Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9120/2025 25.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24597312 saylı protokol əsasında dövlət büdcəsinə ödənilmiş 45 manat vəsaitin geri ödənilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarını cavabdeh vaxtında icra etmədiyinə görə və bunun nəticəsində çoxsaylı məhkəmə proseslərində iştirak etdiyimə görə, maddi ziyan üçün 700 ( yeddi yüz) manat, mənəvi ziyan üçün 1000 (bir min) manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə xanım Əlisoyun xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə DİN Baş Dövlət Yoll Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21878948 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsinə əlavə eilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən göndərilən məktubların Reyestrinin surətindən də göründüyü kimi, cavabdeh qurum 3(005)- 3595/2024 saylı qərarı rəsmi qaydada alıbdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmçinin, məhkəmə mübahisəsi davam etdiyindən, Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı DİN Baş DYPİ-nin rəisinə ünvanladığım 28 noyabr 2024-cü il və 29 noyabr 2024-cü il tarixli rəsmi müraciətlərimə isə bu günə qədər cavab verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarının qanuni qüvvəyə minməsinə baxmayaraq məhkəmə qərarı vaxtında icra edilməmişdir. Yəni inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21878948 saylı qərarı ilə barəmdə tətbiq edilmiş 40 manat məbləğində cərimə və 24 manat məbləğində dəbbə pulu MMX-nın sistemindən silinməmişdir. Buna görə də AR İXM-nin 529.3-cü maddəsi ilə DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokolu ilə barəmdə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-563/2025 saylı Qərarı ilə AR İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş İddiaçı hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məlikəmə qərarı ilə ləğv edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21878948 saylı qərarı ilə barəmdə tətbiq edilmiş 40 manat məbləğində cərimə və 24 manat məbləğində dəbbə pulu MMX-nın sistemindən silinmədiyinə görə, istifadəsində olan 10UC591 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə MMX tərəfindən məhdudiyyət qoyulduğundan, nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmədiyimə görə birinci dəfə xx.xx.2024-cü il tarixində EQ24597312 saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. (10% güzəştlə yəni 45 manat dövlət büdcəsinə ödənilibdir). Həmçinin, məhkəmə qərarı ilə ləğv edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, EQ 21878948 saylı qərar MMX-nın sistemindən silinmədiyinə görə, şəxsi istifadəsində olan 10UC591 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə MMX tərəfindən məhdudiyyət qoyulduğundan, ikinci dəfə xx.xx.2025-ci il tarixində şəxsi istifadəmdə olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Nizami rayonu Ə.Əliyev küçəsi - Q.QARAYEV prospektində hərəkətdə olan zaman nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyimə görə, EQ 25533475 saylı protokollarla Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşam. Bu qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyim şikayət, məhkəmənin 3(007)- 481/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və işə yenidən baxılması AR DİN Baş X5 İdarəsinə tapşırılmışdır. Üçüncü dəfə, xx.xx.2025-ci il tarixində EQ seriyalı 26219097 saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşam. Bu qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayət, məhkəmənin 3(007)-636/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmiş və Bakı şəhər DYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ seriyalı 26219097 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hal-hazırda, Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmədiyimə görə xx.xx.2025-ci il tarixində EQ 26720356 saylı protokollarla AR İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. İddiaçı bu qərardan da 03.04,.2025-ci il tarixində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. İddiaçı bu işlə bağlı dəfələrlə 902 qaynar xəttinə zəng etsə də, müsbət nəticə əldə edilməmişdir. 28 noyabr 2024-cü il və 29 noyabr 2024-cü il tarixlərində Baş DYPİ-nin inzibati binasında yerləşən 111, 108, 104 saylı xidməti otaqlarda və eyni zamanda MMXnın rəisi Elvin müəllimin qəbulunda olmuşdur. Qəbul zamanı DİN Baş Dövlət Yoll Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 21878948 saylı qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə ləğv edildiyindən texniki baxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Elvin müəllim bununla bağlı kömək edə bilməyəcəyini, texniki baxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün cərimənin ödənilməsini və bundan sonra həmin vəsaitin geri alınması üçün yenidən məhkəməyə müraciət etməyimi məsləhət bilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21878948 saylı qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(005)-3595/2024 saylı qərarı ilə ləğv edilmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq bu günə qədər məhkəmə qərarı icra edilməmişdir. Əksinə, mənə qarşı AR İXM-nin 529.3-cü maddəsi ilə DİN Baş DYPİ-nin xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokolu ilə barəmdə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə əsassız müraciət edilmişdir. Həmçinin məhkəmə qərarı vaxtında icra edilmədiyinə görə əsasız olara mənə istifadəmdə olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilmədiyimə görə AR İXM-nin 339.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində EQ 24597312, xx.xx.2025-ci il tarixində EQ 25533475, xx.xx.2025-ci il tarixində EQ 26219097 və xx.xx.2025-ci il tarixində EQ 26720356 saylı protokollarla cərimə olunmuşdur. (xx.xx.2024-cü il tarixli EQ 24597312 saylı protokol əsasında dövlət büdcəsinə 45 manat ödəniş edilibdir) Bununla bağlı 7 dəfə Zabrat qəsəbəsində yerləşən X2 rəis müavini Teyyub müəllimin şəxsən qəbulunda olmuşdur. Teyyub müəllim, məhdudiyyətin götürülməsinin onların səlahiyyəti xaricində olduğunu bildirmişdir. 14 fevral 2025-ci il tarixində DYP-nin 902 qaynar xətinə zəng etmişəm. Dəstəyi götürən polis mayoru Səbuhu Məmmədov ** UC *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərindən hələdə məhdudiyyətin götürülmədiyini bildirdi. DİN Baş Dövlət Yoll Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21878948 saylı qanunsuz qərarı əsasında 7 dəfə məhkəmə prossesində, 4 dəfə Baş X5 İdarəsində və 7 dəfə Zabrat qəsəbəsində yerləşən X1muşdur. Maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı, DİN Baş X5 İdarəsi tərəfindən ** UC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsinə qanunsuz məhdudiyyət qoyulduğu üçün xx.xx.2024-cü il tarixli EQ 24597312 saylı protokol əsasında dövlət büdcəsinə ödənilmiş 45 manat vəsaitin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarın vaxtında icra etdilmədiyinə görə isə maddi ziyan üçün 700 manat, mənəvi ziyan üçün 1000 manat vəsaitin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə isə rəsmi cavab verilməmişdir. Yuxarıda qeyd edilənlərdən və iddia ərizəsinə əlavə edilmiş sübutlardan da aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarı cavabdeh tərəfindən vaxtında icra edilmədiyinə gör, çoxsaylı məhkəmə proseslərində iştirak etməklə maddi ziyan çəkmiş, mənəvi sarsıntı və iztirab keçirmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
II. İddianın geri götürülmüş sayılması
4. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
6. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
9. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
17. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
18. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
19. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva