Məhkəmə qərarları › İş №2-1(112)-910/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-910/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-910/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlu Cəfərova Yasəmən Fərman qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X5) “torpaq sahəsinə çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X6 bağ sahəsindəki 194 saylı Kooperativin nəzdində Bakı Şəhər İcra Hakimiyyətinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarına əsasən 27 saylı orderlə X3 adına qeydiyyata alınan 1971 “i” saylı 0,12 hektar (1200 kv.m.) bağ-torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 3-cü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Goradil bağ sahəsindəki 194 saylı kooperativin nəzdində 1971 “i” saylı, ölçüsü 1200 kv.metr olan bağ sahəsinin X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxs vəsatətlə müraciət edərək, bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında onun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2-1(112)-3040/2024 saylı iş vardır. İnzibati iş hakim Orxan Həsənovun icraatındadır. Həmin iddia məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Əlavə olaraq, qeyd etmişdir ki, hazırkı iddia üzrə iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3040/2024 saylı qərardadı ilə üçüncü şəxs qismində onun iddiası üzrə işə cəlb edilmişdir. Sadalananlardan göründüyü kimi eyni məhkəmədə müxtəlif hakimlərin icraatında işin hallarına görə eyni torpaq sahəsinə dair eyni şəxslər arasında eyni məzmunlu iddia vardır. Göstərilənləri və onun iddiasının Bakı İnzibati Məhkəməsinə daha əvvəl daxil olduğunu və icraata götürüldüyünü əsas tutaraq, məhkəmədən hazırkı inzibati işin onun iddiası üzrə hakim Orxan Həsənovun icraatında olan 2-1(112)-3040/2024 saylı inzibati işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs vəsatətini müdafiə edərək vəsatətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır (56.1.). Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır (56.2.). Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir (56.3.). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, üçüncü şəxsin vəsatəti təmin edilməli, hazırkı iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında olan 2-1(112)-476/2025 saylı işlə birləşdirilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair 2-1(112)-910/2025 saylı iş məhkəmənin hakimi Orxan Həsənovun icraatında olan 2-1(112)-476/2025 saylı işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar