Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-91/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyinin səbəbi qrafasında “ümumi xəstəlik” sözlərinin “hərbi xidmət dövrü ilə əlaqədar” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Alcanov X2 RHK tərəfindən 2003-ci il larixdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə həzm funksiyasının pozulması, qan itirmə nəticəsində yaranan ikinci dəmir defisitli anemiya xəstəliyi səbəbindən xx.xx.2015-ci il tarixdə əlilliyi olan şəxs kimi tanınmış və ona müddətsiz olaraq ikinci dərəcəli əlillik qrupu verilmişdir. Əlilliyin səbəbi qralasında «hərbi xidmət dövrü ilə əlaqədar» qeyd edilmişdir. Sonradan xx.xx.2017-ci il tarixdə o, yenidən əlilliyi olan şəxs kimi tanınmış və ona müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir, belə ki, müəyyən edilmişdir ki, hərbi xidmət dövründə xroniki böyrək xəstəliyi V mərhələ, xroniki qlomerulonefrit hipertomik forma xəstəliyi almışdırdır. Bu səbəbdən böyrək sağ qalça nahiyyəsində sağ böyrəyin qohum allotransplanlasiya əməliyyatı keçirmişdir. Həmçinin Brayt anemiyası və onikibarmaq bağırsağın xorası xəstəliyi mövcuddur. Bu xəstəliklər hərbi xidmət dövründə alındığı üçün olilliyin səbəbi qralasında «hərbi xidmət dövrü ilə əlaqədar» qeyd edilmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə İddiaçı yenidən əlilliyi olan şəxs kimi tanınmış və ona müddətsiz olaraq ikinci dərəcəli əlillik qrupu verilmişdir. Xəstəlik hərbi xidmət dövründə alındığı üçün əlilliyin səbəbi qralasında «hərbi xidmət dövrü ilə əlaqədar» qeyd edilmişdir. Lakin diaqnoz tam qeyd edilmədiyindən yenidən müayəinə aparılmış və xx.xx.2021-ci il tarixdə İddiaçı təkrarən əlilliyi olan şəxs kıını tanınmış və ona müddətsiz olaraq birinci dərəcəli əlillik qrupu verilmişdir. Onda olan xəstəliklər hərbi xidmət dövründə alınsa da bəlli olmayan səbəblərə görə əlillik səbəbi ümumi xəstəlik kimi qeyd edilmişdir. Halbuki əvvəlki illərə aid olan sənədlərin haımsında xəstəliklərin hərbi xidmət dövründə alınması öz təsdiqini tapmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək əlilliyin saxlanılmaqla əlillik səbəbi qrafasında “ümumi xəstəlik” sözlərinin, «hərbi xidmət, dövrü ilə əlaqədar» sözləri ilə əvəz edilməsi xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2022-ei il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, iddiaçı "Hərbi xidmət dövrü ilə əlaqədar" əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuş və təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq iddiaçı barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. İddiaçı hesab edir ki, bu əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xora xəstəliyi tez-tez kəskinləşmələrlə və qanaxma əlamətləri ilə. Xr qastroduodenit. Dəmir defisitli anemiya. Həzm funksiyasının pozulması. Asteno nevrotik sindrom” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xora xəstəliyi tez-tez kəskinləşmələrlə və qanaxma əlamətləri ilə. Xr qastroduodenit. Anemiya. Həzm funksiyasının pozulması” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-cü il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xorası. Kəskin qanaxma ilə, həzm funksiyasının pozulması. Qan itirmə nəticəsində yaranan ikincili dəmir desifitli anemiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Xroniki böyrək xəstəliyi V mərhələ. Xroniki qlomerulonefrit hipertonik forma. Donor böyrək sağ qalça nahiyəsində sağ böyrəyin qohum allotransplantasiya əməliyyatından sonraki vəziyyət (xx.xx.2017). Brayt anemiyası. Onikibarmaq bağırsağın xorası” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Xroniki qlomerulonefrit hipertonik forma. Böyrək transplantasiyasından sonraki vəziyyət” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə “Sağ qalça çuxurun nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonraki vəziyyət. İkinci hipertoniya. Xroniki böyrək xəstəliyi İV mərhələ. Renal anemiya. Transplantantın qopma sindromu. Eroziv qastrit. Dispesiya. Asteno nevrotik vəziyyət” diaqnozu əsasında müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış müayinə zamanı iddiaçıya əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsinin düzgün göstərilmədiyi bildirilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iddiaçı xx.xx.2021-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Transplantasiya olunmuş böyrəyin olması, cağ qslşs çuxurun nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonrakı vəziyyət, böyrək transplantantının ölümü və ayrılması, transplantantın qopma sindromu, qazanılmış təmiz qırmızıhüceyrəli aplaziya, renal anemiya, renovaskulyar hipertenziya, ikincili hipertoniya” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli, 417 nömrəli qərarına əsasən Bakı şəhəri Nərimanov RHK tərəfindən 2003-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı və xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilə kimi Bakı şəhəri 5 nömrəli klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: «Tez-tez qanaxmayli meyili olan 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi. Xroniki qasroduodenit. Simptomatik dəmir defısitli anemiya Qabarıq asteno-neyrotik vəziyyət» - “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarına əsasən iddiaçıya 2.1.6 bəndinə müvafiq olaraq ümumi səbəb ilə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Müayinə məlumatlarından görünür ki: -xx.xx.2007-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xora xəstəliyi tez-tez kəskinləşmələrlə və qanaxma əlamətləri ilə. Xr qastroduodenit. Dəmir defisitli anemiya. Həzm funksiyasının pozulması. Asteno nevrotik sindrom” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xora xəstəliyi tez-tez kəskinləşmələrlə və qanaxma əlamətləri ilə. Xr qastroduodenit. Anemiya. Həzm funksiyasının pozulması” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-cü il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “12 barmaq bağırsağın xorası. Kəskin qanaxma ilə, həzm funksiyasının pozulması. Qan itirmə nəticəsində yaranan ikincili dəmir desifitli anemiya” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2017-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Xroniki böyrək xəstəliyi V mərhələ. Xroniki qlomerulonefrit hipertonik forma. Donor böyrək sağ qalça nahiyəsində sağ böyrəyin qohum allotransplantasiya əməliyyatından sonraki vəziyyət (xx.xx.2017). Brayt anemiyası. Onikibarmaq bağırsağın xorası” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2020-ci il tarixdə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Xroniki qlomerulonefrit hipertonik forma. Böyrək transplantasiyasından sonraki vəziyyət” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2021-ci il tarixdə iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə “Sağ qalça çuxurun nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonraki vəziyyət. İkinci hipertoniya. Xroniki böyrək xəstəliyi İV mərhələ. Renal anemiya. Transplantantın qopma sindromu. Eroziv qastrit. Dispesiya. Asteno nevrotik vəziyyət” diaqnozu əsasında müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2021-ci il tarixdə aparılmış müayinə zamanı iddiaçıya əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsinin düzgün göstərilmədiyi bildirilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0215003AAC2A nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – Z94.0 Transplantasiya olunmuş böyrəyin olması, sağ qalça çuxurun nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonraki vəziyyət; Ağırlaşma – T86.1 Böyrək transplantantının ölümü və ayrılması, transplantanın qopma sindromu D60 Qazanılmış təmiz qırmızıhüceyrəli aplaziya, renal anemiya İ15.0 Renovaskulyar hipertenziya, ikincili hipertoniya N18.4 Xroniki böyrək xəstəliyi İV mərhələ Yanaşı xəstəliklər – F48.0 Nevrasteniya, asteno nevrotik vəziyyət K92.3 Xroniki səthi qastrit, eroziv qastrit K30 Dispepsiya Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi və X4-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T 444/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: -Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: Z94.0- Transplantasiya olunmuş böyrəyin olması, sağ qalça çuxuru nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonrakı vəziyyət; Ağırlaşmalar: T86.1-Böyrək transplantatntmm ölümü və ayrılması, transplantatın qopma sindromu; D60-Qazanılmış təmiz qırmızıhüceyrəli aplaziya, renal anemiya; İ15.0- Renovaskulyar hipertenziya; N18.4-Xroniki böyrək xəstəliyi İV mərhələ; Yanaşı xəstəliklər: K29.3-Xroniki səthi qastrit, eroziv qastrit; F48-Nevrasteniya. Asteno- nevrotik sindrom. K30-Dispepsiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı alınan anamnestik və aparılan obyektiv müayinələrə əsaslanıb hərbi xidmətlə əlaqədar diaqnoz əlillik təyininə əsas verməmiş, əlillik təyinatına əsas verən böyrək köçürülməsinin xüsusi səbəb əlaqəsi müəyyən edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.6 bəndinə uyğun olaraq Ümumi səbəb ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarı qüvvədə saxlanmışdır. -Xəstəliyin səbəb əlaqəsinin təyini Nazirlər Kabinetinin müvafiq əmri ilə hərbi həkim komissiyasının səlahiyyətlərinə aid olsa da, iş materiallarında olan tibbi sənədlərin təhlili onu deməyə əsas verir ki, əsas xəstəliyin hərbi xidmətlə heç bir səbəb əlaqəsi yoxdur. Məhkəmə iddianın hüquqi əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir. -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya ilkin əlillik təyinatında olduğu kimi “Hərbi xidmət dövrü” ilə əlaqədar səbəbli əlaqəsi ilə əlillik təyinatının növbəti dəfə aparılmalı olub-olmaması ilə əlaqədardır. İş materiallarından da göründüyü kimi, hazırkı inzibati mübahisənin həlli baxımından 2 istiqamət üzrə məhkəmə iddiaçının hüquqi marağına uyğun qiymətləndirmə və araşdırma aparmışdır. Belə ki, iddiaçıda yuxarıda adıçəkilən xüsusi səbəbdən əlillik təyinatına əsas olan halın müəyyən edilməsi baxımından, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında istinad edilən xəstəliklərlə, eləcə də ona uyğun olaraq göndərişdə əksini tapan xəstəliklərlə yoxlama aparılmışdır ki, iş üzrə Səhiyyə Nazirliyinin təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi iddiaçıda olan əsas xəstəliyin hərbi xidmətlə heç bir əlaqəsinin olmaması mötəbərliyi şübhə doğurmayan rəylə öz təsdiqini tapmışdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı “Transplantasiya olunmuş böyrəyin olması, sağ qalça çuxurun nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonraki vəziyyət” xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə, ağırlaşmaları da nəzərə alınmaqla əlilliyi müəyyən edilmiş şəxs statusundadır. Göstərilən səbəbdən də hərbi xidmət zamanı almış olduğu travma və xəstəliklərlə iddiaçıda əlillik təyinatına əsas olmuş xəstəlik arasında hər hansı əlaqənin olub-olmaması, həmin xəstəliyin və onun ağırlaşmalarının göstərilən hərbi xidmət dövründə alınan travma və xəstəliklərin qalıq əlaməti olub-olmaması formasında ikinci istiqamət üzrə də araşdırma aparılmışdır. Lakin, mötəbərliyi şübhə doğurmayan Səhiyyə Nazirliyinin ekspert rəyində əlillik təyinatına iddiaçıda əsas olmuş xəstəliklərin müharibə zamanı alınmış travma və xəstəliklə hər hansı səbəbli əlaqəsinin olmaması təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının əlillik təyinatına əsas təşkil etmiş “transplantasiya olunmuş böyrəyin mövcudluğu, sağ qalça çuxuru nahiyəsinə canlı donordan böyrək transplantasiyasından sonrakı vəziyyət” diaqnozu heç bir halda xüsusi (hərbi xidmətlə birbaşa əlaqəli) səbəbdən irəli gələn hal kimi qiymətləndirilə bilməz. İddiaçının müharibə dövründə travma almasına baxmayaraq, ona 2007-ci ildən etibarən əlilliyin müəyyən edilməsi məhz həmin travma ilə deyil, “Həzm sisteminin xəstəlikləri” əsasında aparılmışdır. Bu məqam bir daha təsdiq edir ki, iddiaçıya hərbi xidmətlə əlaqədar əlillik təyin edilərkən mövcud olan xəstəliyin xarakteri həzm sistemi ilə bağlı patologiya olmuşdur. Hazırkı mərhələdə isə iddiaçıda müşahidə olunan funksional pozuntu, böyrək çatışmazlığı və bu səbəbdən aparılmış böyrək transplantasiyası, əvvəlki (hərbi xidmət dövründə yaranmış) xəstəliyin ağırlaşması nəticəsində formalaşmış patoloji vəziyyət deyil. Bununla belə, iddiaçının mövcud böyrək çatışmazlığı xəstəliyinin məhz hərbi xidmət dövründə yaranmış xəstəliyin davamı və ya onun ağırlaşması olmadığı ekspert rəyi ilə birmənalı şəkildə təsdiq edilmişdir. Bu baxımdan, iddiaçıya hazırkı dövrdə ümumi səbəbdən əlilliyin təyin edilməsi tam əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-91/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-91/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver