Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9106/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ikinci qrup gözdən əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağı və qısa müddətdə mənzillə təmin olunmağı vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci dərəcəli gözdən əlilliyi olan şəxs kimi Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 507-s saylı sərəncamı ilə mənzil növbəsinə alınmışdır. İlk növbədə əlil uşaq anası kimi müvafiq icra hakimiyyətində yaşayış yeri üzrə 1-ci növbədə mənzil növbəsinə qəbul edilmişdir. Bununla yanaşı ona 1994-cü ildən etibarən 2-ci qrup gözdən əlil kimi pensiya təyin edilmişdir. Daha sonra Salyan Rayon İcra Hakimiyyəti onun Gözdən Əlillər Cəmiyyəti İB-nə üzvlüyü də nəzərə alınmaqla onun mənzil növbəsinin kateqoriyası dəyişdirilmişdir. Uzun müddət, yəni 10 ildən artıq bir müddətdə həmin rayonda mənzil növbəsində olmuşdur. Son illər uşağının Bakı şəhərində təhsil alması ilə əlaqədar şəhərdə yaşamalı olmuşdur. 2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanına pasport qeydiyyatına alınmışdır. Bununla əlaqədar ünvan 1n çıxarılmalı olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısı yanında mənzil-məişət komissiyasının xx.xx.2021-ci il tarixli iclasının 12 saylı protokolu əsasında Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16 ünvanına pasport qeydiyyatına alınmağı səbəbilə ünvan 6mışdır. Daha sonra tərəfindən Cavabdehnə müraciət olunaraq əlilliyi olan şəxs kimi mənzil növbəsinə alınmağını xahiş etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli imtina məktubu ilə son 5 il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından müraciəti təmin edilməmişdir. Həmin imtina məktubunda mənzil qanunvericiliyinə istinad olunaraq guya onun mövcud qanunvericiliyə əsasən göstərilən tarixdən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyi qeyd olunmuşdur. Bununla da onun 2010-cu ildən Salyan rayonunda mənzil növbəsində olduğu, kirayədə qaldığı, tanışının evinə formal olaraq pasport qeydiyyatına düşdüyü nəzərə alınmamışdır. O, 1997-ci ildən ailə üzvləri - həyat yoldaşı, iki oğlu və onların ailəsi ilə birlikdə kirayədə yaşayırlar. Ona məxsus indiyə kimi heç bir əmlak olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Salyan rayonu İcra Hakimiyyəti başçısının “Salyan rayon İcra hakimiyyəti başçısı yanında mənzil-məişət komissiyasının 26 noyabr 2010-cu il tarixli iclasının 8 saylı protokolu barədə” 507-s nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, həmin sərəncama əasasən Salyan şəhəri İ.Quliyev küçəsi D.3, ev 21 sakini, əlil uşaq anası İddiaçı rayon icra hakimiyyətində yaşayış yeri üzrə “İ növbədə” mənzil növbəsinə qəbul edilmişdir. - Salyan rayonu İcra Hakimiyyəti başçısının “Salyan rayon İcra hakimiyyəti başçısı yanında mənzil-məişət komissiyasının 21 oktyabr 2021-ci il tarixli iclasının 09 saylı protokolu barədə” 128-s nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, həmin sərəncama əsasən Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 507-s saylı sərəncamı ilə əlil uşaq anası kimi mənzil növbəliyinə qeydiyyata alınmış ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı mənzil növbəliliyi əlil uşaq anası kateqoriyasından gözdən əlil kateqoriyasına dəyişdirilmişdir. - İddiaçı tərəfindən Salyan rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, Salyan rayon İH başçısının xx.xx.2010-cu il tarixli, 507-s saylı sərəncamı ilə mənzil növbəliliyinə qeydiyyata götürülmüşdür. Hazırda Bakı şəhəri Yasamal rayonunda qeydiyyatdadır və orada yaşayır. Ona görə də, onun mənzil növbəliliyindən çıxarılmağı və sənədlərinin qeydiyyatda olduğu əraziyə dəyişdirməyi üçün Bakı şəhər Cavabdehnə göndərilməsi barədə sərəncam verilməsini xahiş edir. - Salyan rayonu İcra Hakimiyyəti başçısının “Salyan rayon İcra hakimiyyəti başçısı yanında mənzil-məişət komissiyasının 02 dekabr 2021-ci il tarixli iclasının 12 saylı protokolu barədə” 148-s nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, həmin sərəncama əsasən Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 507-s saylı Sərəncamı ilə İİ dərəcəli gözdən əlil kimi mənzil növbəliyinə qeydiyyata alınmış İddiaçı ünvan 5 ünvanına qeydiyyata alındığı üçün ünvan 6mışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 16, mənzil 20 ünvanında yerləşən, ümumi sahəsi 82.80 kv.m olan mənzil X1 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri İcra Hakimiyyəti yanında MTK BŞS 52 №-li MTK-nin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında yaşayır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvanda İddiaçı başqa 300 nəfərdən çox şəxs yaşayış yeri üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış **********38 nömrəli, 04 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsininərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı və digələrinin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, S-2/2-068/2-t/1 nömrəli məktubdan görünür ki, onun Cavabdehnə ünvanladığı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Nəzərinə çatdırmışlar ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatında olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Salyan rayonu İcra Hakimiyyəti başçısının 507-s nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamı ilə əlil uşaq anası kimi rayon icra hakimiyyətində yaşayış yeri üzrə “İ növbədə” mənzil növbəsinə qəbul edilmişdir. Salyan rayonu İcra Hakimiyyəti başçısının 128-s nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə İddiaçı mənzil növbəliliyi əlil uşaq anası kateqoriyasından gözdən əlil kateqoriyasına dəyişdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 16, mənzil 20 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan ünvan 6mışdır. İddiaçı ikinci dərəcəli gözdən əlil kimi mənzil növbəsinə qəbul olunması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən son beş il ərzində Yasamal Rayonu ərazisində qeydiyyatda olmadığından mənzil növbəsinə uçota götürülməsi təmin edilməmişdir. “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: - 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. - 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. - 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Göstərilmiş normativ-hüquqi aktlarda əks olunmuş maddələrin tələblərindən göründüyü kimi, yaşayış sahələrinə ehtiyacı olan şəxslərə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilə bilər. Bu məqsədlə həmin şəxslər yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmalıdırlar. Bunun üçün onlar yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Uçotun aparılması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Məcəllənin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən belə qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, Qaydaların 4-cü hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Qüvvədə olan XX çağırış Bakı şəhər X3 4-cü sesiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində, pasport qeydiyyatının təsdiq etdyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçota alınması üçün onun azı 5 il Bakı şəhərində yaşamasını tələb edir ki, bu müddət şəxsin yaşayış yeri üzrə qeydiyyat tarixi ilə müəyyən olunur. Hazırki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhərində qeydiyyatdadır ki, həmin müddət beş ildən azdır. Bundan əlavə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə 300 nəfərdən artıq şəxsin qeydiyyatda olması iddiaçının Bakı şəhərində qeydiyyatının formal xarakter daşıdığını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatda olduğu Yasamal rayonu ərazisində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş olaraq qeydiyyata alınması və mənzillə təmin olunması hazırki dövrdə qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9106/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9106/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver