Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9100/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı 2017-2021-ci tədris illəri müddətində ödənişli əsaslarla Cavabdeh “Marketinq və Menecment” fakültəsində “Turizm və otelçilik” ixtisasının 181 A qrupunun tələbəsi olmuşdur. 2021-ci ildə iddiaçı universiteti bitirib məzun olmuşdur. İddiaçının anası X2 xx.xx.2013-cü ildə rəhmətə getmiş, atası X3 müddətsiz İİ qrup əlil olduğundan təhsil aldığı illər ərzində bir neçə dəfə iddiaçı şifahi olaraq bununla bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətləri heç bir nəticə verməmişdir. 2017-2020-ci illər ərzində l-ll kurslarda iddiaçı 3.600 manat təhsil haqqından tam məbləğdə, İİİ kursda isə Covid-19 pandemiyası ilə əlaqədar 50% ödənişdən azad edilmişdir və 900 manat təhsil haqqı ödəmişdir. İddiaçıya İV kursda güzəştə düşməyi haqqında məlumat verilmiş və təhsil haqqından azad edilmişdir. Ümumilikdə iddiaçı 4.500 manat təhsil haqqı ödəmişdir. Sonradan iddiaçının məlumatı olmuşdur ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə və “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarının 1-ci bəndinə əsasən bu müddət ərzində iddiaçıdan alınan ödənişlər güzəşt nəzərə alınmadan qeyri-qanuni olmuşdur. Bununla bağlı iddiaçı cavabdehə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. İddiaçının atası xx.xx.2022-ci ildə rəhmətə getmiş, xx.xx.2022-ci ildə hərbi xidməti başa vurduqdan sonra işsizdir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçməklə, özəl təhsil müəssisəsi kimi fəaliyyət göstərir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi ilə təhsil üzrə təminatlar müəyyən olunmuşdur. Qanunun 5-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habe onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqlar müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində etiraf edilir ki, anası (valideyni) rəhmətə getdiyi üçün, qanunvericiliyin tələbinə uyğun olaraq, səlahiyyətli dövlət orqanlarına, yaxud təhsil aldığı universitetə təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi barədə müvafiq sənədləri təqdim etməklə müraciət etməmiş və bu səbəbdən ödənişli əsaslarla təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin edilməmişdir. Qanunun 5-ci maddəsi bu hallarda ödənişin dövlət büdcəsinin vəsaiti hesabına təmin edildiyini müəyyən etmişdir. İddiaçı bununla əlaqədar səlahiyyətli dövlət orqanlarına müraciət etmək hüququndan istifadə etməmiş və özəl təhsil müəssisəsinə həmin vaxt bu məqsədlə dövlət büdcəsi hesabına ödəniş edilməmişdir. İddiaçının İV kursda təhsil aldığı (oxuduğu) vaxtda təhsil haqqından azad ediİməsi üçün hüquqi əsas kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli qərarın tələbləlinə uyğun olaraq, dövlət büdcəsindən universitetə tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə vəsaitin ayrıldığı səbəbindən, təhsil müəssisəsi iddiaçını və digər tələbələri müvafiq qaydada təhsil haqqı xərclərindən azad etmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
10. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Cavabdeh inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
12. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ləman Musayeva