Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9115/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər rədd edilmiş mühacirət işinin yenidən nəzərdən keçirilməsini xahiş edir. Əgər o, Pakistana deportasiya olunsa da, həyatı ciddi təhlükə altına düşəcək. Bütün ailəsi Pakistanda amansızcasına qətlə yetirilib və bununla bağlı, bütün müvafiq sənədləri və sübutları təqdim etmişdir. Bundan əlavə, onun yaxın dostu da, qətlə yetirilib və bu hadisə ilə bağlı da, sübutlar təqdim etmişdir. Son 31 ay ərzində Azərbaycanda yaşayır, vicdanla işləyir və cəmiyyətə müsbət töhvə verir. Qızı artıq iki ildir ki, Azərbaycan Respublikasında universitetdə təhsil alır və hazırda Azərbaycan Texniki Universitetində magistr dərəcəsi üzrə təhsilini davam etdirir. O, onun yeganə sağ qalan ailə üzvüdür və əgər onu məcburi göndərsələr, onun gələcəyindən çox narahatdır. Onun ailə üzvləri öldürülmüş və onların qatilləri onun bütün əmlakına sahib çıxıblar. O, bu barədə Pakistan Respublikasının hüquq-mühafizə orqalarına, polis idarələrinə rəsmi müraciətlər etmişdir. Buna baxmayaraq, onun vəziyyəti ilə bağlı heç bir tədbir görülməmişdir. Əgər o, deportasiya olunsa, həmin insanlar onu, da, öldürə bilərlər. Yalnız bir qızı sağ qalıb və o, onun yanında qalmaq, onu qorumaq istəyir. Məhkəmədən ona köməklik göstərilməsini və işinə yenidən baxılmasını xahiş edir. Hüquqşünası onun işini tam başa düşməkdə çətinlik çəkib, çünki, dil maneələri var və o, vacib sübutların kifayət qədər nəzərdən keçirilmədiyindən narahatdır. O, həqiqətən sadiq bir insandır və bütün lazımi sübutları təqdim etmişdir. Lakin, bir yanlış anlaşılma baş vermiş ola bilər. İşini dəstəkləmək üçün lazım olan hər hansı əlavə sənəd və ya sübut təqdim etməyə hazırdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsi ona məlumat vermişdir ki, onun mühacirət işinə məhkəmə tərəfindən ailəsinin qətli ilə bağlı sübutlar təqdim olunmazdan əvvəl baxılaraq rədd edilmişdir. Lakin, Ali Məhkəmə ona işini yenidən bütün müvafiq sübutlarla birlikdə təqdim etmək üçün imkan vermişdir. Bu səbəbdən də, xahiş edir ki, işinə yenidən baxılması üçün müraciətinə baxılsın və deportasiyasının qarşısı alınsın. Əgər o, deportasiya olunsa, onu öldürə bilərlər. Çünki, Pakistanda nə ailəsi, nə də, əmlakı qalıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdə ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətə cavabdedh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-01/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçı qərardan narazı qalaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-937/2024 saylı qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsiin qərarından narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-937/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilmsindən imtina edilməsi barədə qərarın ləğv edilməsii xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 652/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, DMX-nin xx.xx.2023-cü il tarixli, İQ-01/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsindən imtinası məhkəmə orqanlarında mübahisələndirilmiş və iddiaçının tələbi təmin edilməmişdir. Yuxarıda qeyd olunan qərardan başqa DMX tərəfindən iddiaçı barəsində hər hansı inzbati icraat aparılmamışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki: - İddiaçı xx.xx.2022-ci il tarixdə ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətə cavabdedh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-01/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. - İddiaçı qərardan narazı qalaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-937/2024 saylı qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsiin qərarından narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-937/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilmsindən imtina edilməsi barədə qərarın ləğv edilməsii xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 652/2025 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırki tələbinin hüquqi əsası ilə bağlı mövcud olan məhkəmə qərarı ilə qiymət verilmiş işin hallarından kənara çıxan hər hansı bir yeni hal, iddiaçı barəsində cavabdeh tərəfindən aparılmış başqa inzibati icraat müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9115/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9115/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver