Məhkəmə qərarları › İş №2-1(112)-9137/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9137/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9137/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20 qızının katibliyi, iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 №-li Zeytun sovxozu direktorunun 8 №-li, 29 noyabr 1999-cu il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 236 №-li, 04 iyul 1996-cı il tarixli Sərəncamına əsasən, fərdi ev tikmək üçün İddiaçı ayrılmış, hazırda istifadəsində olan 1000 kv.metr torpaq sahəsinin və üzərindəki tikilinin onun mülkiyyəti kimi dövlət reyestrində adına qeydiyyata alınması və vahid əmlaka dair çıxarışın və ərazinin texniki sənədinin (pasportun) verilməsi və həmin torpaq sahəsinin yerləşmə koordinatlarının, faktiki ölçüsünün, trayektoriyasının (tərəflərinin) müəyyən edilməsi zamanı bu torpaq sahəsinin azaldılmasına səbəb olan hər hansı zəbt etmə və sair səbəblər müəyyən edilərsə və yaxud bu torpaq sahəsinin hüdudları ilə başqa şəxslərə aid torpaq sahələrinin hüdudlarının üst-üstə düşməsi müəyyən edilərsə həmin azalma, üst-üstə düşmə və sair səbəblərinin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyindən təqdim edilən sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsi sənəd üzrə sahəsi 1000 kv.m, faktiki 960 kv.m təşkil edir. Bundan əlavə, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X8) müraciəti olmuşdur. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5323/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunda yerləşən 0.095 ha torpaq sahəsinin üzərinə qadağa qoyulmuşdur. Qeyd olunanlarla yanaşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-18/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı cavabdeh X11, X4 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamış, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiası qismən təmin olunaraq, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən X9 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. X1 adına ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak X2 və ********** qeydiyyat nömrəsi ilə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)- 2145/2019 saylı qərardadına əsasən İddiaçı və X5 ərizələri təmin edilmiş, inzibati mübahisəyə dair iş üzrə icraata 3-cü şəxs qismində cəlb edilmişlər, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2154/2019 saylı qərarı ləğv edilmişdir. Bildiririk ki, X12 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçərək çıxarışın və plan-ölçünün verilməsini xahiş etsə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8152/2021 qərarı ilə iddiası təmin edilməmişdir. xx.xx.2020-ci il tarixində Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-18/2022 tarixli icra sənədi İdarəyə daxil olmuşdur. Müvafiq icra vərəqəsinə əsasən İddiaçı cavabdeh X11, X4 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamış, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiası qismən təmin olunaraq, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən X9 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-18/2022 tarixli icra sənədi İdarə tərəfindən xx.xx.2023-cü il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə icra edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8152/2021 qərarı ilə iddiası təmin edilmədiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 71.1-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-1.3 maddəsi nəzərə alınaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrasında dönüş edilməlidir. İdarə tərəfindən Bakı İnzibati Məhkəməsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2154/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrasında dönüş edilməsi ilə bağlı qərardad qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, **********98 saylı ərizə ilə müraciət edilmiş, lakin yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X14, X12 və X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (82)-2154/2019 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 950 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı Süleymanov daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. X1 adına ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak X2 və ********** qeydiyyat nömrəsi ilə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə X5 ərizə ilə məhkəməyə müraciət edərək, onun 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-2145/2019 saylı qərardadına əsasən İddiaçı və X5 ərizələri təmin edilmiş, inzibati mübahisəyə dair iş üzrə icraata 3-cü şəxs qismində cəlb edilmişlər, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata İddiaçı və X5 üçüncü şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1 saylı Zeytun sovxozunun ərazisində yerləşən 950 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2154/2019 saylı qərarı ləğv edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-586/2023 tarixli Qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən iddiaçı X4 məxsus olan və cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsi və tikili boşaldılaraq iddiaçı X4 təhvil verilmiş və iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh İddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-18/2022 tarixli icra sənədi İdarə tərəfindən xx.xx.2023-cü il tarixində icra edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8152/2021 qərarı ilə X6 iddiası təmin edilməmişdir. Göründüyü kimi, mübahis predmeti torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı Çıxarışına əsasən hazırkı iş üzrə üçüncü şəxs X4 məxsussur. Belə olan halda, eyni torpaq sahəsinə hazırkı iddiaçının hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbinə mahiyyəti üzrə baxıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X5 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar