Məhkəmə qərarları › İş №2-1(112)-911/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-911/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-911/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X10 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində X6 (H.Cavid küç., 4, ev 13) torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinin etibarsız hesab edilməsi; Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində (H.Cavid küç., dalan 4,ev 13) iddiaçıya ayrılmış torpaq sahəsində X9 tərəfindən özbaşına və qanunsuz inşa edilmiş evə və iddiaçıya ayrılmış torpaq sahəsinə dair cavabdehin adına verilmiş **********02 daşınmaz əmlakın reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarışın verilməsi ilə əlaqədar reyestrə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:

1. İddiaçı X11 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində X6 (H.Cavid küç., 4, ev 13) torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06nömrəli əmrinin etibarsız hesab edilməsi; Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində (H.Cavid küç., dalan 4,ev 13) iddiaçıya ayrılmış torpaq sahəsində X9 tərəfindən özbaşına və qanunsuz inşa edilmiş evə və iddiaçıya ayrılmış torpaq sahəsinə dair cavabdehin adına verilmiş **********02 daşınmaz əmlakın reyestr nömrəsi **********, qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixli çıxarışın verilməsi ilə əlaqədar reyestrə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəminin hazırki iş üzrə qəbul etdiyi 18 oktyabr 2024-cü il tarixli Qərardadı ilə X9 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X13 fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında” Abşeron Rayon İcra Hakimiyyəti 25 №li xx.xx.1995-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonu S.Əliyev adına südçülük maldarlıq üzrə Dövlət damazlıq X12 Müəssisənin 6 nömrəli xx.xx.1995-ci il tarixli Əmrinə əsasən “Fərdi yaşayış evi üçün Sovxozun balansında olan 0,1 ha.torpaq sahəsi İddiaçı ayrılmışdır. Əmr Sovxozun direktoru Y.Hümbətov tərəfindən imzalanmışdır. Abşeron Rayon icra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin H379 nömrəli xx/xx/2022-ci il tarixli məktubu ilə iddiaçıya ayrılmış torpaq sahəsinin arxiv sənədləri ona təqdim edilmişdir. Həmin torpaq sahəsi yerdə naturada ölçülüb iddiaçıya təqdim edilmişdir. Onun tərəfindən torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasara alınmış və torpaq sahəsini bir hissəsində özünə yaşayış evi tikmişdir. Digər hissəsi isə təsərrüfatla məşğul olmaq üçün saxlamış və həmin sahədə ağaclar əkmişdir.Sonradan qonşusunda olan X4 təklifi ilə ona ayrılmış torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə torpaq sahəsini onun istifadəsinə verməyi və özü isə bütün işləri görərək əldə ediləcəyi gəlirləri bölüşdürüləcəyini təklif etmiş və iddiaçı tərəfindən razılıq verilmişdir. Ona görə də həmin şəxsə etibarnamə vermişdir. Onlar arasında olan razılaşmaya əsasən iddiaçının mülkiyyətində olan 650 kv.m. torpaq sahəsini bostançılıq təsərrüfatı istehsal etmək məqsədi ilə onun istifadəsinə verilmişdir. Lakin həmin şəxs öhdəlikləri yerinə yetirməmiş və əksinə torpaq sahəsində əkdiyi meyvə ağaclarını məhv etmiş və torpaq sahəsinin bir tərəfindən hasarları sökərək qonşudan aldığı torpaq sahəsi ilə birləşdirmişdir. İlk vaxtlar ondan nə üçün belə etdiyini soruşduqda bildirişdir ki, təsərrüfatı daha geniş sahədə yaradacaq. Ona görə ona əhəmiyyət verməmişdir. Lakin bir müddət sonra cavabdeh torpaq sahəsində tikinti tikməyə başlayanda iddiaçı ona etiraz etmiş və o zaman ona kobud cavab vermiş və necə istəyirəm elə də edirəm demişdir. Belə olan təqdir də iddiaçı tikintini dayandırmağı ondan tələb etmiş, lakin cavabdeh tikintinə dayandırmamışdır. Onun üçün iddiaçı 39 saylı Notariat Kontoruna gedərək xx.xx.2021-ci ildə cavabdehin adına verdiyi etibarnaməni ləğv elətdirmiş, bundan sonra etibarnaməni ləğv elətdirdiyini və torpaq sahəsini hasarlayıb ona qaytarılmasını tələb etmişdir. Lakin həmin şəxs iddiaçı ilə mübahisə etmiş və torpaq sahəsini qaytarmayacağını bildirmişdir. Sonradan aralarında mübahisələr olmuş və ailə üzvlərini döydüklərinə görə cavabdeh və onun övladları barədə polis araşdırması aparılmışdır. Lakin o zaman iddiaçının torpaq sahəsinə çıxarış alınması barədə heç bir söz olmamışdır. Sonradan Bakı Sabunçu rayon Məhkəməsinə “torpaq sahəsindən çıxarılma barədə ” məhkəməyə müraciət etdikdən sonra cavabdeh etiraz ərizəsi ilə məhkəmə təqdim etmiş və bildirmişdir ki, güya onun 0.905 kv.m. torpaq sahəsi olmuş və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixində özəlləşdirmiş və ********** nömrə ilə qeydiyyatdan keçirilməklə 637448 saylı Çıxarış almışdır. Çıxarışın alınması üçün əsas kimi güya Abşeron Rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisənin xx.xx.2000-ci il tarixində 06 №li Əmri ilə “X8” 0.1 ha. torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Həmin Əmrin əsli yoxdur və verilmiş Çıxarışı İ.Qəmbərov adlı şəxsin imzalandığı müəyyən edilmişdir. Halbuki, İ.Qəmbərov 10 ildən çoxdur ki, Sovxozun direktoru vəzifəsində işləməmişdir. İşin Sabunçu rayon məhkəməsində baxılarkən təqdim edilmiş etiraz ərizəsində göstərmişdir ki, “torpaq sahəsi onun özünə məxsusdur.” Lakin torpaq sahəsinin onun olmas ilə əlaqədar hər hansı ilkin sənədlərinin olması ilə əlaqədar heç bir sənəd təqdim edilməmişdir. İddiaçının sorğusu əsasında - AR ƏMDK yanında DƏDRX-nin 4 sayı Abşeron Ərazi İdarəsinin **********91 №li xx.xx.2021-ci il tarixli məktubunda sorğuda qeyd olunan torpaq sahəsinin arxivi əsasında 1 saylı Bakı Ərazi İdarəində saxlandığı üçün aidiyyatı üzrə müraciət etməyi məqsədə müvafiqdir” bildirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin **********19 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda “ X4 adına ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barədə 4 saylı Abşeron rayon ərazi idarəsində məlumat aşkar edilməmişdir”. Abşeron Rayon İcra Hakimiyyətinin 2/X/2047 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda “Torpaq sahəsinin yerqurluşu planı” (plan-cizgi) AR vahid kadast fondu məlumatlarından istifadə edərək AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyini bildirməklə ona ayrılmış torpaq sahəsini Plancizgisini verməmişdir. AR ƏMDK yanında DƏDRX-nin 4 sayı Abşeron Ərazi İdarəsinin **********19 №li 20 12.2021-ci il tarixli məktubunda “Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X19 X1 xx.xx.2000-ci il tarixli 06 №li Əmri ilə Abşeron Rayonu Ramana qəsəbəsi Ramana Südçülük -sovxozu ərazisində X4 adına ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi barəsində 4 saylı Abşeron ərazi idarəsində məlumat aşkar edilməmişdir”. AR ƏMDK yanında DƏDRX-nin 1 sayı Bakı Ərazi İdarəsinin **********2 №li xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “X4 adına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində H.Caid küçəsi, dalan 4, 13 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir” göstərilmişdir. AR ƏMDK yanında DƏDRXnin 1 sayı Bakı Ərazi İdarəsinin **********59 №li xx.xx.2022-ci il tarixli məktubunda “X4 adına xx.xx.2021-ci il tarixində torpaq sahəsinin qeydiyyatdan keçdiyi bildirilmişdir”. Bakı şəhəri Sabunçu rayonu. Ramana Bələdiyyəsinin 90 №li xx.xx.2021-ci il tarixli məktubununda “ X6 Ramana Bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsi, hər hansı bir qərarla ayrılmamışdır.” Bakı İnzibati Məhkəməsinin sorğusuna AR ƏMDK yanında DƏDRX-nin 1 sayı Bakı Ərazi İdarəsinin **********21 №li xx.xx.2022-ci il tarixli məktubunda X4 adıan Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi , Südçülük sovxozu ərazisində H.Cavid küçəsi , dalan 4,3 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi bildirilmişdir. Lakin, sonradan Bakı İnzibati Məhkəmədə işə baxılarkan məlum olmuşdur ki, xx.xx.2000-ci il tarixli 6 №li Əmrlə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində X7 0,1 hektar torpaq sahəsi fərdi ev tikilməsi üçün ayrılmışdır. Əmrdən Çıxarış İ.Qəmbərov imza etmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək əsas olaraq torpaq sahəsinə verilmiş Reyestr qeydinin və Çıxarışın ləğv edilməsini xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********58 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmişdir.

4. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüququların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd – Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq X19 X3 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri əsasında müvafiq torpaq sahəsinə dair X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış tərtib edilmişdir. Hal-hazırda sonuncunun mülkiyyətindədir. Göründüyü kimi qanunvericiliyə uyğun qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində X6 (H.Cavid küç., 4, ev 13) torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinin etibarsız hesab edilməsi tələbi İdarənin səlahiyyətləri xaricindədir.

5. Üçünücü şəxs iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixdə də, eyni məzmunlu iddia ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində həmin ərizə 2-1(112)5832/2022-nömrəsi ilə qeydiyyata alınmış, 2 ilə yaxın davam edən məhkəmə prosesinin sonunda iddiaçı iddia ərizəsini geri götürmüşdür. 2-1(112)5832/2022 nömrəli işdə də, iddiaçı məqsədli şəkildə iddia tələbini yalnış qoymuş və iddia ərizəsini geri götürənə qədər iddia tələbini dəqiqləşdirməmişdir. Həmin məhkəmə prosesi gedişatında hakim işə aydınlıq gətirmək üçün lazım olan bütün sənədləri aidiyyatı qurumlardan tələb etmiş və toplanan materiallarda iddiaçının iddiasının əsassız olduğu ortaya çıxmışdır. Buna görə də proses başa çatmadan iddiaçı iddia ərizəsini geri götürmüşdür. Buradan belə qənaətə gəlmək olar ki, iddiaçı yenə də məhkəmə prosesi başa çatmamış iddia ərizəsini geri götürəcək. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində üçüncü şəxsin 0.0905 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona tam qanuni olaraq Abşeron rayonu S.Əliyev adma südçülük- maldarlıq üzrə X19 X2 17 Fevral 2000-ci il tarixli 6 nömrəli əmri ilə ayrılmışdır və 2008-ci ildən həmin torpaq sahəsində ev tikmişdir. 2010-cu ilin sonlarında ailəsi ilə birlikdə həmin evə köçmüş və hal hazırda da, həmin evdə yaşayır. 2010-cu ilin oktyabr ayında Abşeron rayonu S.Əliyev adma südçülük-maldarlıq üzrə X19 X2 nümayəndələrini təkrar dəvət edərək ona ayrılmış torpaq sahəsinin planını tərtib etdirmişdir. Ona məxsus olan həmin ilkin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mənə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Odur ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassız olmaqla yanaşı, yalan və böhtan xarakterli məlumatlardan ibarətdir.

Faktiki hallar və sübutlar:

Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 379 nömrəli, 05 sentyabr 2022-ci il tarixli arxiv çıxarışında “Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X19 X2 06 nömrəli, 17 fevral 2000-ci il tarixli əmri”ndən çıxarış qeyd edilmişdir ki, həmin çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərə alınaraq, aşağıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailəyə 0,01 ha-dan 0,01 ha torpaq sahəsi ayrılmışdır. (159. İddiaçı – 0.1ha). Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-695 nömrəli, 11 iyun 2024-cü il tarixli arxiv çıxarışında “Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X19 X2 06 nömrəli, 17 fevral 2000-ci il tarixli əmri”ndən çıxarış qeyd edilmişdir ki, həmin çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərə alınaraq, aşağıda adları qeyd olunan vətəndaşlara fərdi ev tikmək üçün hər bir ailəyə 0,01 ha-dan 0,01 ha torpaq sahəsi ayrılmışdır. (29. X14 q – 0.1ha). “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində 0.0905 ha torpaq sahəsi X4 adına dövlət qeydiyyatına alınmışdır.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Hazırda iddiaçının tələbi iki hissədən ibarətdir ki, ilk növbədə Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarışın verilməsi ilə əlaqədar reyestrə aparılmış qeydiyyatın ləğv edilməsi. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Göründüyü kimi qanunvericilikdə cavabdehin – hazırkı iddianın predmeti üzrə ( yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələrinin əmrlərinin etibarsız hesab edilməsi) tədbirlərin görülməsi vəzifəsi nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh iddiaçının qaldırdığı iddiaya cavab verən inzibati orqan deyildir

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: -iddiaçının hüquqi maragı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun; -iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım emək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır - iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar Hazırda iddiaçı cavabdeh tərəfindən iddia tələbinin sözü gedən hissədə onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının iddia tələbinin sözü gedən hissəsində hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Məhkəmə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarışın verilməsi ilə əlaqədar reyestrə aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində aşağıdakıları qeyd edir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: - 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; - 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; - 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqununolub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həminiddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallardacavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. - 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. - 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi torpaq üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki sənədlərin alınmasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi üçüncü şəxsin adına verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarış üçüncü şəxsə hüquqmüəyyənedici sənədlər (Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmri) əsasında verilmişdir və həmin sənədlər qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarışın ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxsə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərinin ləğvinə nail olduğu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində X6 (H.Cavid küç., 4, ev 13) torpaq sahəsinin ayrılması barədə Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X18 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrinin etibarsız hesab edilməsi;Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində (H.Cavid küç., dalan 4,ev 13) iddiaçıya ayrılmış torpaq sahəsində X9 tərəfindən özbaşına və qanunsuz inşa edilmiş evə və iddiaçıya ayrılmış torpaq sahəsinə dair cavabdehin adına verilmiş **********02 daşınmaz əmlakın reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixli çıxarışın verilməsi ilə əlaqədar reyestrə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar