Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-910/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2N Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi XN2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı inzibati hüquq münasibətinin müəyyən edilməsi və məlumat vərəqəsinin göndərilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X4 RAS silsiləsinin rəisi – baş müəllimi təyin olunması haqqında Müdafiə Nazirinin N3.06.N995-ci il tarixli, 0672 saylı əmrində “xidmət mənafeyi naminə (yaşa görə)” düzəlişinin edilməsinin və N997-ci ildən bugünə qədər pensiyasının düzgün hesablanmaması ilə əlaqədar ona dəymiş ziyanın tam şəkildə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı, 03.04.20N9-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N03)- N420/209 saylı, 04 iyun 20N9-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı inzibati iş üzrə 03 aprel 20N9-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhəkməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-N(N02)-269N/20N9 saylı,İ N2 noyabr 20N9-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 20N9-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-5N9/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı X9 apellyasiya şikayəti təmin edilmiş, N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(8N)-N685/20N9 saylı inzibati iş zrə 03 aprel 20N9-cu i ltarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasını müəyyən etmədən, həmin əmrdən şikayət etmə müddətinin hesablanması qeyri-mümkündür. Təkrar apelyasiya baxışı zamanı mübahisələndirilən əmrdən çıxarış iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının inzibati aktı mübahisələndirməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin ötürülməsi barədə sübutları araşdırmadan (mübahisələndirilən əmrin təqdim edilməsi və ya elan olunmasını) iddianı mümkün saymamaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə müvafiq olaraq, məhkəmə tərəfidən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-5N9/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq, mübahisəli əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu göndərilmiş, lakin, cavabdeh tərəfindən məhkəmənin sorğusu cavablandırılmamış, məhkəmə araşdırması zamanı da, cavabdehin nümayəndəsi tərəfindən mübahisəli əmrin iddiaçıya hansı tarixdə təqdim olunmasına dair sübut təqdim edilə bilməmişdir. İşin göstərilən halları nəzərə alınaraq, məhkəmə tərəfindən iddia müddətinin ötürülməmiş olması qənaətinə gəlinmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı N7 noyabr N993-cü il tarixdən N4 iyun N995-ci il tarixə kimi “Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi” vəzifəsinə bərabər tutulan “A” qrupunun rəhbəri vəzifəsində xidmət etməsi, səhhəti, təcrübəsi və yaşı ilə əlaqədar xidmət mənafeyi naminə daha azmaaşlı vəzifəyə - Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X4 RAS silsiləsinin baş müəllimi vəzifəsinə keçirilməsi inzibati hüquq münasibətinin müəyyən edilməsi və ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsinin tələbləri nəzərə alınmaqla 28 oktyabr N997-ci il tarixdən yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx N939-cu ildə Ermənistan Respublikasının (qərbi Azərbaycanın) Vedi rayonunda anadan olmuş, N962-ci ildə Tbilisi Hərbi Artilleriiya Məktəbini “artilleriya silahlarının təmiri və istismarı”, N97N-ci ildə Penza Ali Hərbi Artilleriya Mühəndislər Məktəbini “artilleriya silahları” və N98N-ci ildə Lenin adına Leninqrad Hərbi Arxa Cəbhə və X8 qoşunlarının komanda-qərargah taktiki arxa cəbhəsi” ixtisasları üzrə bitirmişdir. N6 oktyabr N958-ci il tarixdən 08 yanvar N988-ci il tarixədək SSRİ SQ sıralarında həqiqi hərbi xidmətdə olmuş, 08 yanvar N988-ci il tarixdə “podpolkovnik” hərbi rütbəsində SSRİ SQ sıralarında “yaşa görə” ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən SSRİ SQ 4-cü Ordusunun 2N5-ci qvardiya artilleriya alay komandirinin müavini-arxa cəbhə rəisi vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur. 0N oktyabr N99N-ci il tarixdən 28 noyabr N992-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları Şöbəsinin rəisi, 03 aprel N993-cü il tarixdən (əmr № 0860 N5 iyul N993-cü il tarixə kimi XN3 Ümumqoşun silsiləsinin atəş hazırlığı üzrə baş müəllimi, N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi polkovnik hərbi rütbəsində “Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsində xidmət etmişdir. N7 noyabr N993-cü il tarixdən sərəncama keçirilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş və N2 iyun N995-ci il tarixə kimi sərəncamda olmuşdur. Lakin, təqdim edilmiş materiallardan görünür ki, həmin müddət ərzndə, yəni N7 noyabr N993-cü iltarixdən N2 iyun N995-ci il tarixə kimi polkovnik Telman Mehdiyev faktiki olaraq “Cəbhə komandirinin silahlanıdrma üzrə müavini – Silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsinin pul təminatını almaqla “A” qrupuna rəhbərlik etmişdir. Bunu Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli, N08 nömrəli əmri, habelə “A” qrupunun rəisinin və qrup rəhbəri kimi polkovnik İddiaçı verdiyi arayışlar da, təsdiq edir. Belə ki, Azərbaycan Rspublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli, N08 nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin N4 mart N994-cü il tarixli, 020N nömrəli əmrinə əsasən 0N yanvar N994-cü il tarixdən sərəncamda olacağı bütün müddət ərzində pul təminatı ilə təmin olunması Bakı Qarnizonunun Mərkəzi Maliyyə Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası MN “A” qrupu rəisinin 30.05.N994-cü il tarixli, N32 saylı arayışından görünür ki, işğal edilmiş torpaqları erməni işğalçılarından azad edilməsi əməliyyatları zamanı “A” xüsusi qrupunun rəbəri İddiaçı həmin qrupun həyata keçirdiyi döyüş əməliyyatlarına şəxsən rəhbərlik edərkən 05.03.N994-cü il tarixdə, saat N9:30-da yaralanmışdır. “A” qrupu tərəfindən XN0 verilmiş 06 mart N995-ci il tarixli, N27 nömrəli arayış, “A” qrupunun rəisi, eləcə də, “A” qrupunun rəhbəri polkovnik İddiaçı tərəfindən imzalanmışdır. XN0 verilmiş 06 mart N995-ci il tarixli, N25 nömrli arayışdan görünür ki, o, “A” qrupunun tərkibində N8 mart N994-cü il tarixdən 06 mart N995-ci il tarixə kimi xidmət etmişdir. “A” qrupu fəaliyyətini dayandırdığı, həmin vaxt polkovnik İddiaçı artıq 56 yaşının içində olduğu, habelə 05 mart N994-cü il tarixdə döyüş əməliyyatları bölgəsində yaralandığı və nəticədə səhhətində problemlər olduğu, eləcə də, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X4 RAS silsiləsində təcrübəli baş müəllimə ehtiyac olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci il tarixli, 0672 nömrəli əmri ilə o, həmin silsiləyə baş müəllim, N2 noyabr N995-ci il tarixli, 0N640 nömrəli əmri ilə isə silsilə rəisi – baş müəllim vəzifəsinə təyin edilmişdir. Polkovnik Telman mMehtiyev Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 oktyabr N997-ci i ltarixli, 0926 nömrəli əmri ilə ehtiyata buraxılmış və ona “baş müəllim” vəzifəsindən pensiya hesablanması haqqında məlumat vərəqi verilmişdir. 30 noyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə görə, hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyinədn hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiya nəzərə alınır. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. 046988 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qarabağ müharibəsində travma aldığı üçün ikinci qrup əlildir. 00N0N2 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-həkim Komissiyasının 27 avqust 2002-ci il tarixli, N36 nömrli qərarından görünür ki, Naxçıvan ŞHK tərəfindən N959-cu ildə hərbi xidmətə çağırılmış, ehtiyatda olan polkovnik İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, 05.03.N994-cü il tarixdə aldığı yaralanma – diaqnoz: “Sağ mil-bilək oynağının mil sümüyünün başının kənarı sınığı ilə kor qəlpə yaralanması nəticəsində əmələ gəlmiş osıexondroması, mil-bilək oynağının artrogen kontrakturası, funskiyasının mülayim dərəcədə pozulması ilə. Sol əlin N-ci barmağının əsas falanqası sol baldırın orta N/3-nin bayır səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları”, nə səbəbə ki, N2.02.N993-cü ildən N9.03.N993-cü il və N5.05.2002-ci ildən 02.06.2002-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunmuşdur (MN MHKH-nın N4.06.2002-ci il tarixli, N27N saylı xəstəlik haqqında şəhadətnamə, MN qrup “A” rəisinin 30.05.N994-cü il tarixli, N32 saylı arayışı), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Azərbaycan Respublikası MN “A” qrupu rəisinin 30.05.N994-cü il tarixli, N32 saylı arayışından görünür ki, işğal edilmiş torpaqları erməni işğalçılarından azad edilməsi əməliyyatları zamanı “A” xüsusi qrupunun rəhbəri İddiaçı həmin qrupun həyata keçirdiyi döyüş əməliyyatlarına şəxsən rəhbərlik edərkən 05.03.N994-cü il tarixdə, saat N9:30-da, N20 mm-lik minatan mərmisinn yanında partlaması ilə əlaqədar olaraq döş qəfəsindən, ayağından və əlindən yaralanmış, habelə kontuziya almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci i ltarixli, 0672 nömrəli əmrində göstərilməsə də, polkovnik İddiaçı də, faktiki olaraq səhhətinə, yaşına, eləcə də, kafedrada təcrübəli müəllimə ehtiyac olduğu üçün, yəni xidmət mənafeyi naminə Azərbaycan Respublikası Müdafiə Nazirinin N3 iyun N995-ci il tarixli, 0672 nömrəli əmri ilə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X4 RAS silsiləsinə baş müəllim vəzifəsinə təyin olunmuşdur. Odur ki, ona “Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi” vəzifəsindən pensiya hesablanması haqqında məlumat vərəqi verilməli idi. Çünki, o, həmin statusta N6 iyul N993-cü il tarixdən N2 iyun N995-ci il tarixə kimi, yəni N il N0 ay 26 gün (bir ildən artıq) həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının N49-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “q” bəndinə əsasən, bu Əsasnamənin 8N-ci maddəsndə nəzərdə tutulmuş əsaslarla hərbi qulluqçuların aşağı vəzifələr xidmət yerinin dəyişilməsi həyata keçirilir. Həmin Əsasnamənin 8N-ci maddəsində göstərilir ki, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. Beləliklə, Azrbaycan Respublikası Müdafə Nazirinin N3 iyun N995-ci il tarixli, 0672 nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78ci maddəsinin “q” bəndinə/aşağı vəzifələrə - bu Əsasnamənin 8N-ci maddəsində nəzərdə tutulmuş əsaslarla/ uyğun olaraq verilmişdir. Yəni həmin əmrin mahiyyətindən görünür ki, həmin əmr hərbi qulluqçunun səhhəti, işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq, habelə hərbi qulluqçunun razılığı ilə yaşa görə (56 yaşında) pensiyaya çıxmaq hüququ olan İddiaçı daha az həcmli işə keçirilməsi məqsədilə verilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin ikinci hissəsində qeyd olunur ki, hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Yəni, hesab edirlər ki, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən polkovnik İddiaçı Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin X4 RAS silsiləsinə baş müəllim təyin edilməsi onun səhhəti, işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq, habelə hərbi qulluqçunun razılığı ilə yaşa görə (56 yaşında) pensiyaya çıxmaq hüququ olması ilə əlaqədar oalraq verilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsində göstərilir ki, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Yəni mahiyyət və məzmun etibarı ilə 30 noyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsnamənin 78-ci maddəsinin “q” bəndləri bir-birini tamamlayır (bu Əsasnamənin 8N-ci maddəsində nəzərdə tutulmuş əsaslarla hərbi qulluqçuların aşağı vəzifələrə xidmət yerinin dəyişilməsi). Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin N6 iyul N993-cü il tarixli, 0308 nömrəli əmrinə əsasən (işə əlavə olunur) Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Ümumqoşun və atış kursların baş müəllimi polkovnik-leytenant Mehtiyev X3 Silahlanma üzrə müavini vəzifəsinin icrasına buraxılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin N7 noyabr N993-cü il tarixli 0552 nömrəli əmrinə əsasən (işə əlavə olunur) polkovnik Mehtiyev X3 Silahlanma üzrə müavini vəzifəsinin icrasından azad edilmiş, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sərəncamına keçirilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin N3 iyun N995-ci il tarixli 0672 nömrəli əmrinə əsasən (işə əlavə olunur) sərəncamda olan polkovnik İddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Raket artilleriya silahları silsiləsinin baş müəllimi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin N2 noyabr N995 il tarixli 0N640 nömrəli əmrinə əsasən (işə əlavə olunur) Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Raket artilleriya silahları silsiləsinin baş müəllimi polkovnik İddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Raket artilleriya silahları silsiləsinin rəisi-baş müəllimi vəzifəsinə təyin edilmişdir. N6 iyul N993-cü il tarixli, 0308 nömrəli əmrindən görünür ki, iddiaçı yalnız N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi Cəbhə Komandanının Silahlanma üzrə müavini vəzifəsinin icraçısı kimi xidmət etmişdir. Sonradan isə müdafiə nazirinin müvafiq əmrlərinə əsasən vəzifələrə təyin olunması eyni kateqoriyada olan müvafiq vəzifələrə təyin olunmuş və əmrlərin verilməsində qanun pozuntusuna yol verilməmişdir. İddiaçının tələbi ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.N8-ci maddəsinə əsasən təyin olunmuş pensiyanın yenidən hesablanmasına aid olduğu üçün Müdafiə Nazirliyinə müraciətin edilməsi məqsədi daşıyır. Lakin, sözü gedən Qanunun 20.N8-ci maddəsinə əsasən “Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.” İddiaçı, ərizədə qeyd etdiyi “cəbhə komandirinin silahlandırma üzrə müavini silahlandırma rəisi vəzifəsinin icraçısı” vəzifəsində N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi xidmət etmişdir. Göründüyü kimi iddiaçı göstərilən vəzifədə 3 (üç) ay xidmət etmiş və göstərilən vəzifələrin icrası heç də onun xidmətindən ehtiyata buraxılması zamanına təsdiq olunmur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 20.N8ci-ci maddəsinin normaları ona tətbiq oluna bilməz. İddiaçı XN4 iddia ərizəsində “A” qrupu adlanan hərbi birləşmədə xidmət keçməsini qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, sorğularına əsasən Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin N3.04.202N-ci il tarixli 20/N978 nömrəli cavab məktubunda bildirilir ki, Təşkilat- Səfərbərlik İdarəsində aparılan uçot kitablarında yazılmış qeydlərə əsasən Müdafiə Nazirliyinin tərkibində “A” qrupu adı ilə bölmə qeydiyyatdan keçmir. Bundan başqa bildirir ki, işə əlavə olunan Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərdən (işə əlavə olunur) görünür ki, iddiaçı həmin müddət ərzində Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin sərəncamında olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05.09.20N7-ci il tarixli, N/M-8507 nömrəli məktubun surətindən görünür ki, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəsisinə ünvanladığı ərizə (Müdafiə nazirinin şəxsi heyət üzrə əmrində müvafiq qeydin əlavə olunması barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsində araşdırılmışdır. Nəzərə çadırılmışdır ki, Müdafiə nazirinin şəxsi heyət üzrə əmrində müvafiq qeydin əlavə olunması barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respulikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçı barəsində verilmiş 23.0N.20N9-cu i ltarixli, 9/2-82N nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa əsasən, XN3 silsilə “Atəş Hazırlığının” baş müəllimi polkovnik-leytenant İddiaçı vəzifəsindən azad edilərək, N nömrəli hərbi hissə komandirinin 20.07.N993-cü il tarixli, N nömrəli əmrilə (əsas: səh.-N, §N, sıra-7) Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi vəzifəsinə təyin edilmişdir. Cəbhə komandirinin silahlandırma üzrə müavini – Silahlandırma rəisi polkovnik İddiaçı Müdafiə nazirinin 04 noyabr N993-cü il tarixli müvafiq əmrinə əsasən N nömrli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli, 203 nömrəli əmrilə (əsas: səh.-25, §4, sıra-9) vəzifəsindən azad edilmişdir. Müdafiə Nazirliyinin N3.05.N995-ci il tarixli 0672 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 086 nömrəli, 03 aprel N993cü il tarixli ƏMR-dən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Müdafiə Nazirinin sərəncamında olan polkovnikleytenant İddiaçı, XN3 XN7 Hazırlığının Baş müəllimi təyin olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0308 nömrəli, N6 iyul N993cü il tarixli ƏMR-dən görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, polkovnik-leytenant Mehtiyev X2 silahlandırma üzrə müavini – Silahlandırma rəisi vəzifəsinin icraçısı vəzifəsinə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0552 nömrəli, N7 noyabr N993-cü il tarixli ƏMR-dən görünür ki, Səhra- Cəbhə İdarəsinin (N nömrəli h/h) ləğv olunması ilə əlaqədar polkovnik XN4, Cəbhə komandirinin Silahlanma üzrə müavini vəzifəsinin icraçısı – Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Rəisinin sərəncamına keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0672 nömrəli, N3 iyun N995-ci il tarixli ƏMR-dən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, polkovnik XN4, Müdafiə Nazirinin sərəncamında – Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Rakekt Artilleriya Silahları Silsiləsinin Baş müəllimi təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N640 nömrəli, N2 noyabr N995-ci il tarixli ƏMR-dən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, təşkilati ştat dəyişiklikləri ilə əlaqədar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin polkovniki XN4, X4 raket-artilleriya silsiləsinin baş müəllimi vəzifəsindən azad olunaraq, X4 Raket-Artilleriya Silahları Silsiləsinin Rəisi – Baş müəllimi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 08 aprel N994-cü il tarixli, N08 nömərli əmrinin surətindən görünür ki, Müdafiə Nazirinin N4 mart N994-cü il tarixli, 020N nömrəli əmrinə əsasən 0N yanvar N994-cü il tarixdən sərəncamda olacağı bütün müddət ərzində pul təminatı ilə təmin olunması Bakı Qarnizonunun Mərkəzi Maliyyə Xidmətinə həvalə edilmişdir. İşdə olan 06 mart N995-ci il tarixli, N27 nömrəli arayışın surətindən görünür ki, “A” qrupu tərəfidnən XN0 verilmiş həmin arayış “A” qrupunun rəhbəri polkovnik İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə (Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş əmrlərə) əsasən müəyyən edilmişdir ki, iddiaçı XN silahlandırma üzrə müavini - Silahlandırma rəisi” vəzifəsinin icrasını N6 iyul N993-cü il tarixdən N7 noyabr N993-cü il tarixə kimi icra etmiş, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin N7 noyabr N993-cü il tarixli, 0552 nömrəli əmri ilə Cəbhə Komandanının Silahlandırma üzrə müavini vəzifəsinin icraçısından azad olunaraq, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi Rəisinin sərəncamına keçirilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0672 nömrəli, N3 iyun N995-ci il tarixli əmri ilə Müdafiə Nazirinin sərəncamında olan polkovnik XN4 – Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Raket Artilleriya Silahları Silsiləsinin Baş müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N640 nömrəli, N2 noyabr N995-ci il tarixli əmri ilə isə polkovnik XN4, X4 raket-artilleriya silsiləsinin baş müəllimi – X4 Raket-Artilleriya Silahları Silsiləsinin rəisi – Baş müəllimi təyin edilmişdir. O, 27.09.N997-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində T.Mehdiyevin iddia ərizəsində iddia etdiyi kimi, N7 noyabr N993-cü il tarixdən, N2 iyun N995-ci il tarixinə kimi “Cəbhə komandirinin silahlandırma üzrə müavini –Silahlandırma rəisi” vəzifəsinə bərabər tutulan “A” qrupunun rəhbəri vəzifəsində xidmət etməsinə dair sübut (əmr və ya digər məxfi sənəd) aşkar olunmadığından, bundan əlavə, onun 0672 nömrəli, N3 iyun N995-ci il tarixlə əmrlə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin X4 Raket Artilleriya Silahları Silsiləsinin baş müəllimi vəzifəsinə səhhəti, təcrübəsi və yaşı ilə əlaqədar xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçilməsi sübuta yetirilmədiyindən (əmrdə onun xidməti mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi göstərilməmişdir), bununla da, hüquqi müqəddaratı həmin tələblərlə bağlı olan digər törəmə tələb, onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N8-ci maddəsinin tələbləri nəzərə alınmaqla 28 oktyabr N997-ci il tarixdən yenidən hesablanması üçün yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi də, əssasız hesab edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, XNN da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 8N, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-910/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-910/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver