Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9104/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təyin olunmuş yaşa görə sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı çoxuşaqlı (dörd uşaq) olması ilə əlaqədar yaşa görə müavinət təyin edilmişdir. Sonradan qeyd olunan müavinətin ödənilməsi cavabdeh tərəfindən heç bir səbəb göstərilmədən, heç bir məktub yazılmadan dayandırılmışdır. İddiaçı bunun səbəbləri ilə bağlı müraciət etdikdə, ona bildirilmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatından keçdiyi üçün müavinətin ödənilməsi dayandırılmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə iddiaçı VÖEN-nin artıq aktiv olmadığını, buna görə müavinətinin bərpa olunmasını və ya əks halda imtinanın hüquqi əsasları barədə ona məlumat verilməsini xahiş etdikdən, sonra ona bu barədə ətraflı məlumat veriləcəyi bildirilmişdir. Lakin iki aydan çox müddət keçsə də, İddiaçı yaşa görə müavinətinin kəsilməsinin hüquqi əsasları barədə məlumat verilməmiş və müavinətin ödənilməsi bərpa edilməmişdir. Nəzərə alınmalıdır ki, hazırda İddiaçı adına aktiv VÖEN mövcud deyil və o, sahibkarlıq fəaliyyətini dayandırmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********270300 nömrəli məktubu və verilmiş arayışdan görünür ki, onun fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı yaşa görə müavinət verilərkən cavabdeh bütün halları yoxlamaqla müavinət təyin etmişdir. İddiaçı adına olan VÖEN cavabdeh tərəfindən yaşa görə müavinət təyin edilən vaxtdan əvvəl mövcud olmuşdur. İddiaçı adına VÖEN olsa da o, sahibkarlıq fıaliyyəti ilə məşğul olmamışdır. Hazırda iddiaçının adına aktiv VÖEN-nin olmamasını nəzərə alaraq, hesab edilir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu Preambulasına əsasən həmin Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər həmin Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət-əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasının 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. "Sosial müavinətlər haqqında” Qanunun 11.1.2-ci maddəsində müavinətin dayandırılması əsası kimi nəzərdə tutulmuş "əmək fəaliyyətinə başlaması” kimi qiymətləndirilə bilməz. Müavinətin dayandırılması üçün əsas kimi çıxış edən həmin hal, yəni iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması ona sosial müavinətin təyin edildiyi tarixdə də mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya müavinət təyin edilməklə müavinət ödənilmiş, nəticədə iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olması halını cavabdeh ona sosial müavinətin təyin edilən zaman təyinatdan imtina üçün, habelə sonrakı dövrdə ödəmənin dayandırılması üçün əsas kimi göstərmədiyindən iddiaçının cavabdehin praktikasına etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb sosial müavinətin ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız sosial müavinətin ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Bu qayda həm də ona görə zəruridir ki, maraqlı şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən inzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsidə daşıyır. Göründüyü kimi, dövlət qurumu yaşa görə müavinətin kəsilməsinin hüquqi əsasını göstərməməklə, qanunvericiliyə uyğun proseduralara riayət etməməklə vətəndaşın hüququnu pozur.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildirilmişdir ki, xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri. pozularaq yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********041100 nömrəli 31 yanvar 2022-ci il tarixli məktubunda göstərilir ki, İddiaçı uçot baza məlıfrnatlarına əsasən xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdən bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Nəticədə, qeyd olunan dövrlər üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) 4958,29 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, X1 Sisteminin Sığorta altsisteminə əsasən İddiaçı vergi uçotunun xx.xx.2022-ci il tarixindən dondurulmasına baxmayaraq, qadınların yaşa görə müavinət hüququ 01,07.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edilmişdir. Bundan başqa, beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə edən şəxslərə yaşa görə sosial müavinətin təyin edilməsi qanunverilicilikdə öz əksini tapmışdır. Qeyd olunan səbəblərə görə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 4958,29 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə aktiv vergi ödəyicisi olduğundan, eyni zamanda pensiya yaşına çatmadığından yaşa görə sosial müavinətin bərpa edilməsi qanuna müvafiq hesab edilə bilməz.
4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır.
5. İddiaçı vergi ödəyicisi kimi uçotda olub-olmaması və 2018-ci ilin aprel ayından sonrakı dövr üzrə dövriyyəsinin və gəlirlərinin olub-olmaması barədə məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) vergi uçotunun xx.xx.2022ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Eyni zamanda İddiaçı tərəfindən 2018-ci ilin aprel ayından sonrakı dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə müəyyən edilməmişdir.
6. İddiaçının ərizəsi əsasında iddia tələbi İddiaçı təyin olunmuş yaşa görə sosial müavinətin dayandırıldığı 30 noyabr 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
7. Müavinət işindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və ona Dövlət Sosial Fondunun Qaradağ rayon şöbəsinin sosial müavinət təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 648 nömrəli qərarı ilə sosial müavinət təyin edilmişdir.
8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçıya sosial müavinətin ödənilməsi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Belə ki, xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN **********) ona sosial müavinətin təyin edilərək ödənildiyi müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh tərəfindən lazımi qaydada qəbul edilmiş “artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında qərar” yoxdur.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi sosial müavinətin bərpa edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Cavabdeh tərəfindən bildirilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 4958,29 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. Bununla bağlı cavabdeh tərəfindən “artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında qərar” təqdim edilsə də, həmin qərar imzalanmamış, möhürsüz və tarixsizdir. Cavabdehin nümayəndəsi həmin qərarın mövcud olmadığını bildirir.
13. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinətin ödənilməsi və xx.xx.2021-ci il tarixdən sosial müavinətin ödənişin dayandırılması işin mübahisəsiz halıdır.
14. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
15. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.
16. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 4 uşağı 8 yaşınadək tərbiyə edib və 57 yaşı qanuna müvafiq dəyişikliyin qüvvədə mindiyi xx.xx.2020-ci il tarixədək, yəni xx.xx.2018-ci il tarixdə tamam olub. Odur ki, həmin tarixdən (ertəsi gündən) onun yaşa görə müavinət almaq hüququ olmuşdur. Lakin həmin dövrdə vergi ödəyicisi kimi uçotu mövcud olmuş, məhkəmə tərəfindən müəyyyən edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) vergi uçotunun xx.xx.2022-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Eyni zamanda İddiaçı tərəfindən 2018-ci ilin aprel ayından sonrakı dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə müəyyən edilməmişdir.
17. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunundan: 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir (13 may 2022-ci il tarixli 531-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7.0-cı maddənin birinci abzasında “Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilmişdir): 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
18. Məhkəmə qeyd edir ki, iddiaçının sosial müavinət təyin edildiyi dövrdə vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu (VÖEN: **********) mövcud olmuş olsa da, həmin dövrdə hər hansı dövriyyəsi olmamış və xx.xx.2022-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Odur ki, sadəcə vergi uçotunun mövcud olması (hər hansı dövriyyəsi olmadığı halda) iddiaçının “işləməsi” kimi qiymətləndirilə bilməz.
19. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
20. Nəticə etibarilə iddiaçının yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı “qanuni gözləntisi” olmuş və cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir.
21. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh qurum bu cür halı müəyyən etdiyi təqdirdə sosial müavinətin ödənişini müvafiq əsaslandırılmış qərar qəbul etmədən dayandırmamalıdır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
25. Qeyd edilən hallar cavabdeh tərəfindən müəyyən edilməmişdir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı təyin olunmuş yaşa görə sosial müavinətin dayandırıldığı 30 noyabr 2021-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva