Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-911/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri 5 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X3 (Yevlax rayonunda qeydiyyatdadır, Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1979-cu ildən kolxozda başlasa da, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Bakı Saxsı Qablar Zavodunda, xx.xx.1990-cı ildən xx.xx.1994-cü il tarixinə qədər Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 4 N-li Tresti 47 saylı tikinti idarəsində, xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinə qədər “Azneft” İB X9 İdarəsində, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər Abşeron Xüsusi Texnika sexində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər Azərbaycan Respubikasının Dövlət Neft Şirkəti “Qaz ixrac” İdarəsində, ümumilikdə 13 il 6 ay müddətində əmək fəaliyyəti göstərmişdir. İşlədiyi dövr ərzində vəzifə öhdəliklərini layiqincə icra etmiş və aylıq əmək haqqı almışdır. Bundan əlavə, kolxozçunun əmək kitabçasından göründüyü kimi 1979-1984-cü illər ərzində Azərbaycan SSR Ağsu rayonu ərazisində yerləşən Özbəkistan kolxozuna üzv olmaqla kolxozçu vəzifəsində işləmiş və bu illər ərzində mütəmadi əmək haqqı almışdır. Beləliklə, kolxozun tərkibində, ümumilikdə, 5 il müddətində əmək fəaliyyəti olmuşdur. Kolxozda əmək fəaliyyəti dövrünün sığorta stajı dövrünə aid edilməsi məsələsi barədə 02 iyul 2019-cu il tarixli 2-1(102)-1967/2019 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarından da göründüyü kimi, müəyyən əsaslarla birlikdə sözügedən dövr də müvafiq orqanlar tərəfindən işçinin sığorta stajına daxil edilməlidir. İddiaçı kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə alaraq hesab edir ki, 1979- 1984-cü illərdə əmək fəaliyyəti 495 nömrəli “Kolxozçunun Əmək kitabçası” ilə öz təsdiqini tapdığından sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin bildirir ki, oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışdan da göründüyü kimi, ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. Belə ki, oğlu anadangəlmə bu xəstəlikdən əziyyət çəkir və hal-hazırda yetkinlik yaşına çatmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətsiz olduğundan iddiaçının himayəsindədir. Onun səkkiz ildən də çox bir müddətdə himayəsində sağlamlıq imkanları məhdud olan uşaq olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ olduğunu qeyd edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 229313 saylı və SER TSE-01 649975 saylı arayışlarından da göründüyü kimi, oğlu Ağalarov Xətai Ehtibar oğlunun xx.xx.2007 və xx.xx.2009-cu il tarixlərində həyata keçirilən müayinə nəticəsində onun uşaqlıqdan 2-ci qrup əlilliyi müəyyən olunmuşdur. Onu da qeyd edir ki, oğlu məhz doğuşdan başlayaraq xəstədir, onun əqli geriliyi patoloji olaraq sonradan yaranmamışdır. Cavabdeh orqanın 02 aprel 2021-ci il tarixli məktubu ilə ərizəsinə cavab olaraq bildirilmişdir ki, qanunla müəyyən olunan pensiya kapitalı olmadığından əlil uşaq anası kimi ərizəsinin təmin edilməsi mümkün deyildir. Bundan öncə də yaşa görə pensiyanın təyin edilməsi üçün müraciət olunsa da, cavabdeh tərəf iddiaçının ərizə ilə müraciət etməsinin, pensiyanın təyin edilməsi üçün cavabdeh tərəfindən Komissiyanın təşkil edilməsinin zəruriliyini bildirmişdir. Bununla da, o yaşa görə pensiyanın təyin edilməsinə dair iddia ərizəsini geri götürərək cavabdehə yenidən müraciət etmiş, lakin cavabehin 02 aprel 2021-ci il tarixli məktubu ilə müraciətdən imtina edilərək xx.xx.1992-ci il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən sığorta stajının 23 il 5 ay olmaqla qanunla müəyyən edilmiş 25 il müddətindən az olması qeyd edilmişdir. Eyni zamanda, həmin imtina məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 (on altı min doqquz yüz altmış dörd manat yetmiş dörd qəpik) olmaqla qanunla tələb olunan məbləğdən az olmasına dair qeyd də öz əksini tapmışdır. İddiaçı hesab edir ki, səkkiz ildən də çox bir müddətdə sağlamlıq imkanları məhdud uşağın tərbiyyəsi ilə məşğul olduğundan, 22 il sosial sığorta stajının nəzərə alınmaqla yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə yaş həddinin 5 il azaldılaraq 56 yaş müəyyən olunmalı olduğunu, 10 iyul 2018-ci il tarixdə 56 yaşı olduğundan, qanunla müəyyən olunmuş yaş həddinə çatdığından, ərizəsinin həmin dövrdən təmin olunmalı olduğunu qeyd edir. Bu səbəblərdən də, cavabdedin imtinası əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi barədə müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********8 nömrəli imtina məktubuna əsasən İddiaçı təqdim etdiyi sənədlərdə qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün pensiyanın təyin olunması qanuna ziddir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 manat olmaqla qanunla tələb olunan məbləğdən (28.800 manatdan) azdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Həmin qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. xx.xx.1980-cı ildə tərtib olunmuş 495 nömrəli kolxozçunun əmək kitabçasına əsasən minimum adam günü norması 1979-cu il tarixindən 1984-cü il tarixinədək 180 gün müəyyən edilmişdir. İddiaçı 1979-cu ildən 1984-cü ilədək işlədiyi dövrdə kolxozda müəyyən olunmuş minimum adam günü normasını verinə yetirməmişdir. Beləliklə, iddiaçının kolxozda işlədiyi müddətdə 2 il 9 ay (83+24+116+143+133 = 499/180 x 12 = 33 aydan artıq (33,26)) ümumi iş stajı vardır. Həmin əmək kitabçasına əsasən iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək və xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək əmək fəaliyyəti 4 ay 12 gün təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2019-cu ildə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2021-ci iİ tarixli qulluq aktına əsasən: xx.xx.1990-xx.xx.1994-cü illər üzrə əmək fəaliyyəti dövrü 4 il 1 gün; xx.xx.2001xx.xx.2008-ci illər üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqa qulluq dövrü 7 il 5 ay 18 gün; xx.xx.2008-xx.xx.2014; xx.xx.2014-xx.xx.2016 və xx.xx.2018-xx.xx.2018-ci illər üzrə əmək fəaliyyəti dövrü 6 il 11 ay 27 gün; xx.xx.2019-xx.xx.2021-ci illər üzrə İ qrup əlillə qulluq dövrü 2 il 6 ay 24 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının sığorta stajı 24 il 1 ay 22 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 11 il 9 ay 18 gün ümumi iş stajına əsasən pensiya kapitalı 8.525,73 manatdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixə indeksləşdirilməklə). Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 14.726,10 manat sığorta kapitalı qeydə alınmışdır. İddiaçının təqdim etdiyi 2 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının 92 nömrəli xx.xx.2001-ci il müayinə aktına əsasən iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2001-ci il tarixdən müəyyən edildiyi üçün xx.xx.2021-ci il tarixli qulluq aktında qulluq dövrünün başlanğıcı həmin tarixdən qeyd edilmişdir. X1 Sisteminin Əlillik altsisteminə əsasən Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2019-cu il tarixindən birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən iddiaçının birinci dərəcəli əlilə qulluq dövrü həmin tarixdən nəzərə alınmışdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı R.F.Ağayevanın təqdim etdiyi sənədlərə əsasən “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququna malik olmadığından iddia tələbi təmin edilməməlidir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1–ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi X5 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ olduğu da bildirilir. İddiaçı təqdim etdiyi xx.xx.1992-ci il tarixli əmək kitabçasına görə sığorta stajı 23 il 5 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16.964,74 manat olmaqla qanunla tələb olunan məbləğdən (28.800 manatdan) azdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 420869 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, Ağalarov Xətai Ehtibar oğlu xx.xx.1990-cı il tarixdə anadan olmuş, anası İddiaçı, atası isə Ağalarov Ehtibar Əmirxan oğludur. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, İddiaçı oğlu xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli TSEK müayinəsinə dair verdiyi arayışa əsasən anadangəlmə ağır dərəcədə ifadə olunmuş kəmağılılıq, kəskin nəzərəçarpan imbesillik dərəcəsində kobud davranış pozuntuları diaqnozu ilə 1-ci qrup əlildir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İddiaçı qeyd olunan xüsusatlara uyğun olaraq, artıq 30 ildir ki, sağlamlıq imkanları məhdud olan oğlu Ağalarov Xətai Ehtibar oğluna qulluq etdiyindən və həmin dövr ərzində sığorta stajının yenidən hesablanması ilə əlaqədar xidmətin faktiki olaraq həyata keçirilməsi barədə aktın tərtib olunması üçün komissiya yaradılmasını və Komissiya tərəfindən sözü gedən aktın tərtib olunaraq təqdim olunmasını xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilən 0170003AAC5P nömrəli göndərişə əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu 2-ci qrup müddətsiz əlildir, doğulandan xəstədir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalıb, hərbidən kəmağıllılığa görə azad olunub, son illər vəziyyəti daha da pisləşib və dəfələrlə intihara cəhdlər etmişdir. Xəstəyə əsas diaqnoz kimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəskin nəzərəçarpan imbesillik kobud davranış pozuntuları və psixotik daxil olmalarla anamnezində intihar cəhdləri qoyulmuşdur. Xəstənin kənar şəxlərin köməyinə və nəzarətinə daimi ehtiyacı var. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilən məlumata əsasən, xx.xx.1990-cı il təvəllüdlü Ağalarov Xətai Ehtibar oğlu ümumi xəstəlik səbəbindən müddətsiz əlildir. Xətai rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 06/20 nömrəli arayışına əsasən, iddiaçı Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 36-da yaşayan, birinci qrup əlil olan, xx.xx.1990-cı il tarixdə anadan olmuş və dərin əqli zəifliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olan oğlu Ağalarov Xətai Ehtibar oğluna doğulduğu gündən bu günə kimi qulluq etmişdir. İT-İ ******* nömrəli əmək kitabçasına və kolxozçunun əmək kitabçasına əsasən, iddiaçı 47 saylı Tikinti İdarəsi 4 nömrəli trestinə işə düzəlməzdən əvvəl 1980-ci il tarixindən 1984-cü il tarixinədək kolxozda işləmiş və əmək stajı 3 ay 19 gündür, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı saxsı qablar zabodunda tökməçi, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Bakı Neft Təchizatı bazasında operator, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə qədər 47 nömrəli Tikinti İdarəsində fəhlə,xx.xx.2006-cı ildən xx.xx.2009cu ilə qədər Qazma İşləri idarəsində texnik,xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsində texnik,xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində arxivçi,xx.xx.2018ci ildən xx.xx.2018-ci ilə qədər Dövlət Neft Şirkətinin Qaz İxracı İdarəsində istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir. İddiaçı iş üzrə sübut qismində bir sıra sənədlərin surətlərini məhkəməyə təqdim etmişdir, o cümlədən İİİ-ЖГ 406646 nömrəli nikah haqqında şəhadətnamənin, Ağalarov Xətai Ehtibar oğlunun doğum haqqında şəhadətnaməsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il və xx.xx.2009-cu il tarixlərində həyata keçirilən müayinə nəticəsində Ağalarov Xətai Ehtibar oğluna uşaqlıqdan 2-ci qrup əlilliyinin müəyyən olunmasına dair SER TSE-01 229313 saylı və SER TSE-01 649975 saylı arayışları, Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-in 15 nömrəli xx.xx.2020-ci il tarixli arayışı, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin xx.xx.2020-ci il tarixli iddiaçının DSMF Xətai rayon şöbəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatdan keçməməsinə dair arayışı, 1996-cı ildə tərtib edilmiş həkim arayışlarının əsllərini, 495 nömrəli kolxozçunun əmək kitabçası və İT-İ ******* nömrəli əmək kitabçasının surətlərini təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-6073/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən xx.xx.1990-cı il təvəllüdlü oğlu Ağalarov Xətai Ehtibar oğluna (1-ci qrup əlil) 30 ildən çox qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün 30 gün müddətində qanunda nəzərdə tutulmuş tədbirin görülməsi ( bu hal araşdırılaraq aktın tərtib edilməsi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Məhkəmənin 2-1(112)-6073/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı məhkəməyə cavabdeh orqanın Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filiala ünvanladığı **********4 nömrəli, xx.xx.2021-ci il tarixli xidməti məktubu məhkəməyə təqdim olunmuşdur. Həmin məktubda bildirilmişdir ki, Fililalın Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı oğlu X.Ağalarova xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək və xx.xx.2019-cu ildən hal-hazıradək qulluq etmişdir. Həmçinin vətəndaşın təqdim etdiyi uşaqlıqdan əlil övladının təkrar əlillik arayışlarına əsasən sığorta stajı nəzərə alınaraq hesablanmışdır. xx.xx.1989-xx.xx.1989cu illər, xx.xx.1989-xx.xx.1989-cu illər, xx.xx.1990-xx.xx.1994-cü illər, xx.xx.2001xx.xx.2003-cü illər, xx.xx.2003-xx.xx.2008-ci illər, xx.xx.2008-xx.xx.2014-cü illər, xx.xx.2014-xx.xx.2016-cı illər, xx.xx.2018-xx.xx.2018-ci illər, xx.xx.2019-xx.xx.2021-ci illər və 2 il 8 ay kolxozdakı əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 23 il 4 ay 15 gün sığorta stajı hesablanmışdır. Fililalın Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan X6, Xətai rayonu, ünvan 2vanında yaşayan X4 iştirakı ilə akt tərtib edilərək iddiaçının oğlu Ağalarov Xətai Ehtibar oğluna xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən hal-hazıradək qulluq etməsi məlum olmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1990-cı il təvəllüdlü oğlu Ağalarov Xətai Ehtibar oğlu doğulandan xəstədir, ona 2001,2003,2007,2009-cu illərdə əlillik təyin edilmişdir, əlilliyi hazırda müddətsiz təyin edilmişdir, uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbi xidmətdən kəmağıllığa görə azad edilmişdir, iddiaçı ona baxmışdır, hazırda da iddiaçının himayəsində yaşayır, iddiaçı cavabdehə müraciət edərək səkkiz ildən çox bir müddətdə sağlamlıq imkanları məhdud olan uşağını səkkiz yaşınadək tərbiyə etdiyi üçün qanunla müəyyən edilmiş yaş həddi 5 il azaldılmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; İşin faktiki hallarına əsasən iddiaçı 16 ildən çox müddətdə müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir, iddiaçı eyni zamanda xx.xx.1990-cı il təvəllüdlü oğlu, körpə yaşından sağlamlıq imkanları məhdud olan xəstə oğlu Ağalarov Xətai Ehtibar oğluna baxmışdır, belə ki, onun oğlu X.Ağalarovun xəstə olması xx.xx.1990-c ildən qeydə alınmışdır, işdə olan sənədlərə əsasən X.Ağalarov uşaqlıqdan psixofiziki inkişafdan geri qalmışdır, hərbidən kəmağıllığa görə azad olunmuşdur, xəstəliyi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusudur, bir neçə dəfə Bakı 2 nömrəli Klinik Psixatriya xəstəxanasında yatmışdır, həmin övladına körpə vaxtından iddiaçı baxmışdır ki, bunun əksini təsdiq edən – yəni qulluğa ehtiyacı olan həmin şəxsə başqa bir şəxsin baxmasını təsdiq edə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumat verilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamış, cavabdeh iddiaçının uşaqlıqdan sağlamlıq imkanları məhdud olan uşağına baxması, iddiaçıdan başqa həmin şəxsə baxan şəxsin olmaması kimi halları nəzərə almamış və iddiaının müraciətini formal əsaslarla təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilərək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-911/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-911/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver