Məhkəmə qərarları › İş №2-1(112)-912/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-912/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-912/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" Birgə Müəssisəsi, X1) qarşı “texniki pasportda göstərilən uyğunsuzluğun aradan qaldırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportda göstərilən uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Agentlik tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında qanunsuz tikililərin aşkar edilməsi ilə əlaqədar görülən tədbirlər zamanı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1739,4 kv.metr olan "xxxx" AA BM-nin mülkiyyətində olan qeyri yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa olunduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasporta əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektinin mülkiyyətçisi "xxxx" Azərbaycan-Amerika birgə müəssisəsidir. Tikili haqqında aşağıdakı məlumatlar vardır: mərtəbəliliyi - 1; ümumi sahəsi - 1739,4 kv.metr, əsas sahəsi - 1374,2 kv.metr, köməkçi sahəsi - 365.2 kv.metr. Obyektin (sahələrin) təyinatı - ümumi sahəsi 1336.2 kv.metr, ümumi köməkçi sahəsi 322.2 kv.metr, ümumi faydalı sahəsi isə 1658.4 kv.metr təşkil edən “İdarə”dir (cəmi sahə sonuncu qeyd edilən ölçülərlə eynidir). Torpaq sahəsinin təsnifatı aşağıdakı kimidir: ərazinin sənəd üzrə ümumi sahəsi - 11600.0 kv.metr, faktiki sahəsi - 11645 3 kv.metr, asfalt beton örtüklü sahə - 4596.1 kv.metr, yaşıllıq sahəsi - 5287.2 kv.metr, tikintialtı sahə - 1762.0 kv.metr. Həmin texniki pasportun "xüsusi qeydlər” hissəsində aşağıdakılar göstərilmişdir: “1) Əsas təyinatı istifadədə olunan müddətə (8934 nömrəli inşaat pasportu) kimi müvəqqəti olaraq Bakı şəhər İH-nin 69 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı və 93/285 saylı, 01,07.1993-cü il tarixli ayrıcı akta əsasən 1.16 ha. torpaq sahəsi ayrılıb. Faktiki istifadədə olan 1.165 ha. torpaq sahəsi mövcuddur. 2) DƏK-lə birgə tərtib edilmiş xx.xx.1999-cu il tarixli akta əsasən ərazi daxilindəki tikililər "AZEK” firmasının vəsaiti hesabına tikilib”. "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan”nının və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin söküntüsü ilə əlaqədar iddiaçı X1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan”nının və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar, ünvan 2 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri yaşayış və onun istifadəsində olan 116 sot torpaq sahəsinin dəyəri ödənilmədən dövlət ehtiyaclarına görə alındığı üçün kompensasiyanın dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması barədə qərar çıxarılmasını xahiş etmiş və müvafiq məhkəmə qərarına əsasən iddia qismən təmin edilmişdir. İddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportdakı ümumi sahəsi - 1739,4 kv metr göstərilsə də, Agentlik tərəfindən texniki hesablanmaya görə faktiki sahə 1639 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdeh quruma ərizə ilə müraciət edilsə də, cavab verilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportdakı göstəricilərlə faktiki göstəricilər arasında uyğunsuzluq var və məhkəmə müdaxiləsinə zərurət yaranmışdır.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Birgə Müəssisəsi və X1 üçüncü şəxslər qismində cəlb edilmişdir.

4. Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Primorski küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.1999-cu il tarixli 001784 nömrəli texniki pasportun və onun verilməsinə əsas olan sənədlərin surətinin təqdim edilməsi barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Primorski küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.1999-cu il tarixli 001784 nömrəli texniki pasportun tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.1999-cu il tarixli 001784 nömrəli texniki pasportun tərtib edilməsinə dair məlumat aşkar edilmişdir.

5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) ilə əvəz olunmuşdur.

6. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə (elektron məhkəmə sistemi vasitəsilə) müraciət edərək hazırki inzibati işin perspektivsizliyini nəzərə alaraq iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. İnzibati Prosessual Məcəllədən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

8. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilməli və iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi iddiaçıya izah edilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar