Məhkəmə qərarları › İş №2-1(112)-9112/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9112/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9112/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, İddiaçı 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, İddiaçı 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması və hərbi xidmətə bərpa olunan günədək ödənilməmiş əmək haqqının və digər ödənişlərin İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixdən etibarən leytenant kimi N saylı hərbi hissədə xidmətə başlamışdır. Ümumi təqvim ili 16 il 10 ay 17 gün və güzəştlə 8 il, ümumilikdə 25 ilə yaxın hərbi xidmət keçmişdir. 2023-cü ilin noyabr ayında analizləri verərək hərbi uçuş komissiyasından keçmiş, həmin ilin dekabr ayının 28də, yəni 38 gündən sonra onu MN-nin Hərbi Hospitalına çağıraraq, “işinin yaxşı olmadığını” bildirmişlər. Onu dinləmədən, birbaşa mətləbə keçərək analizlərdə narkotik vasitənin aşkar edildiyini deyərək, buna rəğmən ona köməklik etmək istədiklərini bildirmişlər. O, heç bir zaman narkotik vasitə istifadə etmədiyini və onun analizlərində narkotik vasitənin aşkar olunmasına təəccüb etmişdir. 2 gündən sonra, yəni 30 dekabr 2023-cü il tarixdə N saylı hərbi hissə komandirinin göndərişi ilə, yenidən analiz verilməsi üçün Maştağadakı “Respublika Narkoloji Mərkəz”ə göndərilmiş, alınan analizlər zamanı onda narkotik vasitənin aşkar edilmədiyi müəyyən edilmişdir. Elə həmin gün hərbi qulluqçudan əl çəkməyərək, yenidən qərəzli şəkildə hərbi hissəsinin həkimi və təhqiqatçı tərəfindən analiz verməsi üçün onu, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” nə göndərilmiş və orada ondan yenidən analiz götürülmüşdür. Lakin, həmin analizlərin cavabı ona təqdim edilməmişdir. Bundanda sonra ona qərəzli şəkildə heç bir əsas olmadan MN Hərbi Hospitalın göndərişi ilə Maştağadakı “Respublika Narkoloji Mərkəz”ə göndətdirib, ondan yenidən analiz vermələrini tələb etmişlər və hətta bu məqsədlə 12 fevral 2024- cü il tarixində məcburi şəkildə bir gün orada saxlatdıraraq, azadlığını məhdudlaşdırmışlar. Buna rəğməndə müayinə və analizlər nəticəsində yenədə iddiaçının bədənində narkotik maddə aşkar edilməmişdir. Onu yenidən, Maştağadan qayıdandan sonra səhərisi gün, 13 fevral 2024- cü il tarixdə həmin müəssiyəyə yenidən müayinə üçün göndərmişlər. Sonradan hərbi hissəyə qayıtdıqdan sonra ona barəsində araşdırma materiallarını məhkəməyə təqdim etdiklərini bildirmiş və məhkəmə iclasında iştirak etməyini demişlər. O, məhkəmədə iştirak edəndən sonra bilmişdir ki, onun barəsində inzibati xətaya dair iş başlanılmışdır. Nəhayət 17 aprel 2024-cü il tarixdə hərbi hissəyə xidmətə qayıtmış və bu zaman həmin hərbi hissənin məxfi hissəsinə çağırılmış və Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 098 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0211 t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0160 t xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0105t xx.xx.2013-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)” Yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin 0146t xx.xx.2018-ci il tarixli əmrinə əsasən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin 21 fevral 2022-ci il tarixli, 26 saylı əmrinə əsasən “Hərbi Hava Akademiyası”nın 100 illiyi” Yubiley medalı ilə təltif olunmuşdur. Ona aid “Xidmət vərəqəsi”ndə göstərdikləri öz əksini geniş formada tapmışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hərbi xidmətdən ehtiyata buraxılma hüquqları kobud şəkildə pozulmuşdur. Onun qan və sidiyində heç bir narkotik vasitə aşkar edilməmişdir. Onun “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmağının heç bir əsası olmamışdır və buna əsas ola biləcək heç bir intizam pozuntusuna da yolverilməmişdir. O, xidmət müddəti ərzində heç bir intizam cəzası almadığı, birdən-birə heç bir intizam pozuntusuna, nalayiq hərəkətə yol vermədiyi halda komandanlığın yanlış qərarı nəticəsində layiq olmadığı “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl olunmamış, kobud inzibati icraat pozuntularına yol verilmişdir ki, bununlada mübahisələndirilən əmr qanunaziddir və onun hüquqlarını pozur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavadeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-3698/2024 №-li yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavadeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 2007-2024-cü illərdə Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, 21 noyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 mayor İddiaçı götürülmüş qan və sidik nümunələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin Məhkəmə-kimya bölməsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin Məhkəmə-kimya şöbəsinə təqdim edilmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli 4197/K nömrəli akta və ekspert rəyinə əsasən mayor İddiaçı götürülmüş analizdən məhkəmə-kimyəvi tədqiqatın nəticəsində sidik nümunəsinin tərkibində 9-A-Tetra-hidro kannabinol adlı maddə aşkar olunmuşdur. Bu preparat çətənə bitkisindən alınan Marixuana, həşiş və həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin Məhkəmə-kimya şöbəsinin 22 yanvar 2024-cü il tarixli 179/K nömrəli ekspert rəyinə əsasən, mayor İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Aşkarlanan bu narkotik vasitə dövriyyəsi və qəbulu qadağan olunmuş narkotiklərin siyahısına daxildir. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbyacan Respublikası müdafiə nazirinin 05 aprel 2024-cü il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin müavini - şturman mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının yerinə yetirdiyi xidmətin xüsusiyyətlərini, silah və sursatlara buraxılışının olmasını, narkotik vasitələrin qəbuluna başqa şəxsləri cəlb etməsinin mümkünlüyünü və sair baş verə biləcək təhlükəli nəticələri nəzərə alaraq Müdafiə Nazirliyi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə inzibati akt qəbul etdmişdir. O, narkotik vasitənin qəbuledicisi kimi hərbi xidmətədə saxlanıla bilməzdi. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb olan ondan götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkaf edildiyi üçün hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoyması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (MN) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan;

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2023-cü il tarixli, 4197/K saylı maddi sübutların müayinəsi aktında göstərilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının rəisinin xx.xx.2023-cü il tarixli, 2073 №li təliqəsinə əsasən məhkəmə-kimyəvi tədqiqat aparılmışdır. İddiaçı götürülmüş sidik nümunəsinin immunofermentativ xətli test və nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqatına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^- Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Bu preparat Çətənə bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 73/K saylı maddi sübutun məhkəmə-kimyəvi ekspertizası barədə ekspert rəyində göstərilmişdir ki, N saylı hərbi hissəsinin təhqiqatçısı ədliyyə baş leytenantının xx.xx.2024-cü il tarixli, 02-24 №-li qərarına əsasən məhkəmə-kimyəvi ekspertizası aparılmışdır. İddiaçı sidik nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına dair tərtib edilmiş 4197/K saylı xx.xx.2023-cü il tarixli müayinə aktının qeydiyyatlarına əsaslanaraq, o nəticəyə gəlinmişdir ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində sidik nümunəsinin tərkibində 9-^-Tetra-hidro kannabinol adlı maddə aşkar olundu. Aşkarlanan bu preparat Çətənə (Cannabis) bitkisindən alınan marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəyə ünvalanmış xx.xx.2024-cü il tarixli, 246 №li məktubu təqdim edilmiş məhkəməkimyəvi tədqiqatına dair xx.xx.2024-cü il tarixli, 179/K saylı məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, İddiaçı götürülmüş qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. xx.xx.2024-cü il tarixli Söhbət vərəqəsindən (surətindən) müəyyən olunur ki, söhbət zamanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq xidmətdən ehtiyata buraxılmasına münasibətinin mənfi olduğunu, belə ki, qeyd olunan (ekspert rəylərində göstərilən) preparatların aludəçisi olmadığını bildirmiş və Azərbaycan Ordusunda qalıb xidmətinin davam etdirməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı birinci söhbətləşmədə yazdıqlarının nəzərə alınmasını xahiş etmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2024-cü il tarixli, № 0309 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin müavini - şturman mayor İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 3-1(093)-154/2024 saylı məktubu ilə təqdim edilmiş: Bakı Hərbi Məhkəməsinin 3-1(093)-154/2024 №li iş üzrə çıxartdığı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş “maddi sübutların ekspertizası”nınxx.xx.2024-cü il tarixli, 1988/K №li ekspert rəyində göstərilmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-1(093)-154/2024 saylı qərardadına əsasən məhkəmə-kimya ekspertizası aparılmış və Məhkəmə - kimyəvi ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2023-cü il tarixli 3910 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Məhkəmə- kimya şöbəsində xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatı nəticəsində qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məlikəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 13 6/K saylı ekspert aktında öz əksini tapmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Məhkəmə- kimya şöbəsinə məhkəmə-kimyəvi tədqiqat üçün təqdim edilmiş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatı nəticəsində qan nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri polkovnik Rəşad Nadirovun xx.xx.2024-cü il tarixli 15 №li məktubuna əsasən Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixdə İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Məhkəmə-kimya şöbəsinə təqdim edilməmişdir. Məhkəmə-kimyəvi tədqiqatın nəticəsi xx.xx.2024-cü il tarixli, 179/K saylı ekspert rəyində öz əksini tapmışdır.

Tətbiq edilən hüquq.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

1. bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.

163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi

Maddə. 372. Hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. Maddə 372-1. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər. Maddə 373. Tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. Tibbi yoxlamaya cəlb olunurlar: alayın (briqadanın) bütün şəxsi heyəti — qoruyucu peyvəndlər edilməzdən qabaq; işləri zərərli amillərin mümkün təsiri ilə əlaqədar olan hərbi qulluqçular — onlar üçün müəyyən vaxtlarda; yeməkxanalarda, ərzaq anbarlarında, su təchizatı obyektlərində, hamamlarda, camaşırxanalarda daimi işləyən şəxslər və sanitarlar — həftədə bir dəfə; yeməkxanalarda işləmək üçün təyin edilmiş əsgərlər — naryada getməzdən qabaq tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) tərəfindən; alaya (briqadaya) yeni gələn çavuşlar və əsgərlər, həmçinin ezamiyyətdən, məzuniyyətdən və tibb müəssisələrindən sağalıb qayıdanlar — alaya (briqadaya) gələn gün, bölmələrə göndərilməzdən qabaq. Tibbi yoxlama keçəndən sonra gələnlər zərurət olarsa, sanitar təmizlənmədən keçirilir, sonra öz bölmələrinə göndərilirlər, əgər lazım olarsa, tibbi müşahidə və müalicə üçün izolyatorlarda yerləşdirilirlər.

“Narkoloji xidmət və nəzarət haqqında” Qanun ... Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur; ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir; ... Maddə 10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

... Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd 1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Bənd 2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Bənd 3. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. Bənd 6. Tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-narkoloqun və ya həkimməsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olubolmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. ... Bənd 21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.

Məhkəmənin mövqeyi:

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 0309 №li əmrinin ləğv edilməsi, onun 843-cü Aviasiya bazası (N saylı hərbi hissə) 2-ci aviasiya eskadrilyası (Mİ-35M) komandirinin müavini-şturman vəzifəsinə bərpa olunması və hərbi xidmətə bərpa olunan günədək ödənilməmiş əmək haqqının və digər ödənişlərin ona ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin mövqeyinə görə, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd edir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrıayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir. Nəzərə alınmalıdır ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e) bəndinə uyğun olaraq hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılırlar. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçunun nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda hərbi qullquçunun xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. "Narkoloji xidmət və nəzarət haqqında" Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Hazırki iş üzrə iddiaçının tibbi yoxlamasının həkim-narkoloq tərəfindən həyata keçirilməsi, həkim-narkoloq tərəfindən rəy tərtib edilməsi, tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması, rəyin möhürlə təsdiq olunması barədə məhkəməyə sübut təqdim (rəy) edilmişdir. Belə ki, iddiaçı barəsində aparılan müayinə zamanı “kannabionid” narkotik maddəsi aşkar edilməsinə dair həm Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 müayinə aktı və ekspert rəyində həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5in ekspert rəyi mövcuddur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza vəX3” publik hüquqi şəxs tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd deyildir. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin İ. Peşə növlərinin və vəzifələrin siyahısında: 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının narkoloji yoxlaması hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan müddəaların tələblərinə əsasən keçirilmişdir. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən fərqli səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş analiz nəticələri qanunvericiliyin tələbləri baxımından tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. İddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq,məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” haqqında iddia tələbi təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar