Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9115/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə qəbul edilmə və müvəqqəti mənzil kirayəsi üçün haqqın ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küç, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun mənzil növbəsinə götürülməsi vəzifəsinin və bu günə qədər kirayədə qalmağı ilə bağlı kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1970-cı ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2001-ci ildən xx.xx.2022-ci ilə kimi hərbi xidmətdə Müdafiə Nazirliyi Mərəkəzi X31 Tibb Məntəqə rəisi vəzifəsində çalışmışdır. 22 il qüsursuz hərbi xidmət etmişdir, ailəlidir, 3 övladı var. Hal-hazırda yaş həddiylə bağlı təqaüddədir. Təqaüddə olan hərbiçi kimi qeydiyyatda olduğu yaşayış yeri üzrə mənzil növbəsinə alınması ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022ci il 6-K-12-068 №li imtina məktubu ilə müraciətindən imtina edilmişdir. Onun qeydiyyatda olduğu ünvan çalışdığı Müdafiə Nazirliyinə məxsus olan X33 klubuna aiddir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 7 (yeddi) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. O, Müdafiə Nazirliyinə məxsus olan X33 klubuna 2019-cu ilin iyun ayından qeydiyyata düşmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə təqdim etdiyi 6-759 №-li, xx.xx.2022ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, vətəndaş İddiaçı ərizə ilə birlikdə RİH-ə təqdim etdiyi sənədləri araşdırılmışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil istismar Hissəsi 1 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 116 saylı Forma 2 arayışına əsasən müəyyən edilmişdir ki. İddiaçı Müdafiə Nazirliyinin Bakı Qarnizonu MİH-ə məxsus olan Bakı şəhəri, Parlament prospekti, 3 ünvanda iki nəfər ailə tərkibində özü və oğlu Sahib qeydiyyatdadır. İddiaçı arvadı X11, oğlu Sərxan və qızı Zərifə ilə birlikdə ünvan 2 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin və 1 nömrəli Mənzil İstismar sahəsinin Yasamal rayonu inzibati ərazisində yerləşdiyini nəzərə alaraq, iş üçün əhəmiyyət kəsb edən qeydiyyat ünvanı üzrə ərazi aidiyyətinin dəqiqləşdirilməsi barədə Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinə tərəflərindən sorğu göndərilmişdir. İddiaçı ərizəsi inzibatı icraat uzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması məqsədilə “İnzibatı İcraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq qaydada nəzarətdə saxlanılmaqla 30 gün uzadılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsindən alınmış xx.xx.2022-ci il tarixli, 620 saylı cavab məktubundan görünür ki, ünvan 3 ünvanı Bakı Qarnizonu Mənzil İstismar hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil İstismar sahəsinin ərazisində yerləşir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin və 1 nömrəli Mənzil İstismar sahəsinin Yasamal rayonu inzibatı ərazisində yerləşdiyinin bildirildiyini nəzərə alaraq, vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərin obyektiv və qanuni şəkildə araşdırılması və qanunamuvafiq qərar çıxarılması məqsədilə qaldırılmış məsələ ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Səbaıl Rayon Polis İdarəsinə məktubla müraciət olunmuşdur. Alınmış cavabdan asılı olaraq məsələyə münasibət bildiriləcəyi barədə vətəndaşa RİH-də qəbul edilən zaman məlumat verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olub-olmaması barədə DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən arayışı rayon icra kakimiyyətinə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə iş üzrə kifayət qədər araşdırmanın aparıldığı və lazimi sorğulara cavab məktublarının daxil olduğu üçün şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi mənzil növbəsinə qəbul edilmə və müvəqqəti mənzil kirayəsi üçün haqqın ödənilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun mənzil növbəsinə alınması və müvəqqəti mənzil kirayəsi üçün haqqın ödənilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinsı qanunsuz və əsassızdır. İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatdadır. Vİİ- ЖГ seriyalı xx.xx.2001-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1976-cı il təvəllüdlü X12 xx.xx.1997-ci ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında kat qeydləri kitabında 1997-ci ilin dekabr ayının 30-cu günündə 2744 № ilə qeyd olunmuşdur. Nikah bağlanandan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Vİİ- ЖГ seriyalı, 348495 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1981-ci ili iyun ayının 15-ci günündə 1326 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə ata qrafasında X2, ana qrafasında X9 qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 1328 №-li xx.xx.2022-ci il tarixli arayışında ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmadığı və mənzil növbəsində olmadığı qeyd olunmuşdur. “Asan 1” tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* və ******* №-li arayışlardada, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X13 Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında; xx.xx.2022-ci il tarixli ******* və ******* №-li arayışlarda isə xx.xx.2006-cı il təvəllüdlü X17, xx.xx.1976-cı il təvəllüdlü X14 və xx.xx.1999-cu il təvəllüdlü X10 ünvan 6 ünvanında qeydiyyatda olduqları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən 42 №li mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydə alınmışdır. Azərbaycan Kredit Bürosu tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı, X23, X15 və X5 verilmiş çıxarışlardan müəyyən olunur ki, İddiaçı aktiv öhdəliyi 170.00 manat, X18, X10 və X4 aktiv öhdəliklərinin mövcud olmadığı qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş K-05 №-li, xx.xx.2022-ci il tarixli arayışda ünvan 8 ünvanında qeydiyyatda olan vətəndaşlar X14, X21 və X6 Binəqədi rayonu, Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında mülkiyyətlərində və icarələrində torpaq sahəsi yoxdur. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş SBİTA65 və SBİTA65 №-li, xx.xx.2022-ci il tarixli arayışlarda İddiaçı Sərxan oğluna və X19 Səbail Bələdiyyəsinin ərazisində torpaq sahəsinin ayrılmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan müəyyən olunur ki, İddiaçı, X4, X10, X13 və X6 adına daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilmiş 41 №-li, xx.xx.2022-ci il tarixli arayışda Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olan, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Azərbaycan Respublikası Silahlə Qüvvələrində xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həqiqi hərbi xidmət keçdiyi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 01757 №li əmri ilə AO-dan ehtiyata buraxıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş vətəndaşın hərbi qeydiyyatda olmasına dair xx.xx.2022-ci il tarixdə çap olunmuş **********22 №-li Elektron arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Səbail rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-si 1 nömrəli Mənzil- İstismar sahəsinin 116 №-li, xx.xx.2022-ci il tarixli arayışında İddiaçı Bakı şəhəri, Parlament prospekti 3 ünvanında yaşadığı, özündən əlavə həmin ünvanda xx.xx.1999-cü il təvəllüdlü oğlu X13 qeydiyyatda olduğu qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 92 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 167 №-li xx.xx.2022-ci il tarixli arayışda X4 X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr., Adil Məmmədov küçəsi, 87 aylı evin 42 saylı mənzilində qeydiyyatda olduğu qeyd olunmuşdur. Mənzillərin, evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 11 ünvanında yerləşən sahəsi 47 kv. metr olan 3 otaqlı mənzili aylıq kirayə haqqı 450 manat müəyyən olunmaqla İddiaçı istifadəsinə (kirayəyə) vermişdir. Kirayə verilən sahənin istifadəsinə görə “Kirayə götürən” İddiaçı “kirayə verən” X1 aylıq 450 manat (dörd yüz əlli manat) kirayə haqqı ödəyir. İddiaçının iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh 6-K- 12-068 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sənədləri araşdırılmış və iş üçün əhəmiyyət kəsb edən qeydiyyat ünvanı üzrə ərazi aidiyyətinin dəqiqləşdirilməsi barədə Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil istismar hissəsinə tərəflərindən sorğu göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar hissəsindən alınmış cavab məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binasının yerləşdiyi ünvan 12 ünvanı Yasamal rayonu inzibati ərazisində yerləşən Bakı Qarnizonu Mənzil İstismar hissəsinin tabeliyində olan 1 nömrəli Mənzil İstismar sahəsinin ərazisində yerləşir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli qərarından müəyyən edilir ki, 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə iş materiallarından görünür ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında göstərilən əsaslar mövcuddur. Belə ki, iddiaçı qanunun tələblərinə əsasən mənzillə təmin olunmaq üçün 15 il xidmət keçməli olduğu halda, onun xidmət illəri 20 ildən artıq təşkil edir, həmçinin iddiaçı hərbi xidmətdən ehtiyata yaşa görə buraxılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mənzil növbəsinə götürülməsi və onun ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X14; oğlu xx.xx.1999-cu il təvəllüdlü X21, oğlu xx.xx.1999-cu il təvəllüdlü X23, qızı xx.xx.2006-cı il təvəllüdlü X17) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə həvalə olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi və onun ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X14; oğlu xx.xx.1999-cu il təvəllüdlü X21, oğlu xx.xx.1999-cu il təvəllüdlü X23, qızı xx.xx.2006-cı il təvəllüdlü X17) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9115/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9115/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver