyovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” dedikdə “İddiaçı adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri Vişnyovka-2 bağ massivində yerləşən sıra sayının 3(üç) və ölçüsünün 0,12 ha olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” nəzərdə tutulur.Cavabdeh tərəfindən 29 dekabr 2009-cu il tarixli, 2(005)-4049/2009 saylı məhkəmə qətnaməsi icra edilərək, torpaq sahəsinin sərhədləri müəyyən edilərək torpaq sahəsinin planı iddiaçının adına tərtib edilmişdir.Sonradan iddiaçı qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən qanuni qüvvəyə minmş məhkəmə qətnaməsilə Bakı şəhəri İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyinin 54 saylı kooperativi tərəfindən Vişnyovka -2 bağ massivində yerləşən bağ sahəsinə dair X9 adına verilmiş 20 may 1989cu il tarixli order İddiaçı adına verilmiş hesab edilmişdir, həmçinin məhkəmə aktına verilmiş izahla bağın nömrəsinin “3”, sahəsinin 0,12 ha olması izah edilmişdir, həmin orderdə qeyd edilən bağ sahəsinin sərhədləri cavabdeh tərəfindən müəyyən edilmiş və iddiaçının adına torpaq sahəsinin planı tərtib edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sonuncu – xx.xx.2021-ci il tarixli məktuba əsasən həmin bağ sahəsi üzərində mülkiyyət hüququ başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin iddiaçıya məxsus daşınmaz əmlakın - bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması, lakin iddiaçının buna dair çıxarışın götürməməsi barədə məktubuna gəldikdə isə cavabdeh həmin məktubda göstərilənləri təsdiq edən sübutları məktuba əlavə etməmişdir, həmin məktuba yalnız torpaq sahəsinin planı və torpaq sahəsinin kadastr göstəriciləri haqqında sənəd əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq 2) massivində yerləşən (Bakı şəhəri, X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş) 0,12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinə dair iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 (Albalılıq 2) massivində yerləşən (Bakı şəhəri, X17 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarına əsasən 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş) 0,12 ha sahəsi olan 3 saylı bağ torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və buna dair hüquqların dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-91/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-91/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver