Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9125/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və va icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********011800 saylı, xx.xx.2023-cü il tarixli **********24980 saylı, xx.xx.2023-cü il tarixli **********328000 saylı və xx.xx.2023-cü il tarixli, **********828100 saylı qərarların ləğv edilməsi və vergi borclarının silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində vergi ödəyicisi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən heç bir yoxlama aparılmadan 08 dekabr 2022-ci il tarixli, **********011800 saylı qərarla 23.865,39 manat, 24 yanvar 2023-cü ıl tarixli, **********249800 saylı qərarla 12.238,77 manat, xx.xx.2023-cü ıl tarixli **********328000 saylı qərarla 27.744,03 manat və 16 mart 2023-cü ii tarixli, **********828100 saylı qərarla kameral vergi borcu hesablanmışdır. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********011800 saylı, xx.xx.2023-cü il tarixli, **********24980 saylı, xx.xx.2023-cü il tarixli, **********328000 saylı və 16 mart 2023-cü il tarixli, **********828100 saylı vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarlar əsassız olmaqla vergi qanunverciliyinin tələblərinə uyğun hesablanmamışdır. Belə ki, qərarlar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159, 71 və 161.1-ci maddəsinin tələblərinə cavab vermir və mövcud olmayan əməliyyatlar üzrə hesablanmışdır. 2022-ci ilin dekabr ayı üçün tərtib edilmiş ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması üçün zəruri olan məlumatları xx.xx.2023 tarixində **********972800 nömrəli məktubla iddiaçı tərəf izahatını və təsdiqedici sənədləri vergi orqanına təqdim etmişdir. Buna baxmayaraq xx.xx.2023 tarixində əlavə verginin hesablanması barədə **********328000 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəf bu hesablamanın qərəzli olduğunu hesab edir. Belə ki, nədənsə 2022-ci ilin oktyabr ayından başlayaraq hər ay üçün müəssisənin təqdim etdiyi ƏDV bəyannamələrinin yoxlanılması üçün yaranan sorğuları cavablandırdığını nəzərə almadan, müəssisə üçün əlavə ƏDV məbləğinin hesablanmasına qərar verilmişdir. Dəfələrlə şikayətlər etməsinə baxmayaraq şikayət və müraciətlərinə heç bir əhəməiyyət verilməmiş, təqdim etdikləri izahatlara və hesablamalarının təhlili heç kəs tərəfindən nəinki araşdırılmır, hətta daha da qərəzli mövqe tutaraq, sonrakı aylarda yenə də əlavə hesablamalar aparılmışdır. İddiaçı tərəf hesab edir ki, təqdim etdiyi izahatlar və sənədlər tam araşdırılsaydı, əlavə hesablanan məbləğlər geri qaytarılacaqdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Eyni zamanda işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, iddiaçının ünvanına hüquqi yardım məktubu göndərilərək ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə iddia tələbinin dəqiqləşdirilərək məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, aşağıda göstərilən səbəblərə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırkı iş üzrə cavabdeh ola bilməz və həmin iş üzrə cavabdeh kimi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə icraatına cəlb edilməlidir. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi qərarlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”-na əsasən Vergilər Nazirliyi yanında departamentlər (hazırda Baş İdarələr) ayrı-ayrılıqda inzibati orqan hesab edilir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd olunanları nəzərə alaraq hazırkı iş üzrə cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi olmadığından, cavabdehin əsl cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianı müdafiə edərək, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verərək iddianın düzgün cavabdehə qarşı yönəldilmədiyini bildirərək qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı barəsində "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və va icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********011800 saylı, xx.xx.2023-cü il tarixli **********24980 saylı, xx.xx.2023-cü il tarixli **********328000 saylı və xx.xx.2023-cü il tarixli, **********828100 saylı qərarların təsdiq edilmiş surətlərindən görünür ki, müvafiq qərarlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfidən qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 10 mart 2023-cü il tarixdə qəbul edilmiş inzibati şikayətin qismən təmin edilməsi haqqında **********354600 №-li qərarın surətindən görünür ki, hüquqi şəxs İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri qismən təmin edilərək Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********011800 nömrəli və xx.xx.2023-cü il tarixli **********328000 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmış, xx.xx.2023-cü il tarixli **********249800 nömrəli qərar 12238,77 manat hissədə azaldılmış, 6842,35 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Habelə, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə bu qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsində "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş hüquqi mövqeyin nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunan Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.3-cü bəndlər). Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də iddia tələbinin düzgün cavabdehə qarşı yönəldilməsidir. Hazırkı iddia ərizəsi isə qeyd olunan tələbə əməl edilmədən məhkəməyə təqdim edilmiş, bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş müddət ərzində çatışmazlıq aradan qalırılmamışdır. Belə ki, iddia tələbi üzrə cavabdeh qismində mübahisələndirilən qərarları qəbul etmiş inzibati orqan olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi deyil, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilmişdir. Beləliklə, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olmayan inzibati orqan olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin Plenum qərarındakı mövqeyə təkrar istinad edərək qeyd edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Həmin qərarın 8.3-cü bəndində göstərilir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının məqsədinə nail olmaq üçün Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-9125/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9125/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver