Məhkəmə qərarları › İş №2-1(112)-9133/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9133/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9133/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" ASC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət eədrək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra “Cavabdeh” adlanacaq) "xxxx" ASC barəsində **********151048 nömrəli xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlamasının nəticələri barədə akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" ASC məsuliyyətə cəlb edilmişdir. Belə ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********151033 saylı Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına əsasən Cəmiyyətimizdə növbədənkənar yoxlama aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2023-ci iltarixli **********151048 nömrəli Akt ilə rəsmiləşdirilmişdir. Həmin akt qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla tərtib edildiyindən tərəfimizdən aktın imzalanmasından imtina edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarı vergi orqanının rəhbəri tərəfindən qəbul edilmişdir. Bu da onu göstərir ki, Cəmiyyətimizə qarşı qərəzli mövqe tutulmuş, ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni Cəmiyyətimizdə 16 aydan artıq müddətdə səyyar vergi yoxlaması aparılmış və Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, vergi orqanının xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qaunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal formada hazırlanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, Cəmiyyət gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamaqla dövlət büdcəsinə vaxtında ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək Cəmiyyət tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır. Belə ki, Cəmiyyətin gəliri müəyyən edilərkən subpodrat xərcləri nəzərə alınmamış, Cəmiyyətin gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericiliyinə uyğun olmayaraq qeyri-obyektiv, reallıqdan kənar hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəliləri vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV-yə cəlb olunan dövriyyə üzrə məbləğlər nəzərə alınmış, lakin, həmin ay üzrə dəyəri ödənilmiş elektron qaimə və YGB-lər üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvedilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Daha sonra iddiaçının vəkili xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavəni məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı "xxxx" cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyİcisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasını xahiş etmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra “Cavabdeh" adlanacaq) xx.xx.2021-ci il tarixli **********151033 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən "xxxx" ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama sentyabr 2018-ci il - avqust 2021-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********151048 nömrəli 18.01,2023-cü il tarixli “Səyyar vergi yoxlaması AKTİ” haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 9 407 056.24 manat əlavə vergi hesablanılmış, 4 704 088.17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi tədiyyəsinin növü Dövr (il Əlavə VM Maliyyə üzrə) Hesablama Maddəsi sanksiyası Mənfəət vergisi 2018 0.00 58.1 0.00 Mənfəət vergisi 2019 1719491.79 58.1 859745.90 Mənfəət vergisi 2020 3211784.39 58.1 1605892.20 ƏDV 2018 1472.98 58.1 736.49 ƏDV . 2019 12228.53 58.1 6114.27 ƏDV 2020 3774852.09 58.1 1887426.05 ƏDV 2021 36084.80 58.1 18042.40 Torpaq vergisi 2019 12521.47 58.1 6260.74 Torpaq vergisi 2019 12521.47 58.1 6260.74 Torpaq vergisi 2020 12521.47 58.1 6260.74 Torpaq vergisi 2021 12588.69 58.1 6294.35 MDSS 2020 182371.77 58.1 91185.89 MDSS 2021 416986.07 58.1 208493.04 ÖMV 2018 185.04 58.1 92.52 ÖMV 2019 4089.62 58.1 2044.81 ÖMV 2020 3114.15 58.1 1557.08 ÖMV 2021 6763.38 58.1 3381.69 Vergi hesabatının və arayışın 2018 0.00 40.00 vaxtında verilməməsinə görə m/s Vergi hesabatının və arayışın 2019 0 00 80.00 vaxtında verilməməsinə görə m/s Vergi hesabatının və arayışın 2020 0.00 200.00 vaxtında verilməməsinə görə m/s Vergi hesabatının və arayışın 2021 0.00 240.00 vaxtında verilməməsinə görə m/s Cəmi 9 407 056.24 4 704 088.17 Qeyd olunan səyyar vergi yoxlaması aktı və onun nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb etmə barədə qərar çoxsaylı maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir İşin mahiyyəti barədə: 1 .Mənfəət vergisinin hesablanması barədə Bildiririk ki, 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan Vergi Məcəlləsinin 83.9-cu və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 2019-cu il üzrə 1 719 491.79 manat, 2020-ci il üzrə isə 3 211 784.39 manat mənfəət vergisi hesablanılmış və buna uyğun olaraq da 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 2018- ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 22 985 995.72 manat çıxılmalardan sonra ümumi gəlir(sət. 220), ümumi gəlirdən çıxılan xərclər 21 263 238.52 manat(sət: 236), vergiyə cəlb edilən mənfəət 1 722 757.20 manat(sət:237) müəyyən olunmuşdur. Dövr üzrə keçmiş illərin zərəri nəzərə alınmışdır SVY ilə isə dövriyyə 23 060 021.10 manat qeyd edilərək dövriyyə məbləği 74 025.38 manat artırılmışdır. Lakın bu artımın nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Daha sonra şərti rentabellik tətbiq edilərək 23 060 021.10 manat dövriyyə münasibətdə 3 843 336.85 manat mənfəət vergisi hesablanılmış və bu da 2013cü ilin zərəri ilə konpensasiya edilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərara əsasən təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən dövriyyə 20 605 391. 94 manat təsdiq edilərək, şərti rentabellik tətbiq edilmiş və əvvəlki illərdən qalan 3 434 231.99 manat zərər silinməklə mənfəət vergisi hesablanılmamışdır. Faktiki olaraq isə müəssisənin sənədlərlə təsdiq edilən 21 263 238.52 manat xərci mövcuddur (sət: 236), il üzrə müəssisənin özü tərəfindən 1 722 757.20 manat mənfəət(sət: 236) bəyan edilmiş və bu əvvəlki illərin zərəri ilə əvəzləşdirilmişdir. O cümlədən mənfəət vergisi bəyannaməsində 221.15-ci sətr( bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı xərclər 10 992 934.55 manat göstərilsə də, MCQ ilə təsdiq edilmiş bəyənnamədə bu xərclər əsassız olaraq 4 092 078.57 manat azaldılaraq 6 900 855.98 manat qeyd edilmişdir. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 87 096 017.74 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 10 412 523.07 manat artırılaraq 97 508 540.81 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına artırılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 84 980 695.82 manat olmaqla, 2 115 321.92 manat mənfəət bəyan olunmuşdur. Əvvəlki illərdən qalan 3 982 135.80 manat zərər nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixli kameral vergi yoxlamasına əsasən isə xərclər 81 413 351.21 manat müəyyən olunmaqla 340 106.15 manat mənfəət vergisi hesablanılmışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 1 722 778.45 manat mənfəət vergisi hesablanmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 1 719 491.79 manat qeyd edilmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 102 318 335.4 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 5 657 029.31 manat azaldılaraq 96 661 306.63 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına azaldılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 102 267 748.45 manat olmaqla, 50 587.49 manat mənfəət bəyan olunmuşdur. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 3 211 926.05 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 3 211 784.39 manat qeyd edilmişdir. Bildiririk ki, müəssisə tərəfindən mənfəət vergisi bəyannamələri VM-nin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodu ilə aparılmışdır. VM-nin 136.2-ci maddəsinə əsasən 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Qeyd edilməlidir ki, dövr ərzində gəlirin əldə edilməsi və xərclərin çəkilməsi ilə bağlı bütün müqavilələr, təhvil təslim aktları, forma 2 və forma 3-lər yoxlamaya təqdim edilsə də, gəlirin əldə olunması ilə bağlı hissədə qeyd olunan sənədlər nəzərə alınmış, lakin xərcin çəkilməsi ilə bağlı hissədə nəzərə alınmamışdır. Bu da qeyd olunan normanın tələblərinin kobud şəkildə pozulması deməkdir. Eyni zamanda səyyar vergi yoxlaması ilə 2018 və 2019-cu illər üzrə artırilan dövriyyənin hansı müqavilə və forma 2 lər üzrə artırılması əsaslandırılmamışdır. Halbuki, vergi orqanı müəyyən etdiyi dövriyyənin necə hesablandığını göstərməyə borcludur.Bu isə inzibati icraat haqqında Qanunun kobud şəkildə pozulmasıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 24.1-ci və 24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin İnzibati İcraat haqqında Qnunun 61- ci maddəsi “inzibati aktın əsaslandırılması” adlanır və həmin maddəyə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunanlarla bağlı olaraq bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələbindən də görünür ki, tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Səyyar vergi yoxlaması aktında tələb olunan sənədlərin verilməməsi və ya digər formada əldə oluna bilməməsi ilə bağlı heç bir qeyd mövcud deyildir və heç bir prosesual hərəkət aparılmamışdır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67 1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67 1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Hazırkı münasibətdə özünün yoxlama ilə yuxarıda qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. İddiaçı hesab edir ki, istinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı,şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır (xx.xx.2022-ci il tarixli İş № 2-1(102)- 2486/2022, saylı, 21 09.2022-cı il tarixli 2-1 (102)-1239/2022 saylı müvafiq qərarlar). Belə ki, işin hallarından görünür ki, vergi ödəyicisinin mənfəət vergisi bəyannaməsində öz əksini tapmış gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcuddur, müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənələrlə təsdigini tapir. Cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına ala bilən hər hansı sübut səyyar vergi yoxlaması aktında qeyd edilməmişdir. Bu baxımdan da 5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın hazırkı mübahisəyə münasibətdə tətbiqi üçün Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olmamışdır Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665.61 manat daxil olduğu halda vergi ödəyicisi tərəfindən ay üzrə ƏDV bəyənnaməsi təqdim edilməməklə 3 771 479.81 manat ƏDV azaldılmış və buna uyğun olaraq yoxlama tərəfindən ƏDV hesablanılmışdır. Lakin qeyd olunan ay üzrə müəssisənin elektron qaimə faktura əsasında subpodratçılara köçürmələri 10 802 068.08 manat əsas məbləğ, ƏDV məbləği isə 1 944 372.21 manat təşkil etmişdir. Səyyar vergi yoxlaması ilə qeyd olunan əvəzləşmə nəzərə alınmamışdır. Vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən "Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: - 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; - 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin qeyd olunan maddəsinin tələbləri kobud şəkildə pozularaq əvəzləşmə nəzərə alınmamışdır. MDSS üzrə: Səyyar vergi yoxlaması ilə MDSS üzrə şirkətimizə 2020-ci il üçün 182 371,77 manat, 2021- cı il üçün 416 986,07 manat vergi və müvafiq olaraq 2020-ci il üçün 91 185,89 manat, 2021 -ci il üçün 208 493,04 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, MDSS üzrə səyyar vergi yoxlaması aktına əlavə edilmiş cədvəldə səyyar vergi yoxlaması ilə MDSS üzrə 1 203 973,38 manat dövriyyənin olması qeyd edilmişdir. Lakin həmin dövriyyənin hardan formalaşması ilə bağlı hər hansı bir əsaslandırma və açıqlama verilməmişdir. Halbuki, vergi orqanı müəyyən etdiyi dövriyyənin necə hesablandığını göstərməyə borcludur. Belə ki, inzibati İcraat haqqında Qanunun 24.1-ci və 24.3-cü maddələrinə əsasən inzibati orqan inzibatı icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmçinin İnzibati İcraat haqqında Qnunun 61 -ci maddəsi “inzibatı aktın əsaslandırılması” adlanır və həmin maddəyə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və 6 ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Ödəmə mənbəyində vergi üzrə: Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 7 235 694.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun 4 730 232.00 manati təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VM-nin 123.1ci maddəsi əsas götürülməklə 14 152.19 manat ÖMV hesablanılmış, 50% məbləğində 7 076.10 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Vergi orqanı Mülki Məcəllənin 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır”. Hörmətli yoxlayıcılar nədənsə. MM-nin 739.2-ci maddəsinin 2-cümləsini oxuya bilməyiblər. Halbuki, MM-in 739-cu maddəsi məsələyə kompleks yanaşmayı tələb edir. Həmin hissədə qeyd olunur ki, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Göründüyü kimi, qanunvericilik kreditlərin verilməsi barədə müddəaları, yəni faizlər hesablanmasını borc müqaviləsinə o şərtlə tətbiq edir ki, borc verən müstəqil peşə fəaliyyəti şəklində bu fəaliyyətlə məşğul olsun. Mövcud halda isə vergi yoxlaması ilə təsisçilərin Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər olması sübuta yetirilmədən Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə təsisçilərin 141 521.9 manat faiz gəliri əldə etməsi qənaətinə gəlinmişdir. Halbuki, bank çıxarışlarında və digər sənədlərdə təsisçilərə qaytarılan borc məbləğinə görə hər hansı faizlər ödənilməsi barədə qeyd mövcud deyildir. Vergi orqanı isə şirkətimizi kredit təşkilatı hesab edərək qaytarılan vəsaitdən təsisçinin əlavə faiz aldığını iddia etmişdir Vergi orqanının məntiqi ilə məsələyə yanaşsaq onda gərək pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlamış bütün şəxslər borcun qaytarılması zamanı faiz ödəsin və borc verən tərəf mütləq qaydada kredit təşkilatı olsun. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. VM-nin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. İPM-in 14.1-cü maddəsinə əsasən “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. Qeyd olunanlara əsasən bildiririk ki, təsisçilər tərəfindən borc yalnız müəssisənin fəaliyyətinin təmin etmək məqsədi ilə MTK-ya verilmiş və gəlir əldə edildikdən sonra borc məbləğləri təsisçilərə geri qaytarılmışdır, burada hər hansı faiz gəliri ödənilməsi halı baş verməmiş, yoxlama ilə belə bir fakt və təsisçilərin peşəkar şəkildə kredit verən olması sübut edilməmişdir. Torpaq vergisi üzrə: Səyyar vergi yoxlaması aktında (səh: 29) qeyd edilmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinə məxsus olan 672.2 kv.m torpaq sahəsinə görə VM-nin 205 və 206-cı maddələrinə əsasən 37 631.63 manat əlavə torpaq vergisi hesablanılmış (2019-12 521.47 manat, 2020-21 521.47 manat, 2021- 12588.69 manat), 18 815.82 manat maliyyə sanksiya tətbiq edilmişdir. Bildiririk ki, qeyd olunan torpaq sahəsi ünvan 1 ünvanında yerləşir. VM-nin 206.3cü maddəsinə əsasən Məcəllənin 206.1-ci və 206 1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) - 10000 m2- dək olduqda-10 manat - 10000 m2- dən yuxarı olan hissə üçün-20 manat Qeyd olunan torpağın sahəsi 672.2 kv.m təşkil edir və VM-nin qeyd olunan maddələrinə əsasən illikm torpaq vergisi 67.2 manat olmalıdır. Vergi ödəyicisi tərəfindən isə qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi hesablanılaraq dövlət büdcəsinə illər üzrə ödənilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən əlavə hesablanılmış 37 631.63 manat əlavə torpaq vergisi əsaslandırılmamışdır. Prosesual pozuntular barədə: Yoxlama zamanı həmçinin ciddi prosesual pozuntulara da yol verilmişdir. Belə ki, səyayr vergi yoxlaması prosesində yoxlama vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə olmaqla 275 gün müvəqqəti dayandırılmış, cəmi 94 gün olmaqla 2 dəfə müddəti uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2021-ci İİ tarixli **********152310 saylı qərarına əsasən - səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə 3 iş günü sonra yəni xx.xx.2021- ci il tarixində geydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən 27.01 2022-ci il tarixindək 49 gün artırılmışdır. Lakin SVY aktına əsasən müddətin artırılması vaxtının 07 12.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə 5 gün sonra yəni xx.xx.2022- ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2022-ci İl tarixindən xx.xx.2022-ci il tarixindək 45 gün artırılmışdır. Lakin SVY aktına əsasən müddətin artırlması vaxtının xx.xx.2022-ci il tarixindən başlanılması müəyyən olunur. - SVY aktına əsasən müəyyən olunur ki, vergi orqanın xx.xx.2022-ci il tarixli **********153792 saylı qərarına əsasən yoxlama 34 gün müvəqqəti dayandırılmışdır. Lakin dayandı İma barədə qərar və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” vergi ödəyicisinə təqdim edilməmişdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci iİ tarixli **********154769 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 29 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a (KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********157022 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 34 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci İİ tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********158275 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-cl il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-cİ il tarixli **********161359 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********162680 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 24 iş günü artırılmışdır. Lakin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a(KY2********) əsasən müəyyən olunur ki, yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. - Müəyyən olunur ki, yoxlama müddətin uzadılmasından sonra xx.xx.2022-ci ildə başa çatdirilmalı idi. Lakin yoxlama başa çatıdırıldıqdan 4 gün sonra yəni xx.xx.2022-ci İİ tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti 9 subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Xüsusi olaraq qeyd edilməlidir kı, ‘sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.1-ci maddəsinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Burada kilid söz “yerlərə gəlməkdə” sayılır, yəni sözügedən qanunun tətbiq dairəsi məhz bununla bağlıdır. Göründüyü kimi bir çox hallarda, reyestrdə qeydiyyata alınmadan yoxlama tədbirləri keçirilmiş, o cümlədən yoxlama müddətinin artırılması və yoxlamanın dayandırılması barədə qərarlar qəbul edildikdən sonra yoxlamanın reyestdə qeydiyyata alınması üçün müraciətlər edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi (xx.xx.2023-cü il tarixli 2-1(102)-826/2023 saylı qərar. Sədrlik edən və məruzəçi hakim: Z.Quliyev) ilə də təsdiq olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunmuşdur ki, vergi orqanın xx.xx.2022-cı ıl tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar çıxarılmışdır. Vergi məcəlləsinin 44.1-cü maddəsinə əsasən: 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 4.6, Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7 4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. 45 4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. 45.5. Vergi ödəyicisı vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda. bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. Lakin yoxlama zamanı qəbul edilmiş yuxarıda qeyd olunan “Ekspertiza təyin edilməsi" haqqında və “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar vergi ödəyicisinə təqdim edilməmiş və bununla VM-nin 44 və 45-ci maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda yoxlama Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbi ilə 9 dəfə - 275 gün dayandırılmış və sonda həm ekspert, həm də mütəxəssis tərəfindən rəy verilməsindən imtina edilmişdir. Qeyd edilən maddəyə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə, mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. Dayandırma xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. xx.xx.2022-ci il tarixdə isə səyyar vergi yoxlaması başa çatmışdır. Ekspert isə xx.xx.2023-cü il tarixdə sənədlər tam təqdim olunmadığı səbəbindən rəy verməkdən imtina etmişdir. Halbuki, rəy verilməsi üçün bütün sənədlər (müəssisənin vergiyə cəlb edilən dövriyyəsi (ümumi gəliri) vergi orqanı tərəfindən verilmiş təqdim edilmiş, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, forma 2, forma 3, müqavilələr, bank hesablarından çıxarışlar, ƏDV depozit hesabından çıxarış və digər sənələr) təqdim edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması formal olaraq 275 gün dayandırılmışdır. Əgər bu müddət ərzində ekspert rəy versəydi bunu başa düşmək olardı. Həmçinin necə ola bilər ki, ekspert 1 il ərzində sənədlərin tam olmadığını tələb etməsin, 1 ildən sonra sənədlərin tam olmadığı səbəbindən rəy verməkdən imtina etsin. Bütün bunlar vergi orqanı ilə ekspertin sövdələşməsinin sübutudur. Bundan əlavə səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd edilmişdir ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırıldı. Lakin eyni tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı vergi orqanı 2-ci qərar qəbul etmişdir. Necə ola bilər ki, yoxlamanın başa çatması ilə eyni gün ekspertiza keçirilməsi barədə qərar qəbul edilir və ekspert xx.xx.2023-cü il tarixdə, yəni səyyar vergi yoxlaması aktı qəbul edilən tarixdə rəy verməkdən imtina edir. Belə bir sual yaranır ki, ekspert rəy versəydi necə olacaqdı? İddia tələbinin hüquqi əsasları. Hesab edirik ki, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin aşağıdakı maddələrinin tələbləri pozulmuşdur: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11.Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxan vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3 Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə 44. Ekspertiza 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. 44.6. Ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri. 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar. 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar: 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.14. Bu Məcəllənin 67 1-cİ maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir (bu maddə 3 dekabr 2021-ci il tarixli 406- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və xx.xx.2022-cl il tarixindən qüvvəyə mindiyindən mövcud səyyar vergi yoxlamasına tətbiq edilə bilməz). 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. 110.1. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublıkası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. 110.3. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcim müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1 Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən “inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur". 24 2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsanamənin: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9133/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaya dair yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cü maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı qərarına əsasən "xxxx" ASC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2023-cü il tarixli **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakı faktlar aşkar edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq təmir-tikinti və satış fəaliyyətləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və baza məlumatlarına, elektron qaimə fakturalar, forma 2-lər, yük gömrük bəyannamələrinə (ixrac) əsasən 2020ci ilin dekabr ayında bank hesabına 20.952.665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3.771.479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.898.334,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli **********652200 nömrəli məktubla 2020ci il üzrə əvəzləşdirilməli ƏDV cədvəli təqdim edilsə də, həmin mal (iş və xidmətlərin) hansı layihələr üzrə istifadə edilmişdiryi, gəlirin əldə edilməsi ilə bağlı xərclər olması barədə hər hansı sənəd (məlumat, izahat) təqdim edilməmişdir. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66.819,49 (ƏDV-siz) manat, “UNİVERSAL SALES AND SERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1.524,75 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 2366,68 manat (ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37.291,24 manat (ƏDVsiz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, həmin xərclər üzrə ümumilikdə 19.440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmamışdır. Eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9.300 manat (ƏDV-siz) qaimə ləğv olduğu üçün əvəzləşmə nəzərə alınmamışdır, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4.233,67 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25.400,0 manat (ƏDV- siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63.450,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63.450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20.872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmamışdır, 2021 -ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1.724,80 manat əvəzinə 10.122,85 manat ƏDV əvəzləşdirilmişdir, buna görə də 8.398,05 manat artıq əvəzləşmə nəzərə alınmamışdır. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə yoxlama ilə ümumilikdə 3.820.190,65 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.910.095,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamənin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövrü üzrə kameral vergi yoxlaması üzrə aparılmış hesablamalar aparılan səyyar vergi yoxlaması nəticəsində vergi orqanının uçot baza məlumatları, təqdim edilmiş sənədlər, bank hesablarından çıxarışlar və digər təsdiqedici sənədlər əsasında təsdiqini tapmışdır. Mənfəət vergisi üzrə: yoxlama ilə 2018ci, 2019-cu və 2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunur. Müəssisə tərəfindən gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir (hesablama cədvəli yoxlama materiallarına əlavə edilir). Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edilmişdiryi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edilmişdiryi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMCnin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 22.985.995,72 manat, ümumi gəlirdən çıxılan xərclər 21.263.238,52 manat göstərilmiş, 1.722.757,20 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 5.704.893,0 manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 20.605.391,94 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri əsasında (20 605 391,94 /100+20 x 20= 3 434 231,99) hesablanmış 3.434.231,99 manat mənfəətdən keçmiş illərin zərəri (2013-cü il) olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 87.096.017,74 manat, ümumi gəlirdən çıxılan xərclər 81.413.351,21 manat göstərilmiş, 5.682.666,53 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 3.982.135,80 manat nəzərə alınmaqla, 340.106,15 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 97.409.940,81 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında (97.409.940,81/100+20 x 20=16.234.990,13) hesablanmış 16.234.990,13 manat mənfəətdən keçmiş illərin zərəri (2016-cı il) 5.937.000,45 manat nəzərə alınmaqla 2.059.597,94 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1.719.491,79 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2019-cu il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 859.745,90 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 102.318.335,94 manat, ümumi gəlirdən çıxılan xərclər 102.267.748,45 manat göstərilmiş, vergiyə cəlb olunan 50.587,49 manat (102.318.335,94 – 102.267.748,45) mənfəətdən 10.117,50 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 96.657.056,63 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında (96.657.056,63/100+20 x 20= 16.109.509,44) hesablanmış 16.109.509,44 manat mənfəətdən 3.221.901,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.211.784,39 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2020-ci il üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1.605.892,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrində göstərilmiş müsbət məzənnə fərqləri səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığı üçün azaldılmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə: yoxlama zamanı “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsinə əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə ümumilikdə 599.357,84 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********948200 nömrəli məktubdakı əmək haqqı cədvəlləri vergi orqanında olan məlumatlarla müqayisə edilmişdirkdə 2020-ci ilin 3-cü rübü üzrə 123.813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58.558,22 manat və 2021-ci ilin 1-ci rübü üzrə 164.306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252.680,0 manat kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299.678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edisin. Torpaq vergisi üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2021-ci il üzrə torpaq vergisinin hesablanmadığı və aidiyyəti üzrə ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə, o cümlədən vergi ödəyicisinin əvvəlki illərdə təqdim etdiyi bəyannamə məlumatlarına, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus torpaq sahəsinə görə Vergi Məcəlləsinin 205 və 206-cı maddələrinə əsasən 2019-cu il, 2020-ci il və 2021-ci il üzrə ümumilikdə 37.631,63 manat əlavə vergi hesablanmışdır. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18.815,82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, 2021-ci ilin torpaq vergisi bəyannaməsinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, 2021-ci ilin iyun, iyul və avqust aylarının mədən vergisi bəyannamələrinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 120,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: yoxlama ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Ödəmə mənbəyində vergilər üzrə 3-cü rüb 2018-ci il tarixdən 2ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1 -ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2018-xx.xx.2021) 7.235.694,0 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 4.730.232,0 manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrıayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 14.152,19 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 14.152,19 manat vergi məbləğinin 50% miqdarında 7.076,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2019-cu ilin 1-ci və 2-ci rübləri istisna olmaqla, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 3-cü və 4-cü rübləri, 2020-ci ilin 1-ci rübündən 2021 -ci ilin 2-ci rübünə qədər olan dövrlərin “Ödəmə mənbəyində tutulan vergi” bəyannamələri vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamələrin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 360,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd olunan dəlil ilə bağlı bildiririk ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” vergi ödəyicisinə təqdim edilməklə yoxlama xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Vergi Məcəlləsinin 2022-ci il redaksiyasına əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)-06/20 nömrəli, 19 mart 2020-ci il tarixli (Hakim: Sevda Hüseynova) qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrıayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlil ilə bağlı bildiririk ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” haqqında qərar VM-nin 49-cu maddəsinin tələbləri gözlənilməklə 7 səhifədən ibarət tərtib olunmuşdur. Məsuliyyət qərarına nəzər yetirsək əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibatı aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edir. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır.” Qeyd olunanlara əlavə olaraq bildririk ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)- 510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən hüquqi mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar üzrə hesablamaların əsasları səyyar vergi yoxlaması aktında ətraflı öz əksini tapır. Formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın əsaslandırılmaması barədə dəlili əsaslı deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

1. Cavabdehin **********169240 nömrəli xx.xx.2023-cü il tarixli məsuliyyətə cəlb qərarı

2. İddiaçının nizamnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı

3. Səyyar vergi yoxlaması təyin olunması barədə qərarın surəti

4. Səyyar vergi yoxlaması barədə akt

5. Məktublar

6. 2013-2020-ci illər üzrə mənfəət vergisi bəyannəmələrinin surəti

7. Yoxlama zamanı qəbul edilmiş müddət uzatma və yoxlamanın dayandırılması qərarlarının və reyestrdən çıxarışların surətləri

8. Bank hesablarından çıxarışlar (kağız və elektron formada)

9. Bank qarantiyaları və ödənilmiş faizlərlə bağlı çıxarışlar (kağız və elektron formada)

10. Torpaq sahəsinə dair çıxarışın surəti

11. İdxal əməliyyatları barədə məlumatlar(kağız və elektron formada)

12. İxrac əməliyyatları barədə məlumatlar(kağız və elektron formada)

13. Dayanma və müddət uzatma barədə qərarların surətləri, Ədliyyə nazirliyinin reyestrindən çıxarışların surətləri

14. "xxxx" MMC-nin rəy verməkdən imtina məktubu

15. "xxxx" MMC-nin rəy verməkdən imtina məktubu

16. 2013-2020-ci illər üzrə mənfəət vergisi bəyənnamələrinin surətləri(cari, kameral və svy üzrə)

17. Vergi orqanına yazilmiş məktubların surətləri

18. "xxxx" MMC və “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatına verilmiş əmlakların siyahsı

19. ƏDV depozit hesabından çıxarış-xx.xx.2018-xx.xx.2021(kağız və elektron formada)

20. 2018-2021-ci illər üzrə Elektron qaimə fakturaların siyahisi(elektron formada)

21. 2018-2021-ci illər üzrə əmək haqqı cədvəlləri(elektron formada)

22. Forma 2 və Forma 3-lər (kağız və elektron formada)

23. 2020-ci il üzrə əvəzləşməyə təqdim edilmiş elektron qaimə fakturaların siyahısı (kağız və elektron formada)

24. 1 ədəd USB daşıyıcı (hesablamaya əsas verən elektron fayllar-iddiaçı tərəfindən təqdim edilib)

25. Dövriyyə cədvəlləri

26. Sənədlərin qismən təqdim edilməsi barədə akt

27. Hesablamaya əsas verən sənədlər(elektron formada-cavabdeh tərəfindən təqdim edilib)

27. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert Rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddianın mümükün sayılmaması barədə xx.xx.2023-cü il tarixli **********384000 saylı vəsatət təqdim edilmişdir. Vəsatətlə bildirilmişdir ki, məsuliyyətə cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli **********169240 saylı qərar qəbul edilərək xx.xx.2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş və qərar xx.xx.2023-cü il tarixində oxunmuşdur. Vəsatətdə qeyd edilmişdir ki, elektron qaydada iddiaçı xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə oxunmasına baxmayaraq, xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. İddiaçı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosesual müddət ötürülmüşdür. İddiaçı tərəfindən, cavabdeh vergi orqanının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli vəsatətinə etiraz təqdim edilərək, bildirilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********169240 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş və xx.xx.2023-cü il tarixədək şikayət üzrə hər hansı bir qərar qəbul edilməmişdir. Buna görə də İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən iddia müddətinin axımı həmin tarixdən dayandırılmış hesab olunur. İPM-in 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Məhkəmə tərəfindən iddianın mümkünsüz sayılması barədə vəsatət əsassız sayılmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli **********169240 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə, məsuliyyətə cəlb etmə haqqında” qərarı vergi orqanı tərəfindən iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə göndərilmiş və iddiaçı tərəfindən məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati aktdan müvafiq qaydada şikayət verildiyindən və şikayət üzrə qərar rəsmi qaydada iddiaçıya təqdim edilmədiyindən iddia müddətinin axımı dayandırılmışdır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151033 nömrəli Qərarı ilə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (VÖEN **********) Vergi Məcəlləsinin 38.35-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: sentyabr 2018-avqust 2021) vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi xx.xx.2023-ci il tarixli **********151048 nömrəli akt ilə rəsmiləşdirilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli **********151084 nömrəli Tələbnamə verilmiş, Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2018-ci il, 2019-cu il və 2020-ci il Mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Daha sonra qeyd olunan akt əsasında “**********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar

Vergi tədiyyəsinin növü Dövr Əlavə sanksiyası VM (il üzrə) Hesablama Maddəsi Mənfəət vergisi 2018 0.00 58.1 0.00 Mənfəət vergisi 2019 1719491.79 58.1 859745.90 Mənfəət vergisi 2020 3211784.39 58.1 1605892.20 ƏDV 2018 1472.98 58.1 736.49 ƏDV 2019 12228.53 58.1 6114.27 ƏDV 2020 3774852.09 58.1 1887426.05 ƏDV 2021 36084.80 58.1 18042.40 Torpaq vergisi 2019 12521.47 58.1 6260.74 Torpaq vergisi 2020 12521.47 58.1 6260.74 Torpaq vergisi 2021 12588.69 58.1 6294.35 MDSS 2020 182371.77 58.1 91185.89 MDSS 2021 416986.07 58.1 208493.04 ÖMV 2018 185.04 58.1 92.52 ÖMV 2019 4089.62 58.1 2044.81 ÖMV 2020 3114.15 58.1 1557.08 ÖMV 2021 6763.38 58.1 3381.69 Vergi hesabatının və 2018 0.00 40.00 arayışın vaxtında verilməməsinə görə m/s Vergi hesabatının və 2019 0.00 80.00 arayışın vaxtında verilməməsinə görə m/s Vergi hesabatının və 2020 0.00 200.00 qə arayışın vaxtında bul verilməməsinə görə m/s edil Vergi hesabatının və 2021 0.00 240.00 miş arayışın vaxtında dir. verilməməsinə görə Qe m/s yd Cəmi 9 407 4 704 088.17 olu 056.24 nan qərar ilə vergi ödəyicisinə aşağıdakı vergilər və maliyyə sanksiyası tətbiq edilmişdir.

İş materiallarından görünür ki, "xxxx" ASC xx.xx.2006-cı il tarixdə ********** saylı şəhadətnamə ilə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Yoxlama dövründə təmir tikinti fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Cəmiyyət lisenziya tələb edən və qanunverciliklə qadağan edilmiş hər hansı fəaliyyət növü ilə məşğul olmamışdır. Səyyar vergi yoxlaması aktı tərtib olunarkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Eyni zamanda iş materiallarında olan sənədllərdən görünür ki, vergi orqanı tərəfindən aparılan yoxlamanın prosessual qanun pozuntusu ilə aparılmışdır. Belə ki, Cəmiyyətdə 16 aydan artıq müddətdə səyyar vergi yoxlaması aparılmış və Vergi Məcəlləsinin tələbləri kobud surətdə pozulmıışdur. Məhkəmə işin hallarının obyektiv araşdırılmasını təmin etmək məqsədilə, cavabdeh vergi orqanına xx.xx.2023-cü il tarixli sorğu məktubu ünvanlayaraq səyyar vergi yoxlaması aktına əsasən torpaq vergisi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi siğorta haqları bəyannaməsi üzrə vergilərin hesablanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023cü il tarixli “Sənədlərin təqdim edilməsinə dair” məktub ünvanlayaraq tələb edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən təqdim edilmiş sənədlər vergilərin hesablanmasına əsas olmuş sənədlər deyil, səyyar vergi yoxlaması aktının surətləridir. İş materialları və işin halları ilə müəyyən edilir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı "Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı və 38-ci maddələrini əsas tutaraq, "xxxx" ASC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2018- Avqust 2021-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********151048 nömrəli xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlaması aktı" haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 9.407.056,24 manat əlavə vergi hesablanılmış, 4.704.088,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********151048 nömrəli “Səyyar vergi yoxlaması” Aktının surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinın xx.xx.2021-ci il tarixli **********151033 saylı qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X5 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə (yol vergisi - 2018-2020, torpaq vergisi - 2019-2021, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) - 1-ci rüb 2020-2ci rüb 2021, sadələşdirilmiş vergi - 3-cü rüb 2018-2-ci rüb 2021, mədən vergisi – sentyabr 2018-avqust 2021, MDSS-muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) – 3-cü rüb 2019-4-cü rüb 2019, muzdla işləyənləri işə götürən sığortaedənlər - 3-cü rüb 2019-4-cü rüb 2019, mənfəət vergisi – 2018-2020, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi – 2018-2019, ödəmə mənbəyində tutulan vergi - 3-cü rüb 2018-2-ci rüb 2021, əmlak vergisi – 2018-2020, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) - 4-cü rüb 2018-2-ci rüb 2019, aksiz vergisi – sentyabr 2018-avqust 2021, əlavə dəyər vergisi sentyabr 2018-avqust 2021, MDSS-işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) – 4-cü rüb 2018-2-ci rüb 2019) Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Aktdan görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatmışdır. İş materiallarında olan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinın “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan, “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********168500 nömrəli Tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" xx.xx.2023-ci ıl tarixli **********169240-saylı qərar əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmiş, faiz məbləğləri müəyyən edilmişdir: a) Əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları – 9.407.056,24 Azərbaycan manatı 0.00 ABŞ dolları; b) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları – 4.704.088,17 Azərbaycan manatı 0.00 ABŞ dolları; c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış faizlər - 0.00 Azərbaycan manatı 0.00 ABŞ dolları. Büdcəyə ödənilməli olan cəmi məbləğ ********.41 Azərbaycan manatı və 0.00 ABŞ dolları təşkil etmişdir. Büdcəyə ödənilməli olan ********.41 Azərbaycan manatı və 0.00 ABŞ dolları vəsait 5 gün müddətinə yerli xəzinə orqanlarının hesablarına ödənilməsi göstərilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətin surətindən görünür ki, iddiaçı ASC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına müraciət edilərək, Səyyar vergi yoxlaması Aktı və vergi məsuliyyətinə cəlbetmə qərarı ləğv edilməsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 80-ci maddəsinə əsasən verilmiş şikayətin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan “İnzibati şikayət üzrə icraata xitam vermə haqqında” xx.xx.2023-cü il tarixli **********205600 nömrəli qərarın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023-cü il tarixli inzibati şikayət üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, "Akkord STİK” ASC-nin hal-hazırda 2 obyekti mövcuddur. Belə ki, bunlar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 224 (obyekt kodu **********-15002) və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, mənzil 31 (obyekt kodu **********-18002) ünvanda yerləşən obyektlərdən ibarətdir. Digər obyektlər hal-hazırda "xxxx" ASC-nin balansında deyildir. "xxxx" ASC-nin balansında mövcud olmayan obyektlərin bir hissəsi xx.xx.2015-ci il "xxxx" MMC-nin nizamnamə kapitalına yönəldilmiş, digər hissəsi isə məhkəmə qətnaməsinə əsasən “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX seriyalı, ******* saylı) çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.06722 ha torpaq sahəsində yerləşən 9 mərtəbəli qeyriyaşayış binası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, "Akkord STİK” ASC tərəfindən 2012-ci il tarixədək Bakı şəhəri və Abşeron rayonu ərazilərində yaşayış kompleksləri inşa edilmişdir. Qeyd edilən yaşayış komplekslərində olan yaşayış sahələri xx.xx.2013-cü il tarixədək alıcılara təqdim edilmişdir. Qeyri-yaşayış sahələri isə Azərbaycan Beynəlxalq Bank ASC-nə olan borclara görə məhkəmənin qərarı ilə “Aqrarkredit” Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. Hal-hazırda "xxxx" ASC-nin adında olan qeyri-yaşayış sahəsi ünvan 1 ünvanında yerləşir. İş materiallarından görünür ki, aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211686432 nömrəli Çıxarışa əsasən qeydiyyata alınmış və keçirilmə əsası olaraq, (yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: "xxxx" Açıq Səhmdar Cəmiyyətində yoxlamanın müddəti (başlama, sona çatma tarixi):xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021; yoxlamanın növü: növbədənkənar səyyar vergi yoxlaması; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanının əldə etdiyimənbəyi bəlli olan hər hansıməlumat əsasındavergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, maddə 38.3.5) vergi qanunvericiliyinə əməl olunması göstərilmişdir. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2021-ci il tarixli **********152310 nömrəli qərarın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211686432 nömrəli Çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair aparılmış növbədənkənar səyyar vergi yoxlaması: - xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (34 gün müddətinə)- dayandırılma əsası: vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı ; - 26.02.2022 tarixdən xx.xx.2022 tarixədək (29 gün müddətinə)- dayandırılma əsası: vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı; - xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (32 gün müddətinə)- vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması – xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (34 gün müddətinə)- vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması – xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (31 gün müddətinə)- vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması – xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (31 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022 tarixdən xx.xx.2022 tarixədək (28 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 saylı çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyinə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (31 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 nömrəli çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (24 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211686432 nömrəli çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2018-xx.xx.2021-ci illlər üzrə (yoxlanılan dövr) vergi qanunvericiliyə əməl olunmasına dair növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (24 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekpertiza keçirilməsi ilə bağlı olaraq dayandırılmış və yoxlamanın müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (45 gün) müddətinə yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslim ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması ilə bağlı olaraq artırılmışdır. İş materiallarında olan, ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********153644 nömrəli qərarın surətindən görünür ki, satılmış daşınan və daşınmaz əmlakların real bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsi X4 ekspert dəvət edilmiş, ekspert(lər) qarşısında xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə satılmış daşınan və daşınmaz əmlakların real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. İş materiallarında olan, "xxxx" MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən satılmış daşınan və daşınmaz əmlakların real bazar qiymətlərinin müəyyənləşdirilməsi iş həcminin çox olması ilə bağlı olaraq rəy verilməsi mümkün olmamışdır. İş materiallarında olan, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********165484 nömrəli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-ni mütəxəssis kimi dəvət edilməsi və mütəxəssis qarşısında xx.xx.2020xx.xx.2021-ci il tarixədək olan dövr üzrə real asfalt hasilatından dövriyyəni müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. İş materiallarında olan, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********165483 nömrəli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-ni mütəxəssis kimi dəvət edilməsi və mütəxəssis qarşısında xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə satılmış asfaltın 1 tonunun real bazar qiymətinin müəyyənləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası "xxxx" MMC Konsaltinq və qiymətləndirmə Şirkəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" qiymətləndirmə şirkətinin mütəxəssisləri və ekspertləri qarşısında "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə satılmış asfaltın 1 tonunun real bazar qiymətinin müəyyənləşdirilməsi sualları qoyulmuş, lakin mütəxəssis və ekspert araşdırması zamanı nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə səyyar vergi yoxlamalarının keçirilməsinin dayandırılması və müddət uzatmaya dair vergi orqanının qərarları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan sənədlərlə də müəyyən edilir ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********152310 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 3 iş günü sonra yəni xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixindək 49 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırılması vaxtının xx.xx.2021-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********163518 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 30 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə 5 gün sonra yəni xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış və yoxlamanın müddəti xx.xx.2022ci il tarixindən xx.xx.2022-ci il tarixindək 45 gün artırılmışdır. SVY aktına əsasən müddətin artırlması vaxtının xx.xx.2022-ci il tarixindən başlanılması müəyyən olunur. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********154769 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 29 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********157022 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 34 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********158275 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********161359 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 31 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********162680 saylı qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi 24 iş günü artırılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” (KY2********) yoxlama reyestrdə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdir. Müəyyən olunur ki, yoxlama müddətin uzadılmasından sonra xx.xx.2022-ci ildə başa çatdırılmalı idi. Lakin yoxlama başa çatıdırıldıqdan 4 gün sonra, yəni xx.xx.2022-ci il tarixində aktın tərtibi müddətinin uzadılması barədə **********165610 saylı qərar qəbul edilmişdir. Həmin qərar vergi ödəyicisinə təqdim edilməmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (VM-nin 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları dəqiq göstərməmiş, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə hər hansı sübut təqdim etməmiş, yoxlamanın qanuniliyini əsaslandırmamış və diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq vahid məlumat reyestrinə daxil edilməmişdir, halbuki əsasnamənin 1.4-cü bəndinə görə qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətindəolan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin “Əsasnamə”nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnızReyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadanaparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Xüsusi olaraq qeyd edilməlidir ki, “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə görə bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Burada kilid söz “yerlərə gəlməkdə” sayılır, yəni sözügedən qanunun tətbiq dairəsi məhz bununla bağlıdır. Göründüyü kimi bir çox hallarda, reyestrdə qeydiyyata alınmadan yoxlama tədbirləri keçirilmiş, o cümlədən yoxlama müddətinin artırılması və yoxlamanın dayandırılması barədə qərarlar qəbul edildikdən sonra yoxlamanın reyestdə qeydiyyata alınması üçün müraciətlər edilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış təcrübəsi (xx.xx.2023-cü il tarixli 2-1(102)-826/2023 saylı qərar) ilə də təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, vergi orqanın xx.xx.2022-ci il tarixli **********165483 və xx.xx.2022-ci il tarixli **********153644 saylı “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar” lar çıxarılmışdır. Xüsusilə qeyd edilməlidir ki, qeyd olunan qərarların vergi ödəyicisinə təqdim edilməsi cavabdeh tərəfindən sübut olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 44.6-ci maddəsinə əsasən ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. 44.7. Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: 44.7.1. ekspertə etiraz etmək; 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək; 44.7.5. ekspertin rəyi ilə tanış olmaq. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi Məcəlləsinin 44 və 45-ci maddələrinin tələbləri də vergi orqanı tərəfindən pozulmuşdur. Vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi (VM-nin 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır) yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də VM-nin 38.7.3-cü maddəsində təsbit edildiyi kimi vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılmasıdır. Hazırkı iş üzrə cavabdeh vergi orqanı tərəfindən öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının müddəti 9 dəfə (274 gün) dayandırılmış, 2 dəfə (94 gün) uzadılmış, 1 dəfə isə 30 iş günü müddətinə aktın tərtibi müddəti uzadılmışdır. Dayandırmanın əsası kimi mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi göstərilmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmaya səbəb olmuş halları aradan qaldırmamışdır (VM-nin 38.7.3cü maddəsi). Belə ki, mübahisələndirilən qərar üzrə əlavə verginin hesablanması zamanı mütəxəssis və ekspert rəyinə istinad edilməmiş, ümumiyyətlə mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Dayanma və müddət uzatma barədə qərarlar qəbul edilərkən bir çox hallarda Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, yoxlamanın 9 dəfə eyni əsaslarla dayandırılması inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və qəsdən prosesin yubadılmasına şərait yaratmışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsində “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirilməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və obyektiv həqiqətə nail olunması kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.3-cü maddəyə istinadən yoxlamanı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, bu halın obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Göründüyü kimi, yoxlamanın başa çatma tarixi Səyyar vergi yoxlaması aktında xx.xx.2022-ci il göstərilsə də, sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarışlarda isə yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il olaraq qeyd edilmiş, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış və vergi ödəyicisinin məsuliyyətə cəlb etmə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan əlavə səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd edilmişdir ki, yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırıldı. Lakin eyni tarixdə ekspertizanın təyin edilməsi ilə bağlı vergi orqanı 2-ci qərar qəbul etmiş, xx.xx.2022-ci ildə isə aktın tərtibi müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli **********165483 “Ekspertiza təyin edilməsi” haqqında və xx.xx.2022-ci il tarixli **********165484 saylı “Mütəxəssis dəvət edilməsi haqqında qərar”lar formal olaraq aktın tərtibi müddətinin uzadılmasını pərdələmək məqsədi daşımışdır. Belə ki, ekspert və mütəxəssis xx.xx.2023-cü il tarixdə, yəni səyyar vergi yoxlaması aktı qəbul edilən tarixdə rəy verməkdən imtina edilməsi barədə yoxlayıcı orqana məktubla müraciət etmiş, həmin gün də səyyar vergi yoxlaması aktı tərtib olunaraq imzalanmışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında qərarda vergi yoxlamasi ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özününü müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafıq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin, vergi orqanının xx.xx.2023-cü il tarixli **********169240 nömrəli vergi məsuliyyətinə cəlbetmə qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq çox səthi və formal olaraq hazırlanmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan Vergi Məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, Cəmiyyət gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamaqla dövlət büdcəsinə vaxtında ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı iddia edilərək Cəmiyyət tərəfindən işlərin görülməsi zamanı subpodrat xərcləri tamamilə nəzərə alınmamışdır. Belə ki, Cəmiyyətin gəliri müəyyən edilərkən subpodrat xərcləri nəzərə alınmamış və Cəmiyyətin gəliri süni şəkildə şişirdilmişdir. Nəticədə mənfəət vergisi vergi qanunvericilıyinə uyğun olmayaraq qeyriobyektiv, reallıqdan kənar hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanlarının vəzəfiləri vergi ödəyicilərinın hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Bundan başqa 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində ƏDV-yə cəlb olunan dövriyyə üzrə məbləğlər nəzərə alınmış, lakin, həmin av üzrə dəyəri ödənilmiş elektron qaimə və YGB-lər üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergisi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, cavabdeh yoxlayıcı orqanın Vergi Məcəlləsinin 67.1-67.9-cu maddələrinə uyğun olaraq vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək üçün kifayət qədər məlumat bazası (elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, idxal-ixrac əməliyyatları barədə yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarış, bank hesablarından çıxarışlar, podrat və subpodrat müqavilələri, cəmiyyət tərəfində görülmüş işlərə üzrə təhvil-təslim aktları, Forma 2 və Forma 3-lər, əvvəlki illərin illərin gəlir və zərərini əks etdirən mənfəət vergisi bəyənanmələri və s) mövcud olduğu halda həmin sənəd və məlumatlardan vergi ödəyicisinin gəlirinin müəyyən olunması məqsədləri üçün istifadə edilsə də, xərclərinə münasibətdə qeyd olunan sənədlər nəzərə alınmamışdır. Cavabdeh yoxlayıcı orqanın bu cür birtərəfli mövqe sərgiləməsi, vergitutmanın ədalətli olması prinsipinə xidmət etmir. Belə ki, 2018-ci il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 22 985 995.72 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220), ümumi gəlirdən çıxılan xərclər 21 263 238.52 manat(sət: 236), vergiyə cəlb edilən mənfəət 1 722 757.20 manat (sət:237) müəyyən olunmuşdur. Dövr üzrə keçmiş illərin zərəri nəzərə alınmışdır. SVY ilə isə dövriyyə 23 060 021.10 manat qeyd edilərək dövriyyə məbləği 74 025.38 manat artırılmışdır. Lakin bu artımın nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Daha sonra şərti rentabellik tətbiq edilərək 23 060 021.10 manat dövriyyə münasibətdə 3 843 336.85 manat mənfəət vergisi hesablanılmış və bu da 2013-cü ilin zərəri ilə kompensasiya edilmişdir. Lakin məsuliyyətə cəlb edilmə barədə qərara əsasən təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsinə əsasən dövriyyə svy aktına nisbətdə azaldılaraq 20 605 391. 94 manat təsdiq edilərək, şərti rentabellik tətbiq edilmiş və əvvəlki illərdən qalan 3 434 231.99 manat zərər silinməklə mənfəət vergisi hesablanılmamışdır. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 20 392 124.45 manat dəyərində elektron vergi hesab fakturası, 1 176 812.48 manat elektron qaimə faktura, 24 ədəd yük gömrük bəyənanmələri əsasında isə 2 002 494.499 manat dəyərində isə mal, iş və xidmətlər əldə etmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri(əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş illərin zərərləri və s.) mövcud olmuşdur. 2019-cu il üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 87 096 017.74 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 10 412 523.07 manat artırılaraq 97 508 540.81 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, dövriyyənin artımı 2019-cu il ərzində cavabdeh tərəfindən müvəqqəti ixrac rejimində ixrac edilmiş və 3 il ərzində ölkəyə geri qaytarılmış texnika və avadanlıqların daimi ixrac rejiminə keçirilərək, satış kimi qiymətləndirilməsi olmuşdur. Lakin yoxlama zamanı alış qiyməti dövriyyə kimi hesablansa da, alınmasına sərf olunmuş məbləğlər xərc kimi nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması aktına və Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 84 980 695.82 manat olmaqla, 2 115 321.92 manat mənfəət bəyan olunmuşdur. Əvvəlki illərdən qalan 3 982 135.80 manat zərər nəzərə alınmışdır. xx.xx.2020-ci il tarixli kameral vergi yoxlamasına əsasən isə xərclər 81 413 351.21 manat müəyyən olunmaqla 340 106.15 manat mənfəət vergisi hesablanılmışdır. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 1 722 778.45 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 1 719 491.79 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 61 369 225.35 manat dəyərində elektron vergi hesab fakturası, 3 633 952.59 manat elektron qaimə faktura, 54 yük gömrük bəyənnaməsi əsasında isə 7 424 872.96 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri (əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş ilərin zərərləri və s.) mövcud olmuşdur. 2020-ci ilin mənfəət vergisi üzrə müəyyən olunmuşdur ki, mənfəət vergisi bəyənnaməsində vergi ödəyicisi tərəfindən 102 318 335.4 manat çıxılmalardan sonra ümumi gəlir(sət: 220) müəyyən olunmuşdur ki, svy ilə isə bu rəqəm 5 657 029.31 manat azaldılaraq 96 661 306.63 manat müəyyən olunmuşdur. Lakin dövriyyənin kokret olaraq nəyin hesabına azaldılması əsaslandırılmamışdır. Müəssisənin özü tərəfindən bəyan olunmuş və rəsmi sənədlərlə təsdiq edilən xərcləri 102 267 748.45 manat olmaqla, 50 587.49 manat mənfəət bəyan olunmuşdur. Lakin yoxlama ilə rəsmi sənədlərlə təsdiq olunan xərclər nəzərə alınmadan şərti rentabellik prinsipi tətbiq edilərək əlavə olaraq səyyar vergi yoxlaması akıtna əsasən 3 211 926.05 manat mənfəət vergisi hesablanılmışdır, məsuliyyət cəlb edilmə barədə qərarda isə hesablanılmış vergi məbləği 3 211 784.39 manat qeyd edilmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********326300 saylı məktubuna əsasən vergi ödəyicisinə təqdim edilmiş siyahıya əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən il ərzində 87 285 872.67 manat elektron qaimə faktura, 135 yük gömrük bəyənnaməsi əsasında 6 041 784.95 manat dəyərində mal, iş və xidmətlər əldə edilmişdir. Eyni zamanda bunlara bağlı olmayan digər xərcləri(əmək haqqı, məcburi dövlət sosial sığorta haqları, bank xidməti xərcləri, amartizasya ayırmaları, təmir xərcləri, keçmiş ilərin zərərləri və s.) mövcud olmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, müəssisənin 2013-cü il üzrə 3 843 336.85 manat zərəri mövcud olmuşdur, 2016-cı ilin mənfəət vergisi bəyənnaməsi üzrə isə 5 937 000.45 manat zərər məbləği mövcud olmuşdur və bu hal səyyar vergi yoxlaması aktı təsdiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Akta əsasən bank hesablarında çıxarışlar, podrat və subpodrat müqavilələri, dövriyyə cədvəlləri, cəmiyyət tərəfindən görülmüş işlər üzrə təhvil-təslim aktları (forma 2 və forma 3-lər), direktorun və baş mühasibin əmrləri və s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda məhkəmə xüsusilə hesab edir ki, cəmiyyətin gəlir və xərclərinin müəyyən olunması üçün elektron vergi hesab fakturası, elektron qaimə faktura, yük gömrük bəyənnamələri, ƏDV depozit hesabından çıxarışlar barədə məlumatlar vergi orqanının elektron informasiya sistemində mövcuddur, bank hesablarında çıxarışları isə online rejimdə bankların əldə olunması üçün texniki imkan yaradılmışdır. Həmçinin müəssisənin qarşılıqlı əməliyyatlarının həcmi barədə məlumatların da vergi orqanının elektron informasiya sistemindən online rejimdə əldə olunması imkanı mövcuddur. Göründüyü kimi gəlir və xərclərin müəyyən olunması üçün cavabden inzibatı orqanın əlində kifayət qədər geniş informasiya resursu mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən VM-nin 67.1-67.9-cu maddələrində göstərilən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması aparılmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş materialları ilə müəyyən olunur ki, 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665.61 manat daxil olduğu halda vergi ödəyicisi tərəfindən ay üzrə ƏDV bəyənnaməsi təqdim edilməməklə 3 771 479.81 manat ƏDV azaldılmış və buna uyğun olaraq yoxlama tərəfindən ƏDV hesablanılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ay ərzində daxil olmuş pul vəsaitinə görə ƏDV hesablansa da, ƏDV üzrə əvəzləşmələr nəzərə alınmamış və bu hal səyyar vergi yoxlaması aktında əsaslandırılmamışdır. Qeyd olunan əvəzləşmələrin nəzərə alınmaması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə mülahizədə ƏDV əvəzləşmələrinin nəzərə alınmaması səbəbi kimi “vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməməsi” göstərilmişdir. VM-nin 175-ci maddəsinə əsasən “Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir. Xüsusi ilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin heç bir maddəsində ƏDV əvəzləşmələrinin “material silgi aktları” əsasında aparılması ilə bağlı və onlar əsasında hər hansı bir əlaqənin mövcud olması ilə bağlı heç bir qeyd mövcud deyildir. Qanunvercilik ƏDV-nin əvəzləşdirilməsini qadağan edən halların konkret dairəsini müəyyənləşdirmişdir(175.3-sosial xarakterli xərclər, 175.6- ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınması və dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınması, 175.9- qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatlar, 175.11-riskli vergi ödəyiciləri ilə əməliyyatlar və 175.12 - 3 il müddətinə kənd təsərrüfatı məhsulları). Həmçinin məhkəmə araşdırması zamanı Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, qida xərcləri üzrə ümumilikdə 19440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmaması, 20872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmaması, 2021 -ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1724,80 manat əvəzinə 10 122,85 manat ƏDV əvəzləşdirilməsi, buna görə də 8398,05 manat artıq əvəzləşmə nəzərə alınmaması müəyyən olunmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 7 235 694.00 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun 4 730 232.00 manati təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VM-nin 123.1-ci maddəsi əsas götürülməklə 14 152.19 manat ÖMV hesablanılmış, 50% məbləğində 7 076.10 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir(Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-9133/2023 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim olunmuş suallar tam olaraq nəzərə alınmaqla ekspertizaya təqdim edilmişdir. Ekspert tətqiqat obyekti hər iki tərəfin təqdim etdiyi sənədlər əsasında 10 cilddə təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert Rəyi məhkəmə araşdırmasına təqdim edilmişdir. Ekspret rəyinin 1-ci sual üzrə ("xxxx" ASC-nin sentyabr 2018 - avqust 2021-ci illər üzrə ƏDV dövriyyəsi, əvəzləşdirilməli məbləğləri və büdcəyə ödənilməli ƏDV məbləğinin müəyyən olunması) müəyyən olunmuşdur ki, sentyabr 2018-avqust 2021-ci illər üzrə cəmiyyətin ƏDV dövriyyəsi 224,674,595.08 manat, büdcəyə ödənilməli ƏDV məbləği 40,441,427.11 manat, əvəzləşdirilməli ƏDV məbləği 30,805,984.98 manat (ygb- 2,265,331.5 manat, e-vhf və e-qf -28,540,653.48 manat), bütün dövrlər üzrə büdcəyə ödənilməli ƏDV məbləği 13,367,287.35 manat, büdcədən geri qaytarılmalı ƏDV məbləği isə 3,731,845.22 manat təşkil etmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən ümumilikdə dövlət büdcəsinə 9,837,487.00 manat (2018-ci il - 1,487,328.78 manat, 2019-cu il -5,231,000.00 manat, 2020-cu il -2,338,308.22 manat, 2021-ci il - 780,850.00 manat) ƏDV ödənilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və ƏDV depozit hesabı məlumatlarına əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20 952 665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3 771 479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda ƏDV və bank əməliyyatlarının təhlili nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin dekabr ayı üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyənnaməsi təqdim edilməməklə 114 elektron qaimə faktura üzrə əsas məbləği 19 341 801.58 manat, ƏDV məbləği 3 481 524.21 manat olmaqla elektron qaimə faktura təqdim etmiş, əsas və ƏDV məbləği ödənilmiş 11 436 567, 38 manat əsas məbləğ, 2 058 582.13 manat ƏDV məbləği əvəzləşdirilməmiş, səyyar vergi yoxlaması aktı ilə isə büdcəyə öhdəlik yaradan ƏDV məbləği hesablansa da, qeyd olunan ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********1375 saylı yük gümrük bəyənnaməsi üzrə - 6247.04 manat, xx.xx.2020-ci il tarixli **********1407 saylı yük gömrük bəyənnaməsi üzrə - 6247.04 manat, xx.xx.2020-ci il tarixli **********4162 saylı yük gömrük bəyənnaməsi üzrə - 5 905.65 manat, xx.xx.2020-ci il tarixli **********4187 saylı yük gömrük bəyənnaməsi üzrə - 5 796.41 manat, xx.xx.2020-ci il tarixli **********6951 saylı yük gömrük bəyənnaməsi üzrə - 24 535.8 manat, xx.xx.2020-ci il tarixli **********4693 saylı yük gömrük bəyənnaməsi üzrə - 23.4 manat olmaqla cəmi 48 731.94 manat məbləğ əvəzləşdirilməmiş, səyyar vergi yoxlaması aktı ilə də əvəzşlədirilmə bərpa edilməmişdir. Beləliklə 2020-ci ilin dekabr ayı üzrə büdcəyə dövriyyə yaradan ƏDV məbləği 3 771 479,81 manat manat, əvəzləşdirilməli ƏDV məbləği 2 107 314.07 manat olmaqla, büdcəyə ödənilməli ƏDV məbləği 1 664 165.74 manat təşkil edir. Ekspert rəyi ilə, səyyar vergi yoxlaması aktına əsasən yazılmış "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66 819,49 ƏDV-siz) manat, “UNİVERSAL SALES AND SERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1524,75 manat ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 2366,68 manat ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37 291,24 manat (ƏDVsiz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq 19 440,40 manat ƏDV-nin əvəzləşməyə salındığı, eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9 300 manat (ƏDV-siz) qaimə əvəzləşməyə salındıqdan sonra ləğv olunmuş, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat ƏDV-siz) , "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4233,67 manat ƏDVsiz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25400,0 manat (ƏDV-siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20 872,40 manat ƏDV təkrar əvəzləşdirilməsi, **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1724,80 manat əvəzinə 10122.85 manat olmaqla 8 398.05 manat ƏDV artıq əvəzləşdirilməsi təsdiq olunmuşdur. Beləliklə ekspert rəyi ilə Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə, yoxlama tərəfindən nəzərə alınmamış 2 107 314.07 manat ƏDV məbləği nəzərə alınmaqla, ümumilikdə 1 712 876.59 manat ƏDV azaldılması və azaldılan ƏDV məbləğinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 856 438.29 manat maliyyə sanksiyası tətbiq edilməli olması bildirilmişdir. Ekspert rəyinin ikinci sual üzrə (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-nin 2018-ci il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunması) ekspert rəyində bildirilmişdir ki, cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-VHF və E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən olunmuşdur ki, il ərzində E-VHF-lar əsasında 3419 adda 20 298 696.43 manat dəyərində, 333 ədəd E-QF-lar əsasında isə 1 140 609.64 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1 Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 1 433 907.16 manat 221.2 Sosial sığorta haqları- 314 799.52 221.13 Bank xidməti üzrə xərclər- 587 154.58

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 4 693 324.56

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 498 295.53

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 44 446.31 Beləliklə 2018-ci il ərzində cəmiyyətin cəmi gəlirləri 20 605 391.94 manat(sətr: 220), ümumi gəlirdən çıxılan xərcləri isə (sətr: 236) 30 754 454.33 manat təşkil etməklə, il üzrə 10 149 062.39 manat zərəri (sətr: 238) mövcud olmuşdur. Ekspert rəyinin üçüncü sual üzrə ("xxxx" ASC-nin 2019-cu il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunsun)- Ekspertiza tətqiqatı nəticəsində müəyyən olunmuşdur ki, müəssisənin özünün bəyan etdiyi dövriyyə məbləği 87 096 017,74 manat təşkil etmişdir. Lakin yoxlama əsasında təsdiq edilmiş mənfəət vergisi bəyənnaməsi ilə dövriyyə 97 409 940.81 manat qeyd edilmişdir. Yoxlama ilə dövr ərzində müəssisə tərəfində müvəqqəti ixrac rejimində ixrac olunmuş və 3 il ərzində geri qaytarilmamış 10 313 923.07 manat dəyərində texnika və avadanlıqlar dövriyyə kimi qiymətləndirilmişdir. Ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, müəssisə tərəfindən müvəqqəti ixrac rejimində Qazağıstan və Gürcüstan Respublikalarında ixrac olunmuş 10 313 923.07 manat dəyərində texnika və avadanlıqlar 3 il ərzində ölkəyə geri qaytarilmadığınan daimi ixrac rejiminə keçirilmişdir, bu səbəbdən də təqdim etmə kimi qiymətləndirilərək müəssisənin dövriyyəsi artırılmışdır. Lakin həmin malların idxal zamanı ödənilmiş dəyəri xərc kimi nəzərə alınmamışdır. Müəyyən olunmuşdur ki, 2019-cu il ərzində cəmiyyət tərəfindən 7 159 085.155 manat dəyərində maşın və avadanlıqlar idxal edilmişdir. Həmin malların 1 982 295.59 dəyərində olan hissəsi mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsində əsas vəsaitlərin dəyərinin artırılmasına aid edilmişdir. İxrac olunmuş 5 176 789.56 manat dəyərində olan hissəsi isə nə vergi ödəyicisinin özü nə də səyyar vergi yoxlaması zamanı malın dəyəri olan xərc kimi nəzərə alınmamışdır. Qeyd olunan səbəbdən də ixrac olunmuş mallar dövriyyə kimi qəbul edilirsə, onların ödənilmiş 5 176 789.56 manat dəyəri də xərc kimi qəbul edilməlidir. Cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-VHF və E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən müəyyən olunmuşdur ki, il ərzində E-VHF-lar əsasında 4 951 adda 61 369 225.37 manat dəyərində, 1 184 ədəd E-QF-lar əsasında isə 3 633 952.59 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. İdxal əməliyyatlarının cəmi məbləği isə 87 yük gömrük bəyənnaməsi əsasında 7 424 873.76 manat təşkil etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1. Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 2 508 685.79 manat 221.2. Sosial sığorta haqları- 407 389.43 manat 221.13. Bank xidməti üzrə xərclər- 277 438.92 manat

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 5 845 353.79 manat

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 860 970.42 manat

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 145 330.81 manat Ümumilikdə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisənin gəlirləri 97,409,940.81 manat, xərcləri isə 81,712,994.19 manat təşkil etməklə 15 696 946.62 manat mənfəət əldə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması aktına əsasən 2016-ci il üzrə mövcud olmuş 5 937 000.45 manat zərər nəzərə alınmışdır. Həmçinin ekspertiza tətqiqatı əsasında belə nəticəyə gəlinmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə (Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir) əsasən müəssisənin 2019-cu il üzrə qalıq 9 759 946.17 manat mənfəəti 2018-ci il üzrə zərəri (10 149 062.39 manat) hesabına konpensasiya edilməlidir. Beləliklə 2019-cü il üzrə cəmiyyətin dövlət büdcəsi qarışısında mənfəət vergisi öhdəliyi müəyyən edilməmişdir. Ekspert rəyinin dördüncü sual üzrə ("xxxx" ASC-nin 2020-ci il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsi, gəlirləri, xərcləri və ödənilməli mənfəət vergisinin məbləği müəyyən olunsun) – Ekspert rəyində bildirilmişdir ki, cəmiyyətin bütün xərcləri elektron vergi hesab fakturaları, elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarışlar, forma 2, forma 3 lər əsasında hazırlanılmışdır. İş materiallarında olan bütün forma 2 və forma 3 lər Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş E-QF-lar ilə təsdiq olunur. Qeyd olunan siyahıya əsasən müəyyən olunmuşdur ki, E-QF-lar əsasında 8667 adda 83 984 183.51 manat dəyərində dəyərində mal, iş və xidmətlər əldə etmişdir. İdxal əməliyyatlarının cəmi məbləği isə 135 yük gömrük bəyənnaməsi əsasında 6 041 784.95 manat təşkil etmişdir. E-QF və E-VHF ilə təsdiq ediləməyən xərcləri isə aşağıdakı kimi olmuşdur: 221.1. Əmək haqqı və ona bərabər tutulan ödəmələr- 1 789 600.94 manat 221.2. Sosial sığorta haqları- 475 478.54 manat 221.13. Bank xidməti üzrə xərclər- 343 642.81 manat

222. Borca görə faizlər və onunla bağlı olan xərclər- 950 328.81 manat

227. Amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər- 2 993 234.15 manat

233. Gəlirdən çıxılan vergilər və yığımlar- 142 105.00 manat Səyyar vergi yoxlaması aktına əsasən 2020-ci ilin 3-cü rübü üzrə 123 813.55 manat, 4-cü rübü üzrə isə 58 558.22 manat Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablansa da mənfəət vergisi bəyənanməsində xərc kimi nəzərə alınmamışdır. Qeyd olunan xərclər də əlavə olunmaqla 221.2-ci sətr (Sosial sığorta haqları) xərc məbləği 475 478.54 manat təşkil edir. Ümumilikdə müəyyən olunmuşdur ki, dövr ərzində müəssisənin gəlirləri 96 657 056.63 manat, xərcləri isə 95 684 346.39 manat təşkil etməklə 972 710.24 manat mənfəət əldə etmişdir. Həmçinin ekspertiza tədqiqatı əsasında belə nəticəyə gəlinmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə (Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir) əsasən müəssisənin 2018-ci ildən qalan (10 149 062.39 manat-2019-cu il üzrə nəzərə alınmış 9 759 946.17 manat manat) 389 098.22 manat zərəri nəzərə alınmalıdır. Beləliklə cəmiyyətin 2020-ci ilin üzrə yaranan mənfəətinin məbləği 583 612.02 manat təşkil edir. Müəssisənin özü tərəfindən bəyan olunmuş 50 587.49 manat nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 106 604.90 manat təşkil edir. Eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50% -i həcmində yəni 53 302.45 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Ekspert rəyinin beşinci sual üzrə ("xxxx" ASC tərəfindən 2019, 2020 və 2021-ci illər üzrə ödənilməli torpaq vergisinin məbləği müəyyən olunsun)- Ekspertiza tədqiqatı nəticəsində səyyar vergi yoxlaması ilə 3 il üzrə 37 631.63 manat torpaq vergisinin azaldılması təsdiq edilmişdir. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18 815.82 manat maliyyə sanksiyası tətqiq edilməlidir. Ekspert rəyinin altıncı sual üzrə ("xxxx" ASC tərəfindən 2020-ci il və 2021-ci ilin İ və İİ rübləri üzrə ödənilməli muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları müəyyən olunsun)- Ekspertiza tədqiqatına təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2 maddəsinə əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə ümumilikdə 599 357,84 manat az hesablanma müəyyən edildi. Səyyar vergi yoxlaması aktında da qeyd edildiyi kimi əmək haqqı cədvəlləri ilə təqdim edilmiş bəyannamələri müqayisə etdikdə 2020-ci ilin 3-cü rübü üzrə 123 813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58 558,22 manat və 2021-ci ilin 1-ci rübü üzrə 164 306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252 680,0 manat az hesablama aparılması müəyyə edilmişdir. Eyni zamanda azaldılmış məbləğə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299 678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir. Ekspert rəyinin yeddinci sual üzrə (Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarındaolan sənədlərlə öz təsdiqini tapırmı?) Ekspertiza tətqiqatına gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən rəyin təsviri hissəsində qeyd edilmiş sənədlər təqdim edilmişdir və ekspert rəyi həmin sənədlər əsasında tərtib edilmişdir. Ekspert rəyinin səkkiz, doqquz və onuncu suallar üzrə (8.Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir?, 9. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansıvergi ödəyiciləri təqdim (tərtib) etmişdir?, 10.Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir?) Ekspert rəyi ilə bildirilmişdir ki, gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən elektron qaimə faktura və elektron vergi hesab fakturalarının siyahsı ilə bağlı bildiririk ki, iş materaillarında olan sənədlərə əsasən müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən İqtisadiyyat nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsi tərəfindən **********802700 saylı xx.xx.2023-ci il tarixli məktubuna əsasən təqdim edilmiş elektron qaimə faktura və elektron vergi hesab fakturaları ekspertiza tətqiqatına təqdim edilmişdir. İdxal ixrac əməliyyatları üzrə xərcləri təsdiq edən sənədlər olaraq Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemindən çıxarılmış yük gömrük bəyənnamələrinin surətləri və siyahsı təqdim edilmişdir. Digər tərəfdən xərcləri təsdiq edən sənədlər olaraq bank hesablarından çıxarışlar, forma 2 və forma 3 lər ekspertiza tətqiqatına təqdim edilmişdir. Ekspert rəyinin on bir, on iki və on üçüncü suallar üzrə- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 134, 135, 136-ci maddələrinin tələblərinə əsasəm gəlirin əldəedilməsi ilə bağlı iddiaçının xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçını tətbiq etdiyi metodun tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, tətqiqata təqdim edilmiş iş materiallarında cəmiyyətin ayrı ayrı vergi ödəyiciləri ilə apardığı əməliyyatlara dair xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ciddi hesabat sənədləri olması və həmçinin həmin sənədlərin vergi ödəyicisinin tətbiq etdiyi metodun və vergi qanunverciliyinin tələblərinə uyğun olması müəyyən olunur. bununla yanaşı qeyd edilir ki, xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri(tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğləri və əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarındə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə dair xx.xx.2023-cü il tarixli **********454400 nömrəli mülahizəsində qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə yayındırılmış vergi məbləği 3.684.706,44 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyi ilə cavabdeh aşağıdakı əsaslara görə qismən razı deyil. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********151033 saylı qərarına əsasən "xxxx" ASC-də (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2021) və nəticəsi xx.xx.2023-cü il tarixli **********151048 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə aşağıdakı faktlar aşkar edilmişdir. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq təmir-tikinti və satış fəaliyyətləri ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, kommunal göstəricilərin məlumatları, ƏDV-nin depozit sub-hesabı üzrə məlumatları, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparılaraq aşağıdakı vergilər hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən 2.058.582,13 manat ƏDV məbləğinin əvəzləşdirilməsi nəzərə alınmış, ona görə də SVY zamanı hesablanmış ƏDV-nin düzgün olmadığı, ümumilikdə 1.712.876,59 manat ƏDV-nin azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 856.438,29 manat maliyyə sanksiyası tətbiq edilməli olduğu qeyd edilmişdir. Vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməmiş, buna görə də SVY zamanı əvəzləşmə nəzərə alınmamışdır. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş sənədlərə, habelə əldə edilmiş bank və baza məlumatlarına, elektron qaimə fakturalar, forma 2-lər, yük gömrük bəyannamələrinə (ixrac) əsasən 2020-ci ilin dekabr ayında bank hesabına 20.952.665,61 manat məbləğ daxil olduğu halda vergi ödəyicisi tərəfindən 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi təqdim edilməməklə 3.771.479,81 manat ƏDV-nin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.898.334,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli **********652200 nömrəli məktubla 2020-ci il üzrə əvəzləşdirilməli ƏDV cədvəli təqdim edilsə də, həmin mal (iş və xidmətlərin) hansı layihələr üzrə istifadə edilmişdiryi, gəlirin əldə edilməsi ilə bağlı xərclər olması barədə hər hansı sənəd (məlumat, izahat) təqdim edilməmişdir. "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 66.819,49 (ƏDVsiz) manat, “UNİVERSAL SALES AND SERVİCES" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 1.524,75 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 2.366,68 manat (ƏDV-siz) və X3 (VÖEN **********) tərəfindən isə təqdim olunmuş 37.291,24 manat (ƏDV- siz) qaimələrin qida xərcləri ilə əlaqədar olduğu və Vergi Məcəlləsinin 175.3-cü maddəsinin tələbləri pozularaq, həmin xərclər üzrə ümumilikdə 19.440,40 manat ƏDV məbləğlərinin əvəzləşdirildiyi üçün əvəzləşmə nəzərə alınmamışdır. Eyni zamanda, “GEOİD" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş 9 300 manat (ƏDV-siz) qaimə ləğv olduğu üçün əvəzləşmə nəzərə alınmamışdır, "xxxx" MMM (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 200,06 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 10,0 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 4.233,67 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.977,78 manat (ƏDV-siz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 25400,0 manat (ƏDV- siz), "xxxx" ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDVsiz), "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 63450,0 manat (ƏDV-siz), Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" (VÖEN **********) tərəfindən təqdim olunmuş qaimələr üzrə 1.575,33 manat (ƏDV-siz) məbləğlər üzrə ümumilikdə 20.872,40 manat ƏDV təkrar əvəzləşdirildiyi üçün nəzərə alınmamışdır, 2021-ci ilin iyun ayı üzrə **********1812 nömrəli yük gömrük bəyannaməsi üzrə əvəzləşdirilməli ƏDV 1.724,80 manat əvəzinə 10.122,85 manat ƏDV əvəzləşdirilmişdir, buna görə də 8.398,05 manat artıq əvəzləşmə nəzərə alınmamışdır. Beləliklə, ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinə əsasən ƏDV üzrə dövriyyənin azaldılmasına və əvəzləşmələrin silinməsinə görə yoxlama ilə ümumilikdə 3.820.190,65 manat əlavə vəsait hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 1.910.095,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2020-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamənin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli ekspert rəyinə əsasən 2018-ci ildə cəmiyyətin gəlirlərinin 20.605.391,94 manat, ümumi gəlirdən çıxılan xərclərinin 30 754 454,33 manat, il üzrə 10.149.062,39 manat zərərinin olduğu müəyyən edilmişdir. 2019-cu ildə ekspert tədqiqatı nəticəsində ixrac olunmuş mallar üçün ödənilmiş 5.176.789,56 manatın xərc kimi qəbul edilməli olduğu, ümumilikdə 2019-cu il üzrə 9.759 946,17 manat mənfəət 2018-ci ilin 10.149.062,39 manat zərəri ilə konpensasiya edilmişdir. 2020-ci ildə isə yaranan mənfəətin məbləği 583.612,02 manat təşkil etmiş, bəyan edilmiş 50.587,49 manat nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisinin məbləğinin 106.604,90 manat olması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 53.302,45 manat maliyyə sanksiyasının tətbiq edilməsi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən hər bir layihə üzrə silgi aktları təqdim edilməmiş, buna görə də SVY zamanı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə ki, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edilmişdiryi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edilmişdiryi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin aparılmış araşdırmalarla analoji olaraq "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMCnin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) analoji fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Sadalanan analoji vergi ödəyicilərindən başqa vergi ödəyici tapılmamışdır. Lakin həmin müəssisələrin işçi sayının, dövriyyəsinin və digər göstəriciləri eyni olmadığı üçün analoji müəssisə olaraq təsdiq etmək, habelə yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin VM-nin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 22.985.995,72 manat, ümumi gəlirdən çıxılan xərclər 21.263.238,52 manat göstərilmiş, 1.722.757,20 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 5.704.893,0 manat olmuşdur. Səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 20.605.391,94 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2018-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, müəssisənin 2018-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2018-ci il üzrə müəssisənin əldə etdiyi 20.605.391,94 manat gəliri əsasında (20 605 391,94 /100+20 x 20= 3 434 231,99) hesablanmış 3.434.231,99 manat mənfəətdən keçmiş illərin zərəri (2013-cü il) olduğuna görə mənfəət vergisi hesablanmamışdır. Vergi ödəyisinin təqdim etdiyi 2019-cu ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 87.096.017,74 manat, ümumi gəlirdən çıxılan xərclər 81.413.351,21 manat göstərilmiş, 5.682.666,53 manat mənfəət hesablanmışdır. Keçmiş illərin zərəri 3.982.135,80 manat nəzərə alınmaqla, 340.106,15 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 97.409.940,81 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektron-qaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2019-cu ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə müəssisənin əldə etdiyi 97.409.940,81 manat gəliri əsasında (97.409.940,81/100+20 x 20= 16.234.990,13) hesablanmış 16.234.990,13 manat mənfəətdən keçmiş illərin zərəri (2016-cı il) 5.937.000,45 manat nəzərə alınmaqla 2.059.597,94 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1.719.491,79 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2019-cu il üzrə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 859.745,90 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyisinin təqdim etdiyi 2020-ci ilin mənfəət vergisi hesabatına əsasən çıxılmalardan sonra ümümi gəlir 102.318.335,94 manat, ümumi gəlirdən çıxılan xərclər 102.267.748,45 manat göstərilmiş, vergiyə cəlb olunan 50.587,49 manat (102.318.335,94 – 102.267.748,45) mənfəətdən 10.117,50 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 96.657.056,63 manat (əldə edilmiş sənədlərə, yəni işlərin yerinə yetirilməsi barədə aktlara (F-2), elektronqaimələrə və yük gömrük bəyannamələrinə əsasən) müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən 2020-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların aparılmadığı müəyyən edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə müəssisənin əldə etdiyi 96.657.056,63 manat gəliri əsasında (96.657.056,63 /100+20 x 20= 16.109.509,44) hesablanmış 16.109.509,44 manat mənfəətdən 3.221.901,89 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.211.784,39 manat məbləğində azaldılması aşkar edilmişdir. Azaldılmış vergi məbləğinə 2020-ci il üzrə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 1.605.892,20 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci və 2019-cu il üzrə mənfəət vergisi bəyannamələrində göstərilmiş müsbət məzənnə fərqləri səyyar vergi yoxlaması ilə təsdiqini tapmadığı üçün azaldılmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə. Yoxlama zamanı “Sosial sığorta" haqqında Azərbaycan Respublikası Qanununun 14.5.2ci maddəsinə əsasən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamələri üzrə ümumilikdə 599.357,84 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********948200 nömrəli məktubdakı əmək haqqı cədvəlləri vergi orqanında olan məlumatlarla müqayisə edilmiş, 2020-ci ilin 3-cü rübü üzrə 123.813,55 manat, 2020-ci ilin 4-cü rübü üzrə 58.558,22 manat və 2021ci ilin 1-ci rübü üzrə 164.306,07 manat və 2021-ci ilin 2-ci rübü üzrə isə 252.680,0 manat kənarlaşma aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299.678,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Torpaq vergisi üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2021-ci il üzrə torpaq vergisinin hesablanmadığı və aidiyyəti üzrə ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə, o cümlədən vergi ödəyicisinin əvvəlki illərdə təqdim etdiyi bəyannamə məlumatlarına, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinə məxsus torpaq sahəsinə görə Vergi Məcəlləsinin 205 və 206-cı maddələrinə əsasən 2019-cu il, 2020-ci il və 2021-ci il üzrə ümumilikdə 37.631,63 manat əlavə vergi hesablanmışdır. Azaldılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18.815,82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, 2021-ci ilin torpaq vergisi bəyannaməsinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, 2021-ci ilin iyun, iyul və avqust aylarının mədən vergisi bəyannamələrinin təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 120,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: yoxlama ilə müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Ödəmə mənbəyində vergilər üzrə 3-cü rüb 2018-ci il tarixdən 2-ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1 ci maddəsinin tələbi pozulmuşdur. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2018-xx.xx.2021) 7.235.694,0 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 4.730.232,0 manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 14.152,19 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 14.152,19 manat vergi məbləğinin 50% miqdarında 7.076,10 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə 2019-cu ilin 1-ci və 2-ci rübləri istisna olmaqla, 2018-ci ilin 4-cü rübü, 2019-cu ilin 3-cü və 4-cü rübləri, 2020-ci ilin 1-ci rübündən 2021-ci ilin 2-ci rübünə qədər olan dövrlərin “Ödəmə mənbəyində tutulan vergi” bəyannamələri vergi orqanına təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, bəyannamələrin təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən 360,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh inzibati orqan hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5651 nömrəli rəy əsassızdır və qeyd edilən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. Ümumiyyətlə tərtib edilmiş ekspert rəyində vergi orqanı tərəfindən hesablanmış vergilərin əsassız olduğunu təsdiq edən səbəb göstərə bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş ekspert rəyinə dair xx.xx.2023-cü il tarixli **********454400 nömrəli mülahizədə, ekspert rəyində qeyd olunan məsələlərə konkret münasibət bildirilməmiş, yalnız iddia tələbinə qarşı etiraz məktubunda qeyd edilənlər bir daha təkrarlanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; - 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. - 38.2-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. - 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): -38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; -38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; -38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; -38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; -38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. -41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. -44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. -45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. - 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübüt etmək vergi orqanının vəzifəsidir. -104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 104.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. - 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. - 110.1. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. - 110.3. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. -121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. -134.Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. - 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. -135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. -136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. -136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. - 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. - 163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. -174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. -175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. -175.3. Bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. -175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. -175.12. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd edilən hüquq normalarının tələblərinin birgə təhlili nəticəsində o nəticəyə gəlinir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169240 nömrəli qərarı qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və qərar qəbul edilərkən mütəxəssis və ekspert rəyi alınmamış, ekspert və mütəxəssis rəyinə istinad etməklə vergi hesablamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə vergilərin hesablanması zamanı istinad etdiyi halları, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında qeyd edilmişdir: “Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar)”. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə hesab edir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi mötəbər sübut hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmim Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/5651/2023 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert Rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında qeyd olunan 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi hesablanılmış vergi məbləği azaldılmalı, 2020-ci ilin mənfəət vergisi üzrə əlavə hesablama məbləği 106.604,90 manat və VM-nin 58.1-ci maddəsinə əsasən 53.302,45 manat maliyyə sanksiyası hesablanılmalı, ƏDV üzrə ümumilikdə ümumilikdə 1.712.876,59 manat əlavə hesablama aparılmalı və VM-nin 58.1-ci maddəsinə əsasən 856.438,29 manat maliyyə sanksiyası tətbiq edilməli, torpaq vergisi üzrə 37 631.63 manat əlavə hesablama və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18 815.82 manat maliyyə sanksiyası olduğu kimi saxlanılmalı, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanılmış 599 357,84 manat əlavə məbləğ və Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 299 678,92 manat məbləğində maliyyə sanksiyası olduğu kimi saxlanılmalıdır. Eyni zamanda ekspert rəyi ilə münasibət bildirilməmiş 2018, 2019, 2020 və 2021-ci illər üzrə hesablanılmış 14 152.19 manat ÖMV və tətbiq edilmiş 7076.09 manat maliyyə sanksiyası ləğv olunmalı, vergi hesabatları və arayışının vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş cəmi 560 manat maliyyə sanksiyası qüvvədə saxlanılmalıdır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirələr Baş İdarəsinin «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2.456.470,96 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1.228.795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində qəbul etdiyi **********169240 nömrəli xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2.456.470,96 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə və onlara tətbiq edilmiş 1.228.795,48 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar