Məhkəmə qərarları › İş №2-1(112)-9115/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9115/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9115/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının və bu qərarların icraya yönəldilməsi barədə 25.08.2020-ci il tarixli, ********** №-li qərarının ləğv edilməsi, iddiaçıdan tələb olunan vergi borcu əsassız hesab edilərək silinməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddiaçıya 06.08.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək, müvafiq sübutların təqdim edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsini təklif etmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SS**********AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub və məhkəmənin sərəncamı (sərəncamda məhkəmə iclasının vaxtı barədə məlumat göstərilmişdir) İddiaçı 12.08.2021-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, hüquqi yardım haqqında məktub İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş və müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçıya 06.08.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək və məhkəmə iclasını 07.10.2021-ci il tarixə təyin edərək, müvafiq sübutların təqdim edilməsi üçün ona kifayət qədər şərait yaratmışdır. İş üzrə məhkəmə iclası 07.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasına dair vəsatətdə göstərilənləri müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının və bu qərarların icraya yönəldilməsi barədə 25.08.2020-ci il tarixli, ********** №-li qərarının ləğv edilməsi, iddiaçıdan tələb olunan vergi borcunun əsassız hesab edilərək silinməsi tələbinə dair iddia ərizəsi ilə 04.08.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üç hissədən ibarətdir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının ləğv edilməsi; - qərarların icraya yönəldilməsi barədə 25.08.2020-ci il tarixli, ********** №-li qərarının ləğv edilməsi; - iddiaçıdan tələb olunan vergi borcunun əsassız hesab edilərək silinməsi. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının ləğv edilməsi” hissəsi ilə bağlı bildirir ki, iddiaçı qeyd edilən tələblə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmənin sorğusuna cavab olaraq mübahisələndirilən qərarların təsdiq edilmiş surətini və həmin qərarların iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı barəsində “Vergilərin hesablanması barədə” 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlar qəbul etmişdir. İş materiallarında olan Elektron sənəd mübadiləsi haqqında 22.01.2018-ci il tarixli Müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə vergi orqanı arasında elektron sənəd mübadiləsi haqqında müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 22 fevral 2018-ci il tarixli, **********736000 №-li qərar 22.02.2018-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 27.02.2018-ci il tarixdə elektron qaydada oxunmuşdur. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 22 fevral 2018-ci il tarixli, **********738400 №-li qərar 22.02.2018-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 27.02.2018-ci il tarixdə elektron qaydada oxunmuşdur. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 22 fevral 2018-ci il tarixli, **********739100 №-li qərar 22.02.2018-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 27.02.2018-ci il tarixdə elektron qaydada oxunmuşdur. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 22 fevral 2018-ci il tarixli, **********741200 №-li qərar 22.02.2018-ci il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və iddiaçı tərəfindən 27.02.2018-ci il tarixdə elektron qaydada oxunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddiaya mübahisələndirmə (İPM-in 2.2.1-ci maddəsi) iddia növü kimi baxıldığından, iddiaçı mübahisələndirdiyi qərarların ləğv edilməsi ilə bağlı həmin qərarların mövcudluğundan məlumatlı olduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarında olan mübahisələndirilən qərarlardan görünür ki, həmin qərarlarda qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüquqları izah edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirilən qərarların məzmunundan 27.02.2018-ci il tarixdə məlumatlı olması, həmin qərarların ləğv edilməsi tələbinə dair müvafiq iddia ərizəsi ilə yalnız 04.08.2021-ci il tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Göründüyü kimi, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının ləğv edilməsi”nə dair iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “qərarların icraya yönəldilməsi barədə 25.08.2020-ci il tarixli, ********** №-li qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ********** №-li qərarın mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin tələbin icraya yönəldilməsi barədə qərarla bağlı aşağıdakıları qeyd edir. Sözügedən aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə)” ünsürü yoxdur və ünvanlandığı şəxs (şəxslər) üçün hər hansı hüquqi nəticələr yaratmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarında nəzərdə tutulmuşdur: “13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati aktkimi qəymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.” Göründüyü kimi, “Tələbin icraya yönəldilməsi haqqında” 201902********** nömrəli 25.08.2020-ci il tarixli qərar inzibati akt olmadığından, iddia həmin hissədə də, mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “iddiaçıdan tələb olunan vergi borcunun əsassız hesab edilərək silinməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə iddia tələbini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə müəyyən olunur ki, iddiaçının məqsədi vergilərin hesablanması barədə qərarların, yəni iddia tələbinin birinci hissəsində göstərilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlarının ləğv olunmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği 22 fevral 2018-ci il tarixli, **********736000 №-li, **********738400 №-li, **********739100 №-li və **********741200 №-li qərarlar əsasında yarandığından, iddiaçı isə həmin qərarları mübahisələndirmək üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi qeyd edilən hissədə də, mümkün sayılmamalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar