Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9107/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 212170,32 manat vergi məbləğinin və 107261,32 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152649 nömrəli qərarına əsasən cəmiyyətin sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlması aktı ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarına əsasən iddiaçıya 212170,32 manat (o cümlədən 69240,52 manat mənfəət vergisi, 144442,09 manat əlavə dəyər vergisi və 840,0 manat ödəmə mənbəyində tutulan vergi) əlavə vergi məbləği və həmin məbləğə 107261,32 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, yoxlamanın keçirilməsi zamanı vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. İlk növbədə bildirir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamışdır. Belə ki, yoxlama aktından məlum olur ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlamanın keçirilməsi müddətinin hansı müstəsna hallarla əlaqədar uzadılması məlum deyildir. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 18.1-ci bəndinə əsasən yoxlayıcı növbəti səyyar vergi yoxlaması başlanmazdan azı 15 gün əvvəl, vergi ödəyicisinə və ya sığortaedənə '‘Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə” göndərməlidir. Yoxlama zamanı ekspertizanin təyin edilməsi haqqında, “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarlar qəbul edilmiş və nəticələrə dair protokollar tərtib edilmişdir. Qaydaların 10.3-cü,10.5-cu bəndlərində göstərilənlərin əksinə, səyyar vergi yoxlaması gedişində qəbul edilmiş qərarlar, tərtib edilmiş protokollar və mütəxəssis rəyi barədə vergi ödəyicisinə hər-hansı məlumat verilməmiş, vergi ödəyicisinin qəbul edilmiş qərarlar və tərtib edilmiş protokolla tanış olma və münasibət bildirmək hüququ pozulmuşdur. Yoxlama aktından məlum olur ki, vergi orqanının hesablamalarının əsasını xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təşkil etmişdir. Lakin həmin rəy iddiaçıya təqdim olunmamışdır. Mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfıyatın 4.36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfıyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Mütəxəssis rəyinin izahında müəssisə tərəfindən elektrik enerjisinin qeyri-istehsalı aşağıdakı qayddada hesablanmışdır: sayğacın ilk göstəricisi (2194,97) ilə son göstəricisi (2194,974) arasındakı 0,004 (2194,974-2194,97) KVTS fərqə transformasiya əmsalını (4000) tədbiq etdikdə cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə 9 652 380 KVTS elektrik enerjisi istifadə olundugu müəyyən olunmuşdur. Hesab edir ki, mütəxəssis rəyi həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Həmçinin əlavə dəyər vergisi məbləğinin azaldılmasına münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Səyyar vergi yoxlaması aktında əks halın sübuta yetirilməsi və ya hansı səbəbdən müqavilə üzrə satış qiymətlərinin nəzərə alınmaması göstərilməmişdir. Qeyd olunanlara uyğun olaraq mütəxəssis rəyi əsas götürülməklə vergilərin hesablanması yolverilməzdir. Əslində vergi orqanı tərəfindən alqı-satqı müqavilələrində təsbit edilmiş satış qiymətləri əsas götürülərək vergilər hesablanmalı idi. Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci maddələrinin tələblərini pozmaqla vergi orqanı yoxlamaya səthi yanaşmış, vergi ödəyicisinə hesablanmalı real vergilərin müəyyən edilməsi əvəzinə, ehtimallar və həqiqətə uyğun olmayan mütəxəssis rəyi ilə əsassız vergilər hesablamışdır. Bundan əlavə vergi qanunvericiliyinin tələblərinə əsasən səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı vergi ödəyicisindən müvafiq dövrün yoxlanması üçün zəruri sənədləri tələb etməli, vergi ödəyicisi tərəfindən qeyd olunan sənədlər təqdim edilmədikdə, həmin sənədləri vergi orqanının müvafiq qərarı əsasında, bu da mümkün olmadıqa isə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tələb etməli idi. Lakin vergi orqanı mühasibat sənədlərinin vergi ödəyicisindən götürülməsində maraqlı olmamış, təqdim edilmiş mühasibat sənədlərini (alqı-satqı müqavilələri) qəbul etməmiş, ekspert rəyi ilə müəyyən olunmuş satış qiymətini satışı ehtimal edilən sahəyə tətbiq etməklə həqiqətə uyğun olmayan vergilər hesablamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia təmin edilməməlidir. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2021). Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211699267; xx.xx.2021-ci il). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq çuqun, polad və ferroərinti istehsalı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 16.1.3cü, 16.1.6-cı, 23.1.2-ci, 42.1-ci, 43-cü, 71.4-cü maddələrinə əsasən səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021 -ci il tarixli **********52656 nömrəli tələbnamə əlbəəl təqdim edilmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim olunmuşdur. Bu səbəbdən “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və müəssisənin direktoru tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********160576 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə əlavə sənədlər tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən bank çıxarışlarının, təsis sənədlərinin, əmək haqqı cədvəllərinin, alqısatqı müqavilələrinin, xammal və hazır məhsul hərəkəti və digər zəruri sənədlər yoxlamaya təqdim edilmiş və bu barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********161770 nömrəli protokol tərtib olunmuşdur. Vergi Məcəlləsinin 23.1.3-cü, 41.1-ci maddələrində qeyd olunan normalarına istinad edərək yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə), istehsal sahəsinə, sənədlərinə və müəssisədə istehsal edilmiş məmulatlara baxış keçirilmişdir. Baxış zamanı İddiaçı MMCyə məxsus ünvan 2 ünvanda yerləşən obyektdə qara metal külçələrin istehsalı fəaliyyətinin həyata keçirildiyi müəyyən olunmuş, baxışın nəticəsi xx.xx.2021-ci il tarixli **********152936 nömrəli protokolla tərtib edilmiş, protokol müəssisənin direktoruna təqdim edilmiş, onun tərəfindən imzalamış və bir nüsxəsini qəbul etmişdir. Vergi Məcəlləsinin 23.1.14-cü, 36.2-ci, 44-cü maddələrinə əsasən ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğundan səyyar vergi yoxlaması zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən istehsal edilmiş metal külçələrin real bazar qiymətlərini müəyyən etmək məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********155370 nömrəli qərar qəbul edilmiş və Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən ekspert cəlb edilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyinə görə Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən ekspert rəyinin verilməsindən imtina edilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4- cü bəndində ətraflı qeyd olunmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə İddiaçı MMC tərəfindən istehsal edilmiş metal külçələrin istehsal həcminin müəyyənləşdirmək məqsədi ilə "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********153727 nömrəli qərar qəbul edilmiş və mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyinə görə "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Bundan əlavə "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli İ**********158382 nömrəli qərar qəbul edilmiş və mütəxəssis rəyinin verilməsi üçün “Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi cəlb edilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyinə görə “Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyi tərəfindən mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna, bununla əlaqədar mütəxəssis rəyinin alınmasının zəruri olması ilə əlaqədar "Mütəxəssisin dəvət edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********164815 nömrəli qərar qəbul edilmişdir. Mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin əməkdaşı X2 mütəxəssis qismində dəvət edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin göstəriciləri nəzər alınaraq, müvafiq hesablamalar aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. 69240,52 manat manfəət vergisi və 34620,26 manat maliyyə sanksiyası; 144442,09 manat ƏDV və 71254,90 manat maliyyə sanksiyası; 1932,29 manat ƏDV-nin artıq hesablanması; 420,00 manat ÖMV və 420,00 manat maliyyə sanksiyası; 420,00 manat ÖMV artıq hesablama; 0,02 manat MÖMV və 0,01 manat maliyyə sanksiyası; 0,21 manat MÖMV artıq hesablama. Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Vergi məbləği Fərq Dövr Sonuncu bəyannamə Kameral SVY Azaldılmışd Artıq məlumatı bəyannamə bəyannamə ır hesablanmı məlumatı məlumatı şdır 2018-ci il 7 632,65 7 632,65 8 938,89 1 306,24 0,00 2019-cuil 7 835,03 7 835,03 39 582,33 32 017,30 0.00 2020-ci İİ 7 759,34 7 759,34 43 676,32 35 916,98 0.00 Cəmi 23 227,02 23 227,02 92 467,54 69 240,52 0,00 Vergi Məcəlləsinin 104.1-ci, 67.1-ci, 67.2-ci, 67.14-cü, 83.9-cu, 130.2-ci maddələrinin tələblərinə uygun, həmçinin “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli **********675700 nömrəli məktubla aidiyyəti üzrə müraciət olunmuş və analoji müəssisə olaraq "xxxx" MMCnin (VÖEN: **********) həmin fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin, həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə metal külçələrin istehsalı və satışı ilə məşğul olmuşdur. Müəssisədə elektrik enerjisinin sərfiyyatının illər üzrə istehsal həcmində xüsusi çəkisi dövrləri üzrə müxtəlif göstəricilərə malik olduğu üçün müəssisədə dövrlər üzrə real istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən müxtəlif vaxtlarda istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə müşahidələr aparılsa da, istehsal prosesi zamanı yaranan nasazlıqlar nəticəsində son göstəriciləri əldə etmək mümkün olmamışdır. Analoji hərəkətlər bir neçə dəfə təkrarlanmış və nəticə əldə edilməmişdir. Qeyd edilən səbəblərdən mütəxəssis tərəfindən qeyri-istehsal sahələrinə istehlak edilən elektrik enerjisinin sərfiyyatı müəyyən edilmiş və müəssisə tərəfindən metal külçələrin istehsalı üzrə təsdiq edilərək, yoxlamaya təqdim edilmiş kalkulyasiya göstəriciləri nəzərə alınmaqla müəssisədə elektrik enerjisi sərfiyyatına görə aylar üzrə istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli mütəxəssis rəyi **********848600 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyatın 4.36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2184,43 ton, 2020-ci il üzrə 2347,52 ton və 2021-ci ilin yanvaroktyabr ayları üzrə isə 1769,07 ton və nəticədə, ümumilikdə 6718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6718,46-5660,44) azaldılması müəyyən edilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı üçün, həmin mənfəət Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmış və yoxlamanın əhatə etdiyi illər üzrə hesablama aşağıdakı kimi aparılmışdır: 2018-ci il üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 237399,00 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 237399,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 199235,76 manat, o cümlədən: əmək haqqı 4578,26 manat, sosial sığorta haqları 1030,11 manat, xammal və materiallar üzrə xərclər 134 844,45 manat, icarə haqqı üzrə xərclər 4064,51 manat, enerji xərcləri 51718,43 manat, siğorta üzrə xərclər 15836,80 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38163,24 manat (237 399,00-199 235,76) olduğu və 7 632,65 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığı 203,0+mütəxəssis rəyinə əsasən 417,44 - dövrün sonuna hazır məhsul qalığı 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən 2018-ci il üzrə orta satış qiyməti 545,00 manat olduğu nəzərə alınaraq, 2018-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 268166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında yoxlama zamanı müəyyən edilmiş gəlirə uyğun gəlirin əldə edilməsi üçün çəkilən xərcləri müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2018-ci ilin yekunu üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır: M= 268166,66 x 20/(100 + 20) = 44694,44. Yoxlama ilə hesablanmış 44694,44 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 8938,89 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2018-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7632,65 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 1306,24 manat azaldılması müəyyən edilmişdir. 2019-cü il üzrə: Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 640670,55 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 640670,55 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 901495,40 manat, o cümlədən: əmək haqqı 68317,03 manat, sosial sığorta haqları 14 046,34 manat, xammal və materiallar üzrə xərclər 519235,75 manat, icarə haqqı üzrə xərclər 36000,00 manat, enerji xərcləri 255148,00 manat, bank xidməti üzrə xərclər 4845,96 manat, siğorta üzrə xərclər 1601,72 manat, su və kanalizasiya xərcləri 2300,00 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 39175,15 manat (640670,55 - 901495,40) olduğu və 7835,03 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2019-cu ildə 2201,02 (əvvələ hazır məhsul qalığı 128,39 + mütəxəssis rəyinə əsasən 2 184,43 - dövrün sonuna hazır məhsul qalığı 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq 2019-cu il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1195 569,77 (2 201,02 x 543.19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M=1195 569,77 x 20 / (100+20) = 199 261,33. Yoxlama ilə hesablanmış 199428.30 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 39852,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7835,03 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla, mənfəət vergisinin 32017,30 manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə: Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1121488,78 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 1101578,28 manat, digər gəlirlər 19910,50 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1082 692,06 manat, o cümlədən: əmək haqqı 103 645,68 manat, sosial sığorta haqları 20 288,75 manat, xammal və materiallar üzrə xərclər 620 948,42 manat, icarə haqqı üzrə xərclər 36 000,00 manat, enerji xərcləri 280 211,99 manat, qaz xərcləri 10 369,66 manat, bank xidməti üzrə xərclər 7 363,84 manat, siğorta üzrə xərclər 1 163,72 manat, su və kanalizasiya xərcləri 1 700,00 manat, nəticədə vergiyə cəlb edilən mənfəətin 38 796,72 manat (1 121 488,78-1 082 692,06) olduğu və 7 759,34 manat mənfəət vergisi hesablandığı göstərilmişdir. 2020-ci ildə 2 262,13 (əvvələ hazır məhsul qalığı 111,81 + mütəxəssis rəyinə əsasən 2 347,52-dövrün sonuna hazır məhsul qalığı 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 562,20 manat olduğunu və digər satışın 38 522,18 manat olduğunu nəzərə alınaraq, 2020-ci il üzrə ƏDV-siz ümumi satış dövriyyəsinin 1310 289,75 (2 262,13x562,20+38 522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci il üzrə mənfəət Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: M = 1310289,75 x 20 /(100+20) = 218 381,63 (manat). Yoxlama ilə hesablanmış 218381,63 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 43 676,33 manat mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 7 759,34 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 35 916,99 manat azaldılması müəyyən edilmişdir. Əlavə dəyər vergi üzrə: Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və ƏDV məqsədləri üçün qeydiyyata alınaraq ona xx.xx.2018ci il tarixli, **********6 nömrəli “ƏDV ödəyicisinin qeydiyyat bildirişi” verilmişdir. Qeydiyyat xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı müəssisə tərəfindən vergi tutulan əməliyyatların dəyərinin Vergi Məcəlləsinin 161-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilməsinin qanunamüvafiqliyi təmin edilməmişdir. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlər əsasında, o cümlədən məhsul istehsalında iştirak edən komponentlərin normaları, eyni zamanda məhsul istehsalının bir vahidinin istehsalına sərf edilən enerji miqdarı barədə məlumatlar əsasında müəssisənin istehsal həcmi müəyyən edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********848600 nömrəli mütəxəssis rəyinə əsasən qeyri-istehsal sahələrinə sərf edilən elektrik enerjisinin ümumi sərfiyatın 4,36% hissəsini təşkil etdiyi nəzərə alınmaqla, yoxlamanın əhatə etdiyi dövrdə elektrik enerjisi sərfiyatına görə aylar üzrə metal külçə (pəstah) istehsalının həcmləri müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin noyabr-dekabr ayları üzrə 417,44 ton, 2019-cu il üzrə 2 184,43 ton, 2020-ci il üzrə 2 347,52 ton və 2021-ci ilin yanvar-oktyabr ayları üzrə isə 1769,07 ton, nəticədə, ümumilikdə 6 718,46 ton metal külçə istehsal edildiyi müəyyən edilmişdir. Müəssisənin mühasibat sənədlərində istehsal həcminin 5 660,44 ton göstərildiyi nəzərə alınaraq, real istehsal həcminin 1058,02 ton (6 718,46-5 660,44) azaldılması müəyyən edilmişdir. 2018-ci ilin noyabr-dekabr aylarında 492,05 (xx.xx.2018-ci il tarixə hazır məhsul qalığnın 203 + mütəxəssis rəyinə əsasən 417,44-dövrün sonuna hazır məhsul qalığnın 128,39) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaiməfaktura məlumatlarına əsasən orta satış qiyməti 545,00 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 268 166,66 (492,05x545) manat təşkil etdiyi müəyyən edilmişdir. 2019-cu ildə 2 201,02 (əvvələ hazır məhsul qalığının 128,39 + mütəxəssis rəyinə əsasən 2 184,43-dövrün sonuna hazır məhsul qalığnın 111,81) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 543,19 manat olduğu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1195569,77 (2 201,02x543,19) manat təşkil etdiyi müəyyən edilmişdir. 2020-ci ildə 2262,13 (əvvələ hazır məhsul qalığının 111,81+ mütəxəssis rəyinə əsasən 2 347,52 dövrün sonuna hazır məhsul qalığının 197,20) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 562,20 manat olduğunu və digər satışın 38522,18 manat olduğunu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1310289,75 (2 262,13x562,20+38 522,18) manat təşkil etdiyi müəyyən edilmişdir. 2021-ci ilin yanvar-oktyabr aylarında 1917,49 (əvvələ hazır məhsul qalığının 197,20 + mütəxəssis rəyinə əsasən 1769,07 - dövrün sonuna hazır məhsul qalığnın 48,78) ton pəstah istehsal olunmuşdur. Həmin ildə müəssisənin qaimə-faktura məlumatlarına əsasən orta satış qiyməti 599,95 manat olduğunu və digər satışın 122760,55 manat olduğunu nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsinin 1273156,56 manat (1 917,49x599,95+122 760,55) ton təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış hesablamalar nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi nəticəsində ƏDV-nin 144442,09 manat azaldılması və 1 932,29 manat artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb müəssisə tərəfindən əvəzləşdirilən ƏDV məbləğlərinin düzgün göstərilməməsi olmuşdur (ƏDV-nin müqayisəli cədvəli akta əlavə edilmişdir). Yoxlama zamanı müəssisədə aparılmış kameral yoxlama zamanı 2020-ci ilin fevral, iyul və sentyabr aylarıda ƏDV bəyannamələri üzrə aparılmış kameral hesablamalar araşdırılmış və yoxlama ilə öz təsdiqini tapmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlama ilə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü yoxlanılmışdır. Yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin rüblər üzrə 840,00 manat azaldılması 420,00 manat artıq hesablanması müəyyən edilmişdir. Buna səbəb icarəyə götürülmüş istehsal sahəsinə görə fiziki şəxsə icarə haqqının düzgün ödənilməməsi olmuşdur. Belə ki, müəssisə tərəfindən 2021-ci ilin 1-ci rübündə icarə haqqından 420,00 manat verginin azaldılması və 2021-ci ilin 2-ci və 3-cü rübləri üzrə 420,00 manat azaldılması və artıq hesablanması olmuşdur. Nəticədə Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.2-ci maddəsinə əsasən 0,02 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin azaldıldığı və 0,21 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********152937nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında hesablanmış 212170,13 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası məbləğinin, cəmi 319 431,45 manatın dövlət büdcəsinə ödənilməsi üçün vergi ödəyicisinə “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə göndərilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 saylı qərarından görünür ki, İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018-oktyabr 2021ci illərin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - xx.xx.2021-ci il tarixli KY211699267 saylı qeydiyyatın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlama xx.xx.2021 - xx.xx.2022-ci il müddətində aparılmaqla xx.xx.2018 xx.xx.2021 dövrü üzrə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlaması qeydiyyatdan keçirilmişdir. - Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarından görünür ki, iddiaçıya 212170,13 manat əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası, cəmi 319431,45 manat məbləğində vergi borcu hesablanmışdır. - Cavabdehin “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********069600 nömrəli tələbnaməsindən görünür ki, 319431.45 manat vəsaitin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. - "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli MB 16-0017 nömrəli qiymətləndirmə rəyində göstərilmşdir ki, “müəssisədə aparılmış baxışmüşahidə zamanı qeyri-istehsal sahələrinin elektrik sərfıyyatı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli baxış aktı tərtib cdilmişdir. Qeyd etmək lazımdır ki, elektrik enerjisi sərfiyyatına görə müəssisədə istehsal həcmini müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə müəssisədə müşahidələr aparılmış, lakin istehsal prosesində meydana gələn nasazlıqlar nəticəsində prosesi başa çatdırmaq mümkün olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq, müəssisə tərəfindən təqdim edilmiş rüblər üzrə bir ton metal külçənin istehsalına sərf edilən elektrik enejisi miqdarı və qeyri-istehsal sahələrinin elektrik sərfıyyatı barədə məlumatlar nəzərə alınmaqla müəssisənin yoxlamanın əhatə etdiyi dövr üzrə istehsal həcmi müəyyən edilmişdir. Beləliklə aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC-də (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr üzrə istehsal olunmuş məhsulların istehsal həcmi aşağıdakı kimidir:
Dövr İstehsal həcmi, ton 2018 417,44 2019 2 184,43 2020 2 347,52 2021 1 769,07 Yekun 6 718,46
- Cavabdehin xx.xx.2023-cü il tarixli **********152937 saylı “Səyyar vergi yoxlaması aktı”nda göstərilmişdir ki: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin ümumilikdə 69240.52 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 34620.26 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin ümumilikdə 144442.09 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 72221.05 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin ümumilikdə 840.00 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında, yəni 420.00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur; -Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcbur dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ümumilikdə 0.02 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 50% miqdarında , yəni 0.01 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlamanın əhatə etdiyi dövrdə əlavə dəyər vergisinin 1932.29 manat, ödəmə mənbəyində tutulan verginin 420.0 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcbur dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının 0.21 manat artıq hesablanması müəyyən edilmişdir. - Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********152656 tələbnamədən görünür ki, səyyar vergi yoxlamasının keçirilməsi məqsədilə zəruri səndələr iddiaçıdan tələb edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********153727 nömrəli mütəxəssisin dəvət edilməsi haqqında **********153727 №-li qərarından görünür ki, mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin mütəxəssisi cəlb edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********158382 nömrəli mütəxəssisin dəvət edilməsi haqqında **********153727 №-li qərarından görünür ki, mütəxəssis rəyinin verilməsi üçün “Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi cəlb edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********164815 nömrəli mütəxəssisin dəvət edilməsi haqqında **********153727 №-li qərarından görünür ki, mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin əməkdaşı X2 mütəxəssis qismində dəvət edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5586 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən (hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən) xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ilə İddiaçı MMC-yə (VÖEN: **********) müvafiq hesabat dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən isə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən tədqim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilir. Yəni tədqim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə az hesablanma müəyyən edilmədi. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmçinin, qeyd edilir ki, həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğundur.
ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı oldugundan təmin edilməlidir. İddiaçı hazırki iddia tələbində cavabdehin onun barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanunsuz və əsassız olmuşdur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Maddə 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. Maddə 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Maddə 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Maddə 38. Səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.7. vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152649 saylı qərarı ilə İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018 – oktyabr 2021-ci illərin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin səyyar vergi yoxlaması nəticəsində cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ilə iddiaçıya 212170,13 manat əlavə vergi məbləği və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 107261,32 manat maliyyə sanksiyası, cəmi 319431,45 manat məbləğində vergi borcu hesablanmışdır. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərar inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-583/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarındakı xüsusi olaraq vurğulamışdır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin də qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixli KY211699267 saylı qeydiyyatın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində yoxlamanın xx.xx.2021 - xx.xx.2022-ci il müddətində aparılması qeydiyyatdan keçirilsə də, yoxlama əsassız olaraq 1 il 2 ay uzadılmaqla cavabdehin mübahisələndirilən qərarının qəbul edildiyi xx.xx.2023-cü il tarixdə yekunlaşmışdır. İşin araşdırılan hallarına gəldikdə isə materiallarında olan səyyar vergi yoxlaması aktından göründüyü kimi yoxlanılan dövrdə iddiaçı metal külçələrin istehsalı və satışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya əvvəlcə qismən, sonra isə zəruri sənədlər təqdim olunmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixli "Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmiş və müəssisənin direktoru tərəfindən imzalanaraq, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Həmçinin iddiaçı tərəfindən bank çıxarışlarının, təsis sənədlərinin, əmək haqqı cədvəllərinin, alqı-satqı müqavilələrinin, xammal və hazır məhsul hərəkəti və digər zəruri sənədlər təqdim edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli **********161770 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Vergi orqanı tərəfindən xüsusi bilik tələb olunduğuna görə "MBA LTD” MMC-dən mütəxəssis cəlb olunmuş və F.N.İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmişdir. Beləliklə də iddiaçıya vergi borcunun hesablanmasının əsasını mütəxəssis rəyi təşkil etmişdir. Mütəxəssis rəyi ilə müəssisənin istehsal etdiyi məhsullarının istehsal həcmi müəyyən olunmuşdur. Rəydə istehsal həcminin müəssisə tərəfindən təqdim edilmiş bir ton metal külçənin istehsalına sərf edilən elektrik enerjisi miqdarı və qeyri elektrik sahələrinin elektrik sərfiyyatı barədə məlumatlar nəzərə alınmaqla müəyyən edildiyi göstərilmişdir. Həmçinin aktda qeyd edilir ki, mütəxəssis qarşısında yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal həcminin müəyyən edilməsi ilə yanaşı istehsal həcminə çəkilmiş xərclərin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis tərəfindən yalnız istehsal həcmi müəyyən edilmişdir. İddiaçıya səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin düzgünlüyünün yoxlanılması məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5586 nömrəli ekspert rəyində ekspert bildirmişdir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyərinin aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar;- Qaytarılmış tullantılar;- Texniki məqsədlər üçün yanacaq enerji və su;- İstehsal fəhlələrinin əsas əmək haqqı;- İstehsal fəhlələrinin əlavə əmək haqqı;- Sosial sığortaya ayırmalar;- Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya;- Ümumi sex xərcləri;- Ümumi zavod xərcləri;- Zay məhsul və itkilər;- Sair istehsalat xərcləri;- Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsullarının faktiki maya dəyəri yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Göründüyü kimi ekspert də bildirmişdir ki, müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən sərf edilmiş elektrik enerjisi sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdehin mübahisələndirilən xx.xx.2023-ci il tarixli, **********170219 nömrəli qərarında və iş materiallarında olan digər sənədlərdə müətəxəssis tərəfindən müəssisənin qeyri-istehsal sahələrinə də elektrik enerjisi üzrə sərfiyyatının 20 dəqiqəlik müşahidə ilə müəyyən olunaraq hesablandığı göstərilmişdir. Bununla bağlı da ekspert bildirmişdir ki, qeyri-istehsal sahəsində elektrik enerjisi üzrə sərfiyyat müəyyən edilərkən mövsümə uyğun istifadə və ümumiyyətlə qeyri-istehsal sahəsində elektrik enerjisindən necə istifadə (yəni hansı əşyadan, qurğudan və s) edilməsi nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması aktının ƏDV hissəsində müəssisənin qaiməfaktura məlumatlarına əsasən orta satış qiyməti nəzərə alınaraq ƏDV-siz ümumi satış dövriyyəsi müəyyən edilmiş və yoxlama nəticəsində vergi tutulan əməliyyatların düzgün göstərilməməsi hesab edilərək ƏDV-nin azaldılması müəyyən edilmişdir. Halbuki məhkəmə də ekspertlə razılaşaraq qeyd edir ki, Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) orta satış qiymətinin müəyyən edilməsi ilə bağlı müddəa öz əksini tapmamışdır. Yoxlama aktının ƏDV hissəsində mal qalığının olması və həmçinin əvəzləşmələrin nəzərə alınması qeyd edilmişdir. Lakin səyyar vergi yoxlaması aktının mənfəət hissəsində vergi ödəyicisinin xərclərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablama aparılmışdır. Yəni hazırkı yoxlama aktında göstərilən hallara görə xərc sənədləri olmasaydı, mal qalığı müəyyən edilə və əvəzləşdirmələr nəzərə alına bilməzdi. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut kimi 6 (altı) qovluq əlavə sənəd təqdim olunmuşdur. Həmin sənədlərə (eqaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən ekspert yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən tədqim edilmiş bəyannamələrin düzgünlüyünü müəyyən etmişdir. Beləliklə də ekspertin gəldiyi nəticəyə görə hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması səbəbindən xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə iddiaçıya müvafiq hesabat dövrləri üzrə hesablanmış ƏDV və mənfəət vergisinin düzgünlüyü müəyyən olunmamışdır. Yəni vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə yalnız 420,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlərə (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları, YGB, bəyannamələr, mədaxil orderləri, hesabatlar, ƏDV depozit hesabından çıxarışlar, əmək haqqı xərci və s.) əsasən isə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən tədqim edilmiş bəyannamələrin düzgünlüyü müəyyən edilmişdir. Yəni tədqim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr üzrə az hesablanma müəyyən edilməmişdir. Təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisənin xərc sənədləri (e-qaimə fakturalar, e-vergi hesab fakturalar, ödəniş tapşırıqları, bank çıxarışları, elektron alış aktları və s.) mövcuddur. Həmin sənədlərdə göstərilən məbləğin gəlirlərdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metoduna və vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı xx.xx.2023-ci il tarixli **********152937 nömrəli akt əsasında qəbul edilmiş cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya müvafiq hesabat dövrləri üzrə ƏDV və mənfəət vergisinin hesablamaların mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə uyğun olmaması müəyyən edilir. Odur ki, məhkəmə cavabdehin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla vergi qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə uygun məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. Beləliklə, proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin və ekspert rəyinin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. İşin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən qərarın inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədlərin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5586/2023 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170219 nömrəli qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva