Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9100/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı x cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı x, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı x cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Süleymanlı Elmı̇ r Vı̇ layət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz və əsassız hesab edilməsi, xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində, ədliyyə baş leytenantı rütbəsində qulluq keçdiyi zaman xx.xx.2010cu il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sol diz oynağının postravmatik hemoartrozu” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla bağlı xx.xx.2010-cu il tarixdə xidməti vəzifələrinin icrası ilə bağlı bədən xəsarətləri alması ilə əlaqədar ona sosial sığorta müavinətinin verilməsi üçün müvafiq rəyin verilməsi məsələsinə müraciəti əsasında Azərbaycan Respublikası Hərbi X1 Komissiyasında baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarına əsasən almış olduğu “sol diz oynağının postravmatik hemoartrozu” az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir. Bununla əlaqədar sığorta ödənişinin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə tərəfindən ərizə ilə müraciət edilmişdir. Lakin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d” bəndi əsas götürülərək ona 2021-ci ildə 550 manat vəsait ödənilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci ilin dekabrın 1-dən sonraya, yəni 07 may 2021-ci ilə aid olduğundan cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə dövlət icbari şəxsi sığorta ödənişi üçün tələb olunan sənədləri təqdim etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə sənədlərini geri qaytararaq xəsarət almasının xx.xx.2010-cu il tarixdə baş verməsinə və müvafiq dövr üzrə sığorta haqqının xidmət keçdiyi orqan tərəfindən "xxxx" ASC-yə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün həmin quruma müraciət etməsini tövsiyə edərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Hesab edir ki, imtina qüvvədə olan qanunvericiliyin normalarına əsasən tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının icraat materiallarına əlavə etdiyi sənədlərə əsasən, İddiaçı az ağır xəsarət almasının xx.xx.2010-cu il tarixdə baş verdiyi aydın olur. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən təmin edilir. Belə ki, Fondun xx.xx.2024-cü il tarixli 3-17-1 /2- S-118510 nömrəli məktubuna əsasən iddiaçıya müvafiq dövr üzrə sığorta haqqı xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" ASC-yə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. İddiaçı özü də 550 manat sığorta ödənişinin ona "xxxx" ASC tərəfindən ödənildiyini, lakin məbləğdən narazı qaldığını iddia edərək məhkəməyə müraciət etmişdir. Beləliklə, aydın olur ki, iddiaçı ona sığorta ödənişi ödəməli qurumun Dövlət Sosial Müdafiə Fondu deyil, "xxxx" ASC olduğunu qəbul edərək ora müraciət etmiş, "xxxx" ASC isə o vaxt iddiaçının az ağır xəsarət almasının xx.xx.2010-cu il tarixdə baş verdiyini və sığorta ödənişinin onun səlahiyyətlərinə aid olduğu faktını qəbul edərək ona sığorta ödənişi etmişdir. Hal-hazırkı iş üzrə aydın olur ki, cavabdeh Fond iddiaçının heç bir subyektiv hüququnu və qanunla qorunan hüquqi marağını pozmamışdır. Buna görə iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11705/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1339/2025 nömrəli qərardadı ilə, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11705/2024 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş sənədlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 674 nömrəli “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” aktına əsasən İddiaçı Viayət oğlunun adına tərtib olunmuş tibbi sənədlərdə aparılmış qeydiyyatlara əsaslanaraq İddiaçı almış olduğu xəsarət-sol diz oynağının postravmatik hemoartrozu, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təliqənin təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Müayinə xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmışdır. - Azərbaycan Respublikası Hərbi X1 Komissiyasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli iclas protokoluna əsasən İddiaçı Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində qulluq keçdiyi vaxt xx.xx.2010-cu il tarixdə saat 10 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı şəxsi istifadəsində olan avtomaşınla hərəkət edən zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sol diz oynağının postramatik hemoartrozu” az ağır dərəcəli bədən xəsarəti alması hadisəsi bilavasitə xidməti vəzifələrinin icrası ilə bağlı hesab olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir Maddə 7. Sığorta ödənişinin verilməsi 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. 7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur. 7.4. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir. Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.1. sığortaolunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 8.1.2. sığortaolunan bu Qanunun 7.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığorta ödənişinin alınması üçün tələb olunan sənədləri və məlumatları təqdim etmədikdə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildikdə (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə; 8.1.4. sığorta hadisəsi sığortaolunanın bilavasitə alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməsi nəticəsində baş verdikdə; 8.1.5. sığortaolunan özünə qəsd etdikdə və həmin hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda. 8.2. Sığorta ödənişinin verilməsindən bu Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş hala görə imtina edildikdə sığorta ödənişi almaq hüququ olan şəxs imtinaya səbəb olan hal aradan qaldırıldıqdan sonra sığorta ödənişinin alınması üçün təkrar müraciət etmək hüququna malikdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: .. 20.5. Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. ... Maddə 21. Prokurorluq işçilərinin maddi təminatı 21.1. Prokurorluq işçilərinin əmək haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.2. Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. 21.2-1. Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının 1,25 misli məbləğində vəzifə maaşına əlavə alırlar. 21.3. Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 21.4. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. 21.5. Prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 may 2021-ci il tarixli 1340 №-li Fərmanı:
1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
2. Müəyyən edilsin ki: 2.1. dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) həyata keçirir; 2.2. dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra – sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və Fondun xüsusi bank hesabına köçürülür; 2.3. sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur: 2.3.1. dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə; 2.3.2. sığorta ehtiyatının yaradılmasına; 2.3.3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə; 2.3.4. idarəetmə xərclərinə; 2.3.5. qanunla müəyyən edilmiş digər istiqamətlərə; 2.4. sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir; 2.5. hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir; 2.6. bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur: 2.6.1. sığorta ehtiyatı təhlükəsizlik göstəriciləri üzrə meyarları bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş qayda ilə müəyyən edilmiş banklarda depozitə yerləşdirilir; 2.6.2. sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın 2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir; 2.6.3. sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir; 2.6.4. cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir; 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. 2-1. Bu Fərmanın 2.8-ci bəndinə uyğun olaraq, Şirkət sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İddiaçı Süleymanlı Elmı̇ r Vı̇ layət oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə cavab verməli orqan olmadıqlarını əsas gətirərək işə mahiyyəti üzrə baxılmamalı olduğunu bildirmiş və mümkün sayılmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası cavabdehin mövqeyinə münasibət bildirərək iddiaya cavab verməli olan orqanın Dövlət Sosial Müdafiə Fondu olduğunu təsdiqləmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bu baxımdan, işə iddia tələbinə cavabdeh orqanın Dövlət Sosial Müdafiə Fondu olması nəzərə alınaraq yenidən baxılmış, lakin cavabdeh iddia tələbinə dair mahiyyəti üzrə etiraz təqdim etməmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi əlavə olaraq az ağır xəsarət almasının xx.xx.2010cu il tarixdə baş verdiyini əsas gətirərək həmin tarixdə ödənişin Dövlət Sosial Müdafiə Fondu tərəfindən edilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının çatmaq istədiyi məqsəd ona düşən sığorta ödənişinin alınmasından ibarətdir. İddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli, 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli Fərmanını nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 may 2021-ci il tarixli 1340 №-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı ləğv edilmişdir. Belə ki, iddiaçının sığorta ödənişinin ödənilməsini tələb etməsi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsindən qısa müddət əvvələ təsadüf edir. İddiaçı Şirkətə müraciət etmiş, onun ödənişi düzgün hesablanmamış, sonradan qurum ləğv olunduğundan müraciət etməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh xəsarətin baş vermə tarixinə əsasən ödənişin tərəflərindən edilməməli olduğu qənaətində olsa da, qanunvericiliyə əsasən iddiaçının həmin tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək hüququ artıq yaranmışdır. Belə ki, Fərmanın 2.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Məhkəmə bir daha vurğulayır ki, qanunvericiliyə əsasən ödənişin kim tərəfindən verilməsi hadisənin baş vermə tarixinə görə deyil, sənədin tarixinə görə müəyyən edilir. İddiaçı barəsində faktı təsdiq edən sənəd qismində “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” aktı və Azərbaycan Respublikası Hərbi X1 Komissiyasının xx.xx.2021-ci il tarixli, 17 nömrəli iclas protokolu çıxış edir edir ki, həmin sənədlər 2021-ci ilin müvafiq olaraq aprel və may aylarında tərtib edilmişdir. Fərmanın 2.8-ci maddəsinin tətbiqi nöqteyi-nəzərindən Şirkət tərəfindən ödənişin tam həyata keçirilməməsi ödənişin həyata keçirilməməsinə bərabər tutulmalıdır. Belə ki, iddiaçının hüquqi marağı onun ödənişinin ödənilməsidir və bunun hansı orqan tərəfindən ödənilməsinin onun üçün əhəmiyyəti yoxdur. İddiaçı sadəcə Şirkət mövcud olmadığından və Fərmana əsasən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan, Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək ödənişi həyata keçirilməmiş şəxs kimi dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya qeyd olunan sənədlər əsasında Şirkət tərəfindən 2022-ci ilin yanvarın 1-dək müvafiq sığorta ödənişi həyata keçirilməsi, iddiaçının xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi irəli sürməsini mümkünsüz etmir. İddianın mahiyyəti ilə bağlı münasibət bildirərək məhkəmə qeyd edir ki, cavabdeh etirazında iddiaçının iddia ərizəsində özünün də 550 manat sığorta ödənişinin ona "xxxx" ASC tərəfindən ödənildiyini qeyd etməsinə istinad etmişdir. Cavabdeh iddiaçının qeyd etdiyi bu faktla razılaşırsa, eyni zamanda ona sığorta ödənişinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respubikası Qanunun 5-ci maddəsinin d) bəndinə əsasən verilməsi faktı ilə də razılaşmış olmalıdır. Belə ki, həmin Qanunun sözügedən maddəsinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən az ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ona sığorta məbləğinin 15 faizi miqdarında sığorta ödənişi ödənilir. Həmin qanunun 4.1-ci madddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Bu hesablama əsasında belə iddiaçıya 550 manat ödəniş edilməsi riyazi olaraq doğru deyildir. Lakin əsas pozuntu hüquqi cəhətdən edilmişdir. Belə ki, iddiaçı prokurorluq işçisi olduğu halda onun ödənişinin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respubikası Qanunu əsas götürülərək hesablanması qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2022-ci il tarixli Qərarı” ilə müəyyən edilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsində “hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla” ifadəsi hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuları nəzərdə tutur; Hərbi prokurorluq orqanlarının prokurorluq işçilərinin dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddələrinə müvafiq olaraq, prokurorluğun stajorlarının dövlət icbari şəxsi sığortası “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İddiaçının prokurorluq işçisi olması işin mübahisələndirilməyən halıdır. Onun sığorta ödənişinin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında ödənilməli olması qanunvericiliklə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ilə təsdiq olunur. Bundan başqa, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində sığorta ödənişinin verilməsindən imtina əsasları qeyd edilmişdir ki, nə iş materiallarında, nə də cavabdehin etirazında qeyd edilən əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Süleymanlı Elmı̇ r Vı̇ layət oğluna xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti almağı ilə bağlı sığorta ödənişinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Süleymanlı Elmı̇ r Vı̇ layət oğluna xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov