Məhkəmə qərarları › İş №2-1(112)-9103/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9103/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9103/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “birdəfəlik kompessasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti vəzifəsini yerinə yetilməsi ilə əlaqədar, ömürlük ikinci qrup əlil olduğuna görə orqanizminə dəymiş ziyanı, DİN-nin Nəqliyyatda Baş Polis İdarəsindən axırıncı, ictimai təhlükəsizlik söbəsinin inspektorunun vəzifəsinin bu günki məvacibinin 50 misli miqdarında birdəfəlik kompessasiya ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982 ci il,xx.xx.2012 ci il tarixinə kimi X1 xidmət etmiş, təqaüddə olan zabitdir. Xidməti vəzifəni icra edərkən DİN-tərkibində Moqilyov Polis Məktəbindən xx.xx.1986-ci il, xx.xx.1986-cı il Çernobll qəzasının nəticələrin aradan qaldırılmasında iştirak etməkdən ötəri hadisə yerinə ezam olunmuş, nəticədə xidməti vəzifəsini yerinə yetirərkən şüalanmaya məruz qalıb, ömürlük 2 qrup əlil olmağla sağlamlığına ağır zərər dəymişdir. Xidməti vəzifəni yerinə yetirərkən orqaniznə dəyən ziyana görə kompensasiya alacağını bilmədiyindən bu barədə DİN-qarşısında idda qaldırmamış, və cavabdehdə öz növbəsində öhdəliyini yerinə yetirib ona kompensassiya ödəməmişdir. Hüquqlarının pozulması, yəni kompensasiya verilməməsi barədə ona, onunla birgə Çernobıl AES-in qəzasının nəticələrini aradan qaldırmağda iştirak etmiş hal hazırda Xaçmaz XPŞ-indən təqaüddə olan Elşad Məmmdəv orqanizminə dəyən ziyanın kompensasiyasını aldığı barədə məlumatlandırandan sonra hüquqlarının pozulması barədə bilmiş və dərhal cavabdeh qarşısında kompensasiya ödnilməsinə dair ərizə ilə müraciət etmişdir. Nazirlik xx.xx.2024-cü il tarixli 3-13-22/2-S-71123/1/2024 saylı məktubla Hadisədən üzün müddət keçməsi və xəstəliyinin "Azərbaycan Resspublikasmın ərazi bütövliyinin uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqadar xəbərsiz itkin düşdüyünə görə olmuş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırdırılması ilə bağlı əlavə tədbirlər hakqqında"Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təstiq edilmiş siyahıda əksini tapmaması, bu baxımdan müvafiq dövlət qurumlarında muraciətimim müsbət həlli ilə bağlı problem yaranacağı nəzərə alanaraq müraciəti DİN rəhbərliyi tərəfindən müsbət həllinin tapmasını əsas tutub ona komensasiya verməydən imtina etmişdir. Ona kompensasiya verilməsindən imtina qanula əsaslandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15121/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1468/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15121/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qərardadı ləğv olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iddia üzrə müddətin ötürülməsinə istinad edərək iddianı mümkün saymamışdır. Halbuki, hazırki iddia mübahisələndirmə iddia növünə aid deyil. Hazırki iddia öhdəliyin icrası iddia növünə aiddir. Qeyd olunmalıdır ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi iddiaçının əlilliyi 2015-ci ildə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətinin 2011-ci il tarixinədək artıq ötürüldüyündən, hazırki qanunvericilik normalarına görə mübahisələndirilə bilməyəcəyi qənaətinə gəlmişdir. İddiaçının kompensasiya almaq hüququ 2015-ci ildən etibarən yarandığından o, birinci instansiya məhkəməsinin qeyd olunan 2011-ci ildən əvvəlki qanunvericilik normalarına əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdi. Həmçinin nəzərə almaq lazımdır ki, “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsi Qaydaları” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 406 №li Qərarı ilə təsdiq edilmişdir. Sözügedən qərarın “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qəbul edilməsi istinad olunan qərarın giriş hissəsindən aydın şəkildə görünür. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 14-cü maddəsi “Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara pul kompensasiyalarının verilməsinin birbaşa hüquqi əsasını təşkil edir və həmin hüququn həyata keçirilməsini tənzimləyən Qaydaların sonradan qüvvədən düşməsi iddiaçının həmin Qanunda göstərilən birdəfəlik yardımı almaq hüququnu aradan qaldırmır. İddiaçı məhkəmə iclasında iddia müddətini ötürmədiyini, iddia tələbinə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkünsüz hesab edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və apellyasiya instansiya məhkəməsinin qərarında qeyd ediləmiş göstərişləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki: - xx.xx.1986-cı il tarixli 5130 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı Xoyniksk RDİŞ-də xidməti vəzifəsini yerinə yetirmişdir və ona “29” oktyabr 1986-cı ildən “29” noyabr 1986-cı ilə qədər SSRİ DİN-in 11 may 1986-cı il tarixli əmrində nəzərdə tutulmuş məbləğdə və qaydada ştat vəzifəsinə görə pul vəsaiti verilməlidir. - İddiaçı dair tibbi-sosial ekspert komissiyasının xx.xx.2015- ci il tarixli qərarından görünür ki, o, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Apellyasiya intansiya məhkməsi qərarında qeyd etmişdir ki, hazırkı iddianın növü mübahisələndirmə deyil, öhdəliyin icrası haqqında vurulmuş ziyana görə kompensasiya tələbidir və belə iddialarda müddət nəzərdə tutulmayıb. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının kompensasiya almaq hüququ 2015-ci ildən etibarən (əlilliyi müəyyən olunduğu tarixdən) yarandığından o, birinci instansiya məhkəməsinin qeyd olunan 2011-ci ildən əvvəlki qanunvericilik normalarına əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdi. Məhkəmə apellyasiya məhkəməsinin göstərişləri ilə bağlı araşdırma apararaq qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixə qədər Çernobıl AES əhalisi köçürülmüş zonada xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar şüalanmaya məruz qalmışdır. xx.xx.1993-cü il tarixdə qəbul edilmiş, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: xx-xx-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 685) Maddə 1. Qanunun məqsəd və vəzifələri X2 AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları,

2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.

3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər. Maddə 7. Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları üçün kompensasiya və güzəştlər 1986-1990-cı illərdə bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilən işlərdə iştirak etmiş şəxslər bu Qanunun 6-cı maddəsinin 1—3, b, 7, 12, 14—20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, həmçinin aşağıdakı hüquqlara malikdirlər:

1. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı əmələ gələn xəstəlik və ya xəsarət nəticəsində dəymiş və əmək qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarmış zərər fəhlə və qulluqçulara öz əmək vəzifələrini yerinə yetirərkən dəymiş zərərin ödənilməsi halları üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Qanunvericliyin tələblərindən göründüyü kimi, Qanun Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslərə şamil edilir və həmin şəxslər üçün güəştlər və kompensasiyalar nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı 1993-cü ildə qəbul eidlmiş həmin Qanunun tələblərinə əsasən həmin güzəşt və imtiyazlardan yararlanmaq hüququna malik idi. Bunun üçün iddiaçının əlilliyin müəyyən edillməsinə zərurət yox idi. Normanın məzmununda “habelə” ifadəsinin işlədilməsi, şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş şəxslərdən əlavə olaraq həmçinin əlilliyi müəyyən edilmiş şəxslərin də belə hüquqlardan yararlana bilməsini təsbit edilmişdir. Odur ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün onun əlilliiyn müəyyən olmasına zərurət olmamış, hüququ yarandığı vaxtdan, yəni yuxarıda istinad olunan Qanunun dərc olunduğu xx.xx.1993-cü il tarixdən məhkəmədə iddia vermək hüququ olmuşdur. 2011-ci ilə qədər isə, bu hüququnun müdafiəsi üçün 30 günlük müddəti nəzərdə tutulmuşdur və iddiaçı həmin müddəti ötürmüşdür Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-846/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1713/2023 saylı, 2-1(102)-2153/2023, 2-1(102)-1149/2023, 2-1(102)-887/2023 nömrəli qərarı və.s) Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-276/2024 nömrəli iş üzrə 15308.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 2-1(102)-841/2024 nömrəli, 2-1(102)- 2645/2023 nömrəli, 2-1(102)-2122/2023 nömrəli, 2-1(102)-2116/2023 nömrəli, 2-1(102)- 989/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-918/2023 nömrəli, 2-1(102)-906/2023 nömrəli, 2-1(102)-901/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-632/2023 nömrəli, 2- 1(102)-484/2023 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “birdəfəlik kompessasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar