Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9113/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxs X8 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X13 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onlara məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 16 nömrəli evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 16 nömrəli evin mülkiyyətçiləridirlər. Cavabdeh, X9 onlara məxsus mənzildə qeydiyyatdadır. Lakin cavabdeh X9 illərdir ki, qeydiyyatda olduğu iddiaçıların mülkiyyətlərində olan mənzildə yaşamır və onlar onun harada olmasını da bilmirlər. Çünki onlar X6 heç vaxt görməmiş, onun həmin mənzildən istifadə hüququ mövcud deyil. Məhkəməyə müraciət etməkdə məqsəd X2 onlara məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı3, X13, cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən evə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı3, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçılar İddiaçı1, İddiaçı2 izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak X15 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ev 1/4 pay hissəsi üzrə İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak X15 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ev 1/4 pay hissəsi üzrə İddiaçı2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak X15 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ev 1/4 pay hissəsi üzrə İddiaçı3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası Əmlak X15 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ev 1/4 pay hissəsi üzrə X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı3, xx.xx.1977-ci il təvəllüdlü X13, xx.xx.1963-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2008ci il təvəllüdlü X18, xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2010-cu il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı2 ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatdadırlar. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 073-25281/hd saylı imtina məktubundan görünür ki, iddiaçıların müraciətlərinə baxılmış, X2 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılmasınən səlahiyyətləri xaricində olduğu qeyd olunaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmələri bildirilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dir sənədlər, həmçinin İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********00-10301 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli məktubda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Hüseynzadə küçəsi, 16 saylı evin 1/4 hissəsinin X5, 1/4 hissəsinin İddiaçı3, 1/4 hissəsinin İddiaçı2, 1/4 hissəsinin İddiaçı1 adlarına qeydiyyatdan keçdiyi və hazırda onların mülkiyyətlərində olduğu bildirilmiş, həmçinin müvafiq çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 20 may 2021-ci il tarixli Şəhadətnamənin təsdiq olunmuş surətində aşağıdakılar qeyd edilmişdir: Mən, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.1999-ci ii tarixdə vəfat etmiş-X1 vər&səsi atası xx.xx.1991-ci il tarixdə vəfat etmiş X14 olan "ünvan 3 ünvanında qeydiyyatda olan nəvəsi X7r, (AZE 09S84952.Sabunçu RPİ, 05.07.2Q12).Ve o miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -AR ƏMDK YANİNDA DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X3 verilmiş **********00-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6, Yeni Qaydalarla:Az1039,Baki Şəhəri, Sabunçu Rayonu, Maştağa Qəsəbəsi, X16,100 ünvanında yerləşən ümumi sahəsi 42 kv/m olan fərdi yaşayış evindən və mülkiyyətində oian 0.1316 ha torpaq sahəsindən ibarətdir. Beləliklə işin hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 hər birinin ¼ hissə üzrə xüsusi mülkiyyətlərindədir. İş üzrə üçüncü şəxs X6 tanımırlar, hər hansı qohumluq əlaqələri yoxdur. İddiaçılar üçüncü şəxsin onlara məxsus evdən qeydiyyatdan çıxarılmalarını tələb edirlər ki, bu da həmin şəxsin onlara məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 23-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X8 iddiaçılara məxsus ünvan 6 ünvanında yaşamadığı halda həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçıların mülkiyyətçi kimi öz əmlakları üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, İddiaçıların iş üzrə üçüncü şəxs X4 ünvan 6 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbləri qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 mülkiyyətlərində olan ünvan 6 ünvanda qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-9113/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9113/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver